Skip to main content

Full text of "Azərbaycan Klassik Ədəbiyyatından Seçmələr: II Cild"

See other formats


AZƏRBAYCAN KLASSİK 
ƏDƏBİYYATINDAN 
SEÇMƏLƏR 

ÜÇ CİLDDƏ 
II CİLD 

XIII-XVI ƏSRLƏR AZƏRBAYCAN ŞERİ 


ŞƏRQ-QƏRB” 

BAKI-2005 



Bu kitab “Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 
XIII-XVI əsrlər Azərbaycan şeri, iyirmi cilddə. III cild ” 
(Bcıkı. Elm. 1984 ) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 


Tərtib edəni: 


Cahangir Qəhrəmanov 


894.361 - dc 21 
AZE 

Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. II cild. 
Bakı, “Şərq-Qərb”, 2005, 408 səh. 

XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı yeni mühüm keyfiyyətlər 
qazanmış, özünəməxsus, mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül 
nöqtəsinə çatmışdır. İctimai-fəlsəfi məzmun, bədii dil və poetik üslub 
baxımından Füzuli qələminin qüdrəti ilə kamillik dərəcəsinə yetən bu dövr 
Azərbaycan poeziyası artıq Yaxın Şərq xalqlarının söz sənətinə təsir göstər- 
məyə başlamışdır. 

“Azərbaycan klassik ədəbiyyatından seçmələr”in bu cildinə XIII-XVI 
əsrlərin ən görkəmli şairlərinin - İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, 
Əssar Təbrizi, İmadəddin Nəsimi Şah Qasım Ənvar, Kişvəri, Şah İsmayıl 
Xətayi, Məhəmməd Füzuli və b. seçilmiş əsərləri daxil edilmişdir. Məc- 
muədə öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini bu gün belə itir- 
məmiş müxtəlif janrlı ədəbi əsərlər - poemalar, qəzəllər, qəsidələr, rübailər, 
tuyuğlar təqdim olunur. 


ISBN 9952-418-53-9 


© “ŞƏRQ-QƏRB”, 2005 







Azərbaycan Respublikasının Prezidenti 
İLHAM ƏLİYEVİN 
“Azərbaycan dilində latın qrafikası 
ilə kütləvi nəşrlərin həyata 
keçirilməsi haqqında” 

12 yanvar 2004-cü il tarixli sərəncamı 
ilə nəşr olunur və ölkə kitabxanalarına 
hədiyyə edilir 



MÜQƏDDİMƏ 


Azərbaycan xalqının çoxəsrlik və zəngin tarixini bu tarixin özü qədər 
qədim və zəngin olan poeziyasız təsəvvür etmək mümkün deyil. Bu əzəmətli 
poeziyanın əsas ideya-bədii istiqamətini əsrlərdən-əsrlərə, nəsillərdən- 
nəsillərə verilən və müəyyən bir hissəsi bizim dövriimüzədək gəlib çatan 
ecazkar xalq mahnıları, nağıl və dastanlar, əmək, mövsüm, mərasim nəğmə- 
ləri, bayatılar və başqa şifahi ədəbiyyat nümunələrindən gələn mövzu, süjet, 
dil və üslub xüsusiyyətləri təşkil edir. 

Bununla yanaşı, tarixi inkişafın müxtəlif mərhələlərində Azərbaycan 
xalqı bir sıra başqa Şərq xalqları ilə iqtisadi, siyasi və mədəni ədəbi təmasda 
olmuş, həmçinin yadelli qəsbkarların basqınlarına məruz qalmışdır ki, bunlar 
da qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında dərin izlər buraxmaya bil- 
məzdi. Məhz bunun nəticəsidir ki, istər farsdilli, istərsə də doğma Azərbay- 
can dilində yaranan yazılı ədəbiyyatımızda ərəb, fars, yunan, monqol-tibet, 
hind-budda folklorunun və ədəbi janrlarının təsirini görmək olur. 

Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünə dair ilk tədqiqat- 
lara, klassiklərimizin həyat və yaradıcılığına dair materialların toplanması 
işinə XX əsrin əvvəllərindən başlanmışdır. 

Bununla belə, təəssüflə qeyd edilməlidir ki, bu dövrdə yaranmış ədəbi 
əsərlərin xeyli hissəsi müxtəlif səbəblər üzündən tarixin kəşməkəşlərində 
itib-batmış, dövrümüzədək gəlib çatmamışdır. Ən çox sevilən və buna görə 
də xalq içərisində geniş yayılan əsərlər nüsxələrinin çoxluğu sayəsində sax- 
lanılsa da, bir çox istedadlı şairlərin yaradıcılığından qısa parçalara və ayrı- 
ayrı şeirlərə ancaq ciinglərdə və təzkirələrdə rast gəlmək olur. 

Bundan əlavə, bizədək gəlib çatan əsərlərin bir çoxu əlyazma nüsxələ- 
rinin sayca azlığı və ya dünyanın ayrı-ayrı kitabxana və muzeylərində olması 
üzündən indiyədək testoloji baxımdan tədqiq olunmamış və onların tənqidi 
mətnləri nəşr edilməmişdir. Bütün bunlar klassik ədəbiyyatımızın mükəmməl 
və sistemli tədqiqini, ayrı-ayrı dövrlərdə gedən ədəbi prosesləri, onların 
qarşılıqlı və ziddiyyətli cəhətlərini və s. öyrənməyə mane olur. 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu sahədə xeyli işlər görülmüş, 
bir sıra ciddi monoqrafiyalar yazılmışdır ki, bunlar Azərbaycan ədəbiyyatının 
müxtəlif dövrlərini daha dərindən işıqlandırmağa və ümumi mənzərəsini 
müəyyənləşdirməyə imkan vermişdir. Lakin ədəbi prosesin ümumi inki- 
şafını, ədəbi ənənələrin ardıcıllığını müəyyənləşdirmək, ədəbiyyatda ideya 





və estetik prinsiplər mübarizəsini hərtərəfli işıqlandırmaq və onun obrazlı 
sistemini yaratmaq üçün Azərbaycan ədəbiyyatşünasları hələ bundan sonra 
da xeyli tədqiqat işləri aparmalıdırlar. 


* * * 

XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı çətin və mürəkkəb bir ictimai- 
iqtisadi şəraitdə inkişaf etmişdir. XIII əsrin əvvəllərindən başlayan ağır monqol 
əsarəti bir müddət ədəbiyyat, incəsənət və elmin inkişafını ləngitdi. Lakin 
işğalçılar da tarixi zərurətlə hesablaşmaya bilməzdilər. Yerli əhali ilə müqa- 
yisədə maddi və mənəvi inkişaf səviyyəsi xeyli aşağı olan monqollar azər- 
baycanlıları dövlət idarələrinə cəlb etməyə, onların mədəniyyət və həyat 
tərzini qəbul etməyə məcbur oldular. Beləliklə, monqollar nəinki Azərbay- 
can mədəniyyətinə və dilinə təsir göstərə bilmədilər, əksinə özləri tezliklə 
assimilyasiyaya uğrayıb, yerli əhaliyə qarışdılar. 

Şəraitin çətinliyinə baxmayaraq, xalq öz mədəniyyətinin inkişafını da- 
vam etdirirdi. Monqol əsarəti dövründə belə Azərbaycan Şərqin ən mühüm 
mədəni mərkəzlərindən biri olaraq qalmaqda idi. Nəsirəddin Tusi (1201- 
1274) tərəfindən əsası qoyulan və bütün orta əsrlər Şərqində geniş şöhrət 
tapan Marağa rəsədxanası, Təbrizdə tikilən “Rəbi-Rəşidi” adlı böyük elm 
şəhərciyi Şərqin intibah mədəniyyəti mərkəzinə çevrilmişdi. Bu müəssisə- 
lərdə azərbaycanlılarla yanaşı başqa ölkələrdən gələn tələbələr də təhsil alır, 
Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət edilmiş alim və müəl- 
limlər çalışırdılar. Təbrizdə elmi məqsədlə yaradılmış kitabxanada Şərqin bir 
çox ölkələrindən gətirilmiş qiymətli əlyazmaları saxlanılırdı. 

Tarixçilərdən Fəzlullah Rəşidəddin, Məhəmməd Hinduşah Naxçıvani, 
musiqi nəzəriyyəçilərindən Məhəmməd Əbubəkr oğlu Şirvani və Xacə 
Əbdülqadir Marağalı, riyaziyyatçı Übeyd Təbrizi, fəlsəfə sahəsində isə 
Mahmud Şəbiistəri dövrün məşhur alimləri kimi tanınmışdılar. 

Ədəbiyyatşünaslıq sahəsində yaranan əsərlər içərisində Nəsirəddin 
Tusinin “Əsas iil-iqtibas” və “Meyar iiş-şeir” kitabları, Şərəfəddin Rami 
Təbrizinin “Ənis ül-üşşaq” və “Hədayiq ül-həqayiq” əsərləri xüsusilə böyük 
maraq doğurur. 

XIII əsr Azərbaycan bədii ədəbiyyatının inkişafında da bir sıra ciddi dəyi- 
şikliklər baş verir. Saray ədəbiyyatı, qəsidə şeri nisbətən zəifləyir. Monqol 
əsarəti və daxili feodal müharibələri poeziyada bədbinlik motivləri doğurur. 
Bu isə, öz növbəsində, sufi ədəbiyyatının, xüsusilə də onun mövcud quruluş- 
dan mistik formada narazılıq ifadə edən panteist cərəyanlarının güclənməsinə 





səbəb olur. Dövrün ən mühüm ədəbi hadisəsi isə, sözsüz ki, türkdilli Azər- 
baycan yazılı ədəbiyyatının yaranması sayılmalıdır. 

Məlum olduğu kimi, XI-XII əsrlər Azərbaycan yazılı ədəbiyyatı əsasən 
fars, qismən də ərəb dilində yaranmışdır. XII əsrdə farsdilli ədəbiyyat ideya- 
bədii dəyəri baxımından son dərəcə yüksək zirvəyə qalxsa da, təbiidir ki, 
savadsız və fars dilini bilməyən geniş xalq kütlələri onun nailiyyətlərindən 
bəhrələnə bilməzdi. Bu ədəbiyyatdan ancaq fars dilini bilən feodal hakimləri 
və əyanları, həmçinin şəhər əhalisinin bəzi təbəqələri (tacirlər, ruhanilər, 
sənətkarlar, məmurlar və b.) istifadə edə bilərdilər. Təsadüfi deyil ki, şahlara 
baş əyməyən bəzi böyük şairlər istisna olmaqla, farsca yazan müəlliflərin 
əksəriyyəti özlərini ədəbiyyat və incəsənətin hamisi sayan feodal hakim- 
lərinin saraylarında yaşayırdılar. Saraya yol tapmayan şairlər çox çətinliklə 
yaşamaq üçün vəsait qazana bilirdilər. Buna görə də XI-XII əsrlərdə yaranan 
farsdilli ədəbiyyatın böyük bir hissəsini saray ədəbiyyatı, şahları, sultanları 
tərifləyən mədhiyyələr təşkil edirdi. Mədəniyyət sahəsində iranpərəst siya- 
sət yeridən yerli feodal sülalələrinin süqutundan sonra farsdilli Azərbaycan 
ədəbiyyatı tədricən tənəzzülə uğrayır. Çingiz xandan başlayaraq ilk monqol 
hakimləri İran ədiblərinin təmtəraqlı və qəliz üslubunu xoşlamırdılar. Buna 
görə də öz himayəçilərini itirən və farsca bilməyən yerli əhali tərəfindən 
qiymətləndirilməyən farsdilli ədəbiyyat monqol istilasından sonra tədricən 
öz mövqeyini türkdilli ədəbiyyata verməyə başlayır. 

Qeyd etmək lazımdır ki, anadilli yazılı ədəbiyyatımızın yaranması heç də 
birdən-birə baş verməmiş, uzunmüddətli və təkamüllü bir inkişaf yolu keç- 
mişdir. Bu ədəbiyyatın formalaşmasının səciyyəvi xüsusiyyətləri və ərəb- 
fars poeziyasının ona təsiri məsələləri ədəbiyyatşünaslığımızda ətraflı tədqiq 
olunmadığından bu barədə bir qədər ətraflı danışmalı olacağıq. 

Y.E.Bertels ədəbi təsir məsələsi haqqında yazırdı: “Ədəbiyyat hadisə- 
lərinin bir xalqdan başqasına keçməsi faktının özü yox, onun səbəbləri, xüsu- 
silə də alınmış materialın yeni mühitdə uğradığı dəyişikliklər maraq doğurur’' 1 . 

Azərbaycan dilində yaranan yazılı ədəbiyyat istər məfkurə, mövzu baxı- 
mından, istərsə də janr, forma və vəzn nöqteyi-nəzərindən iki mənbə ilə - bir 
tərəfdən zəngin Azərbaycan folklor ədəbiyyatı və qədim ümumtürk yazılı 
abidələri ilə, digər tərəfdən isə artıq farsdilli Azərbaycan ədəbiyyatında 
sabitləşmiş ərəb-fars ədəbi qanun-qaydaları ilə bağlı idi. 

Yazılı ədəbiyyatdan əvvəl Azərbaycan dilində çox zəngin şifahi xalq 
ədəbiyyatı nümunələri yaranması faktı təkzibedilməzdir. Bunu həm “Kitabi- 
Dədə Qorqud” dastanı, həm də görkəmli türk filoloqu Mahmud Kaşğarinin 

1 Е.Ә.Бертелвс. K вопросу o филологаческои основе восточных памлтни- 
ков. “Советское востоковедение”, №3, 1955, səh. 15. 





1072-1074-cü illərdə yazdığı və bütün türk xalqlarının ümumi abidəsi sayılan 
“Divani-lüğət it-türk” əsərindəki çoxlu misra və beytlər, nəğmələr, epik məz- 
munlu parçalar təsdiq edir. Sözsüz ki, bu qüvvətli folklor ədəbiyyatı türkdilli 
yazılı poeziyamızın yaranmasına və formalaşmasına təsir göstərməyə bilməzdi. 
Bunu da qeyd etmək lazımdır ki, mövzu, ideya və süjet baxmımdan qədim 
türkdilli abidələrin, həm də Azərbaycan dastan və nağıllarının XI-X1I əsrlərdə 
yaranmış farsdilli ədəbiyyatımıza da böyük təsiri olmuşdur. Məsələn, qədim 
türk abidələri üçün səciyyəvi olan bir çox bədii təsvir üsullarına, o cümlədən 
xaqanın öz xalqının qeydinə qalması, yüksək hərbi istedada malik olması, 
dünyagörmiiş qocalarla məsləhətləşməsi, yürüşdən zəfərlə qayıtması, qəhrə- 
manın öz ulu babalarının adət-ənənələrinə sadiq qalması, qadına müsbət 
münasibət, yeddi rəqəminin dini-mifoloji təsəvvürlər üzündən təşrifati məna- 
larda işlədilməsi 1 və s. kimi hallara Nizami Gəncəvinin əsərlərində də rast 
gəlinir. Lakin türkdilli yazılı ədəbiyyatımızda yaranan epik əsərlərdə şifahi 
ədəbiyyatın ideya-tematik təsiri daha qabarıq şəkildə nəzərə çarpır. Doğma 
Azərbaycan dilində yazan şairlər folklor materiallarından daha geniş istifadə 
edir, xalq dastan və nağıllarından gələn motivlər onların şerinə yeni xüsu- 
siyyətlər aşılayırdı. 

Yaxın Şərq xalqları ədəbiyyatlarının mövzusu və süjet baxımından Azər- 
baycan yazılı poeziyasına təsir məsələsinə gəlincə, bu haqda geniş ədəbiyyat 
mövcud olduğundan bunun üzərində dayanmağı lazım bilmirik 2 . 

Vəzn, forma və janr baxmımdan türkdilli yazılı poeziyamıza ərəb-fars 
şerinin təsiri daha güclü olmuşdur. Bu, hər şeydən qabaq, klassik dövr şerimizin 
vəznində özünü göstərir. Məlumdur ki, zəngin el ədəbiyyatımız misralardakı 
hecaların sayının bərabərliyini nəzərdə tutan heca vəzni əsasında yüksəlmiş- 
dir. Yalnız qədim türkdilli kitabələrdə və “Kitabi-Dədə Qorqud” dastanında 
poeziyanın yeganə poetik vasitəsi kimi hələlik sabitləşməmiş vəzni və qafi- 
yəni əvəz edən alliterasiyadan istifadə olunmuşdur. Ərəb şerinin milli forması 
olan, sonralar fars poeziyasına, ondan da Azərbaycan və başqa Şərq xalq- 
larının ədəbiyyatına keçən əruz vəzni isə misralardakı uzun və qısa hecaların 

1 И . Б . Стеблева. Позтика древнетгоркскои литературы и ее траисформашга 
в раннеклассическии период. M., 1976, səh.72, 88. 

2 Bu məsələ haqqında yazılmış tədqiqatlardan bəzilərini göstəririk: H.Araslı, 
Şərqdə “Leyli və Məcnun” əsərləri. “Nizami” məqalələr məcmuəsi, Bakı, 1940, 
s. 194-23 8; Q . B eqde 1 i. Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu. Bakı, 1969; 
A . H . Тагирджанов. K вопросу o позме Фирдовси ‘ТОсиф и Зулеиха”, “Совет- 
ское востоковедение”, V, 1948; E . 3 . Б ертелвс. Избранные труды. “Низами и 
Физули”, M., 1962; R. Azadə. Azərbaycan epik şerinin inkişaf yolları, XII-XVII 
əsrlər. Bakı, 1975; Г. K) . Алиев. Темы и сшжеты Низами в литературах Востока. 
M., "Наука”, 1984. 





müvafiq şəkildə əvəzlənməsinə əsaslanır. Uzun və qısa hecalar isə, öz növ- 
bəsində, onların yaranmasında iştirak edən saitlərin keyfiyyətcə uzun və qısa 
olmasını, həmçinin açıq və ya qapalı hecada yerləşməsini nəzərdə tutur. Öz 
mahiyyəti etibarilə əruz Azərbaycan dilinin quruluşuna, xüsusilə fonetikasma 
yabançı idi, çünki Azərbaycan dilində saitlər uzunluq və qısalıq baxmımdan 
bir-birindən fərqlənmirlər. Buradan da ilk dəfə Azərbaycan dilində əruz vəzni 
ilə şeir yazmağa başlayan şairlərin bir sıra ciddi maneələr və çətinliklərlə 
qarşılaşması aydın olur. 

Azərbaycan şerində dəqiq qafiyə sisteminin yaranmasında da ərəb-fars 
şerinin təsiri az olmamışdır. Qədim türk yazılarında, yuxarıda deyildiyi kimi, 
qafiyəni misralar daxilində eyni samit səslərin təkrarından yaranan allite- 
rasiya, həmçinin sait səslərin təkrarını nəzərdə tutan assonas hadisələri əvəz 
edirdi. Bununla yanaşı, həmin abidələrdə sətirlərin axırında qafiyə yaratmaq 
meylləri də get-gedə güclənirdi. Bunu “Kitabi-Dədə Qorqud” dastanında aydın 
görmək olur. Ancaq dəqiq qafiyə sisteminə əsaslanan ərəb-fars poeziyasının 
təsiri Azərbaycan şerinin dəqiq qafiyəyə keçməsi prosesini xeyli sürət- 
ləndirdi. Əgər əruz vəzni folklor şerimizə çox az sirayət etmişsə, dəqiq qafiyə 
növlərindən Azərbaycan şifahi xalq şerində də çox geniş, lakin yaradıcı surətdə 
istifadə olunurdu. Bununla belə, hərfi qafiyə nəzəriyyəsi alliterasiya və assonas 
kimi poetik formaları nəinki şifahi, hətta yazılı ədəbiyyatımızdan belə tam 
şəkildə sıxışdırıb çıxara bilmədi. İstedadlı şairlər bu poetik formalardan şerin 
ahəngini, musiqililiyini və bədii təsir qüvvəsini artırmaq üçün məharətlə 
istifadə edirdilər. Nəsiminin aşağıdakı beyti buna gözəl misal ola bilər: 

Al ilə ala gözlərin aldadı aldı könlümü 
Alini gör nə al edər, kimsə alışmaz alinə 1 . 

Klassik dövr poeziyamızın əsasını şifahi xalq ədəbiyyatında alan məcaz 
və bədii ifadə vasitələri sistemi də ərəb-fars poetik fiqurları ilə daha da 
zənginləşdi. Janr baxımından isə türkdilli yazılı ədəbiyyatımız ərəb-fars şerin- 
dən məsnəvi, qəsidə, qəzəl, rübai, qitə və s. şeir şəkillərini mənimsəmişdir. 

Göründüyü kimi, mürəkkəb ədəbi-estetik bir kompleks təşkil edən türk- 
dilli yazılı ədəbiyyatımızın yaranması müəyyən tarixi inkişaf mərhələsində 
qarşı-qarşıya dayanan iki şeir sisteminin qarşılıqlı əlaqəsi və uzun müddət 
davam edən mübarizəsinin nəticəsi kimi meydana gəlmişdir. Bu mübarizədə 
yerli feodal hakimləri, islam dini və müsəlman mədəniyyəti tərəfindən himayə 

1 Burada “al” sözü beytin əvvəlində və sonunda “hiylə” mənasında işlədilmişdir. 
İkinci misranın əvvəlindəki “ali” sözünün qədim mənası “aşiq" deməkdir. 





olunan ərəb-fars poetikası üstün gəlsə də, bu poetikanın qanun-qaydalarının 
Azərbaycan şerinə tətbiq olunması heç də asan bir proses olmamışdır. Məsə- 
lən, əruz vəznində şeir yazan klassiklərimiz nəinki əruzun Azərbaycan dilinin 
qanun-qaydalarına daha çox uyğun gələn bəhrlərindən istifadə etmək zəru- 
rəti qarşısında qalırdılar, həm də öz şeirlərində tərkibində uzun və qısa saitlər 
olan çoxlu Azərbaycan şerinin qafiyə imkanlarını genişləndirmək məqsədilə də 
istifadə olunurdu. Bu baxımdan ilk Azərbaycan yazılı abidələrinin dilinin klas- 
sik Azərbaycan poeziyasının ən yüksək zirvəsi olan XVI əsr şerinin dili ilə 
müqayisəsi çox səciyyəvidir. Əgər Həsənoğlunun 

Necəsən, gəl, ey yüzü ağım bənim! 

Sən əritdin odlara yağım bənim. 

- beytinin leksikasını yalnız doğma Azərbaycan sözləri təşkil edirsə, Füzuli- 
nin aşağıdakı misralarında bunun əksini görürük: 

Mey nəfyini eyləyib şü’ar, ey vaiz. 

Tutdun rəhi-tə’ni-eşqi-yar, ey vaiz! 

Göründüyü kimi, burada “tutdun” felindən başqa, beytdə işlədilən leksik 
vahidlərin hamısı ərəb-fars sözlərindən ibarətdir. 

Şerin poetik xüsusiyyətlərinə heç bir xələl gətirmədən ərəb və fars 
sözlərinin işlənmə dairəsini minimum səviyyəyə endirmək Həsənoğlunun 
yüksək ustalığının və şairlik məharətinin nəticəsidir. Belə bir çətin vəzifənin 
öhdəsindən gəlmək hər bir şairə müyəssər olmurdu. Bunu da qeyd etmək 
lazımdır ki, XIII-XIV əsrlərdə əruz və dəqiq qafiyə sisteminin Azərbaycan 
dilinin quruluşuna uyğunlaşdırılınası prosesi hələlik başa çatdırılmamışdı 1 . 

Bütün bunların nəticəsidir ki, XIII-XIV əsrlərdə Azərbaycan dilində 
yazılmış bir sıra əsərlərdə tez-tez vəzn və qafiyə pozğunluqlarına rast gəlinir. 
Bu haqda “Dastani-Əhməd Hərami” poemasının tədqiqatçıları yazırlar: “Das- 
tani Əhməd Hərami” dil və üslubca əski abidələrlə, daha çox isə “Kitabi- 
Dədə Qorqud” ilə yaxından səsləşir. Məsnəvi əruzun həzəc bəhrindədir. 
Şeirlər on bir hecalı (4-4-3) şeri xatırladır. Habelə vəzndən məqsədəuyğun 
şəkildə istifadə olunmur. Ara-sıra şeirdə vəznə uyaraq hecaların tələffüzünü 
qısaltma və ya uzatma da vardır. Bu da təsadüfi deyildir. Belə ki, anadilli 

1 Əruz vəzninin türkdilli poeziyada işlənmə xüsusiyyətləri haqqında ətraflı bax: 
Alımed Aymutlu Aruz: Türk şiirinde kullanılan aınz vezinleri ve ömekleri. İstanbul, 
1962; Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977. 





poeziyamızın ilk çağlarında əruzla heca arasında kəskin ayrılıqlar görünmürdü. 
Əruz hələlik türkləşməmiş, milli şeir ölçüsü kimi yer tuta bilməmişdi. Bundan 
başqa, qafiyələr içərisində də tam qafiyələrlə, yarımqafiyələrlə yanaşı, bəzən 
də qafiyəsiz misra və qoşa misralarla qarşılaşırıq” 1 . 

Azərbaycan dilində yazılmış və bizim dövriimüzədək saxlanılmış ilk 
qəzəllər İzzəddin Həsənoğluya məxsusdur. XIII əsrin ikinci yarısında Əsfə- 
raində yazıb-yaratmış bu görkəmli sənətkarın hələlik üç qəzəli üzə çıxarıl- 
mışdır. Onlardan ikisi Azərbaycan dilində, digəri isə farsca yazılmışdır. Şairin 
Nizami qəzəllərindən birinə nəzirə yazdığı və məzmun dərinliyi, forma 
kamilliyi ilə seçilən 

Apardı könlümü bir xoş qəməriiz canfəza dilbər, 

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər 

- mətləli qəzəlində açıq-aşkar iki bədii mənbənin - klassik farsdilli poeziya- 
mızın və türkdilli şifahi xalq yaradıcılığının təsiri hiss olunur. Bununla yanaşı, 
Həsənoğlu yaradıcılığında az da olsa mistik-panteist əhvali-ruhiyyəsinin də 
təsiri görünməkdədir: 

Əzəldən canım içində yazıldı surəti-mə ’ni, 

Nə mə’ni? Mə ’niyi- surət. Nə surət? Surəti-dəftər. 

Şairin mistik-panteist məhəbbət fəlsəfəsində real insani sevgi ilə mücər- 
rəd fəlsəfi sevgi birləşir. Bununla da müəllif real insani məhəbbətə geniş fəl- 
səfi məna verib, onu ilahi sevgi qədər güclü, pak və uca görmək istəyir. 

Həsənoğlunun azərbaycanca yazdığı qəzəlləri bədii xüsusiyyətləri, 
ahəngdarlığı və səmimiyyəti ilə seçilir. 

XIII əsrdə Azərbaycan dilində yaranmış qiymətli abidələrdən biri də 
“Dastani-Əhməd Hərami” poemasıdır. Bu poema Azərbaycan dilində yazılmış 
ilk məsnəvidir. Əsərin süjet xətti şər qüvvələrin timsah olan Əhməd Hərami 
ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt 
üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt 
Güləndamm qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin 
bir nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. 
Poema məzmunu, ideya və dil-üslub xüsusiyyətləri ilə xalq ruhunu ifadə edir, 
nağıl və dastan ənənələri ilə səsləşir. Bu baxımdan poema müəyyən mənada 
öz orijinallığı ilə seçilsə də, onun müəllifi surət və xarakter yaratmaq təcrii- 

1 Ə. Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Bakı, 
1982, səh. 152. 


10 



bəsini böyük Nizamidən öyrənmiş, onun humanist ideyalarından ilham almış- 
dır. Bu, poemada geniş yer verilən qadına müsbət münasibət məsələsində də 
öz bədii ifadəsini tapmışdır. Poema həmçinin bədii təsvir vasitələrinin təbi- 
iliyi, xəlqiliyi, dilinin sadəliyi və canlılığı ilə fərqlənir. 

* * * 

XIII əsrin sonlarından ölkədə başlayan nisbi sakitlik Azərbaycan xalqının 
ictimai-iqtisadi həyatında olduğu kimi, ədəbiyyatında da canlanmaya və onun 
daha sürətli inkişafına səbəb oldu. XIV əsr Azərbaycan ədəbiyyatı tarixində 
həyatı daha geniş əks etdirən epik janrın çiçəklənməsi dövrüdür. Bununla 
yanaşı, mövcud həyatdan narazılıq, məyusluq və ümidsizlik meyllərinin güc- 
lənməsi dövrün ədəbiyyatında da öz əksini tapır, bəzi şair və alimlərin sufı- 
panteist və hürufilik ideyalarına meyl etməsinə səbəb olur. Bəzi sufi ideoloqlar 
hakim siniflərin və islam dininin tələblərinə uyğunlaşaraq xalqa zidd, mürtəce 
mövqe tutsalar da, bir çox sufi təriqətləri geniş xalq kütlələrinin mənafeyini 
müdafiə edir, dolaşıq bir formada onun əhvali-ruhiyyəsini əks etdirir, həm- 
çinin şeri və musiqini yüksək qiymətləndirir, onlardan təbliğat vasitəsi kimi 
istifadə etməyə çalışırdı. Məhz buna görədir ki, XVI əsr Azərbaycan şairlə- 
rinin əksəriyyətinin yaradıcılığında sufi və hürufilik fəlsəfi nəzəriyyələrinin 
bir çox mütərəqqi cəhətləri və ideyaları öz əksini tapmışdır. Bu dövr ədəbiy- 
yatının ən mühüm xüsusiyyətlərindən və aparıcı istiqamətlərindən biri Nizami 
məktəbinin qiymətli ənənələrinin - humanizm, insana məhəbbət, cəmiy- 
yətdəki eyiblərin tənqidi və b. motivlərin davam və inkişaf etdirilməsi idi. 
Lakin şeirdə nəsihətçilik, didaktik-tərbiyəvi motivlər siyasi-ictimai amillərin 
təsiri ilə fəlsəfi boyalarla tündləşir, sufı-panteistik formalarda təzahür edirdi. 

Sufi poeziyanın ən görkəmli nümayəndələrindən biri Şeyx Mahmud 
Şəbüstəri (1287-1320) idi. Dövrünün təbiət elmlərini və panteist-fəlsəfi 
cərəyanlarını yaxşı öyrənmiş, bir çox Yaxm Şərq ölkələrinə səyahət etmiş bu 
mütəfəkkir alim şeirlə yazdığı “Giilşəni-raz” əsərində sadə və aydın bir dillə 
sufi terminlərinin şərhini vermişdir. Hüseyni Sadatm on beş sualına cavab 
olaraq yazılmış bu əsərdə müəllif verilmiş sualları dini-idealist baxımdan 
şərh etməyə çalışsa da, bir sıra dərin elmi mühakimələrə də yer verir, bəzi 
etik-əxlaqi məsələlərə toxunur. O, insanın böyük, uca, qadir olduğunu söylə- 
yir və göstərir ki, əgər insan ruhən yüksəlmək, kamil olmaq istəyirsə, xudbin, 
lovğa olmamalı, özünə həqiqət, ədalət, mərdlik kimi insani keyfiyyətlər 
aşılamalı, elmi biliklərə yiyələnməlidir. Şairlikdən çox sufi alimi kimi tanı- 
nan Şeyx Mahmud Şəbüstəri “Gülşəni-raz” məsnəvisində, eləcə də nəsrlə 
yazdığı bir sıra başqa əsərlərində insana və kainata öz dövrünün qabaqcıl 
ziyalılarının baxışlarını əks etdirmişdir. 


11 



Şeyx Mahmud Şəbüstərinin elmi yolla ifadə etmək istədiyi fikirləri döv- 
rünün ən böyük şairlərindən olan Marağalı Əvhədi (1272-1338) daha canlı və 
poetik dillə vermişdir. Nizami romantik şerinin ən yaxşı davamçılarından olan 
Əvhədinin yaradıcılığı çoxcəhətliliyi, mövzu kamilliyi və humanizmi ilə seçilir. 
O, ədəbiyyatımızı bir çox yeni ideyalar və yüksək sənətkarlıq xüsusiyyətləri 
ilə zənginləşdirmişdir. Şairin sufi şeri üslubunda yazılmış və panteist məz- 
mun daşıyan əsərləri mövcud quruluşa, onun qanun-qaydalarına qarşı xalq 
etirazının ifadəsidir. Şair istər lirik şeirlərində, istərsə də iri həcmli “Dəh- 
namə” və “Cami-Cəm” adlı poemalarında yaşadığı cəmiyyətin həyatını əks 
etdirməyə çalışmışdır. 

Romantik-lirik poema olan “Dəhnamə” əsərində iki gəncin eşq sərgü- 
zəşti, təmiz məhəbbəti təsvir olunur. Şair göstərir ki, insan öz məqsədinə 
çatmaq üçün tələsməməli, ruhdan düşməməli, uzun müddət əzab-əziyyətlərə 
dözməlidir. Real insan sevgisini tərənnüm edən bu əsərin yığcam forması, 
lirik vüsəti və başqa bədii keyfiyyətləri “Dəhnamə” janrının sonrakı əsrlərdə 
də Şərq poeziyasında davam etdirilməsinə səbəb olmuşdur. 

Əvhədi yaradıcılığının zirvəsi olan “Cami-Cəm” poeması isə Nizami 
humanist fikirləri ilə yaxından səsləşən, Yaxın və Orta Şərq ədəbiyyatında 
mühüm yer tutan didaktik poema janrını məzmun və formaca xeyli zəngin- 
ləşdirən bir əsərdir. Müqəddimə və üç fəsildən ibarət olan bu poemada şairin 
altmış illik həyat təcrübəsinin yekunu - onun elmi, fəlsəfi, dini, etik görüşləri 
öz əksini tapmışdır. Bunların içərisində şairin pedaqoji görüşləri (insanlar 
haqqında mülahizələri, uşaqların tərbiyəsi, hakimlərin məzəmməti, şəhərlə- 
rin tikintisi və s.) xüsusilə böyük maraq doğurur, çünki bu məsələlərə heç bir 
şair onun qədər ciddi və dərindən yanaşmamışdır. O, uşaqları cəmiyyət üçün 
faydalı adamlar kimi tərbiyə etməyi ata-ananm ən başlıca borcu hesab edir. 

Gözəllik və ədalətin təntənəsi üçün çirkinliklərin və eybəcərliklərin 
ifşası bu poemanın əsasını təşkil edir. Şair gah nəsihət vermək, gah da ictimai 
eyibləri tənqid etmək yolu ilə zülmkar hakimlərə, rüşvətxor məmurlara üz 
tutaraq, onları ədalətli və insaflı olmağa çağırır. 

XIV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət 
ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən biri 
də Şəmsəddin Məhəmməd Əssar Təbrizi (1325-1390) olmuşdur. Gözəl 
astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şeir- 
lərində və bütün Y axm Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli 
sürdüyü humanist ideyalar və demokratik fikirlər baxmımdan sələfi Nizamiyə 
və müasiri Əvhədiyə çox yaxındır. 

Mövzusu qədim xalq ədəbiyyatından alınmış “Mehr və Müştəri” poema- 
sında sədaqət və qəhrəmanlıq motivləri, insanın mənəvi gözəlliyi, səmimiy- 
yət və dostluğu, cəsarət və mərdlik kimi keyfiyyətləri öz əksini tapmışdır. 


12 



Həmçinin şair qəhrəmanlarını ulduzlarla əlaqələndirməklə sanki insanın 
əməllərində, arzularında, mənəvi aləmində yerlə göyü birləşdirir. 

Əssarın bu poeması həyatiliyi və sənətkarlıq keyfiyyətləri ilə XIV əsr 
ədəbiyyatımızda əhəmiyyətli hadisədir. 

Əgər Marağalı Əvhədi və Əssar Təbrizi öz əsərlərinin fikri-ruhi meylləri 
ilə Nizami ənənələrini davam etdirirdilərsə, XIV əsrin başqa bir tanınmış 
şairi Arif Ərdəbili “Fərhadnamə” poemasını bilavasitə Nizaminin “'Xosrov və 
Şirin” əsərinin təsiri ilə yazmışdır. Bununla belə, Arif Ərdəbili “tamamilə 
orijinal bir əsər meydana çıxarmışdır” 1 . Arifin poemasında Fərhad və Şirin 
haqqında Azərbaycanda yayılmış şifahi xalq ədəbiyyatı motivləri üstünlük 
təşkil edir. Şirin və Xosrov surətləri isə burada Nizaminin poemasına nisbə- 
tən çox zəif verilmişdir. Arif həyatiliyə, reallığa daha çox meyl edir. Nizami- 
dən fərqli olaraq, o, ciddi ictimai, fəlsəfi ümumiləşdimıələr yolu ilə getmir, 
əsərindəki surətləri adi insanlar səviyyəsinə endirir. Arif ayrı-ayrı epizod- 
ların təsvirində bəzən Nizamini təkrar etsə də, məzmun və süjet istiqaməti 
baxmımdan öz dövrünün ədəbi-ictimai həyatı ilə səsləşən yeni bir əsər 
yaratmışdır. 

Poemada insanın nəcib duyğuları, məhəbbəti, əməyi, həyat eşqi realist bir 
tərzdə təsvir edilmiş, həyat və insanlar hərtərəfli və dolğun əks olunmuşlar. 

XIV əsr anadilli poeziyamızda yaranan epik əsərlər arasında Sulu Fəqihin 
“Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşah” poemaları xüsusi 
yer tutur. “Yusif və Züleyxa” poemasının mövzusu Tövrat və Qurandan alınsa 
da, əsərdəki bir sıra motivlər xalq ədəbiyyatı və folklorla səsləşir. 

Canlı xalq danışıq dilində yazılmış “Vərqa və Gülşah” romantik poema- 
sında iki sevən gəncin nakam məhəbbəti qələmə alınmışdır. Mövzusu şifahi 
xalq ədəbiyyatından götürülmüş bu əsər də öz süjet xətti və ideyası ilə 
Nizaminin “Xosrov və Şirin” poeması ilə yaxından səsləşir. Poemada qəhrə- 
manların təmiz və saf məhəbbəti, arzu və ümidləri, sevinc və kədərləri olduqca 
həyati və canlı şəkildə verilmişdir. Bəzi səhnələrin təsvirində müəllif Nizaminin 
“Leyli və Məcnun” poemasından istifadə etmişdir. Yusif Məddah da Nizami 
kimi qəhrəmanların məhv olmasının səbəbini dövrün feodal-patriarxal qanun- 
qaydalarında görür və köhnə adət-ənənələrə qarşı öz etirazını bildirirdi. 

XIV əsr Azərbaycan poeziyasında lirika janrı da mühüm yer tutur. Bu 
janrda yaranmış əsərlər də bir tərəfdən XII-XIII əsrlər yazılı ədəbiyyatın, 
digər tərəfdən isə şifahi xalq yaradıcılığının təsiri altında inkişaf edirdi. Bu- 
nunla yanaşı, bu dövrdə çox geniş yayılmış sufı-panteist cərəyanlar, xüsusilə 
hürufilik təriqəti lirik şeirlər yazan şairlərin də elmi-fəlsəfi görüşlərində 
silinməz izlər buraxmışdır. Ona görə də bu şairlərin fəlsəfi lirikasında feodal 

1 R. Azadə. Azərbaycan epik şerinin inkişaf yollan, XII-XVII əsrlər, səh. 137. 


13 



zülmünə, soyğunçu müharibələrə, ədalətsizliyə, etiraz motivləri öz bədii 
ifadəsini mistik formada tapır. 

Hürufilik təriqətinin əsasını məşhur şair və mütəfəkkir Şah Fəzlullah 
Nəimi Təbrizi (1339-1396) qoymuşdur. Öz fəlsəfi mahiyyəti etibarilə sufizm 
ilə üzvi surətdə bağlı olan hürufilik də Allahı ilkin, yaradıcı və mütləq bir 
qüvvə kimi qəbul edirdi. Bununla belə, hürufilər feodal istismarına, 
Teymurilər despotizminə qarşı çıxır, həmçinin ədalət, xeyirxahlıq, humanist 
ideyaları təbliğ etməyə, cəmiyyətdəki nöqsanları əxlaqi-mənəvi təkamül 
yolu ilə aradan qaldırmağa çalışırdılar. Nəimi hürufilik haqqındakı təlimini 
“Cavidannamə” əsərində şərh etmişdir. Burada o “öz varlığını və ümumiy- 
yətlə, kamil insanı müqəddəsləşdirir, özünü mal-dövlət əndişəsi ilə məşğul 
olan zülmkarlara, qaniçən hökmdarlara yaltaqcasına xidmət edən riyakar və 
fitnəkar şəriət xadimlərinə qarşı qoyur. Məhz buna görə də hakim ruhani- 
feodal zümrələr Fəzlullahı və onun ardınca gedən hürufiləri kafir, din 
düşməni elan etdilər” 1 . 

Nəiminin qəzəl, tərcibənd, qitə və rübailərindən ibarət olan divanında 
sufizm ideyalarının təsiri, “ilahi məhəbbətin” tərənnümü əsas yer tutur. Onun, 
eləcə də başqa sufi şairlərin dilində “aşiq”, “məşuq”, “hüsn”, “yar” kimi 
sözlər məcazi mənada - “hüsni-mütləq”, “ruhi-mütləq” mənalarında işlənir. 

Beləliklə, dini-mistik təmayüllərinə baxmayaraq, bu dövrdə hürufilik 
yadelli işğalının və feodal zülmünün güclü etirazına, insanı müdafiə edib 
Allahla eyniləşdirməyin əsas boyasına, təzahür formasına çevrilir. 

Lirik janrda yazan sufi şairlər sırasında XIII əsrin axırı, XIV əsrin əvvəl- 
lərində yaşayan Nəcməddin Əbubəkr Zərkub Təbrizini və onun müasiri Hümam 
Təbrizini də göstərmək lazımdır. Əgər birinci şairin yaradıcılığının ideya 
mənbəyi Nizami lirikası ilə bağlı idisə, ikincisi böyük məharətlə Sədi qəzəl- 
lərini təqlid edirdi. 

Farsca yazan şairlər arasında epik şeirdə olduğu kimi, lirika janrında da 
Marağalı Əvhədinin əsərləri öz xəlqiliyi və humanist ideyaları ilə seçilirdi. 
Onun qəzəl, qəsidə, rübai və tərcibəndlərdən ibarət olan lirik şeirlər divanın- 
da ictimai-fəlsəfi, əxlaqi fikirlər əsas yer tutur. Bu şeirlərdə dövrün ağrıların- 
dan, hakimlərin ədalətsizliyindən doğan dərin ictimai kədər, insanları 
gözəlliyə və səadətə çağırış sədaları hiss olunur, dünyəvi məhəbbət insanı 
həyata bağlayan nəcib bir hiss kimi təsvir edilir. 

Əvhədi Yaxın Şərq ədəbiyyatında qəzəl janrının ən böyük ustalarından 
biri kimi tanınmışdır. Görkəmli İran şairi və filoloqu Məlik iiş-şiiəra Baharın 
fikrincə, bu janrda o, məşhur Hafiz Şirazidən belə geri qalmamışdır 2 . 

1 Azərbaycan ədəbiyyatı tarixi, I c., Bakı, 1960, səh.217. 

2 Историд персидскои n таджикскои литературы. Под ред. ^ı^a Рипка. M., 
1970, səh.245. 


14 ^rz> 



XIV əsr Azərbaycan poeziyasında ikidillilik - yəni həm fars, həm də 
Azərbaycan dillərində şeir yazmaq ənənəsi də davam edir. Görkəmli şair və 
sufi filosof Şah Qasım Ənvar (1356-1434) bir sıra qəzəllərini həm Azərbay- 
can, həm də fars dillərindən istifadə etməklə yazaraq, sanki bu ədəbi hadisə- 
nin simvolik formasını yaratmaq istəmişdir. Ənvarm istər divanında toplanan 
fars və Azərbaycan dilində yazdığı şeirlər, istərsə də “Ənis-ül-arifin” əsəri 
mahiyyət etibarilə sırf ürfani-fəlsəfı məzmun daşıyır. Dövrünün sultanların- 
dan qorxmayan şair öz şeirlərində, həmçinin sufi təlimində insanlan qardaşlığa 
və bərabərliyə çağırırdı. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım 
Ənvarm müridləri xurafat və ehkamlara etinasız yanaşır və bərabərləşdirici 
cəmiyyət ideyaları yayırdılar 1 . 

XIV əsrdə doğma ana dilində yazıb-yaradan şairlər içərisində görkəmli 
ədib və dövlət xadimi Qazi Bürhanəddinin əsərləri xüsusi yer tutur. 

Qazi Bürhanəddinin əsərləri həm insanpərvərliyi, nikbinliyi, mənəvi 
əxlaqi keyfiyyətləri, həm də forma, bədii dil baxımından orta əsrlərin sxolas- 
tik şeir normalarına zidd idi. Onun ruhoxşayan cazibədar şeirlərində xalq 
yaradıcılığına məxsus bir gözəllik, səmimiyyət və təravət vardır. Şairin lirik 
qəhrəmanı öz mənəviyyatı, etibarı, sədaqəti, həyatı, gözəlliyi duyması, mən- 
liyini, vüqarını yüksək tutması ilə seçilir. Ərəb və fars dillərində də şeirlər 
yazan, Şərq poetikasının qanun-qaydalarına dərindən yiyələnən Qazi Bür- 
hanəddin ədəbiyyatımızı tuyuq janrı ilə zənginləşdirmişdir. Öz mənşəyini 
qədim türk folklorundan alan tuyuq forma baxımından bayatı və rübaini 
xatırladır və onlar kimi a-a-b-a sistemi ilə qafiyələnir. Lakin axırıncı iki şeir 
formasından fərqli olaraq, tuyuq əruzun rəməl bəhrinin -u — |-u — | — u- 
sxemi ilə yazılır. Həm də tuyuqun qafiyəsi çox vaxt cinas sözlərdən düzəlir. 
Türkdilli xalqların yazılı ədəbiyyatına tuyuq janrını ilk dəfə Qazi Biir- 
hanəddin gətirmişdir 2 . Sonralar Nəsimi, Lütfi, Nəvai, Babur və başqa şairlər 
də tuyuq janrında şeirlər yazmışlar. Tuyuq formasında şeir yazmaq çətin olsa da, 
bu janr geniş xalq kütlələrinin asan başa düşdüyü və çox sevdiyi bir şeir növü 
olmuşdur. Qazi Bürhanəddinin başqa şeirləri kimi, tuyuqları da bədii-poetik 
məziyyətləri, ruhu, məzmunu etibarilə şifahi ədəbiyyat ənənələri ilə səsləşir: 

Həmişə aşiq könlü büryan bolur, 

Hər nəfəs qərib gözü giryan bolur. 

Sufilərin diləgi mehrab, namaz, 

Ər kişinin arzusu meydan bolur. 


1 Историн персидскои и таджикскои литературы, səh.271. 

2 E . Ə . Б ертелвс. Избранные труды. “Навои и Джами”, M., 1965, səlı.57. 


15 



Sonrakı dövr türkdilli şerimizin güclənməsində, onun xəlqilik və dünyəvi 
ideyalarla zənginləşməsində Qazi Bürhanəddin yaradıcılığının müsbət rolu 
olmuşdur. 

Anadilli yazılı ədəbiyyatımızın həqiqi banisi, onu Yaxm Şərqin ənənəvi 
ədəbi dilləri səviyyəsinə yüksəldən isə İmadəddin Nəsimi (1369-1417) ol- 
muşdur. Bu ölməz sənətkarın ədəbi fəaliyyəti haqqında “Azərbaycan klassik 
ədəbiyyatı kitabxanası”nm müvafiq cildində ətraflı məlumat veriləcəkdir. 
Burada isə biz yalnız bunu deməklə kifayətlənirik ki, Nəsiminin yaradıcılığı 
ona qədər əsasən fars dilində inkişaf edən klassik ədəbiyyatımızın doğma 
Azərbaycan dilinə keçməsi prosesində dönüş nöqtəsi oldu. Nəsimidən sonra 
gələn Azərbaycan şairlərinin əksəriyyəti bu böyük sənətkarın zəngin təcrü- 
bəsinə arxalanaraq öz ana dilində yüksək sənət əsərləri yaratmağa başladılar. 

* * * 

XIV əsrin sonlarında Azərbaycan yeni bir dəhşətli istilaya - Teymurləng 
istilasına məruz qalır. Ancaq 1405-ci ildə, bu amansız fatehin ölümündən 
sonra, onun sağ qalan iki oğlu və on yeddi nəvəsi arasında hakimiyyət uğrun- 
da gedən daxili müharibələr Azərbaycan feodallarına ölkənin istiqlaliyyətini 
bərpa edib, öz müstəqil hakimiyyətlərini yaratmağa imkan verdi. Azərbay- 
canın şimalında müstəqil Şirvanşahlar, cənubunda Qaraqoyunlular, daha 
sonra isə ( 1467-ci ildən) Ağqoyunlular dövlətləri yarandı. Yaranmış vəziyyət 
ölkənin iqtisadi cəhətdən bir qədər dinc inkişafına, təsərrüfatın bərpasına, 
elmin və mədəniyyətin yüksəlməsinə kömək etdi. İncəsənətin müxtəlif sahə- 
lərində, xüsusilə rəssamlıq və memarlıqda müəyyən nailiyyətlər qazanılır. 
Böyük şəhərlərdə elmin müxtəlif sahələrində fəaliyyət göstərən yeni ziya- 
lılar nəsli yetişir. 

XV əsr Azərbaycan ədəbiyyatı tarixində türkdilli poeziyanın daha da 
inkişafı və çiçəklənməsi dövrüdür. Yerli Azərbaycan feodal dövlətlərinin 
yaranması, bu dövlətlərin Azərbaycan dilinə əhəmiyyət verməsi ədəbiyyatda 
da öz əksini tapır. Poeziyada Şərq şerinin bütün növlərini əhatə edən bir çox 
lirik və epik əsərlər meydana çıxır. Məhz bu dövrdən etibarən Azərbaycan 
ədəbiyyatında məhəbbət lirikası üstünlük təşkil etməyə başlayır. Haınidi, 
Həqiqi, Xəlili, Bəşiri, Kişvəri, Hidayət kimi şairlər qəzəl janrında böyük 
şöhrət tapırlar. Şirvanşahlar sarayında yaşayan və fars dilində yazan Bədr 
Şirvani və bəzi başqa şairlər öz şeirlərində feodal hakimlərinin tərifinə geniş 
yer versələr də, XV əsr şairlərinin çoxu əsərlərində şəhər sənətkarlarının və 
əhalinin başqa yoxsul təbəqələrinin görüşlərini, arzu və istəklərini ifadə edir, 
hakim sinifləri, riyakar zahid və vaizləri, ümumiyyətlə, ruhaniləri tənqid 
edirdilər. Belə fikirlərini onlar qısa və ötəri şəkildə məhəbbət mövzusunda 
yazdıqları şeirlərdə ifadə edirdilər. Məhəbbətdə bərabərlik fikrini irəli sürən, 


16 



real insani sevgini, dostluq və sədaqəti tərənnüm edən bu şairlər məhəbbətə 
fəlsəfi məna verərək, dünyanın, həyat və təbiətin sirlərini eşq, sevgi ilə izah 
etməyə çalışırdılar. 

Məhəbbət məfhumundan hakim təbəqələrin mənafeyini müdafiə edən 
və feodal-ruhani görüşlü şairlər də geniş istifadə edirdilər. Lakin onlar bəşəri 
məhəbbəti ilahi məhəbbətlə, daha sonralar isə “dinə və din xadimlərinə olan 
məhəbbətlə” əvəz edirdilər 1 . 

Əsrin birinci yarısında lirik janrda yazıb-yaradan şairlərdən Cahanşah 
Həqiqinin, ikinci yarısında yaşayan şairlərdən isə Kişvərinin yaradıcılığı diq- 
qəti daha çox cəlb edir. 

Qaraqoyunlular dövlətinin banisi Qara Yusifin oğlu Mirzə Cahanşah 
Həqiqi (1397-1467) bacarıqlı bir dövlət xadimi olduğu kimi, istedadlı şair 
kimi də şöhrət qazanmışdır. Onun divanı Azərbaycan və fars dillərində yaz- 
dığı qəzəl və rübailərdən ibarətdir. Şeirlərindən görünür ki, şairin dünya- 
görüşünün və sənətkarlıq xüsusiyyətlərinin formalaşmasında Nəsimi şerinin 
böyük təsiri olmuşdur. O, qəzəllərində Fəzlullah Nəiminin də adını hörmətlə 
çəkir, özünü onun müridi hesab edir. 

Həqiqi qəzəllərində “insani eşq, gözəlliyə pərəstiş, həyata bağlılıq, sə- 
daqət humanizm və sair bu kimi ümumbəşəri hisslər öz əksini tapmışdır” 2 . 

Əsrin ən görkəmli şairi isə ədəbi irsi lazımınca öyrənilməyən Kişvəri ol- 
muşdur. 

Kişvəri şeirlərində güclü azadlıq meylləri və həyat eşqi duyulur. O, 
insanları ömrü mənalı keçirməyə, həyatın gözəlliklərindən zövq almağa ça- 
ğırır. Sadə xalq danışıq dilindən bacarıqla istifadə edərək yazdığı qəzəllərdə 
şair real, həyati məhəbbəti tərənnüm edir. Heç bir dini təriqətə qoşulmayan 
sənətkarın şeirlərində bədii, fəlsəfi ümumiləşdirmələrlə yanaşı həyatilik, 
gerçəkliyə bağlılıq var. Bəzən isə şair həyatdan, dövrün ədalətsizliklərindən 
şikayətlənir: 


Məni ta nızgari-səngdil ayırdı yarımdan. 

Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarımdan. 

Kişvəri şeirlərində məşhur özbək şairi Əlişir Nəvainin təsiri duyulmaq- 
dadır. Bu isə onun nəinki özünə qədərki anadilli poeziyadan, həm də ümumi 
türkdilli ədəbiyyatın ən mütərəqqi və böyük şairlərindən də bəhrələnməsinin 
sübutudur. 

Bu dövrdə epik əsərlər yaratmaq ənənəsi də davam edir. Nizami “Xəm- 
sə”sinin təsiri ilə fars dilində yazılan poemalarla (Əşrəfin “Xəmsə”, Salim 

1 H.Araslı. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958, səh.44. 

2 L . Hüs ey nzadə. Mirzə Cahanşah Həqiqi. “Şeirlər”, səh.10. 


17 



Təbrizinin “Leyli və Məcnun” əsərləri) yanaşı, Azərbaycan dilində də bir 
neçə epik əsərlər yaranır. Azərbaycan şairləri Şərqdə geniş yayılmış “Yusif 
və Züleyxa” mövzusuna daha çox müraciət edirlər. Bu mövzuda yazan şair- 
lərdən Xətayi Təbrizi, Şəms, Xəlifə Təbrizi və Salim Təbrizini göstərmək 
olar. Bunların arasında öz ideyası və xarakterləri ilə Şəmsin “Yusif və 
Züleyxa” poeması xüsusi yer tutur. Burada müəllif ata və oğul məhəbbəti, 
aşiq sevgisinin qüdrəti, saf əxlaq kimi bir sıra həyati məsələlərdən bəhs edir, 
yaratdığı bir silsilə dolğun insan obrazlarının köməyi ilə bu məsələlərin 
həllinə çalışır. Əsərdə paxıllıq, tamahkarlıq, böhtan kimi mənfi keyfiyyətlərin 
tənqidinə də xüsusi fikir verilir. 

Bütün bu deyilənlər göstərir ki, XV əsrdə Azərbaycan poeziyası keyfiy- 
yət etibarilə yeni bir pilləyə qalxır, həm lirika, həm epik şeir sahəsində bir 
sıra gözəl sənət nümunələri yaranır. Bununla yanaşı, ölkənin daxilində haki- 
miyyət uğrunda gedən mübarizələr və başqa hadisələr poeziyanın inkişafına 
mənfi təsir göstərir, onun vüsətini məhdudlaşdırırdı. 

* * * 

XV əsrin ikinci yarısında Azərbaycanda feodal dövlətlərinin zəifləməsi, 
feodal pərakəndəliyinin və ara müharibələrinin güclənməsi müşahidə olunur. 
Xalq kütlələrinin antifeodal hərəkatı genişlənməkdə idi. Bu hərəkat obyektiv 
olaraq əhalinin daxili müharibələrdə və feodalların özbaşınalığına son qoymaq, 
mərkəzləşmiş qüvvətli dövlət yaratmaq tələbatını əks etdirirdi 1 . 

XVI əsrin əvvəllərində ölkədə vahid Azərbaycan dövləti qurmaq üçün 
əlverişli şərait yaranmışdı. Bu şəraitdən bacarıqla istifadə edən Səfəvilər 
sülaləsi XVI əsrin əvvəllərindən hakimiyyəti öz əllərinə alıb, qüdrətli vahid 
Azərbaycan dövləti yaratmağa müvəffəq oldular. 

Mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması ölkənin siyasi, iqtisadi 
vəziyyətində olduğu kimi, mədəni həyatında da yüksəlişə səbəb oldu. Elmin 
müxtəlif sahələrinə aid yeni əsərlər yaranır. Marağa rəsədxanası bərpa olunur. 
İncəsənətin inkişafında daha böyük nailiyyətlər qazanılır. “Şərqin Rəfaeli” 
kimi şöhrət tapmış Kəmaləddin Behzad (1455-1535) və dövrün digər gör- 
kəmli sənətkarlarından dərs alan bir dəstə istedadlı azərbaycanlı rəssam XVI 
əsrin ortalarında Təbrizdə orijinal və yüksək yaradıcılıq xüsusiyyətlərinə 
malik olan rəssamlıq məktəbi yaradır. Dövrün mühüm hadisələrini əks etdi- 
rən çoxlu tarix və təzkirə kitabları yazılır. Dövrün alim və sənətkarlarının 
yaradıcılığı əhatə dairəsinin genişliyi və rəngarəngliyi ilə seçilir. 

XVI əsr Azərbaycan poeziyası bundan qabaqkı əsr şerinin mütərəqqi 
ənənə və meyllərinin bilavasitə davamı və daha yüksək mərhələsi kimi mey- 

1 Azerbaycan tarixi, I c., Bakı, 1961, səh.242. 


18 



dana çıxır. Sənətkarlığın, xüsusilə şeir texnikasının son dərəcə güclənməsi, 
zəngin, çoxcəhətli obrazların yaranması, fəlsəfi fikrin, dünyəvi ideyaların və 
ictimai motivlərin daha da inkişafı bu dövr poeziyasının başlıca cəhətləridir. 
Səfəvilər dövlətinin Azərbaycan dilindən dövlət dili kimi istifadə etməsi, 
xüsusilə bu dövlətin banisi Şah İsmayılın öz ana dilində gözəl şeirlər yazması 
poeziya sahəsində də Azərbaycan dilinin hakim mövqe tutmasını təmin edir. 
Burada görkəmli şərqşünas İ.S.Braginskinm aşağıdakı fikrini də göstərmək 
sözsüz yerinə düşərdi: “Bizə belə gəlir ki, ərəb, fars və türk ədəbiyyatları əla- 
qələri sayəsində VII əsrdən XVI əsrədək ədəbi hegemonluğun özünəməxsus 
bir şəkildə ərəbdilli ədəbiyyatdan (VII-IX əsrlər) farsdilli (X-XIV əsrlər), 
sonra isə türkdilli (XV əsrdən etibarən: Nəvai, sonra Füzuli və b.) ədəbiyyata 
keçməsi baş vermişdir” 1 . 

Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, bəzi tədqiqatlarda XVI əsr 
Azərbaycan poeziyasının təqlidi xarakter daşıması haqqında rast gələn fikir- 
lər düzgün deyil. Azərbaycan şairləri farsdilli klassik ədəbiyyatın təcrübə- 
sindən yaradıcı surətdə istifadə edərək, onu milli xalq ədəbiyyatından gələn 
ideya, süjet və poetik ünsürlərlə zənginləşdirir, orijinal sənət əsərləri yaradır- 
dılar. Xəzaninin aşıq qoşmalarını xatırladan və heca vəznində yaratdığı şeir 
parçaları, Şah İsmayılın məhəbbət mövzusunda yazdığı əsərləri buna gözəl 
misal ola bilər. Həmçinin Füzulinin nəinki Azərbaycan bədii fikir tarixinə, 
eləcə də türkdilli xalqların ədəbiyyatına bir çox yeni və gözəl keyfiyyətlər 
gətirməsi məlumdur 2 . 

XVI əsrdən başlayaraq klassik Azərbaycan ədəbiyyatında eyni zamanda 
həm Azərbaycan, həm də fars dilində (bəzən də həmçinin ərəb dilində) şeir 
yazmaq halı bir növ ədəbi normaya çevrilir. Bununla belə, bu dövrdə yazan 
şairlərin demək olar ki, hamısının yaradıcılığında ana dili üstünlük təşkil edir. 
Bu, hər şeydən əvvəl, Azərbaycan poeziyasında şeir texnikasının, poetika 
qanun-qaydalarının cilalanması və yüksək bir səviyyəyə çatmasının nəticəsi 
idi. Azərbaycanlı şairlərin eyni zamanda fars dilində də şeirlər yazmasının 
səbəbini isə bu halın artıq ənənə şəkli alması və XI-XIV əsrlər güclü farsdilli 
poeziyasının onlara təsiri ilə izah etmək lazımdır. 

Əsrin ədəbiyyatının səciyyəvi xüsusiyyətlərindən biri də şerə, sənətə 
olan marağın olduqca artması, poeziyanın təsir dairəsinin genişlənməsi idi. 
Hətta əmirlər, xırda şəhər sənətkarları, məmurlar və ruhanilər belə şeir 
yazmağa cəhd edir, ədəbiyyatla maraqlanırdılar. Aydındır ki, bunların heç də 
hamısı peşəkar şair olmayıb, əslində şeir həvəskarları idilər. Ancaq onların 
arasından görkəmli sənətkarlar da çıxırdı. 

1 И . C . Б p агинскии. O проблеме периодизадии истории персидскои и тад- 
жикскои литератур. “XXV Международныи конгресс востоковедов. Доклады 
делегадии СССР”, M., 1960, səh.7. 

2 M.Quluzadə. Füzulinin lirikası. Bakı, 1965, səh.206-207. 


19 



Səfəvi hökmdarlarının şiə məzhəbini təbliğ etməsi ilə əlaqədar olaraq 
dövrün poeziyasında bəzən dini motivlər, sufi-şiə, həmçinin hürufilik ideyaları 
da öz əksini tapırdı. Ancaq istedadlı şairlər bu maneələri aradan qaldıraraq, 
müəyyən dərəcədə mistik formada olsa da dünyəvi hissləri, mənəvi-ruhani 
keyfiyyətləri tərənnüm edirdilər. Mütərəqqi şairlərin yaradıcılığında məhəb- 
bət lirikası və fəlsəfi şeir aparıcı rol oynayırdı. Həbibi, Süruri, Tüfeyli, 
Həqiri, Gülşəni, Xəlili, Şahi, Fəzli, Xəzani, Rəhməti kimi şairləri xalqın arzu 
və əməllərinə rəğbət, feodal-saray ədəbiyyatının təmtəraqlı mədhiyyəçilik 
üslubundan qaçmaq, ehkampərəstliyə etiraz səsi, xalq ədəbiyyatına yaxınlıq 
kimi ümumi keyfiyyətlər birləşdirirdi. Öz ana dilində yazan bu və bir çox 
başqa sənətkarlar ərəb və fars dilində yaranmış lirika səviyyəsində dayanan 
divanlar yaradır, azad fikirlilik, mənəvi ideyaları təbliğ edirdilər. 

XVI əsrdə Azərbaycan xalqının başqa türk xalqları ilə ədəbi əlaqələri də 
xeyli genişlənir. Hələ XV əsrin ikinci yarısında özbək intibah mədəniyyətinin 
qüvvətli təzahürü və Nəvai ədəbi məktəbinin geniş şöhrət tapdığı zamanda 
Herata gələn azərbaycanlı şairlər Səfəvilər dövründə vətənə qayıtdıqdan 
sonra öz əsərlərində özbək mədəniyyətinin nailiyyətlərindən, Nəvai irsindən 
bacarıqla istifadə edirdilər. Belə şairlərdən Ziyayi, Xülqi, Allahi, Bəşirini 
göstərmək olar. 

XVI əsrdə Süruri, Bidari, Səhabi, Pənahi, Xəlifə, Xəzani, Hafiz, Mir Qədri, 
Həsini, Qasirni, Gülşəni, Arifi, Matəmi kimi şairlər isə müxtəlif səbəblər 
üzündən Türkiyəyə köçməli və yaradıcılığının müəyyən bir hissəsini orada 
davam etdirməli olmuşlar. Bu şairlərdən çoxu hələ öz sağlığında böyük hör- 
mət qazanmış və Türkiyə ədəbiyyatına, sənətinə təsir etmişlər 1 . 

Dövrün ən görkəmli nümayəndələrindən biri - qəzəlləri uzun müddət 
Yaxın Şərq şairləri üçün nümunə olan, XV əsrin sonu XVI əsrin əvvəllərində 
yazıb-yaratmış Həbibi idi. Şairin əldə olan qəzəlləri içərisində dostluq və 
gözəlliyin tərənnümünə və aşiqanə duyğuların ifadəsinə həsr edilmiş şeirlər 
üstünlük təşkil edir. Füzuli kimi böyük bir şairin onun: 

Gər səninçün qılmayam çak, ey büti-nazikbədən, 

Gorum olsun bu qaba əynimdə pirahən-kəfən 

- misraları ilə başlayan qəzəlinə nəzirə yazması Həbibinin orijinal poetik 
üslubunun, dərin həyati duyğularının və obrazlı ifadələrinin sonrakı dövr 
poeziyamıza təsir göstərməsinin aydın sübutudur. 

Əsrin birinci rübündə yazıb-yaratmış ən görkəmli sənətkarlardan biri də 
Şah İsmayıl Xətayi idi. Xətayinin yaradıcılığında dini-siyasi motivlərə tez- 

1 Azerbaycan ədəbiyyatı tarixi, I c., Bakı, 1960, səh.300. 


20 



tez rast gəlinsə də, şairin belə əsərlərində mübariz bir ruh, əzəmət, qürur hissi 
vardır. Məhəbbət mövzusunda yazdığı qəzəllər şifahi xalq şerindən, həyatdan 
gələn meyllərin təsiri ilə yeni məzmun, yeni xüsusiyyət kəsb edir, sadəliyi və 
oynaqlığı ilə seçilir. Şair xalq şerinə rəğbətlə yanaşaraq qoşma, gəraylı, bayatı 
janrlarında da gözəl şeirlər yazmışdır. 

Xətayinin yaradıcılığında epik əsərlər - “Nəsihətnamə” məsnəvisi və 
“Dəhnamə” poeması da mühüm yer tutur. Didaktik mahiyyət daşıyan bu 
əsərlərdə şair şiə görüşlərinin təbliği ilə yanaşı, oxucularına sədaqət, müba- 
rizlik, iradəlik kimi keyfiyyətlər aşılamaq istəmişdir. Ədəbi irsinin mühüm 
bir hissəsini xalq ədəbiyyatı ənənələri əsasında - heca vəznində, xalq şeri 
formasında yazan Xətayi şəxsiyyəti və yaradıcılığı ilə özündən sonrakı Azər- 
baycan mədəniyyəti üzərində dərin izlər buraxmışdır. 

Ənənəvi mövzuda yazılmış, lakin həmin mövzuya müəyyən fikri və üslubi 
yeniliklər gətirmiş epik əsərlər sırasında Həqirinin və Zəmirinin “Leyli və 
Məcnun” poemalarını qeyd etmək lazımdır. Həqirinin əsəri Azərbaycan 
dilində “Leyli və Məcnun” mövzusunda yazılmış ilk poemadır. Poema Niza- 
minin, Əmir Xosrov Dəhləvinin, Hatifinin eyni adlı əsərlərinin təsiri altında 
nəzmə çəkilsə də, “qayəsi, ideya istiqaməti, obrazlarının özünəməxsus səciy- 
yəsi, ruhu, nəhayət, dili və üslubu etibarilə orijinal sayıla bilər” 1 . 

Hələ XIII əsrdən başlayaraq inkişaf etməkdə olan türkdilli Azərabyacan 
poeziyası ictimai-fəlsəfi məzmun, bədii dil və poetik üslub cəhətindən XVI 
əsrdə Füzuli (1494-1556) qələminin qüdrəti ilə özünün ən yüksək kamillik 
dərəcəsinə çatır. Azərbaycan, ərəb və fars dillərində klassik poeziyanın bü- 
tün forma və janrlarında ölməz əsərlər yaradan bu böyük şair öz dövrünün 
məsələlərinə demokratik mövqedən yanaşmış, yaradıcılığının sinfi və tarixi 
məhdudluğuna baxmayaraq, bütün Y axm Şərq ədəbiyyatının XVI əsrdə dünya 
mədəniyyəti xəzinəsinə daxil olan ən mütərəqqi əsərlərini yaratmışdır. Azər- 
baycan ədəbi dilinin qəti şəkildə formalaşması bu böyük dahinin çoxcəhətli 
ədəbi fəaliyyətinin nəticəsi olduğu kimi, sonrakı əsrlər klassik ədəbiyyatı- 
mızın inkişafı da onun adı ilə bağlıdır. 

* * * 

Bütün bu yuxarıda deyilənlər aydın göstərir ki, XIII-XVI əsrlər Azərbay- 
can poeziyası özünəməxsus spesifik, mürəkkəb bir inkişaf yolu keçərək 
yüksək təkamül nöqtəsinə çatmışdır. Əgər farsdilli poeziyamız hələ XII əsrdə 
Nizami dühası ilə öz yüksək inkişaf zirvəsinə çatmışdırsa, anadilli şerimiz 
həmin səviyyəyə XVI əsrdə Füzuli sənətinin qüdrəti ilə yüksəlmişdir. XIII-XV 

1 R. Az a də. Göstərilən əsəri, səh. 183. 


21 



əsrlər Azərbaycan şeri özünəməxsus bütün xüsusiyyətlərinə baxmayaraq, 
əsasən klassik farsdilli poeziyanın təcrübəsini mənimsədiyi halda, XVI əsrdən 
etibarən bu ədəbiyyat öz milli çərçivəsindən kənara çıxmağa və artıq Y axın 
Şərq xalqlarının şeir sənətinə təsir göstərməyə başlayır. Əgər bu ədəbiyyat 
öz genetik kökləri ilə qədim türk xalqlarının şifahi xalq yaradıcılığı ilə, rabitə 
əlaqəsi ilə isə Yaxın Şərq xalqları ədəbiyyatı ilə bağlı idisə, tipoloji baxım- 
dan İntibah mədəniyyətinə uyğun gəlirdi. Axırıncı əlaqə forması klassik dövr 
poeziyamızın mahiyyətini və məfkurə istiqamətini müəyyənləşdirmək cəhə- 
tindən başlıca şərtdir. Bu ədəbiyyat orta əsrlər şəraitində yaranıb inkişaf edən, 
lakin öz mahiyyətilə feodalizm cəmiyyətinin ruhuna zidd olan, xalqın arzu və 
azadlığını, insani ləyaqətini yüksəklərə qaldıran humanist poeziya idi. Həsən- 
oğlu, Qazi Biirhanəddin, Nəsimi, Kişvəri, Füzuli kimi öz dövrünün ən mütə- 
rəqqi və savadlı ziyalıları real həyatın gözəlliklərini, bəşəri məhəbbəti, azad 
fıkirliliyi, dostluq və sədaqəti tərənnüm edirdilər. Məhz bu xüsusiyyətlərinə 
görədir ki, orta əsrlər Azərbaycan poeziyası bu gün belə öz ecazkar təsir qüv- 
vəsini, gözəllik və təravətini itirməmişdir. 


Cahangir Qəhrəmanov 
Kamil Allahyarov 

1984 




22 





ŞE 



İZZƏDDİN HƏSƏNOĞLU 

XIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan 
Izzəddin Həsənoğlunun yaradıcılığı ədəbiyyat tariximizdə doğma Azərbaycan 
dilində yaranan poeziyanın ilk nümunələri kimi çox qiymətlidir. Şair Azərbaycan 
dilində yazdığı şeirlərdə Həsənoğlu, farsca yazdığı şeirlərdə isə Puri-Həsən 
təxəllüsünü işlətmişdir. 

Təzkirə kitablarında Həsənoğlunun lıəyatı haqqında verilən məlumatlar 
olduqca az və səthidir. Dövlətşahın yazdığına görə, o, Xorasanda yerləşən 
Əsfərain şəhərində doğulmuşdur. Orta əsrlərdə Şərqdə geniş yayılmış təsəvvüf 
təriqətinə qoşulmuş və Şeyx Camal Əhməd Zakirin müridi olmuşdur. 

Şairin “Divan” ı da bizim zənıanəmizədək gəlib çatmamışdır. Hazırda 
Həsənoğlunun elmə məlum olan üç qəzəlindən ikisi Azərbaycan, biri isə fars 
dilində yazılmışdır. Bu şeirlər onun iki dildə yüksək sənət əsərləri yaratmağa 
qadir mahir bir şair olduğunu göstərir. 

Ayırdı könlümü bir xoş qəmər yüz, canfəza dilbər, 

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. 

Mən ölsəm sən büti-şəngül sürahi, eyləmə, qül-qül, 

Nə qül-qül? Qül-qüli-badə. Nə badə? Badeyi-əhmər. 

Başımdan getmədi hərgiz səninlə içdiyim badə, 

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər. 

Şəha, şirin sözün qılır Misrdə bir zaman kasid. 

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər. 

Tutuşmayınca dər atəş bulunmaz xisləti-ənbər. 

Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər. 

Əzəldən cam içində yazıldı surəti-mə’ni. 

Nə ınə’ni? Mə’niyi-surət. Nə surət? Surəti-dəftər. 

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq, 

Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər. 


25 



* * * 


Necəsən, gəl, ey yüzü ağım bənim? 
Sən əritdin odlara yağım bənim. 
And içərəm səndən artıq sevməyim, 
Sənin ilə xoş keçər canım bənim, 
Hüsn içində sana manənd olmaya, 
Əsli yuca, könlü alçağım bənim. 

Al əlimi irəyim məqsudimə, 

Qoyma yürəkdə yana dağım bənim 


Sən rəqibə sirrini faş eylədin, 
Anun ilə oldu şımtağım bənim. 
Qışladım qapında itlərin ilə, 

Oldu kuyin üşdə yaylağım bənim. 
Bən ölücək yoluna gömün bəni, 
Baqa dursun yarə toprağım bənim. 
Toprağımda bitə həsrətlə ağac, 
Qıla zari cümlə yaprağım bənim. 
Bu Həsənoğlu sənin bəndən dürür 
Anı rədd etmə, yüzü ağım bənim. 




26 





QAZİ BÜRHANƏDDİN 


Görkəmli Azərbaycan şairi və dövlət xadimi Qazi Bürhanəddin ( 1344-1398 ) 
Qeysəriyyədə doğulmuşdur. Onun əsl adı Əhməddir. Oğuzların Sülar boyuna 
mənsub olan Qaxi Bürhanəddinin ata-babası nəsillikcə zəmanəsinin siyasi 
xadimləri kimi tanınmışlar. 

İlk təhsilini atasından alan Əhməd 14 yaşında ikən Mirə getmiş, beş ilə 
yaxın orada fiqh, fəraiz, hədis, təfsir, heyət, tibb, həndəsə, nücum elmlərini 
mükəmməl öyrənmişdir. Sonra təhsilini Şamda və Hələbdə davam etdirmişdir. 
20 yaşında Qeysəriyyəvə qayıdan Qazi Bürhanəddin dövlətin siyasi həyatında 
fəal iştirak edir, daha sonra isə hakimiyyət başına keçərək, dövləti bilavasitə 
idarə etməyə başlayır. Qorxmaz, uzaqgörən, siyasətcil bir hakim və elmi, sənəti 
sevən bir şair kimi şöhrət tapan Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu 
nəslindən olan Qara Yolüq Osman bəy tərəfimdən öldürülmüşdür. 

Qazi Bürhanəddinin yaradıcılığı Azərbaycan dilində yazdığı “ Divan "ın- 
dan, ərəb və fars dillərində yazdığı şeirlərdən, “ Iksiriis-səadət fiı əsrarül- 
ibadət” və “Tərcihüt tövzih ” adlı elmi əsərlərindən ibarətdir. 


QƏZƏLLƏR 

Necə bir şol cadu gözün qəsdi-canü dil qıla, 
Necə bir şol incə belün bu tənümi qıl qıla. 

Gözlərüm gəmisi ləngər saldı qan dənizinə, 
Gərqi-xun olsun əgər əzmini basahil qıla. 

Şol günəş yüzünə qarşu bən hilali olmışam. 
Ola bu əksüklüyi kim, hüsnünüz kamil qıla. 

Necə qıla bir könül ki, hər qıliyçün zülfimin, 
Kirpüginün hər qılından bir dəmi-sail qıla. 

E’tidali-qamətündən ədi ümar dəlü könül 
Ki, məgər sərvini bizdən yanaya mail qıla. 


27 



* * * 


Ləbün meyiylə bir dəm dimağ əgər tər ola, 
Gərək ki, sözlərümüzdən cihan mü’əttər ola. 

Gözüm nəmi nəmə əksük qomaz, vəli yarun, 
Yaşuma gər nəmə nur isə daxı xoştər ola. 

Qoya bilürsə başı ayağına xəlqi-cəhan. 

Gərək ki, zülfi kibi cümlə sərbəsər sər ola. 

Həva dimağuma urdi əcəb dəgül şimdi, 

Bu göz yolmdan əgər yaşlarum müqəttər ola. 

Xəyaluna taparam bütpərəst xod degüləm, 
Nerəyə baxar isəm surətün müsəvvar ola. 

Məgər ki, bu könülüm arzuyi-şəkkər edər 
Ki, dayima ağızumda ləbün mükərrər ola. 

Nigara, lə’li-ləbün aşiqi dürür bu könül. 

Key isə cənnətiin içində hövzi-Kövsər ola. 

Sabah turu gəlip yüzünə baxan gözlər, 

Gərək ki ğəm çərisi üsdinə müzəffər ola 

Nigaran rast diyəlüm çü sərvün oldu rəvan, 
Qiyamət oldi gərək qamu sərvə sərvər ola. 

Dəm olmadımı dəmündən ki, bir dəm ola ana, 
Neçə-neçə qapudan taşpa lıəlqei-dər ola. 

Oduna çün ki, bərahım eşqilə düşə dil, 
Xəyalunun bütini yonmağ ilə azər ola. 

Günəş ilə gecənün ictima’i yox, ya nəçün, 

Bu qarə zülfi nigarun yüzində dərxor ola. 


28 



Bu rast qəddüni çəngi görürsə dutma əcəb, 
Əgər müxalif edüp sazını mühəyyər ola. 

Nigara udi saçun qıldı yenilə qanun, 

K’anun xəyaliylə dil-dil həmişə məcmər ola. 

* * * 

Bülbül yenə çağırdı ki, fəryad yad ola, 
Qəddün yenə salındı ki, şimşad şad ola. 

Gözün əgərçi zülmini irurdi ğayətə, 

Umum budur, ləbün ilə bidad dad ola. 

Sərvün ayağı bağlıvü ney bağıldur beli, 
Qəddün kibi kim ola ki, azad zad ola. 

Novruzdur, sənünilə bir eyş edəm gərək 
Ki, dünya əhli görəvü əyad yad ola. 

Badi-səba saçun ilə oynayalı, şəha, 

Bildük ki, işbu dəhri-qəmabad bad ola. 

* * * 

Gecə-gündüz bənüm işüm zar ola, 
Qorxaram fitnə gözün bidar ola. 

Səndən özgəyə bazımaz gözlərüm. 
Görməyə məgər səni, naçar ola. 

Necə qurtara bilə kişi könül, 

Çünki mə’şuqi büti-əyyar ola. 

Zəlır içün tiryakı qoymax olamı, 
La-cərəm ki, gül qatında xar ola. 


29 



Gah mehrab ola qaşlarun bana. 

Gah zülfün belümə zünnar ola. 

Də’viyi-zöhdü nəmazuna sənün, 

Taş bağırun mövcihi -inkar ola. 

Eşqə bürhan gösdərür yüzün əgər, 

Bir nəfəs lütfün bizümlə yar ola. 

Qanqı dindədür rəva bu hal ki, 

Bən xumaru ləblərün xəmmar ola. 

Çün xəyalun qıldı gözümdə məqam, 

Vacib oldı ki, ana idrar ola. 

Kim ki, bizari ola bazarıdur, 

Kim ki, bazar işdəyə ba-zar ola. 

Şol könüldə ki, sən olasın, şəha, 

Diləməzəm ki, daxı dəyyar ola. 

* * * 

Can-cana irmədiyisə, tən-tənə irdi, şükr ana, 

İşbu bizüm zəmzəməmüz, tən-tənə irdi, şükr ana. 

Anca cigər qanmı bən ləbləriyilə içmişəm 
Ki, sunıcax ağızuma, əl qanə irdi, şükr ana. 

Can ləbünüzə irəli təng dürür, macalı yox, 

Eyşi gərək fərax ola can-canə irdi, şükr ana. 

Gəldi xəyalı könlümə, özini buldu xanədə, 
Muşduluq oldu könülə, qul xanə irdi, şükr ana. 

Rövşən idi bu kim, yüzin sevər idüm qədimdən, 
Şimdi bizüm bu də’vimüz bürhanə irdi, şükr ana. 


30 



* * * 


Bizümlə hiylə qılur, nedəlüm cəlıani-fəna, 
Dilər ki, quşca canımı eşqinün oduna yana. 

Gözü çü qıl qələmilə yazar yürəgümdə 
Qızıl mürəkkəb ilə yüzdə yazduğu oxuna. 

Necə xətayi deyəlüm bü türkinin gözünə 
Ki, atar isə yabana, nişanəyə toxuna. 

Nəsim verdi yelə, dutxun eylədi könüli, 
Apardı keysularmun qarasına, axına. 

Vasili və’dəsi irdivü keçdi, irəmədüm, 
İrağa saldı fələk, könülümi yaxma. 

Qanadı yox könülümün ki, uça sevdüginə, 
Qanadı qanı, ııigarun gözü ki, qanə qana. 

Yüzündə gördügümi bən, görürsə hər bidil, 
Fəya kəramətə mən-zal lə ya'budil-vəsəna. 

Cəfayə səbr edəlüm ol visalı gözədibən. 
Fəraqdan ola ki, çərx daxı həm usana. 

Saçında azdı könülümü azduğu uzanur, 
Könül dilər anı ki, azmağ azana uzana. 

* * * 

Eşqi odı dilbərün bu başa çıxarsa, 

Ola əcəb ol od ilə başa çıxarsa. 

Taşə taşun gözləri cigər qaniylə, 
Flüsni cəmalı şü’an taşa çıxarsa. 


31 



Anı ki, gizləmişəm bu tar könülümdə, 
Yedi fələkdən yuxarı aşa, çıxarsa. 

Tatuna can verməgə bəhanə gərəkdür, 
Qılma ana tə’nə, gər şabaşa çıxarsa. 

Könüli sal bəndə qara saçlarun ilə, 

Dik gözünün oxlarına qaşa çıxarsa. 

* * * 

Sun bizə saqi ayaq, dəgdi bulunmaz yayaq, 
Çünki cahandur keçər, bizi qoymagıl yayaq. 

Gözü uyxular kibi, bizi salar uyxuya, 

Sora əgər varasm, biz uyuruz, ol oyaq. 

Kişi budur qaşmun key bizi oxa dikər, 

Gər bulur isə səfa qurban içündür qoçaq. 

Gözləri car eylədi tolu ayaq içməgə, 
Dünyayı toldur götür ki, bütün olsun yasaq. 

Pirü xərəf əqlimüz eşq ilə oldu yigit. 

Çün qocala adəmi, ana gərəkdür tayaq. 

* * * 

Qopdu yenə könlümdə zəmzəmeyi-eşq, 
Söylənür oldu içümdə dəmdəmeyi-eşq. 

Hər nə ki, hökm etmiş idi, gəldi başuma, 
Sübhi-əzəldən bərü bu məlhəmeyi-eşq. 

Varlığumun cümləsini gəldi apardı, 
Varlığuma qonuq olalı həmeyi-eşq. 


32 



Lə’li-ləbün hər nə ki, qədi könülümdə, 
Dökdi gözüm camına bu qumqumeyi-eşq. 

Salalı hüsnün atın vücudum elinə, 

Düşdi atımın öninə bu rəmeyi-eşq. 

* * * 

Könüldə qopalı, sənama, bir səfaye-eşq, 
Doldu bu aləmə yenə bizdən, nidayi-eşq. 

Bu dərdümün dəvasma əql edəməz əlac, 
Bənzər bu dərdə ki, gərək olur dəvayi-eşq. 

Qanı könüldə suvü gözümün yaşını, qan 
Bənzüın görmişin altun edər kimyayi-eşq. 

Ənbər saçı çinində canum ınüşki çin edər, 
Olmadı bəndən özgəyə hərgiz xətayi-eşq. 

Zülfi nihayətinə bu eşqüm irəmədi. 

Gərçi yöriyiməz kişi hərgiz bepayi-eşq. 

Çün gəldi eşq mülkini ana sımarladum, 
Tədbiri-məmləkət hələ qaldı bərayi-eşq. 

Qanilə dəstamaz aluram ləbləriyçün, 

Ta bir dükana rast qılam əzbərayi-eşq. 

Eşqün axıtdı qanumıvü lə’H-ləblərün, 

Ərz edər özini ki, bənəm xünbəhayi-eşq. 

Yürək dəlük-dəlük olıbən nalələr qılur, 
Də’visi bu ki, yə’ni bənəm işimdi nayi-eşq. 

Tardur könül bəğayətü eşqün dənizi od, 

Can necə qatlanıbilə pəs dər həvayi-eşq. 


33 



Bən yar eşqiyilə doğuban böyimişəm, 
Məhrum olmaya kişi əndər-sərayi-eşq. 

* * * 

Suxtə könüllərə qıldı yenə car eşq, 

Ey neçə aşiqləri qıldı yenə zar eşq. 

Qıldı yanaxlarumı cümlə mu’əsfər məgər, 
Anun içün eylədi cədvəli-bərkar eşq. 

Gərçi ki, məxmər edər ləbləriyilə canı, 
Şükr ana ki, gözlərin eylədi xumar eşq. 

Küfrini geysusinün canumuz iman bilur, 
Bağlayala belümə bir qarə zünnar eşq. 

Doldu könüldə həva, qomadı halı məkan, 
La-cərəm oldi qamu bu dərü divar eşq. 

Aşiqü mə’şuqənün eşqilədür varlığı, 
Baxıcağ ol ortada yenə günahkar eşq. 

Xəstəyə olan şifa, əhdinə qılan vəfa, 
Məclis içində səfa, gül bitürən xar eşq. 

Biz neçəsi eşqilə olmayalum bir çün, 

Biz yoğikən vəhdətə eylədi iqrar eşq. 

Vərdişi-eşq eyləsə bizciləyin kişilər, 

Nola çü vərziş qılur günbədi dəvvar eşq. 

* * * 

Gəlün içəlüm bir-iki camı dolu badə, 
Cəhd eyləyəlüm vennəyəlüm ömüri badə. 

Bi-dadə könül bağladı canum gözün ilə, 
Bir parə qılursan daxı ol varmaya dadə. 


34 



Bən sana canum verəmü sən yada könülün, 
Andan daxı götürməyisər hiç bizi yadə. 

Bən sərf sevərəm səni, sən sadə gözəlsən, 
Gərək ki, bayışayidi bə sərf ilə sadə. 

Zülfündə yol uzundurü belündə iş incə, 
Lə’lün nola gər verür isə bizə ziyadə. 

Belündə özin oynadı canum zi-mühəqqəq, 
Zira ki, gözin açdı, baqa gördi fənadə. 

Bən eşqünə varlıx verürəm, kim verür artux, 
Olmaya rəva kim, verəsiz hüsni məzadə. 

Hüsnün kibi bən eşq ilə gərək ki, ad alam, 
Azadə qaçan qane’ olisərdür az adə. 

Bən sözi təvil edəməzəm, şöylə fəridəm 
Ki, qalmaya cüz eşq vücudumda ziyadə. 

* * * 

Bir müddət əgər bulmaz isən yar eşigində, 
Cəhd eylə qərar etməgə naçar eşigində. 

İqrar gərək ki, qılasın cürmü xətanə, 

Zira ki, ulu cürm ola inkar, eşigində. 

Gər yar isəm ana, kişiyi görməgil əğyar, 
Zira ki, şahun olmaya əğyar eşigində. 

Sultan qulu ol ki, ola aləm sana Bağdad, 
Yörəgə yörəniməyə əğyar eşigində. 

Gülşəndə əgər bir güli sən qoxlar isən, 
Əlünə nola batar isə xar eşigində. 


35 



Zor ilə zərə sevdügümün çün tanı yoxdur, 
Yüz naləvü bin ah edərəm zar eşigində. 

Can xəstəvü lə’lündən umar dərdə dəvasın, 
Öldürmə şəha, sayruyi əttar eşigində. 

* * * 

Gəmzən sənəma, urdı yenə yarə yürəkdə, 
Nə saxlamışam görseyidün yarə yürəkdə. 

Bən saxlamışam hüsni xəyalını nigarun, 
İnanmaz isən tur bərü gəl, arə yürəkdə. 

Şaha, könül ölündür, daxı bir yörənü gəl, 
Gör ki, nə qılur zülfı-siyəh qarə yürəkdə. 

Şol cadu gözün sehr ilə aldı canumu, leyk, 
Miskin könüli eylədi biçarə yürəkdə. 

Bən gül görürəm yüzüni gözümdəvü leykin. 
Yer düzərəm öndin sənəma, xarə yürəkdə. 

Azadəsiyəm, nola hələ bəndənüz oldum, 
Eşqün odmun yerini gör qarə yürəkdə. 

* * * 

Al çəngüni çəngi əlünə, başla nəvayə, 
Söhbətdə ki, sən çalmayasm çəngi, nə vayə. 

Keysularunun bin başı var, naz ilə oynar, 
Bən bir başumı oynadam, uş badi-həvayə. 

Yar dərdi dəvadur canuma, olmasun əksük, 
Dəgşürməzəm öüncə bən ol dərdi dəvayə. 


36 



Bibərgü nəva eşqün uzun yoluna girdüm, 
Gülbəri yüzün ilə irəm əlamı nəvayə. 

Bən sərvün içün rast budur, bisərü payəm, 
Bənzəmişəm ol bədri-cəmalunla növ ayə. 

* * * 

Gəl halumu gör, daxı yetər səni əsirgə, 

Gör kimi sevərəm, daxı gəl bəni əsirgə. 

Heyf olmayamı qaşlaruna çin salasan sən, 

Bən xod ölürəm, sən hələ şol çini əsirgə. 

Canü dil ilə əql sənündür, nə deyəyüm, 

Lütf eyləvü bax tanrıya, bir dini əsirgə. 

Məşşatə niçün ğaliyə sürtər bu yüzünə, 

Heyf olmayamı keysuyi-miskini əsirgə. 

Ləblərün içün lə’l demək qatı günahdır, 

Sən deməvü şol cövhəri-rəngini əsirgə. 

Məddah nə təhsin edə bilə səni, şaha, 

Sən qaxıma ol mədh ilə, təhsini əsirgə. 

Yüzünə günəş, alnına ay nisbət olumaz 
Dişlərinə gəl bax, daxı pərvini əsirgə. 

* * * 

Dilbəra, insafə, gəlgil, neçə-neçə dilbəri, 

Bən yüzüni görəli xod dilbəriyəm, dilbəri. 

Bən ayağuna fəda, baş qoymuşam xeyli dürür, 
Sən bu halumi bənüm bəs anlamağıl sərsəri. 


37 



Boyuna tuba nə nisbət, bir quru ağac durur, 
Kim götürə belə dilə sərvi, yaxud ər’əri. 

Bən sən ayı görəli, irdüm kəmalə anca ki, 
Hüsnüni vəsf etmək içün oldi zehnüm ənvəri. 

Şi’ə əhlindən dəgüləm, leyk vardur bu qədər 
Ki, Hüseyni lə’lün içün oldı axıduram Cə’fəri. 

Dünyada daxı nə dilər şol kişi ki, dər-bəhar, 
Suna ayağ əlinə mə’şuqəi-xoşmənzəri. 

Özgələri mədh edənlər görəli şah yüzüni. 

Bir yeni tumar edüp yudılar əski dəftəri. 

Nə rəvadur ki, görə lə’li-ləbüni hər dəğəl, 
Bilməgə anı bənüm tək kişi gərək cövhəri. 

İncü dişünün xəyalı düşəli könülümə. 

Yüzümə yalduzlamışam sərbəsər abi-zəri. 

* * * 

Fitnə gözün könülümün afətidür, afəti, 

Can aparmax işvələrim adətidür adəti. 

Zülfüni xalun yanında dağıdırsan, yə’ni nə, 
Xod dutulmax könülümün hacətidür hacəti. 

Gər qiyamət günini bilməz isə heç kimsənə. 
Bən bilürəm ol nigaran qamətidür qaməti. 

Kimsənə haqqun cəmalı müshəfm oxumadı. 
Bən oxudum hüsnüni ki, ayətidür ayəti. 

Eşqimün heç kimsənə qayətinə irəmədi, 

Zira ki, hüsnün cəmalun qayətidür qayəti. 


38 



* * * 


Qaplan olmuş könül, şikarı qanı? 

Eşq eşigində ahü zarı qanı? 

Gözlərindən çü ayağ içdi könül, 
Gözünə qarşu bir xumarı qanı? 

Başın dizində qomuş bənöfşə bu gün, 
Gönniş ol zülfi-biqərarı, qanı? 

Bülbülə zari gösdərəydüm əgər, 
Görsəydüm bən ol nigarı, qanı? 

Gözi ahusi seyd qıldı bəni, 
Totağındakı dür şikarı qanı? 

İncə beli tənümi qıl qıldı, 

Təni qıl qılmağun kənarı qanı? 

İxtiyarilə vardı dil tapuna, 

Şimdi bu könül ixtiyarı qanı? 

* * * 

Əcəba, dərdümün dəvası qanı? 
Əcəba, rəncümün şəfası qanı? 

Ayağı tozuna yüz ururam 
Ki, göz ağrısı tutiyası qanı? 

Zülfi bel binübən irişdi canə, 

Ənbərin xəttinün yayası qanı? 

Kimiyayilə qıldı zər yüzümi, 

Yarı bulmağa simiyası qanı? 


39 



Sidqümi bildi hüsni eşqində, 

Bəs bizə vəslinün cəfası qanı? 

Əl-ayağ ilə başü can oynamayan, 

Eşqi yolunda dəstü pası qanı? 

Yaxası hicr oduna yüz bin yil, 
Qoxmayan eşq ilə yaxası qanı? 

* * * 

Könül nigara qonuq oldu, mərlıəbası qanı? 
Gözüm dənizlər axıdur, aşinası qanı? 

Yürəgümün qanma girdi, lə’li qanludurur, 
Nola, sorar isəm andan ki, xunbəhası qanı. 

Gözümi cadu gözün xəstə qıldı xeyli dürür, 
Ayağun izi, tozi oldu tutiyası qanı? 

Bənüm qanum bu cəhan boynma düşər, zira 
Gərək ki, gösdərə bana cəhan səfası qanı? 

Ətəgin, əlini dutduğum övliyalarun. 

Gərək ki, irişeyidi bana duası qanı? 

* * * 

Xoş görəlüm sənün ilə fəsli-xəzanı. 

Sun bərü cam ilə tolu abi-rəzanı. 

Ruhi-rəvan sun rəvan ölümə ey ruhum, 
K’oynayayum yoluna bu ruhi-rəvanı. 

Olmadımı dəm ki, bir nəfəs sana irəm, 
Necə çəkəm ayrulığ ilə nigəranı? 


40 



Eşqün ilə bən ziyanı sud dutaram, 

Sağışa gətürməzəm bu sudü ziyanı. 

Y axınına gəlinədin vücudumı yaxar, 
Görümədüm bu bəni yaxanı ya xanı. 

Canum içində yerini düzdi könülüm. 

Sanmaz idüm yar ilə ola bəna canı. 

Bir dəm umaram ki, ola yar ilə bir dəm. 

Ol dəmi gətür, ver talana dükanı. 

* * * 

Uşdu şəkər ləblərinə miskü Xötən qarıncası, 

Oldu ana cümlə fəda, əqlü könül varıncası. 

Sordum ləbindən dərdümi, dodağın aldı ağzına, 
Bənzər müfərrih isdədi, bu aşiqün sor necəsi. 

Mə’şuqə çox ziba, vəli tuzluvü şuxu şəngi az, 
Üşşaq arasında daxı ayruxsudur bir neçəsi. 

Vəsli qısa, hicri yoğun olur imiş bu dünyada, 
Mə’şuqənün bulmacax saçı uzun, beli incəsi. 

Sima bəni zülfün kibi, eşqündə çünki doğruyam, 
Simasına bax aşiqün, bari anı suçmcasi. 

* * * 

Xub cahanda çox, vəli nazikü dilruba gərək, 

Cana vida’ qıluban eşqinə mərhəba gərək. 

Bən kim olam ki, dəprədəm bir qılını keysusunun, 
Başın əlinə alıban ol iş içün səba gərək. 


41 



Gönçə ağızın açmağa kimün əli irişisər, 

Atəşi-eşq mövsümi irişibən həva gərək. 

Ta ki, səfa girə ələ Kə'bə yüzində ol bütün, 
Cünnə daxi qəba olub, yenə qəba əba gərək. 

Dərdiyilə çü əsrugəm, dürdiyilə yazam xumar, 

Pəs nedəlüm çü xəstəyüz, dərdümüzə dəva gərək. 

* * * 

Bu könlüm dənizi daşa gərək, 

Düşmən ura başını daşa gərək. 

Düşmənə deyin ki, aşmı verə, 

Bu dənizlər başından aşa gərək. 

Quru qılmayısar yaşu quru, 

İrə lütfi quruya yaşa gərək. 

Başuma irmədin olursam baş, 

İrürəm işbu işi başa gərək. 

Kim dilər isə k’avlayə şahin. 

Gövdəsi ortalıxda laşa gərək. 

* * * 

Bana yenə totağundan şərabi-nab gərək, 

Diriğ olmayısar, gər cigər kəbab gərək. 

Könlümə qodi eşqinü oda yaxdı om, 

Günahı yoxdur anun, gənc dərxərab gərək. 

Gözümə gər basar isə yüzün xəyalı əyax, 

Nisar içün yaşum incu, yüzüm zərab gərək. 


42 



Bənini gördümü dedüm: bu hindu bunda nədür? 
Dedi ki, cənnət isə, nola bir əzab gərək. 


Yoluna varlığı qoyub gərək ki, söhbət edəm, 
Mühib ki, irə həbibinə nə hicab gərək. 

* * * 

Canumı eşqünə satduın, daxı bəha nə gərək? 
Bana xu yoluna can verməgə bəhanə gərək? 

Nigara, qamətünə qılmışuz könülü fəda, 

Zira ki, sərvi-rəvanə rəvan rəvanə gərək. 

Dükana baxmadı, bazarı olmadı könülüm, 
Vəleyk, lə’li-ləbünçün varam dukanə gərək. 

Qanumı ləbləri içdivü düşdi arayə qan. 
Canuın daxı quşanuban bu qana qanə gərək. 

Nigara, zülfüni tağıt, qarası çox olsun. 

Ya ada, ya sana layiq çəri yasanə gərək. 

Kənarı andanu andan kənarə istəməgil, 
Miyanə dərdi-dil əhli işi miyanə gərək. 

Çü lütfüni bilürəm, gər günah qıldum isə, 
Yazanə qılma cəfayi, cəfa yazanə gərək. 

* * * 

Bülbül ünün eşitdi, ğövğayə çəkər bu dil, 
Gül qoxusunu aldı, səhrayə çəkər bu dil. 

Gül yoluna gözlərüm qızardalı eşqini, 
Nərgisləri yoluna sevdayə çəkər bu dil. 


43 



Keysuları binmişdur hər ləlızə nəsim atın, 
Xəttinə varur bənzər ya yayə çəkər bu dil. 

Bən anavü könülüm könilinə qomışam, 

Bir əhli-dil anlasa nə qayə çəkər bu dil. 

Bir busə umar ləbdən yüzin yüzə dəgşürür, 
Anlasalar anı ki, hər ayə çəkər bu dil. 

Bən sinəmi smayu açdum bu nəsim içün, 
Yaxama yapışuban yaxayə çəkər bu dil. 

Can tihi məhəbbətdə heyrandurü sərgərdan. 
Qalmadı məni bunda səlvayə çəkər bu dil. 

* * * 

Dəlüsiyəm zülfünün, silsilə dəprətməgil, 

Ta diyəməm halumi, qıl-qıla dəprətməgil. 

Belün ilə incəyəm, ağzun ilə təngdil, 
Kəndünə bax, halumi bil, belə dəprətməgil. 

Can verəyüm qəmzənə, gərçi ki, canidür ol. 
Dil derisəm gözünə, dil dilə dəprətməgil. 

Can anı dilər ki, yaş yolma ola rəvan, 

Şayəd ana der isəm, sil-silə dəprətməgil. 

Ol derisə gisusi canuma şol dəm ola, 

Hər qılına der isə qıl, qıla dəprətməgil. 

Söyləmədi dilüm lə’li-ləbün vəsfini, 

Dedüm ana kəndüdən dil, dilə dəprətməgil. 

Şunda ki, qıldum fəda küllümi bən küllünə, 
Tən tənəvü can cana, dil dilə dəprətməgil. 


44 /^»D 



* * * 


Saçıma uğrayu gələn nəsimə uçdu könül, 

Bu dünyada daxı nə zər, nə simə uçdu könül. 

Nə dəm durur ki, nədəm gəlməz ola ardınca, 
Vəleyk dün gecə key şol nədimə uçdu könül. 

Müsafir oldu könül hüsni eli içində, 

Məlahətin görəli şol müqimə uçdu könül. 

Nolayidi qamu quşlar bu gülşənə gəlsə, 
Təfərrüc etsə arada ki, kimə uçdu könül. 

Özümi bulımazam ki, şərh edəm tapuna 
Ki, hicrünilə ə’zabi-əlimə uçdu könül. 

* * * 

Qədəm basalı yoluna, qədəm-qədəm yanaram, 
Tapunda şəın’ kibi uşda dəm-bədəm yanaram. 

Cahanı tən dilərəm bən ki, oduna yanam, 

Bu varlıq ilə yanarsam, oduna kəm yanaram. 

Yaxamı hiç qomaz əldən, yaxam əlində durur, 
Əl urmadın yaxama, demədin yaxam yanaram. 

Cəmalı günəşi çün toğa hüsn gögində, 
Məcalum olmaya k’andm yana adam yanaram. 

Gözümün irməz əli ki, nəzər qıla yüzinə, 
Vəgər göz ucuyilə özgəyə baxam, yanaram. 

* * * 

Mürği-səhər başladı zümzümeyi-zirü bəm, 
Saqi, tolu sun bizə altun ayax lə’l-fam. 


45 



Gərçi həram ola qan qıldum ana bən həlal, 
Ol bana vasil niçün qıldı əcəb rəs həram. 

Eşqün ilə kimsənə görməmişəm bən səlim, 
Gər kişi görmiş isə bizdən ana yüz səlam. 

Od ilə su nola gər cəm’ ola bəndə bu dəm, 
Zülf ilə yüzündə gör məcmə’i-sübhü zəlam. 

Ur ağızun ağzuma, sor canumı gövdədən 
Ki, bulasın dünyada aşiqi-məla-kəlam. 

Hey de bəgüm nəfsünə, olma vücuduna qul, 
Taci-təcərrüd gözət, ey sana canum qulam. 

Səndən anı dilərəm ki, biləsən ki, varam. 
Bəndəsinə hər şahun ancaq olur ehtimam. 

Boynumadur keysusi hər gecə təht-ül-ünq, 
Ağzımadur ləbləri ta bəğiyamət lisam. 

Könlümi sən siyalı qıldı gözüm qan rəvan, 
Axıda içindəkin gər sınur olursa cam. 

Ta ləbünə innədi bulmadı cövhər bəha, 

Ta dişüni görmədi bulmadı lö’lö’ nizam. 

Fitnə dürür gözlərün könlümə axır zəman, 
Qəddün edər canuma sa’əti-ruzi-qiyam. 

Oldu yüzün hər səhər canumuza iftitah 
Oldu saçun hər gecə ömrümüzə ihtitam. 

Xərq edər isə nola kirpügi bu yürəgi, 

Çünki yaş ilə bulur xərqi anun iltiyam. 

* * * 

Tökər gözüm yaşın seylab hər dəm, 
Qılur yer yüzini sirab hər dəm. 


46 



Könül Təbrizinə gələli ol şah. 
Axıdıır gözlərüm sürxab hər dəm. 

Səına’i çərxi neylədi canuma, 
Gözümi eylədi dulab hər dəm. 

Qaçan qonuşam ol mahilə deyü, 
Əlündə zicü üstürlab hər dəm. 

Ləbün eşqinədür meyxanələrdə 
Ki, içərlər şərabi-nab hər dəm. 

Ləbün əfsununun mö’cizliginə 
Müqirdür cümleyi-əhbab hər dəm. 

Hicab oldu yaşunı kirpüklərümə 
Qaçan yol bula anda xab hər dəm. 

* * * 

Dərdməndəm, dərdə timar isdərəm. 
Xəstəyəm, gözüni bimar isdərəm. 

Bir nəzər qılsan nola, əhvaluma, 

Zi dəlü əsrügi, me’mar isdərəm. 

Qaşıdur mehrabü yüzi qiblədür, 

Bəs niçün zülfini zünnar isdərəm? 

Gözlərümün köşəsidür odağun, 
Onun içün ana idrar isdərəm. 

Canü tən, əqlü dilü varlıx verüb, 

Y ara qul oldum, bir iqrar isdərəm. 

Degüləm bazari, bizar olmazam, 

Ta ki, canum ola bazar isdərəm. 


47 



Ta ki, bir göz daxı düşə ol nəzər, 

Daima əflaki dəvvar isdərəm. 

Cevr əlindən canü dil qurtarmağa, 
Ənbəründən iki tatar isdərəm. 

Keysun içində azar canum, vəli 
Sən bəni görgil ki, azar isdərəm. 

Sevərəm zülfünlə ağızuni bən, 

Ömrüm uzun eyşümi tar isdərəm. 

Gözi uyır, lə’l söylər, sevərəm. 

Fitnə xuftə, baxtı bidar isdərəm. 

Qıl yarar canum ki, irə belinə, 

İncə yola girməgə yar isdərəm. 

Gözi qıldı könül elini xarab, 

Gəzmişəm bən el ilə şar isdərəm. 

* * * 

Yar kənarə gəlicək, bən çü miyanə gəlmişəm, 
Şimdi ki, irdi fürqəti, dərd ilə canə gəlmişəm. 

Necə ki, qaşları bəni ox kibi atdı yabanə, 

Ağzum açup, əlin öpüp, yenə kəmanə gəlmişəm. 

Can ilə əqlü dil verüp, dərd ilə eşq almışam, 

Yə’ni ki, ulu xocayam, sudü ziyanə gəlmişəm. 

Ayruca canı həq verür, ta ki, cahana götürə, 

Bən canum oynamağ içün, işbu calıanə gəlmişəm. 

Dari-bəqa sanur kişi işbu cəhani- faniyi, 

Bən bu fənayə girmişəm, əmnü əmanə gəlmişəm. 


48 



Lütf ilə qəhri həq bana birbiyəsin beribidi, 

Bəs bu bəsirət əhlinə dam ilə danə gəlmişəm. 

Elmi-əzəldə çünki həq seçdi qamu olacağı, 
Bənü neçə bənüm kibi bunda bəhanə gəlmişəm. 

Heç edügini könülüm bildi belini görəli, 

Görəli lə’li işvəsin, şimdi, gümanə gəlmişəm. 

* * * 

Bülbül yenə giryandurü, gülşən yenə xürrəm, 
Gönçə yenə xəndandürü, nərgis yenə pürğəm. 

Bülbül gərək ağlaya sabahadəkin, anca 
Ki, düşə həyadan gəlimin üsdinə şəbnəm. 

Sübh ol günəş içün dəmi-sərd ura rəvamı, 

Ya lə’byiçün lalə ağızın aça dəm-dəm. 

Sevdama müfərrih dilədüm lə’b-ləbindən, 

Kan olmaya gər aydur isə ol bana əm səm. 

Tək sən bənüm ol, uçmağı kimə gərək isə, 

Tərk eylədi bir buğdayiçün uçmağı Adəm. 

Xalunda səfa anladum, ey Kə’beyi-dilha, 

Ol zəmzəmə eylədi bənüm gözüıni Zəmzəm. 

Mərhəm dilədüm sirr ilə yarama ləbindən, 

İrürdi səba keysusına, eylədi vərhəm. 

* * * 

Dedi: könlündə nə vardur, dedüm: həm, 

Dedi: gözündə nə vardur, dedüm: dəm. 


49 



Dedi: nədür bu aləmdə buradun, 

Dedüm: bir dilbəri-zibayi-həmdəm. 

Çü dərdün böylə müzmərdür könüldə, 

Niçün olmaz canun canuma müdğəm? 

Ləbün dərdiyilə qanum su oldu, 

Nola gər dərdüm içün umsam, əmsəm. 

* * * 

Gözlərünün oxuna bən şaha, nişanə gəlmişəm, 
Müşkilə düşdügüm bu ki, zülfünə şanə gəlmişəm. 

Ləbləridür canuın bənüm, canum irincə ol ləbə, 
İrdi canum ləbünə ki, sidq ilə canə gəlmişəm. 

Dökdi ləbün yürək qanm, qana bulaşdı, qarşuma 
Şimdi ləbünə yapışub diş ilə qanə gəlmişəm. 

Yüzümi zər gözüm yaşın lə’l ilə lö’lö düzibən, 
Ağzunı cövhəri görüp, yə’ni dükanə gəlmişəm. 

Zülfi qılı bəni əgər saldı kənara, xoş ola, 

Bən tənümi qıl edübən yenə miyanə gəlmişəm. 

* * * 

Şaha, sənün cəmalunu görəyim, andan öləyim, 
Susamışam, visaluna irəyim, andan öləyim. 

Bunca zaman ləbün içün saçun qaranusmdayam, 
Abi həyat qandadur, sorayım, andan öləyim. 

Dün gecə duşda bən səni bənüm ilə görür idim, 
Bu duşumun tə’birini yorayım, andan öləyim. 


50 



Bəzmi-əzəldə irəli canuma eşqi hüsninün, 
İrəmədüm, varamadum, irəyim, andan öləyim. 

Canumu əqlimü könül zülfün içində yitdilər, 
Təşviş əgər olmaz isə, tarayım, andan öləyim. 

* * * 

Cahanda xubları gördük, vəfası yox, neydəlim, 
Könüli xəstə qılur ol şəfası yox, neydəlim. 

Bu suffədə ki, günəş, ay müzəhhəb etmiş anı, 
Qaçan ki, olmayasın sən səfası yox, neydəlim. 

Gözün könüli qılur xəstə caduliqiyilə, 

Bu dərdə dərddən özgə dəvası yox, neydəlim. 

Canunı oda düşəli, topraq edərəm yüzümi, 

Qara saçuna sənun çün həvası yox, neydəlim. 

Əgərçi hüsnün apardı saçuna könülümi, 

Neçəsi qurtıla çün dəstü pası yox, neydəlim. 

Fəna durur bu cahanü ləbün fənada fəna, 

Bu könlümün ki, fənadur, bəqası yox, neydəlim. 

Səgirtdi saçlarınun bizə yenə tatarı, 

Yayaları ki, irişdi, xətası yox, neydəlim. 

* * * 

Bir dilbəri-biqərarə düşdüm, 
Keysuyi-siyah-karə düşdüm. 

Gülşən yüzinün gülün dərərkən, 

Gül dərmədümü xarə düşdüm. 


51 



Əsridüm anun ləbi meyindən, 

Şol nərgisi-pürxümarə düşdüm. 

Zülfünə dolaşıban çü Mənsur, 

Şol sərvi-qədində darə düşdüm. 

Cənnət görübən cəmalın anın, 
Yolunda həzar narə düşdüm. 

Zülfi yeli qoxusun eşitdim, 

Aldum başum ol diyarə düşdüm. 

Namus ilə ardan çü uram, 

Bu varlığım ilə arə düşdüm. 

Qan yaşum ilə nigar oldum, 

Çün sənciləyin nigarə düşdüm. 

Dayim bu meydanda oynadum can, 
Pəs şimdi niçün kənarə düşdüm. 

* * * 

Dünyadə yenə bən qoca bir gəncə irişdüm, 
Viranə içində sanasan gəncə irişdüm. 

Zülfeyni pərişan idi, gözləri hərami, 

Şükr ana ki, bən lə’linə imincə irişdüm. 

Belinə irişəm deyü bən bu yola girdüm, 

Şol belə ki, ol qıldur uzun, incə irişdüm. 

İçincə nigarum bir-iki ayağ, içərkən 
Tolu ayağı sundumü içincə irişdüm. 

Narınca beliyçün nola nar olsa könüldə, 
Sərvində çü bən şol iki narınca irişdüm. 


52 



RÜBAİLƏR 


Şad olur isəm vəslün ilə qəm əlamı, 

Bən irməz isəm nəsnə sizə kəm əlamı, 

Səd parəvü məcnıh edər idüm cigəri, 
Lə’lün ilə bilsəm ana mərhəm əlamı. 

Məstanə gözün danci -badam əlamı, 

Xal ilə saçun danei-ba-dam əlamı. 

Şirin dodağun baxdum idi, baxdumdur, 

İşbu azacux dünyada bir kam əlamı. 

Sərvün ki, rəvan oldu, rəvana verərmi, 
Lə’lüni bu dünya dolu cana verərmi, 

Bən canı fəda qılur isəm, baxmağa bir göz, 
Hüsnünə sənün şər’ ilə qana verərmi. 

Könlüm yenə ol Leyliyə Məcnun olmuş, 
Yaşım yenə yar yoluna Ceyhun olmuş, 
Ləbləri çəkişmiş könlümi olamı, 

Baxdum aralarında məgər xun olmuş. 

Şükr ana ki, bən dilbəri-narm sevərəm, 
Könülümi yar yolma narın sevərəm, 

Bu gün sevərəm ağzını ki, öləm anınçün, 
Ta yenə diriləm deyü yarınl sevərəm. 

Ol göz ki, yüzün görməyə, göz demə ana, 
Şol yüz ki, tozun silməyə, yüz demə ana, 
Şol söz ki, içində, sənəma, vəsfün yox, 

Sən badi-həva tut anı, söz demə ana. 

Dedüm ki, ləbün; dedi, nə şirin söylər, 
Dedüm ki, belün; dedi, nə narın söylər, 
Dedüm ki, canum cümlə fədadur saçuna, 
Dedi ki, bu miskin hələ varm söylər. 


53 



Dedi ki, niçün gözüni püməm görürəm, 

Ya könülüni bən nişə pürğəm görürəm, 
Dedüm, sənəma, anmiçün ki, ləbüni 
Dayim görəməzəm, vəli dəm-dəm görürəm. 

Bən ləblərimi canuma əm səm görürəm, 
Gözün yarasın könülə mərhəm görürəm, 
Eşqün odmı ki, yaxa iki cahanı. 

Bən kəndü canuma yalunuz kəm görürəm. 

Eşq əhli yarı yolma məstanə gərəkdür, 
Sevdüginün eşigini yastmə gərəkdür, 
Cananəyiçün oynaya ol canını şöylə 
Ki, tə’nə ura Rüs’təmi-dastanə gərəkdür. 

Yürək gözünün yolma səd parə gərəkdür, 
Gisularun içində dil avarə gərəkdür, 
Biçarəyə ki, qaldı bu gisun ilə miskin, 

Şol lə’li-ləbündən, sənəma, çarə gərəkdür. 

Cananəyə can verməgə üşşaqə səladur. 

Can verməzü cananə dilər, bu nə bəladur, 
Aləm qamusı gər arastə ola hazır, 

Bən sana əgər irər isəm, anda xəladur. 


TUYUĞLAR 

Y axşı anladum cahanda və yə yox. 

Yardan özgə bu xumarum, ayə, yox, 

İki aləmdə ümid sərvər dürür. 

Andan ayru daxı hiç sərmayə yox. 

Sənciləyin dünyada xub az imiş, 

Nəğməni “Rast” anladum, “Şəhnaz” imiş, 
Könüllər kəkliginə bu dünyada, 

İlla şahin gözlərün şəhbaz imiş. 


54 



Söz deyəm sana əgər inanasm, 

Y ar gözündür gözünə, nə sanasın, 
Yaruni anda biləsin pədürür, 

Gər karimə qarşu sən yasanasm. 

Görmədüm sən tək lətif, nazük cəvan, 
Tapuna olsun fəda canü səhan, 
Qətrəcə lütfün bizə irər bolsa, 

Qətrə tək ola qatumda bin ümman. 

Həmişə aşiq könli büryan bolur, 

Hər nəfəs ğərib gözi giryan bolur, 
Sufilərim diləgi mehrab, nəmaz, 

Ər kişinün arzusı meydan bolur. 

Can bu meydan içrə agah ola gah, 

Eşq ərinün varlığı alı ola ah, 

Kim bu yolda toğru gər varur isə, 
Ərligün əvrənində şalı ola şah. 

Bu dünya bir nəfs içün olmış yalax, 
Dibi yaxmdur anun, degül irax, 
Zülfüni tağıtma, cəm eylə bəgüm, 
Yoxsa olur bu cəhan alax-bulax. 

Gözlərün dərdlülərün dərmanıdur, 
Canu dil ol ikinün qurbanıdur, 

Canuma sevmək səni irağ işdürür, 
Netsə olur, ol çələb fərmanıdur. 

Zülfün açsan dünyada təşviş olur, 

Qatı baxarsan cigərlər riş olur, 
Gözlərün qan dökməgə qurşanursa, 
Dünyada çox kişilər dərviş olur. 

Səni sevməyən, bəgüm, adəııı degül, 
Nə dəmi var, kim ki, bağrı dəm degül, 
Sən gözün qəmzəsini atma şuna, 
Kirməyə gər yarunuz mərhəm degül. 


55 



Bən sevən xublar içində şah imiş, 
Sanasan, yılduz içində mah imiş, 

Bən dənizə salmışam bir canumı, 
Qamu işi başaran Allah imiş. 

Gül ol ola bülbülini gözləyə, 

Şah ol ola bir qulım gözləyə, 

Xub ana deyəm ki, hər dəm içində, 
Bülbülinün gulgulmı gözləyə. 

Zülfi ağlumı yabana yayamı, 

Gözləri qəmzəsi bəni ayamı, 
Görməyicək səni, gözüm dünyayı 
Bir kəminə çöpçügəzə sayamı. 

Dilbərün işi itabü naz olur, 
Çeşmi-cadu qəmzəsi qəmmaz olur, 

Ey könül, səbr et, təhəmmül qıl ana, 

Y arə irişmək işi az-az olur. 

Keçdi keçən, var isə devran budur, 
Şimdi qopan canlara cevlan budur, 
Kimdə ki, var isə gəlsün ortaya, 
Gizləmək pəs neyiçün, meydan budur. 

Eşq əri bu dünyada dil-riş imiş, 
Rəncün içində bu gün dərviş imiş, 
Geyməkü yeməkdən artux, istəmək 
Ər kişinün canına təşviş imiş. 

Hər zaman suya varup gəlməz sənək, 
Qayda keçər ər yerinə hər zənək, 
Tanrıdan bolsa inayət bir qula 
Laçını daxı qapar yer kükənək. 

Ərənlər düşmənləri avlaşurlar, 
Qəmzələr bir-birini qovlaşurlar, 

Bən qulıyam dünyada ol nərlərün 
Ki, bu dəm meydanumda kükrəşürlər. 


56 



Dünyada qoçlar başı sərvər bolsa, 
Qoçları bir-birindən sıçrar bolsa, 

Nə gərək anda kişi, can oynamax, 
Canu dil sərvərinə yarar bolsa. 

Könülüm tək görmədüm bir çin könül, 
Qamu könül könlümə pərçin könül, 
Tolaşup zülfünə yitürmiş özin, 

Ey könül, qara könül, miskin könül. 

Hər nəfəs qəmdən könül azad oldı, 
Könüllər bu arada dilşad oldı, 

Dünya müşərrəf durür adum ilə, 

Bu ara şinıdi hələ Bağdad oldı. 

Dünyada gərçək aşiq qanı qanı, 

Aşıq isən gözünün qanı qanı, 

Hər aşiq ınə’şuq içün baş oynarsa, 

Bən aşiqün yoluna canı canı. 

Ər yigit qayda ürkər ürkülərdən. 

Y axşı at bəlinləməz ilkülərdən, 
Düşmənlər bizdə bolsa ditrəşsünlər, 
Qağan aslan qaypmmaz dilkülərdən. 

Dünya deyən kişiyə bir vayədür, 
Yemək-içmək bu canə bir dayədür, 
Dünya bir keçüt dürür, gələn keçər, 
İlla sərvər yigidə sərmayədür. 

Y ar oldur ki, yar ilə həmdərd ola, 

Y arından yüz qaytaran yar sərd ola, 
Yemək-içmək yaxşılıx günin görən, 
Ər günində gər dönə, namərd ola. 

Ərənlər öz yolunda ər tək gərək. 
Meydanda ərkək kişi nər tək gərək, 

Y axşı-yaman, qatı-yumşax olsa xoş, 
Sərvərəm deyən kişi ərkək gərək. 


57 



Ү ar yüzində incüdür, dürdanədür, 
Zülfi damü qara xalı danədür, 

Yolma ölür isəm, tutma əcəb, 

Y ar içün can oynamax mərdanədür. 

Dünyada ər varlığı dildar imiş, 
Eyşü-işrət rövnəqi didar imiş, 

Yüzi gül, sünbül saçı, ənbər xəti, 

Pəs cəmalı külbei-əttar imiş. 

Gözəl çox, arasnda dilbər qanı, 
Daşlar kör, orta yerdə cövhər qanı, 
Qoçu buğra, ayğırı çox görmüşüz, 
Adəmilər içində sərvər qanı. 

Cana can verməyənün nə canı var, 
Can verənün adıyilə sanı var, 

Ər kişinün ınəta’i ərlik olur, 
Cövhərimin lə’l ilə mərcanı var. 

Ərənlər bu dünyaya qılmaz nəzər, 
Bunda, əqli var kişi qılmaz qərar, 

Bu dünya kölgədürür, qovar qaçsan, 
Bir kişi ki, qaçar andan, ol qovar. 

Gün necə ki, seyr edər cövlanında, 
Görməmiş siz tək cüvan dövranında, 
Ərənlər cərgəsində deyilən söz, 
Yerinə yetmək gərək meydanında. 

Bülbül özini bu dəm tə’rif edər, 
Novbaharı görənlər təşrif edər, 

Tuti gər bünyad edə qəvlü əməl, 
Muna ləklək musiqi təsnif edər. 

Necə ki, gögdə günəş seyranıdur, 

Bu cahan ərənlərim meydanıdur, 
Yevü nedürgil, alu bağışlaqıl, 

Hər zaman bir yigidün devranıdur. 


58 



Ү ar gərək yarıyilə həmrəng ola, 

Gər nişatü eyşi sülhü cəng ola, 

01 iki yarun ki, uyuşmaz belə, 

İşləri ortada şişəsəng ola. 

Cana qalma gər yara irəm dersən, 
Bağa düşgil şaftalu derəm dersən, 
Başa, cana, dünyalığa qalmaqıl, 
Ərənlər meydanına girəm dersən. 

Saçun tək bu dünyada ənbər varmı. 
Gözün tək bağ içində əbhər varmı. 
Cənnət içrə hurilər cəm’ olıcax, 
Xublara sənciləyin sərvər varmı. 

Y arı əğyarə kor isəm cəhl ola, 

Cəfa yardan çəkər isəm səhl ola, 

Y ar ölür isə yarıyçün qəm degül, 

Səhl ola iş, çünki dilbər əhl ola. 

Üstündə devlət bu gün sayvan olsun, 
Səadət yenə bizgə eyvan olsun. 

Necə ki, bən sağamu qayqurmanuz, 
Var canum yigitlərə qurban olsun. 

Şol kişinün ki, canında dərdi var, 
Əlki-surxü rəngi-ruyi-zərdi var, 

Əldə beş barmağı duz kimi gömüşdür, 
Mərd olan yerdə labüd namərdi var. 

Qoşunlar bir-birinə qaxşaşmaşda, 

İki aləm çərisi çaxşaşmaşda, 

Topumuz bolınısar xalqa ümid. 

Bu cəhan xalqı işi oxşaşmaşda. 


59 



ƏSSAR TƏBRİZİ 


Şəmsəddin Məhəmməd Əssar Təbrizi ( 1325-1390 ) XIV əsr Azərbaycan 
ədəbiyyatının ən görkəmli nümayəndələr indəndir. Təbrizdə doğulub, dövrünün 
elmlərinə mükəmməl yiyələnmiş şair heç bir hökmdarın sarayına getməmiş, 
azad zəhməti ilə yaşamışdır. Onım yaradıcılığı bir sıra orijinal keyfiyyətləri, 
xüsusilə yeni məzmunlu humanist və demokratik ideyalarla fərqlənir. 

Şairin irsi lirik şeirlər divanından, “ Mehr və Müştəri” poemasından və 
qafiyə haqqında yazdığı ‘‘Əlfavi fi te ’dadiil-qəvafi ” adlı elmi risalədən ibarətdir. 


“MEHR VƏ MÜŞTƏRİ” 

Əsərin yazılma səbəbi 

Ağılları zayil edir bu zəmanə, bu dövran, 
Cəhalətdir indi bizim yer üzündə hökmran. 

Üz döndərmiş maarifdən sanki bütün insanlar. 
Həyatı bir oyuncağa çevirmişdir nadanlar. 
Allah özü köhnə paltar geyib gəlsə nəhayət, 
Onu paxla qiymətinə almaz avam cəmaət. 

Ya da qatır arxasına minərsə bir nərrəxər, 

Y əqin onu hamı tutar Məsihayə bərabər. 

Alim, fazil bu dünyada çəkər min cür əziyyət, 
Gidaları - ürək qanı, göz yaşından ibarət. 
Xüsusilə şe’rə yoxdur bu cahanda e’tibar, 
Yoxdur belə mə ta' üçün dövrimizdə xəridar. 
Əzəl gündən şairləri bədbəxt etmiş bu fələk, 
Ağladaraq, odlanırlar məclislərdə şamlar tək. 
Üryan qalmış canlarına məhəl qoymaz bir kişi, 
Can sapma od vurmuşdur ahlarının atəşi. 

Qəlb oduyla canlarını əridərlər an bə an, 
Dilləri də zərər verər özlərinə hər zaman. 
Dillərinə bir yem olar bədənləri həmişə, 

Can yanğısı yekun vurar gördükləri hər işə. 


60 



Bir tərəqqi xəyalıyla məclislərə gedərlər, 

Lakin orda vaxt keçdikcə hey tənəzzül edərlər. 

Hər alçağa bir yağlı dil töküb bir baş vuraraq, 

Hər nakəsin qarşısında ayaq üstə duraraq, 

Dəm vurarlar gündüzləri ülviyyətdən, nəhayət, 
Gecələri borclular tək hey çəkərlər xəcalət. 

Şair namərd süfrəsinə işıq salan zamanda, 

Ona gülüb, özü isə gizli-gizli yananda. 

Öz dilindən oda düşüb əriyərkən o hər vəqt, 
Başqasına ləzzət verər bu yanmaqla o bədbəxt. 
Gecələri sübhə kimi oyaq qalıb ah çəkər, 

Bir pərvanə arzusuyla, şam tək yanıb yaş tökər. 
Xidmət üçün daim durar ayaqda, əl-sinədə, 

Öz dilinin bəlasından can qurtarmaz yenə də. 
Şairlərin bu halını görüb çəkdim xəcalət, 

Gedib üzlət guşəsində tək oturdum nəhayət. 

Tək qalmağa adət edib öz qəlbimlə danışdım, 
Yavan çörək yeyə-yeyə öz süfrəmə alışdım. 

Bir guşədə oturmağı xoş bildim hər büsatdan, 
Nakamlığı kam bilərək əl üzdüm bu həyatdan. 

Bir doğru söz görmədikdə hər söhbətdə, görüşdə, 
Dilsizliyi üstün tutdum gördüklərim hər işdə. 
Ancaq vardı bir səmimi dostum, sadiq yoldaşım, 
Mənim ağır günlərimdə hayanım, qəlb sirdaşım, 
Bir xoş, tənha, xəlvət gecə gəldi mənim yanıma, 
Günəş kimi bir hərarət verdi sanki canıma. 

Bu sövdalı, həyəcanlı beynimə bir od vurdu, 
Ürəyimdən qalcan odla xəyalımı doldurdu. 

Dedi: “Dostum qəm çəkərək olma belə bədgüman, 
Bir günahın yoxkən nədir qəlbində bu həyəcan? 
Xalqın səni sevən zaman ona arxa çevirmə. 
İlhamını bu üzlətdə soldurub bada vermə! 
Zəmanədə bircə sənsən söz mülkünə hökmüran, 
Heç yararını verməyəsən xalqına bir ərməğan? 

Bu gün sən’ət aləmində işıq verən günəşsən, 

Öz qəlbinlə nəcabətilə ürəklərə bir əşsən. 

Təb’in rəvan, diləyin xoş, sözlərinsə şirindir, 


61 



Bir əsər yaz ürəkləri işıqlandır, sevindir. 

Sənin sehrin birləşdirmiş atəşlə su selini, 

Bəs nə əfsun bağlamışdır indi sənin dilini?.. 

Öz qəlbinin nuru ilə məclislərdə şam yandır, 
Aşiqlərin gecəsini bu işıqla nurlandır. 

Ürəyinlə gecələrə işıq verə bilərkən, 

Bəs nə üçün öz nurundan bizi məhrum edirsən? 
Ürəyinin odu ilə ərisə də bədənin, 

İşıqlanar qərinələr fıkirlərinlə sənin. 

Səndə sonsuz ləyaqət var, bacarıq var, sənət var, 
Bu qüdrətlə məclisləri bəzəməzmi sənətkar? 

Nə üçün sən bu üzlətdə üz çevirdin dövrana, 

De nə üçün öz-özünü salmışsan bu zindana? 

Nə üçün bir əsir oldun zəmanənin əlində, 

Sən ki, ustad adlanırsan şairlərin dilində. 

Bu daxmada gecələri girmə bağlı hasara, 
Yoldaşlardan üz döndərib çəkilmə bir kənara! 

Bu xəlvətdə öz-özünlə danışırsan durmadan, 

Sənə baxıb qeyrətimdən oda düşüb yanır can. 
Gecə-gündüz səni anıb mən yanıram şərərsiz. 
Sənsə məndən gecə-gündüz qalmadasan xəbərsiz. 
Sevdan ilə oda düşdüm, yanaraq külə döndüm. 
Əvvəl qızğın atəş ikən indi gör necə söndüm? 
Lakin yenə unutmadım səni təmiz ürəklə, 
Yollarında bu canımı sürdüm min bir diləklə. 

Bir nəfəsə bağlı qalan həyatımı sal yada, 

Sabaha tək yaşamaqçm ümid varını dünyada?” 
Dedim: “Dostum ürəyimin yarasına vurma əl, 

Sən də bir dərd artırma bu dərdlərimin üstə gəl, 
Bəsdir daha bundan artıq incitmə bu qəlbimi. 
Bədənimi oda salıb əritmə bir şam kimi. 

Amansız bir hərarətlə tə’nə vurdun mənə sən, 

Əl çək daha ürəyimi incidən bu tə’nədən. 

Ey vəfalı dostum, yanma sən də mənim oduma. 
Sakit burax ta ki, bir dərd olmayım öz dostuma. 
Mən ki bir an içindəcə öləcəyəm qəflətən, 

Bəs nə üçün çalışaraq düşüm yanlış yola mən? 


62 



Həyatında hər kəs ümid etsə bir boş xəyala, 

Yəqin ki, öz həyatını uğradacaq zəvala. 

Azalmağa başlayırsa bədəndəki hərarət, 

Nəvaziş və ehtiramla verilər ona qüvvət.” 

Birdən sözü dəyişdirdi o mahir söz ustadı, 

Bir mətləbdən başqa mətləb üzərinə adladı. 

Dedi: “Gizli xəzinədir sözlərində məlahət, 
Mə’nalarm açarıdır səndəki bu fəsahət. 

Sən gəl indi bu guşədə otur bir məsnəvi yaz, 
Sənin kimi bir bülbülə axı susmaq yaramaz. 

Nə olar gəl eşqə dair yarat elə bir dastan 
Ki, məhəbbət atəşilə cuşə gəlsin hər insan. 

Öz qəlbinin odu ilə yarat elə bir əsər 

Ki, heç zaman unutmasın səni gələn nəsillər”. 

Ona dedim: “Xoşdur dostum verdiyin bu nəsihət, 
Bədənimə bir ruh kimi həyat verdi bu söhbət. 
Lakin işlər nizam tapar iş buyuran olarsa, 

İş görülər əgər işə qabil bir rəhbər varsa. 

Kim görmüşdür axar susuz işə düşsün dəyirman, 
Kim görmüşdür ki, çalğısız rəqsə gəlsin bir insan? 
Şe’riyyətin gəlininə deyilməkçin afərin, 

Əvvəl onun camalına yaraşıqdır toy, kəbin. 

Lakin Təbriz şəhərində sözün yoxdur dəyəri, 

Bu bazarda sən’ət üçün tapılmaz bir müştəri. 
Ənvərinin özü əgər olsaydı bu məkanda, 

Onun üzü, Qətran kimi, qaralardı bir anda. 

O gündən ki, təbiətin anasından doğuldum, 

Bir hörmətə çatmaq üçün çox çalışdım, yoruldum. 
Əyilmədim bir kəsə mən, pozulmadı vüqarım, 

Öz rəncilə həyat sürmək oldu mənim şüarım. 
Bəsdir mənə kəramətli Allahımın ne’məti 
Ki, boynumda yoxdur mənim bir adamın minnəti. 
Bu dərdlərə razılıqdan yaxşı dərman tapılmaz, 

Bir cəvahir xəzinədən daha qiymətli olmaz”. 
Cavab verdi: “Bir əyrilik görürəm avazında, 

Bir bəhanə nəğməsini çalırsan öz sazında. 

Boş təvazö’nəyə lazım e’tirazə yer varmı? 


63 



Məgər günəş camalını pərdələmək olarını? 

Sən şahlara yazdın sonsuz qəsidələr, mədhlər 
Ki, hər beyti yüz kitabın mə’nasma bərabər. 

Öz təb’ in, öz ilhamınla inci deşdin çox mahir, 
Divanın bir xəzinədir içi dolu cəvahir. 

İndi də gəl bir guşədə boş uzanma dur otur, 
İlhamının qüdrətilə şe’rə min-min bəzək vur”. 
Yenə dedim: “Əziz dostum, ey vəfalı, mehriban, 
Bu sən’ ətdə əziyyətlər çəkmişəm mən çox zaman. 
Bilirəm ki, İsa dəmli böyük şair Nizami, 

Bu üslubda xətm elədi hər sözü, hər kəlamı. 
Məsnəvidə o misilsiz incəliklər yaratdı, 

O ustadın məharəti məsnəvini ucaltdı. 

O təfəkkür meydanında at oynadan zamanda, 
Fələk özü geri qaldı şairdən bu meydanda. 

Onun təb’i mö’cüzələr yaradarkən sahir tək, 

İdrak onun qarşısında durdu tə’zim edərək. 
Misilsizdi xəyalının yaratdığı hər əsər, 

Allahın öz vergisiydi Nizamidə bu hünər. 

Bu sən’ətdə bir söz varsa Nizamiyə məxsusdur, 
Başqa sözlər əfsanədir, solğun, cansız, ruhsuzdur. 
O şairin hər kəlamı bir hikmətdir, mətindir, 

Ona qarşı dura bilib bir söz demək çətindir. 
Cəsarətim çatmır durum Nizamiyə müqabil, 

Buna görə ürək edir başqa yola təmayil”. 

Dedi: “Qane etməz sənin bu sözlərin heç kəsi, 
Səhlənkarlıq ağacının kafərlikdir meyvəsi. 

Söz mülkündə şirin dilli bir natiqkən olma lal, 

Söz və sən’ət meydanında bir üstünlük ələ al. 
Fəzilətin qumaşını açıb göstər aləmə, 

İncə şe’r gəlininin camalını gizləmə. 

Əgər şüur bədəndirsə, şe’rin ona bir candır, 
Ruhdur sənin şe’rlərin, onun cismi cahandır. 

Sən Əssarsan yağlı, şirin sözlərinlə an bə’ an, 

Bu dünyanın süfrəsinə halva gətir ərməğan. 

Bu sözləri eşitmişəm daim sənin özündən. 

Mən sənəti dərk etmişəm sənin hər bir sözündən. 


64 



Demişsən ki, çox kamildir o şair, o sənətkar 
Ki, incilər deşə bilsin təb’indəki iqtidar. 

Şe’rin hər bir növində o göstərərək məharət, 

Mə’na dolu əsər yazsın, hər sözündə hərarət. 

Sən ki, belə bir şairsən, aləm sənə peyrəvi, 
Kitabında yoxdur ancaq bircə növi’ məsnəvi. 

Gəl indi də bu səbkidə özünü et imtahan 
Ki, onunla tamam olsun yaratdığın bu divan”. 
Gördüm onun sözlərində rədd edilməz məntiq var, 
E’tirazə yer yox idi, həqli idi aşikar. 

Dedim: “Dostum, mən razıyam, e’tirazım yox buna, 
Qədəm qoydum məsnəvilə söz yaratmaq yoluna. 
Pərdəsindən çıxan zaman şe’riyyətin gəlini, 

Öz hüsnüylə kəsər yəqin bədxahların dilini. 

Açıb dedim eşitdiyim bir mövzunu nihayət, 

Ona “Mehrü Müştəri”dən etdim çoxlu hekayət. 
Dedim - təmiz bir məhəbbət dastanıdır bu dastan. 
Şəhvət hissi qarışmamış bu sevgiyə heç zaman. 

Be sevdanın havasında yoxdur riya qubarı, 

Onda qanat çala bilməz həva-həvəs quşları. 

Saf eşqdən, məhəbbətdən bəhs edən hər süxənvər 
Şəhvət ilə dolu hissə neçin sevda dedilər?” 

Sona qədər bu dastanı nəql etdim bir xoş səslə 
Dilə gəlib dostum, məni təbrik etdi həvəslə. 

Dedi: “Bəh-bəh çox maraqlı bir dastandır bu dastan, 
Lakin məni bir məsələ edir xeyli nigəran: 

Bu dastanda başdan-başa qəm var, qüssə, kədər var, 
Söz burada bəndə düşər, büdürəyər sənətkar. 
Möhnət ilə saf məhəbbət sığışanın bir yerə, 

Heç xurma da qanqal ilə qarışarmı bir yerə? 

Söz də mey tək nəş’ə verən olmalıdır əl-əlbət 
Ki, hər kəsin ürəyinə versin sevgi, hərarət. 

Söz bağında gül açarsa gülər daim xoş bahar, 
Gözəllərin yanağı da qızıl güldən rəng alar. 

Toydan söhbət gedən zaman nur saçılar gözlərdən, 
Matəmlərdən söz açılsa qəm tökülər üzlərdən. 
“Xosrov-Şirin” dastanına bir dəm nəzər salaraq, 


65 



Sonra da bir “Leyli-Məcnun” dastanına dönüb bax. 
Bu misilsiz dastanlarda fərqi görüb al ibrət, 

Sənə doğru yol göstərir onlardakı ziddiyyət”. 

Ona dedim: “Sözlərində, şübhəsiz ki, həqlisən, 
Xatirimə bir neçə şey gəldi bu xoş söhbətdən: 

Biri budur ki, söz bilən, məharətli sənətkar, 

Zərif mə’na yaratmanı hər üslubda bacarar. 

Söz sehrilə, qəm pərdəsi arxasından hər zaman, 
Cilvələnər gülərüzlü, xumar gözlü min canan. 
İkincisi - hikmətli söz rast gələr bir təzada. 

Çünki qəmlə fərəh daim bir yerdədir dünyada. 

Eşq odur ki, ariflərin nəzərində solmasın, 

Ortalıqda heyvan kimi şəhvət hissi olmasın. 

Hər təriqət sahibinə bəllidir bu həqiqət 
Ki, varlığın Ceyhununa köıpü salar məhəbbət. 

Öz sözüylə könüllərə açar saldı Nizami, 

Ona baxıb çox şairlər eşqi tutdu kilami. 

Çox əsərlər yazıb onlar səpdilər bu cahanda, 

Lakin təmiz “eşqnamə” yazmadılar bir an da. 
Qələm çaldı həva-həvəs yollarında hər ustad, 

Buna görə əsərinə “həvəsnamə” qoydu ad. 

Təmiz və saf məhəbbətə zəval yoxdur heç zaman, 
Şəhvət fili bir zərbilə əzər eşqi durmadan. 

Eşqin şahı qoşununu itirərsə dünyada, 

Ürəklə can binasını uçurub verər bada. 

Şəhvət ruhu yerə çırpar, ədaləti məhv edər, 
Ülviyyəti duymaq olmaz bir kimsəyə müyəssər. 
Hər özündən dəm vurana canan eşqi nə layiq. 
Çünki onu öz kamına aşiq bilər xəlayiq. 

Hər kəs olsa özünə xoş ruzigarın aşiqi, 

O özünün aşiqidir, deyil yarın aşiqi. 

* * * 

Cahana bax cismdir o, məhəbbət ona candır. 

Fələk topdur, eşqin hökmü onu vuran çovkandır. 
Pak və təmiz məhəbbətin vardır bir çox məqamı, 
Hər məqamda sədaqətin bir nişanı məramı. 


66 



Əvvəlinci məqamda var iradəyə e’timad, 

Bu mənzildən doğar daim səadətə e’tiqad. 

Sonra həvəs, ondan sonra sən’ətinə məhəbbət, 
Şübhəsiz ki, bunlar verər yar eşqinə dəyanət. 

Sonra gəlir səmimiyyət, ondan sonra düz ilqar, 
Aşiq daim olmalıdır ilqarına vəfadar. 

Öz kamını unudaraq coşmalıdır qəlbdə qan, 

Öz canını yar yolunda verməlidir o qurban. 

Bu yollardan keçə bilən alar bütün dünyanı. 

Bu mənzildə təxtə çıxar eşqin böyük soltanı. 

Bu mə’nada çox söz demiş hikmət əhli hər zaman, 
Şərh etmişlər təmiz eşqi əsərlərdə firavan. 

Biri demiş o soltandır, qəhredici hökmü var, 

Bu Soltanın fərmanıyla ürək olar tarümar. 

Soltan Mahmud gücündən də çoxdur onun qüdrəti, 
Hər Soltanı bir qul edər onun qadir hikməti. 
Ürəklərin me’marıdır, əgər bilmək istəsən, 

Hər arzunu istəyirsən məhəbbətdən istə sən. 

Biri demiş əbədiyyət mənzilinə ilhamdır, 

Biri demiş doğru yola işıq salan bir şamdır. 

Bu barədə hər alimin bir fikri, bir zikri var, 

Hər biri öz fikrini bir cür etmiş intişar. 

Mən onların hamısını burda yazmaq istəsəm. 

Bu dastanı yazmaq üçün gücsüz qalar bu qələm. 
Lakin bütün fikirlərdən yaxşı demiş peyğəmbər, 
Təmiz eşqin barəsində dil açarkən bir səhər. 
Demişdir o, fələklərdə ruhlar pıçıldaşanda. 
Yaranmışdır Sevda, Sevgi, Məhəbbət bu cahanda. 
Əgər bu hiss enməsəydi aləmə o xilqətdən, 

Yer üzündə iz olmazdı məhəbbətdən, ülfətdən. 
Aşiqlərdə baş verən bu şeydalıqlar, bu cəlal. 
Adətlərə sığışmayan hər qəribə nadir hal. 
Ülviyyətdən gələn hissi etmədədir hekayət, 

Onu sonra söz bilənlər eylədilər rəvayət. 
Söylədilər aşiq-mə’ şuq dastanını ürəkdən, 

Bir yerdə can verənlərdən, təmiz və saf diləkdən. 
Hər aşiqin əhvalını şərh eləmək çətindir. 

Hər birinin fəlsəfəsi, hikməti çox dərindir. 


67 



Əcəl mənə aman versə əgər bir az ölümdən, 

Sizə dastan söyləyərəm hikmətlərlə dolu mən. 

Ki o məndən sonra uzun qərinələr yaşayar, 

Bu dünyaya ilhamımdan qalar ölməz yadigar. 
Əssar, bəsdir, vaxt itinnə bu sözlərdən gəl əl çək, 
Sərraflara xoş görünməz boş ibarə söyləmək. 
Yaxşıdır ki, eşqə dair yarat elə bir əsər, 

Elə nadir bir əsər ki, dillərdə olsun əzbər. 


MEHR VƏ MÜŞTƏRİNİN BİRGƏ 
DƏRS OXUMASI 

Ey könül, sən tamam bildin elmdəki hikməti 
Ki, qaldırdın yüksəklərə bayraq kimi sən’əti. 
Mə’naları dərk edənə elmin özü sübatdır, 
Diqqət etsək elmü əməl əsil abi-həyatdır. 

Hər kəsin ki, bu ne’mətdən bir azacıq payı var, 
O bilir ki, cəhl ağacı ancaq ölüm verər bar. 
Belə dedi hikmətlərdən xəbər verən bir fazil: 
Məntiq ilə hikmət öyrən, hər bir gizli sirri bil! 
Mehr şahlıq səmasında günəş kimi gözəldi, 
Bəxtiyarlıq üfüqündən tülu’ edib yüksəldi. 
Gündən-günə artdı onun əzəməti, cəlalı, 
Qabiliyyət zirvəsinə qalxdı onun kəmalı. 

Görən kimi onda böyük ləyaqət var, ağıl var, 
Hünərməndlik təTiminə qərar verdi hökmdar. 
Ölkəsində vardı kamil, fəzilətli bir ustad, 

Hər bir elmə vaqiflikdə çıxarmışdı böyük ad. 
Fərman verdi də’vət olsun saraya o durmadan. 
Ona xəl’ət, hədiyyələr verilsin bol, firavan. 
Müəllimi gətirərək şaha təqdim etdilər, 
Şəhzadəylə Müştərini ona təslim etdilər. 

O möhtərəm müəllimə, adlı-sanlı ustada, 
Tapşırdılar uşaqları, alışdırsın həyata. 

Uşaqların təTiminə başladı o durmadan, 

Açdı bilik qapısını üzlərinə mehriban. 


68 



Onlar dərsdən zövq aldılar ləyaqətlə hər səhər 
Bilikləri hifz olundu hər gün birə on qədər. 
Fəzilətin xəznəsinə idrakları nur saçdı. 

Hər birisi bu nur ilə işıqlandı, dil açdı. 

Onlar bilik səmasına yüksəldikcə an bə açdı. 
Onlar bilik səmasına yüksəldikcə an bə an, 

Hər tərəfdən günəş doğdu işıqlandı asiman. 
Qızğın işin sayəsində ürəkdən qəm silindi, 
Sərf-nəhvin qanunları getdikcə çox bilindi. 
Sonra idrak gözlərini onlar daha açaraq. 

Bir-bir bütün elmlərə göstərdilər çox maraq. 
Zəmanədə maarifin hər növindən alıb pay, 
Bir-birilə yarışırdı hər işdə o iki ay. 

Pəri üzlü Mehr, hünər meydanında çapıb at, 
Bilik, ədəb, təvazödə hər görəni qoydu mat. 

Nə zaman ki, kağız üstə gözəl xətlər səpərdi, 
Qələm kimi ağıl onun əllərini öpərdi. 

Onun xətti ürəklərə güc verərdi hər zaman, 
Yaqut onun xətti ilə kəsb edərdi rəngü can. 
Yazan dəmdə süls, tovqi’, nəsx, rüqa’, reyhani, 
Şərh edərdi hər birində incə dərin mə’nanı, 
Bədaye’dən, fəsahətdən rəvan fikir söylərdi, 
Maanidən, bəyandan da yaxşıca baxəbərdi. 
Üsul, hikmət aydın idi onun hər bir sözündə 
Hey’ ət, nücum, elmləri əks edərdi üzündə 
Hər kəlamı sərrast məntiq əsasında qururdu, 
Hədisləri şərh etməyə min cür bəzək vururdu. 
Sərfı-nəhvi, fiqhi, tibbi söyləyəndə ustada, 
Onun kimi bir tələbə tapılmazdı dünyada. 
Musiqi, saz, kaman, inşa aləmində mahirdi, 
Ədəbiyyat qismətində iste’dadlı şairdi. 

O səxavət şahmatında mat edərdi Hatəmi, 
Qəhrəmanlıq nərdində də mars edərdi aləmi. 
Tarixdən o öz dövründən söz açdığı zamanda, 
Səyridərdi öz atını səvari tək meydanda. 

Az müddətdə göstərdi o elə böyük şücaət 
Ki, dillərdə dastan oldu şöhrəti binihayət. 


69 



Xudavəndin belə imiş əzəl gündən nəzəri 
Ki, Mehrilə bir məktəbdə dərs oxusun Müştəri. 
Hər ikisi tə’ lim aldı bir cərgədə mehriban. 
Öyrəndilər hər bir elmi bir ruh kimi iki can. 

Bir məclisə işıq verdi öz nurilə iki şam, 

Bir atəşlə odlandılar onlar hər gün, hər axşam. 
Müştərisə Mehri daim daha üstün sanırdı, 

Onun qəlbi bu atəşdən daha qızğın yanırdı. 

Beyni cuşə gəlirdisə ürəyinin odundan, 

Ancaq dili könül sirrin açmayırdı heç zaman. 
Onun ürək badəsinə sevgi meyi dolmuşdu, 

Sanki xumar gözlər kimi meydən sərxoş olmuşdu. 
Hər dəııı onu dəniz kimi qərq edirdi kədəri, 

Bu məqamda özündən də xəbərsizdi Müştəri. 

O qədər o, Mehrə yaxın hiss edirdi özünü 
Ki, nə iman, nə küfrü ar bağlayırdı gözünü. 

Eşq olsun o sevgiyə ki, ürəkdən məst olaraq, 
Yırtar varlıq pərdəsini fikrə verə təmtəraq. 

Hiylə, riya şişəsini çırpa daşa durmadan, 

Xilas edə idrakını hər bir hiylə, riyadan. 

Əldə tutsa hər kəs möhkəm səmimiyyət bayrağı, 
İpə keçməz, şübhəsiz ki, arzusunun ayağı. 


HACİB ÖZ OĞLU BƏHRAMI 
ŞAHA TƏQDİM EDİR Kİ, 
MEHRƏ GÖZƏTÇİ OLSUN 

Şahın yaxın bir hacibi vardı arsız, bihəya, 
Onun paxıl ürəyində gizlənmişdi min riya. 
Qaşı çatıq, gözü batıq, eybəcərdi surəti, 
Zahirindən daha pisdi daxilində xisləti. 
Hacibin bir oğlu vardı daha rəzil, hiyləgər, 
Adı Bəhram, Keyvan kimi şüümsüzdü o bifər. 
Dövran kimi vəfasızdı, fələk kimi qəddardı, 
Fitnəkar və böhtançıydı, vəhşi kimi xunxardı. 
Divlər kimi insan əti yeməyə o hərisdi, 


70 



Bəd nəzərdi, ürəklərə ağrı salan xəbisdi. 

Mərəz kimi cansıxıcı, nəbz kimi aldadan, 

Ya da canı təhlükəyə salan mənfur sərətan. 

İlan kimi zərərliydi, əqrəb kimi kinəvər, 

Donuz kimi alçaq idi, tülkü kimi hiyləgər. 

Hacib onu Şapur şaha təqdim edib, əydi baş 
Öpdü təxti, dizə çökdü, göz oynatdı, atdı qaş. 

Min bir hiylə işlədərək yağlı-yağlı dil açdı, 

Hər pərdədə min bir hava çalıb qəsdə yol açdı. 

Dedi: “Şahım icazə ver qaldırım bir pərdəni. 
Gecə-gündüz xeyxahm, sadiq qulun bil məni. 

Ayağına üz sürtmüşəm, baş qoymuşam yolunda. 

Bir gözətçi kəsilmişəm daim sağ və solunda. 

Sənin lütfün hər bir zaman mənə vermiş təzə can, 

Pay almışam bu həşmətli, göy calallı qapından. 

İcazə ver ki. Bəhram da mədrəsəyə qoyulsun, 
Şahzadənin qulluğunda, ona sadiq qul olsun. 

Bir addım da ayrılmadan, olsun onunla həmdəm 
Ki, sıxmasın şahzadənin ürəyini kədər, qəm”. 

Şah görüncə bu təklifi öz rə’yinə müvafiq, 

Günəş üzlü Mehrə bildi Əhriməni o layiq. 

Lakin Şapur xəbərsizdi oyunundan fələyin. 

Bilməyirdi nə fitnələr törədəcək bu ləin. 

Dedi: “Yaxşı qoy bu gündən oğlun Bəhram hər zaman, 
Olsun Mehrin hər işində ona məhrəm, pasiban”. 

Hacib şahdan bu fərmanı eşidəndə oldu şad, 
Qaşlarından düyün qaçdı, nəfəs aldı şən, azad. 

Bundan sonra Bəhram oldu Mehrə sabit pasiban, 

Bütün günü bir an belə ayrılmadı yanından. 

Hansı güldür ki, olmasın tikan onun həmdəmi, 

Nə möhrədir ki, olmasın ilan onun məhrəmi? 
Zəmanənin ifritəsi süt verməz bir cocuğa, 

Ta ki, onun al-qanını tökməyincə tuluğa. 

Bu süfrədən yeyə bilməz kimsə bircə duz-çörək, 

Onun incə dişlərini sındırmasın bu fələk. 

Xoşdursa da yar əlindən badə alıb güləsən, 

Ancaq hicran əzabı da ardınca var, biləsən! 


71 



BƏDRİN MÜŞTƏRİYƏ TAPŞIRILMASI 


Vəzirin bir dostu vardı, hər bir işdə hayandı, 
Onun təmiz sədaqəti səhər kimi əyandı. 

Bədr adlı bir oğlu vardı on dörd günlük ay kimi, 
Ona görə Bədr olmuşdu adı, özü səmimi. 
Himməti çox böyük idi yaşı kiçik olsa da, 

Belə zirək və şüurlu az tapılar dünyada. 
Tərbiyəsi çox gözəldi, təvazökar, üzü şən, 
Bütün gözəl xasiyyətlə olmuş idi müzəyyən. 

O da oldu müştərinin gecə-gündüz sirdaşı, 
Mədrəsədə dərs zamanı oturdular yanaşı. 

Günəş üzlü Mehr ilə də çox yaxındı Müştəri, 
Bir atəşlə qızışırdı bu dostların qəlbləri. 

Qələm kimi süzülürdü başlarından min istək, 
Ürəkləri bir nöqtədə pərkar kimi sərgərdan, 
Tumar kimi qıvrılırdı onlar qəmdən, hicrandan. 
Dəvat kimi ləblərini qaraldardı hirs, qəzəb. 
Sevda ilə beyinləri olmuş idi mürəkkəb. 
Mədrəsədə birgə təTim alırdılar o güllər. 

Bir gülşəndə uçurdular bu xoş səsli bülbüllər. 
Otururdu o, Mehr ilə iki gül tək üzbəüz, 
Tikilirdi məhəbbətlə bir-birinə iki göz. 

İşarəylə danışırdı iki təmiz yar-yoldaş, 
Etmirdilər qəlb sinini xəyanətkar gözə faş. 


BƏHRAMIN HİYLƏ QURMASI 

Hacib oğlu hiddətləndi bu dostluğu bilərək, 
Ürəyində coşdu kini, qəlbi yandı kürə tək. 

Bu dostluqdan yara dəydi ürəyinə, müxtəsər - 
Öz-özünə çox düşündü, qurdu min cür hiylələr. 
Dedi, gərək mən bu işdə çox sərt olam, şübhəsiz, 
Elə pozam bu dostluğu ki, qalmasın ondan iz. 
Mən onların işlərini elə rəngə salaram. 

Ki, eşidən heyrət etsin, mən də alım intiqam. 


72 



Müştərini məhv eləyər quracağım bir tədbir, 

Lakin məni çəkindirir hörmətilə baş vəzir. 

Yox, yox gərək mən çox incə hiylə quram əl-əlbət, 
Bu oyunda işlədəm çox incə, böyük məharət. 
Müəllimin qəlbi sadə, ayna kimi saf, təmiz, 

Onu gərək inandıram sözlərimə şübhəsiz 
Baş tutarsa bu yol ilə mənim hiyləm, kələyim, 

Hasil olar nəhayətdə arzum, qəsdim, diləyim. 
Müəllimə bağışlaram töhfə kimi simü zər, 

Olar onun köməyilə istədiyim müyəssər. 

Əgər ona bəyəndirsəm öz fikrimi nəhayət, 

Mən günəşdən bac alaram gülər mənə səadət. 
Xülasə, o ehtiramla müəllimə yanaşdı 
Xəlvət yerdə yavaş-yavaş ona gizli sirr açdı. 

Dedi: “Sənin xidmətində ay halqalı qulamdır, 
Ruhun işıq mənbəyidir, qəlbin səssiz kəlamdır. 
Sənin rə’yin ölüyə də “yaşa” desə, o yaşar, 

Tuti sənin rə’yin ilə insan kimi danışar. 

Sənin təb’ in küdurətdən təmizdir bir ayna tək. 

Bu aynaya hər kəs baxsa öz eybini görəcək. 
Cənabına çox aydındır mənim sonsuz hörmətim, 
Birüzlüyəm, sözlərimdə yoxdur özgə niyyətim. 
Nöqsanı sən ləğv edərsən, sənsiz heç bir iş aşmaz, 
Səndən gizli bir iş tutmaq şagirdlərə yaraşmaz”. 
Ürəyi saf müəllim də cuşə gəlib bu sözdən, 

Dedi: “Fikrə düyün vurma, açıq söylə sözü sən. 

Nə hadisə baş vermişdir, çəkinmə de, qoxmadan, 

Ta ki, qalxsın ortalıqdan hər çətinlik, hər nöqsan. 
Əgər təmiz ürəklisən aç sinini söylə bir, 

Qoy qalmasın ürəyində səni əzən gizli sirr”. 

Daş ürəkli Bəhram dərhal incə kələk quraraq, 
Sözlərinə bəzək vurdu yaratmaqçm çox maraq. 
Dedi: “Yalan desəm mənə qənim olsun kirdigar, 
Gizlətmədən deyəcəyəm sənə bir-bir nə ki var. 
Bilirsən ki, Şapur şahın bircə oğlu Mehrdir, 

Ancaq onun vaıiığıyla nəfəs alıb, fəxr edir. 


73 



Ancaq onun cəmalında görür cümlə cahanı 
Onsuz olmaz nə qərarı, nə şöhrəti, nə şanı. 

İndi Mehri təsxir etmiş vəzir oğlu Müştəri, 

İstəyir ki, gecə-gündüz onda olsun nəzəri. 

Hey əlləşir hər məqamda ona etsin nəzarət, 
Bilməyir ki, beləliklə törədəcək fəlakət. 

Şuxluq ilə əl çəkməyir, hey sitallıq göstərir, 

Etmək istər daim onu öz əlində dəstgir. 

Belə getsə Mehri yəqin dərsdən geri salacaq, 
Nəhayətdə Mehrin dərsi nəticəsiz qalacaq, 

Bunu indi hamı bilir, pıçıldaşır hər görən, 
İstəmirəm bu səbəbdən sən xəcalət çəkəsən. 
Mehrin başı qarışacaq boş işlərə ol agah. 

Bir gün əgər bu işlərdən xəbər tutsa padişah, 

Sənə böyük cəza verər, məhv olaram onda mən, 
Sonra gərək baş götürüb qaçam bütün ölkədən. 
Əhvalatı şahdan gizli tutmaq deyil məsləhət, 
Xəlvətcə tez öz fikrini şaha çatdır əl-əlbət. 
Müştərini tənbəl kimi qələmə ver birtəhər, 

Bil şahzadə geri qalsa, sənə cəza verilər. 

Gəl bu sözü qoz içi tək çıxart indi qabıqdan, 

Ta ki, sabah çəkməyəsən bu əməldə sən ziyan. 
Ağıllılar isti ikən dögərlər bil dəmiri. 

Hüşyar olan vaxt itirməz icrada bir tədbiri. 

Şapur sənə bir alim tək inanmışdır xəzinə, 
Məsələni açıq de şah qiymət versin sə’yinə. 
Müəllimin ürəyinə tə’sir etdi bu sözlər, 

Müştəriyə qarşı onu dəyişdirdi bu xəbər. 

Bu hiyləyə aldandı o qəlbi təmiz müəllim, 
Düşündü ki, sussam sonra Şapur olar düşmənim. 
Hiddətindən, qəzəbindən sir-sifəti saraldı, 
Xəyalının tüstüsündən qəlbi, beyni qaraldı. 

Dedi qumaz Bəhrama: “Get - arxayın ol büsbütün, 
Şaha bunu çatdıraram yəqin bil ki, haman gün. 
Neçin oğlu geri qalar dərslərdən qoy bilsin şah, 
Qoy görməsin sabahkı gün müəllimdə bir günah”. 


74 



MÜƏLLİMİN ŞAHI XƏBƏRDAR ETMƏSİ 


Axşam günün aynasını aldı ələ asiman, 

Saldı gecə zülmətinin qutusuna durmadan. 

Qaş qaraldı, müəllimsə tez saraya yollandı, 
Hüzurunda Şapur şahın çox ədəblə dayandı. 

Öpüb yeri tez başladı əvvəl şahı duaya, 

Ondan sonra şüru’ etdi sonsuz mədhü sənaya. 
Dedi: “Şahın bəxti gülsün, yarı olsun səadət, 

Tacü taxtı möhkəm olsun yaşasın şən, səlamət. 
Tə’xirsiz bir məsələ var etmək lazım onu həll, 

Şah icazə versə əgər söyləyərəm müfəssəl. 

Xəlvət olsa məclis əgər söhbət daha xoş olar, 
Daha geniş şərh edərəm məsələni aşikar”. 

Bu sözləri eşidə də maraqlandı padişah, 

Əmr elədi hamı getsin xəlvət olsun barigah. 

O sadədil müəllimə dedi: “Buyur sirri aç, 

Gizli qalan xəstəliyə çünki olmaz bir əlac”. 
Həvəsləndi müəllim bu iltifatdan, açdı dil, 

Tuti kimi təkrar edib eyni sözü dedi: “Bil 
Padişahın kərəmindən pay almışam mən hər vəqt, 
Ola bilməz xidmətində indi çəkim xəcalət. 

Bircə zərrə səhvim olsa qoy adlanım günahkar, 
Xain bilib qoy qətlimə fərman versin hökmdar. 
Böyük şaha bu aydındır, işdə yoxsa ciddü cəhd 
Gözlərə nur dolmaz əsla, işıqlanmaz fəzilət. 
Ancaq səyü ehtimamla gülər elmin gəlini. 

Bilik layiq olanların tutar möhkəm əlini. 
Çalışmayan ən sadə bir məsələni anlamaz, 

Bilik əmək tələb edir, tənbəl bilikli olmaz, 
Müştəridə mən görmürəm dərsə həvəs, ciddiyyət, 
Onda yoxdur bilik üçün ən azacıq ləyaqət. 
Vaxtlarını boş keçirir, işi ləvhü ləəbdir, 

Dərslərini hazırlamır, özü də biədəbdir. 

Yoxdur onda nə oxumaq, nə də yazmaq həvəsi, 
Fəzilətdən yoxdur onun bir azacıq bəhrəsi. 


75 



Mədrəsədə işi ancaq Mehrə mane’ olmaqdır, 
Mehri qoymur dərslərini təkrar edə, maymaqdır. 
Şahzadəni özü kimi tənbəlliyə sövq edir, 

Buna görə dərslərimiz günü-gündən pis gedir. 
Mehrə baxsın o maşallah çox sahibi-kəmaldır, 
Müştərilə yaxınlığı ona böyük zəvaldır. 

Şah icazə versə əgər ayıraram onları 
Ki, dəyişsin Mehrin bəlkə tə’lim üçün kirdarı. 
Bundan sonra onlar gərək bir otaqda qalmasın, 
Ta ki, heç vaxt aralıqda fitnə-fəsad olmasın”. 

Bu sözləri eşidəndə şahın artdı qəzəbi, 

İstədi ki, parçalasın dərhal o biədəbi. 

Şahın özü dərrakədən kasıb, dayaz, nadandı, 

Belə yalan səfsətəyə asanlıqla inandı. 

O sadədil müəllim də gələcəkdən qorxaraq, 
Bilə-bilə uydurmuşdu yalan sözlər, işə bax! 
Hirsləndirib şahı getdi, Şapur şahsa qaldı tək, 
Hiddətindən göz yummadı bütün gecə sübhədək. 
Çox düşündü necə ölçü götürsün o bu işə, 
Müəllimin sözü onu salmış idi təşvişə. 

Fikr etdikcə artdı onun bədənində hərarət, 

Qərar verdi Müştərini sürgün etsin nəhayət. 




76 





DASTANİ-ƏHMƏD HƏRAMİ 

( parçalar ) 

XIII əsr anadilli poeziyamızın ən gözəl, mükəmməl abidələrindən biri olan 
“Dastani-Əhməd Hərami” poemasının müəllifi hələlik müəyyən edilməmiş- 
dir. Əsərin yeganə əlyazma nüsxəsini türk alimi Tələt Onay aşkara çıxarıb, 
1928-ci ildə geniş ön söz, lüğət və şərhlərlə nəşr etdirmişdir. 

Poema ikinci dəfə 1978-ci ildə Bakıda Ə. Səfərli tərəfindən nəşr olunmuşdur. 


DASTANİ-ƏHMƏD HƏRAMİ 

Bu dastanı bu gün bünyad edəlim, 
Həqiıı qüdrətlərin biz yad edəlim. 
Gəlin, ey ınə’ni bəhrin seyr edənlər, 
Bu dərya gövhərindən xeyr edənlər. 
Mə’anidə qılı iki biçənlər, 

Dilindən daima gövhər saçanlar. 
Gəlin, barı bu gün söhbət qılalım, 
Mə’ani kanının dürrün bulalım. 

Anın birligini zikr eyləyə dil, 
Xatırda qalmaya zərrəcə müşkil. 
Zira kim dilləri söylədən oldur, 

Anın hikmətləri qullara boldur. 

Anın hikmətlərinə əql irişməz, 

İşinə kimsənə hərgiz qarışmaz. 

Anın keyfiyyəti bulunmadı hiç, 
Məkanı qandadur bilinmədi hiç. 

Nə zahirdir o kim gözdən iralmaz, 
Nə batindür o kim hərgiz görülməz. 
Anın əvvəlinin önü bulunmaz 
Anın axırının sonu bulunmaz. 


77 



Nə dilim var anı şərh eyləyəm bən 
Nə bilim var ki, şərhin söyləyəm bən. 
Anın dil zikrini etmək gərəkdir, 

Anın doğru yolun getmək gərəkdir. 
Yüzüm qara, sözüm qısa, suçum bol. 
Belim əgri, yolum doğru, boyum sol. 
Şaşı baxdım, cüda düşdüm bən andan 
Bənim halım necə olusər andan. 
Qova-qova könül dünyaya irdi, 

Ömür keçdi saqalı, saç ağardı. 

Əbəs yerlərdə xərc etdim yaşım bən, 
Yeridir daşlara dögsəm başım bən. 
Həmin vardır ümidimiz səfadan. 
Məgər mədəd irişə Mustafadan. 
Ümidimiz iki aləmdə oldur, 

Anın şəfqətləri qullara boldur. 

Dökəli ənbiya “Nəfsi” deyişər, 

O ümmətlərinin qeydin yeyisər. 

Salam olsun anun yaranlarına, 

Müdam rəhmət irişsin canlarına. 
Əbubəkr, Ömər, Osman, Əlidir. 

Eyi dirliklidir bunlar, vəlidir. 

Bular tutmadılar kibrü, kinayət 
Bular bildi nədir dinü dinayət, 

Səfa xatirlər içində kin olmaz, 

Kin olduğu könüllərdə din olmaz. 
Sürəlim könlümüzdən kibrü, kini, 
Yıxarlar kibr edənlər mülki-dini. 

Gəl imdi Mustafaya ver səlavət, 
Deyəlim necədir anla hekayət. 

Eşit gəl bir Həraminin sözünü, 

Əgər görür isən mə’ni yüzünü, 

Olursa həqq-taaladan inayət, 

Qılam bu qissəyə bir-bir hekayət. 


78 



MƏCLİS- 1 


Məgər kim ol zamanda bir Hərami, 
Dərib döşürmüş idi çox hərami. 
Özü gürbüzdürür ya’lak bahadır, 
Bahadırlıq yolunda key bəhadır. 
Bilirdi sehr elmindən bəğayət, 
Hücum elmində də qadirdi qayət. 
Gər əfsun oxuyub bir gəz ürəydi 
Oluq dəm ayı gögdən endirəydi. 

Əli Sina elmindən bilirdi, 
Şəlıabəddinə ol hizmət qılırdı. 

Qılıc salsa bin ərə təpinəydi. 

Qağan aslan kibi kim çapmaydı. 
Demişlər adma Əhməd Hərami, 
Çavı dolmuş idi ellər təmami. 
Doquz kişi anın yoldaşlarıydı, 

Dünü gündüz bilə haldaşlarıydı. 
İgin gürbüzlər idi ol ərənlər, 

Oları qan qaşanırdı görənlər. 

Düraq edibdilər bir səıp arayı, 

Oları kimsə vannaya arayı. 

Ol aradan yolı kəsmişlər idi, 

Ey neçə qafilə basmışlar idi. 

Del i m mal yığladılar anda olar, 
Hesabı yoxc qumaşı, siınü zərlər. 
Gecə-gündüz şikar edərlər idi, 
Gerü ol qalaya girərlər idi. 

Buların çavı düşdi Ruma, Şama, 
Kimsənə vannaz oldu ol məqama. 
Çün on kişi bu hali böylə gördi. 
Danışıq etdi, bir-biriylə oturdi. 
Dedi Əhməd Hərami: ey yarənlər, 
Mən eşitdim ki, Bağdadı görənlər, 
Anın sultanın içən söylədilər, 

Anın malın qatı vəsf eylədilər. 
Gəlin, bundan biz enəlim Bağdadə 
Şikar edə və key ərqun av edə. 


79 



Özümüz şəhr içində gizləyəlim, 

O şahın xəznəsini gözləyəlim. 

Kim ol sultanın adıymış Şəhinşah 
İkən çox mali varmış oldum agah. 
Kilidin açalım, malın alalım, 

Cəhanda biz ana bir iş qılalım. 

Bənim hər yerdə əfsunum yazılur, 
Kilidlər açılır, qapu pozulur. 

Nə durursuz, durun, bir-bir quşanm, 
Nə qayırın, nə qorxun, nə üşənin. 
Adıdır dünyada qalan kişinin, 

Əgər erkək ola və gər dişinin. 

Bular dun gəlib dedi ki, sərvər, 

Can üstünə nə dersən, ey dilavər. 
Xəzinə qapısın bərkitdilər xoş, 

Tutub Bağdad yolunu getdilər xoş, 
Tutub Bağdad yolunu getdilər xoş. 
Düni günə qatıb bular çü getdi, 
Beş-on gündə bular Bağdada yetdi. 
Bir oda tutdular şəhrin ucunda, 

İkən azadəvü qovğa yox anda. 
Günüzin özlərin gizlərlər idi, 

Dün olsa yolların gözlərlər idi. 

Xəzinə qandalığın bildi bunlar, 

Qolay yol nerdə isə buldu bunlar. 
Oturdu ol gecə bunlar danışdı, 

Qaçan kim dünün iki bəxşi keçdi. 
Yerindən durdu ol Əhməd Hərami 
Bilə yaranları düpdüz təmami. 

Cəbə cövşən silahı geydi anlar, 

Qəza yoluna qoyub başı canlar, 
Xəzinədən yana əzm etdilər çün, 
Kəmindən çıxub enib getdilər dün. 
Gedərkən irdilər bir xoş araya, 

İkən gökçək yapılmış bir saraya. 
Yuca, möhkəm, lətif key toş yapılmış, 
Zehi me’mar anı arəstə qılmış. 
Füsuskari yapılmış anda hər daş 


80 



Qızıl altun sıvayla xoş münəqqaş. 
Məgər sultan qızı, ol xub dilaram, 
Gecə-gündüz qılırdı anda aram. 
Bəğayət xub idi ol şahi-şəngül 
Yüzü gül, sözü bülbül, saçı sünbül. 
Güləndam idi ol nigarın adı. 
Şəkərdən şirin idi sözü dadı. 

Utanır inci dişi danəsindən, 

Sədəf ağzındakı dür danəsindən. 
Gümüşdür, tazə boyi billurə bənzər. 
İki cadu gözü səhharə bənzər. 

Anın kimi kimsənə görməmişdi, 

Anı görən nişanın verməmişdi. 
Yanar idi şəmidanı ilində, 

Yazardı xət rəqəm tutmuş əlində. 
Divani xət içində sehr edərdi, 

O xətt içində yanı mehr edərdi. 
Çıraq şövqü qamu pəncərələrdən 
Saçardı şö’ləsin hər arələrdən. 

Nə yerdə isə od pünhan degildir 
Bular gizlənməgə imkan degildir. 
Həramilər çün ol odu görürlər 
Danışıban ol aradə dururlar. 

Dedi Əhməd hərami: bən varayım, 
Kiməsnə varını bu köşkdə görəyim. 
Kəmənd atdı yuxarı çıxdı ol dəm, 
Görür kim oturur bir xubi-aləm. 
Qələm əldə yazar yazı oturmuş, 
Yüzündən gün kibi bürqə götürmüş. 
Qaçan kim qızı gördü döndü getdi, 
Yenə yoldaşları qatma yetdi. 

Qızı ol urmadı hərgiz muhalə, 
Yetişmədi anın fikri bu halə. 

Dedi: yürün gedəlim, kimsə yoxdur, 
Bilin kim fəthimiz bu yolda çoxdur. 
Uruban lafı bunlar tədbir etdi, 

Eşit təqdir işi anlara netdi. 

Rəvanü çüst ol aradan getdilər, 


81 



Xəzinədən yana azim etdilər. 
Güləndam sözlərini duymuş idi, 
Əlindən qələmini qoymuş idi. 
Şoluqdəm pəncərə dibinə vardı, 
Kəmənd biği əgildi, baxdı, gördi. 
Görür on kişi qatıraq gedərlər, 
Xəzinədən yana azim edərlər. 
Dedi: bunlar əgər bizdən olaydı. 
Bu vaxtın qancəri seyran qılaydı. 
Məgər bu kişilər xırsızmı ola, 

Anın için düşüb gedər bu yola? 

Şu gənc arslan kibi xubi-zamanə, 
Qaqıdı xişm ilə oldu divanə. 
Şoluqdəm belinə qılınc quşandı, 
Bulardan qorxdu və nə heç üşəndi. 
Bular çün xəznə qapusinə yetdi, 
Yanınca bunların söyləyi getdi. 

Bir əfsun oxudu Əhməd Hərami, 
Xəzinə inlədi düşdü təmami. 
Dükəli çünki açıldı qapular 
Utalu-utalu çün getdi bular. 

Taş eşikdə qərar etdi nigarın 
Pənah etdi nədir gör intizarın. 
Yalın eylədi ol hindi qılıcı, 

Görün nə qılur ol fitnə qılıcı. 
Gələlim biz həramilər sözünə, 
Biləsiz anların fikri, sözü nə? 
Xəzinəyə bular kim girdilərdi, 
Qumaş, altunu aqca aldılardı. 
Göhər, inci, əqiq, lə’li-Bədəxşan, 
Qızıl, altun, cəvahir, dürrü mərcan. 
Həzaran lövn-lövn əlvanlı daşlar, 
Hesabsız dəxi altunü gümüşlər. 
Gərəyincə bulardan aldılardı, 

Gerü getməgə niyyət qıldılardı. 
Sözə gəldi dedi Əhməd Hərami: 
Qılın bir dəm, ey yoldaşlar, araıni. 
Durun bir danışıq var eyləyəlim, 


82 



İşimizin sonunu söyləyəlim. 

Nə var tanrı bir isə iş ikidir, 

Ölüm dedikləri sanma ikidir. 
Məbada izimiz duyulmuş ola, 
Yolumuz dörd yana qaplanmış ola. 
01 ucdan mənzilə irəməyəvüz 
Ögümüz, uşumuz dərəməyəvüz. 
Nişanım dəbrənir dəkin degildir, 

Bu gün damarlarım sakin degildir. 
Birin-birin çığm taşra varınız 
Olun hazır, yolunuzu görünüz. 
Üçünüz, dördünüz taşra varınca, 

Bu iş mə’lum olur bir dəm durunca. 
Həm adəm səsinə urun qulağı 
Gözədibən qılın hazır yarağı. 

Anın kibi olursa yoğurun tez, 

Bənə tezcək gəlin, xəbər verün tez. 
Həzər eyləyəlim biz ol yağıdan, 
Bənəm gürbüz yağıları dağıdan. 
Bənim nə’rəmə kimsə durmaz irdi, 
Necə kişilər ünümdən canı verdi. 
Bular gərçi bu işi tədbir etdi, 

Xuda gör kim necəyi təqdir etdi. 
Həman ol birisinə kim buyurdu. 
Yüzün qayırmadı qapıya sürdü. 
Qapısının ikisin çıxdı əgildi. 

Haman taş qapıda ömrü dağıldı. 
Başın çıxardı, kim baxaydı andan, 
Boğazından çalar ol güli-xəndan. 
Fələk peymanəsin ol dəmdə içdi. 
Başı uruldu anın taşra düşdi. 

Biri dəxi irişdi ol şərabə, 

Nə şərabdır ömür verdi xərabə. 
Macal vermədi anı dəxi çaldı, 
Həman dəm gögdəsindən başın aldı. 
Qılınc ilə çün anı dəxi yıxdı, 

Sürüdi gögdəsin taşra buraxdı. 
Dəgər növbət yenə anm birinə, 


83 



Varır ol dəxi anların yerinə. 

Hələ nə söz uzadayım, a sərvər, 
Doquzunun başın kəsdi o dilbər. 
Həman Əhməd Hərami qaldı anda, 
Qalanı qərq olub yatırdı qanda. 

Bu gəz ol dəxi qapıya yürüdü, 

Qalan yoldaşların taşda sanırdı. 
Qapının ikisin fılhal çıxdı, 

İrişdi taş qapıdan taşra baxdı. 

Başın göstərdi, yenə çəkmiş oldı, 
Güləndam ivmək ilə anı çaldı. 
Təpəsinin saçını dərisilə 
Qılıc yerə buraxdı silə-silə. 

Yenə qaldırdı qılıcmı çaldı 
Qalamadı yoğurdu taşra gəldi. 
Əlindən qurtulur Əhməd Hərami 
Görür yoldaşları düpdüz təmami. 
Nəzər qıldı qıza, gördü ki, qızdı, 
Sarayda gördüyüdür, bildi, sezdi. 
Eytdi kim, e qız, etdin bənə sən, 
Əgər ölməz isəm edəm sənə bən. 
Həman bunu dedi və döndü getdi, 
Gerü, gəldigi yola azim etdi. 
Güləndam dəng oluban batdı fikrə, 
Həqə yüz tutdu, məşğul oldu zikrə. 
Təəccüb eylədi bu işi gördi, 

Dün içində əcayib sirrə irdi. 

Dedi kim, ey kərim, qüdrət sənindir, 
Təalallah, qamu hikmət sənindir. 
Qılıcmı silib qınına qatdı, 

Sarayına gəlibən girdi yatdı. 

O gecə sübhə dəkin qıldı təşviş, 
Əcayib hal idi der bu olan iş. 

Keçib ol dün yenə çün oldu gündüz, 
Nur ilə doldu aləm yüzü düpdüz. 
Qaçan xurşid ki, məşriqdən göründi, 
Ulu dağlar qamu nur tac urundi. 
Nura batdı qamu başdan başadək 


84 



Bu cümlə nə ki, qurudan yaşadək. 
Yenə cünbüşdə oldu xəlqi-aləm 
Qaınu vəhşü tuyurü cinnü adəm. 
Xəzinədar dəxi xəznəyə vardı, 
Nəzər qıldı nə adam ki, nə gördi. 
Qapısı xəznənin gördü açılmış, 
Gümüş altun ki, yollara saçılmış. 
Doquz kişi yatır başı kəsilmiş 
Qılıdan sınıb yayı yaşılmış. 

Çü gördi bunları ol durdı getdi, 
Şahənşah həzrətinə irdi yetdi. 

Dedi bir-bir: necə gördisə halı, 
Şahənşah danladı işbu xəyalı. 

Dedi vəzirlərə: durun varalı m 
Necə haldır, nə başlardır görəlim. 
Alıb vəzirlərini gəldi sultan, 

Buları gördü tana qaldı sultan. 
Xəzinədar mah dərdi və buladı, 

Geri yerli yerincə şükri qıldı. 

Dürüst gəldi malım hərgiz kəmi yox, 
Qaınu yerli yerincə əskiki yox. 

Anı gördi yenə sultan açıldı, 

Yürəgi tazələndi, su saçıldı. 

Buyurdu qığırm eldəvü şərdə 
Bulun, istən, aran əğyarü yarda. 
Mənə bunun kimi lütf işləyən kim 
Bu dənli xəznəyi bağışlayan kim. 

Nə kişidir gətiriniz görəyim. 

Nə dənli mal dilər isə verəyim. 
Açıldı xəlq içində işbu dəftər, 
Oxundu xəlqi-aləm qıldı əzbər. 
Bulunmadı, bilinmədi bu müşkil 
Ki, hərgiz həll olunmadı bu müşkil 
Güləndam kimsəyə söyləmədi heç 
Bu razı xalqa faş eyləmədi heç. 

İkinci məclisə ağaz edəlim, 

Yenə Əhməd Həramiyə gedəlim. 


85 



MƏCLIS-2 


Qaçan kim ol zəxmli oldı, qaçdı, 
Neçə dağlar, neçə səhralar aşdı. 

Düni günə ulayıban gedərdi. 

Anıb yoldaşlarını ah edərdi. 

Der idi: qanı sevgili yaranlar, 

Nər arslan kibi ol gürbüz ərənlər. 
Əlimdən qafilin çıxdı nedəyin, 

Avarə oldum uş qanda gedəyin. 
Bir-iki gün qərar etdi, oturdu, 

Görün fikrində nə nəsnə bitirdi. 
Rəvan yenə yerindən uru durdu, 

Satın aldıvü on atlar gətirdi. 

Malın, gəncin dükəli anda dərdi, 

O atlar üstünə cümləsin urdu. 
Bəzirgan şəklinə düzdü özünü, 

Krıma əzm edip duttu yüzünü. 

Qumaş düzdü Krımda dürlü, əlvan, 
Nə dürlü hiylə edər ol nətavan. 

Dəlim oğlanlar aldı ay sürətli, 

Gözi nərgiz, yüzi gül, bay sirətli. 
Dəxi aldı qızoğlanlar, xəlayiq 
Huri sanır görən bunları bayıq. 
Yarağın düzdü, qoşdu ol Həranıi 
Krımda qalmadı ayruq ərami. 

Y enə Bağdada süvar oldu rəvanə 
Qulaq ur billahi bu dasitanə. 

Düni günə ulayıban gedərdi, 

Bülammı qızı deyü fıkr edərdi. 

Məgər bir gün göründü şəhri-Bağdad 
Gedərdi qayğısın oldu könül şad. 
Gəlincə xocalar cavm eşitdi, 

Qamu atlandı ana qarşı getdi. 

İraqdan baxtılar bir toz göründü, 
Havanın yüzü toz ilə büründü. 
Dedilər kim bu nə çoxluq kişidir. 
Bəzirganlıq çərinin nə işidir? 


86 



Məgər kim bu bir iqlimin bəgidir, 
Sanırmısız bunu bizim biğidir. 

Atm kişnəməsi və çan avazı 
Dolu olmuş idi ol ulu yazı. 

Xocalar endi[lər] atlı atından 
Ki, bununla görüşmək niyyətindən. 
Buların xatırıyçün ol da endi, 
Görüşdi tez gerü atma mindi. 

Qılıb mürvət xocayı gətirdilər 
Qamusu ana qulluq yetirdilər. 

Keçib Əhməd bıyıq burdu oturdu, 
Oxudu ulularını gətirdi. 

O şəhrin kətxudası dəxi belə 
Bezestan kətxudası anın ilə. 

Əlini aldı anların gətirdi. 

Dil açdı, söylədi pərdə götürdi. 
Şəhər kətxudasma der bilirvən, 
Özün yaxşı kişi dövlət olurvən. 
Gətirdim ərməğanlar xanə yəxşi, 
Bular padişəhindürür bəxşi. 

Danışıq eyləyəlim şah ilə biz 
Yamanlaman bizi bilişdirin siz. 

Y edi oğlan gətirdim aydan arı, 
Yüzü güldür, şəkərdir ağzı yarı. 

Y edi dəxi qızoğlanlar ay üzlü, 

Dişi inci kibi, gül şəhd sözlü. 

Y edi hindi qılıc, yedi gözəl at, 
Yügürsə eyləyə karlanqıcı mat. 
Həm üç gövhər gətirmişəm dəxi uş 
Qəbul etsin ki, könlümüz ola xoş. 
Sabahın xana səninlə varalım, 
Mübarək yüzüni xanın görəlim. 
Aytdı kətxuda danla gələyin. 

Tapın nə kim buyurursa qılaym. 
Bişirdi xoş təamlar həm buyurdu, 
Qonuqluq etdi, anları doyurdu. 
İçildi şərbət anda, yendi çün xon, 
Ululara geyirdi xəl’ətü don. 


87 



Çün axşam irişbən gün tolundu, 
Qamu dağlar başı yaxı qılındı. 
Gögün üzünə yulduzlar saçıldı, 

Dana yaxın yenə bir-bir açıldı. 
Sabahın kətxuda qulluq yetirdi, 
Xəbər Əhməd Həramiyə gətirdi. 
Dedi: xoca, yaraqlanın gedəlim, 
Buyur nə qulluğun varsa edəlim. 

Ata atlanıb ol iki gönüldü, 

Görəlim bu nəsib kimə sunuldu. 
Dükəli ərməğanın aldı vardı. 
Şahənşah eşigində gəldi, durdu. 
Haman dəm kətxudası girdi şaha 
Dedi bir-bir bunu ol padişaha. 
Dükəli vəsfi padşah qıldı mə’lum, 
Oxunuz anı dedi şahi-məxtum. 
Görəlim kimdürür, nə xocadır ol 
Ki, bənim eşqimə çəkmiş dəlim yol. 
Çıxıb o kətxuda aldıvü gəldi, 

Görüb sultan Həramiyi şad oldu. 
Əlin öpdü şahın Əhməd Hərami, 
Dəlim lütf ilə söylədi kəlami. 
Bilgilərin bütün ərz etdi şaha 
İkən xoş gəldi qayət padişaha. 

Dedi gərçi sizə zəhmətlər oldu, 
Vəlakin bizlərə rahətlər oldu. 

Dedi Əhməd Hərami şaha: mütləq 
Yer etdi eşqiniz canda mühəqqəq. 
Sənin ədlini, insafın eşitdim, 
Gönüldə mehrini canda iş etdim. 
Dilərəm ki, duram qapında bən də, 
Dəlim qul qapunuzdadur bəndə. 

Qatı müştəq idim irdim qapında, 
Gönüldən qul yazıldım uş tapında. 
Bihəmdillah bu gün qapma irdim, 
Sənin dövlətli yüzün şaha, gördüm. 
Çün anı gördü şah xülqiylə söylər 
Səxavü lütfü ədlin şərh eylər. 


88 



Qulaq urdu qapıldı sözlərinə, 

Nə bilsin şah anm bu sirləri nə? ! 
Şunun kibi yer etdi şaha ol ər 
Keçirdi yanma edindi sərvər. 
Gönüldən eşq ilə key sevdi canı 
Qomaz yanından ertə keçə anı. 

Kişi könlündəkin kişi nə bilə, 

Nə var içində məgər fitnə qıla. 

Bir-iki gün bunun üstünə getdi, 
Şahənşah gör necə bir tədbir etdi. 
Vəzirləri ilə bir gün danışdı, 

Dedi: şu xoca eşqi bana düşdü. 

Bu dənli ki kərəmlər qıldı bana 
Qızımı verirəm şükranə ona. 

Bana bir qol-qanad olsun otursun, 
Elinə getməsin, bənimlə dursun. 
Vəzirlər məsləhət gördü sözünü, 

Vəli bilmədilər mə’ni yüzünü. 

Dedi soltan ki: bən bilməz olayın 
Ana söylən, nədir fikri biləyin. 
Mübarək dügün edib başlayavuz, 

Ana görə işimiz işləyəvüz. 

Bunun kibi danışıq eylədilər, 

Məgər bir gün vəzirlər söylədilər. 
Dedilər: xoca, sordu səni sultan 
Ki, səndən gördi eylik, mürvət, ehsan. 
Qızın istəyəlim almaq rəvamı? 
Həlalın, xatunun olmaq rəvamı? 

Dedi Əhməd Hərami: qatınıza 
Qul olub durayım həzrətinizə. 

Nə kim şəh der isə bən anə fərman, 
Neçün yox deyəvən nə kim desə xan. 
Qul oldum getməzəm qatından ayruq, 
Müt’ iyəm bana buyurursa buyruq. 
Həraminin xod istədigi oldu, 

Fələkdə istədigin yerdə buldu. 
Cavabını anm çün aldı bunlar, 

Genə sultan qatma gəldi bunlar. 


89 



Nə kim Əhməd Hərami dedi şalıə, 
Qamu ərz eylədilər padişahə. 
Sevindi, aydır; inıdi neyləyəlim 
Hələ bir qıza dəxi söyləyəlim. 

Nə dürlüdür anın gönlüm görəlim, 
Bəs andan bu işə bünyad uralım. 
Bir-iki xas xadimlər dururlar, 
Duruban şah qızma göndərirlər. 
Sarayında xadimlər durmuş idi 
Xadimlər həm qapuya vannış idi. 
Məgər xadimləri bir dayə gördü, 
Xəbər ol dəmdə Güləndamə verdi. 
Dedi: yaqutü gövhər lala, ey can 
Durur qapıda, istər girə fərman. 
Dedi: ol dayəyə ol dəm Güləndam, 
Neçün qılır eşikdə anlar aram. 

Alm gəlin oları der görəyim, 

Nəyə gəldi xəbərlərin sorayım. 
Həzaran üzrilə anlar oturdu. 
Şoluqdəm mahəzər ne’mət gətirdi. 
Bular xoni yeyib şükr eylədilər 
Dua qılıb bu sözü söylədilər. 

Dedi: mərcan, lala ey şuxi-şəngül 
Ki, sənsən cənnətin bağında bir gül. 
Atan verib idi biz qullarını 
Xəzandan saxlasın haqq güllərini. 
Şol ulu xoca ki, gəlmişdi bunda 
Qatı hörmətlidir atan qatunda, 
Atanız sizi ana veribəndir 
Quzum dəxi nə der, bir görəyin der. 
Budurur danışığı gecə-gündüz, 
Rəva gördü ümidi dəxi düpdüz. 
Buyur sən dəxi nə dersən görəlim, 
Xəbər ver bizə şaha dəgirəlim. 
Güləndam bu sözü bir-bir eşitdi, 
Özünə ağlını bir-bir iş etdi. 

Atdı: nə əcəb söz söylədiniz, 

Bəni bunda qatı dəng eylədiniz. 


90 



Cahanda yoxmudur bir şahzadə 
Ki, verirlər bəni bir xoryadə, 

Nitə rəva görür heç anı barı 
Ki, bir şahin ola qarqa şikarı. 

Bu nə sözdür ki, söylərsiz qatımda 
Vüqarım yoxmudur qeyri qapımda. 
Bular aydır: ey məhbubi-zəmanə, 
Yigidə kimsə bulumaz bəhanə. 
Qağan arslan kibi yaxşı yigitdir, 
Gözəldir, surəti, nəqşi yigitdir. 
Yüzü gökçək, yerincə ağlı kamil. 
Bin artuq qul qaravaş kəndinin bil. 
Güləndam dedi ki, ey lala, dinlə 
Sözümə görə bir iş et ki, anla. 
Xəbər ver atama kim, anı alsın, 
Bənim köşkümə yaxın qarşu gəlsin. 
İraqdan göstərin anı görəyim 
Ki, bən andan sizə xəbər verəyim. 
Bular alqış elədi ikram etdi, 
Güləndamm əlini öpdü getdi. 

Geri sultan qatma irdi bunlar, 
Güləndam xəbərini verdi bunlar. 
Gələlim biz Güləndamm sözünə, 
Nədir halı, nədir fikri, sözü nə? 
Həzaran dürlü əndişə edərdi, 
Müdam fikri həramiyə gedərdi. 

Der idi kim, buları qırmış idim, 
Birin öldürməyib qurtarmış idim. 
Əcəbdir bu xoca degil isə ol, 
Müdam şərimdə budur açılan yol. 
Bu fikr ilə yedi qüssə nigarın, 
Kişinin kim bilir gönlündə varm. 
Keçibən ol gecə çün sübh oldu, 
Durub Əhməd Hərami şahə gəldi. 
Çü gəldi padişahın həzrətinə 
Rəvan sultan süvar oldu atma. 

Belə Əhməd Hərami bindi ata 
Qızın köşkünə yaxın gəldi ata. 

91 



Birisi gəldi xadimlərin anda, 

Anı göstərdilər ol xuni-baxta. 

Əgilib baxdı köşkünün taşından 
Bilir anı şoluqdəm cünbüşündən. 

Dedi bunu: Bənə zinhar gərəkməz, 
Kişi kəndi canın oda buraxmaz. 

Əgər atam bəni buna verirsə, 

Həlal olsun qanın kim öldürürsə, 

Bəni ana verirsə hal düşvar 
Ki, bu halda əcayib dürlü iş var. 

Çü lala bu sözü andan eşitdi 
Dəlim üzrü ilə gör nə iş etdi. 

Dönüb dedi: əya məsturi-aləm 
Ki, sənsən cahan içrə xubi-aləm. 

Sizə gəldigimiz eyb etməyəsiz, 

Atan hökmilə gəldik qatma biz. 

Bunu dedivü xadim durdu getdi, 
Güləndamm sözün şahə ilətdi. 

Bu gəz sultan durub gəldi qızma, 

Qızı qarşu varır sultan üzünə. 

Görür kim, atası gəlir yaluğuz, 

Gəlir illa məlul, xatiri yavuz. 

Məlul gördü atasın oldu pürğəm. 

İləri evdi əlin öpdü ol dəm. 

Dəlim izzətlə aldıvü gətirdi. 

Keçib taxt üstünə sultan oturdu. 
Şahənşah dedi: ey canım parası 
Ki, sənsən gözümün ağı, qarası. 
Rəvamıdur bənim sözüm sıyasan: 
Gərəkməz ol əri bana deyəsən. 
Əyalımsan bənim sən, həm canımsan, 
Cigərimsən, damarım, həm qanımsan. 
Qərəz bir boşluq isə bu zamanda 
Neçün istəməyəsən anı sən də?! 

İraq yerə səni verir olursam, 

Bənə (bir) dərddürür sənsiz olursam. 
Səni bu yigidə kəbin edəm bən, 
Yüzünü görə duram dəmbədəm bən. 


92 



Sözüm yanlış olur isə utanam. 
Əyalımsan, sənə yavuzmu sanam. 
Atasın dinlədi ol mehribanı, 

Qızardı gül kibi bənzi, utanı. 

Təri dür kibi yüzündə düzüldü, 
Gözü nərgizlərin ol dəm süzüldü. 
Yanağı gül kibi öylə qızardı 
Atasından utanır, həm qızardı. 

Ədəb birlə der: ey dövlətli ata 
Səxavət kam, ey mürvətli ata. 

Sizə biz qarşı söyləmək eyibdir. 
Ulular bu sözü böylə deyibdir. 

Bizə söz söyləmək düşməz qatında, 
Həmin qulluq gərəkdir həzrətində. 
Nə deyəyin, ata, fərman sənindir, 
Əgər dərdli isəm dərman sənindir. 
Qızından çünki sultan dinlədi söz, 
Dua qıldı və dedi: ey gözəl yüz. 
Həzaran dürlü ana alqış etdi, 
Əsənlədi qızını durdu, getdi. 

Atası gedicək artırdı dərdin, 

Bu sözün sanma kim olaydı sərdin. 
Məlul, qəmgin qalıban ol nigarın 
Sarardı gül yüzünün novbaharın. 
Driğa, gör atam bənimlə netdi, 

Əlim aldı bəni yabanə atdı. 
Güləndamın digərgun oldu halı, 
Həramidir düni, güni xəyalı. 

Yatur ol gecə qəmgin zarü tənha, 
İçindən keçirir nə söz, nə qovğa. 

Çü sübh oldu yerində durdu sultan, 
Oxudu bəylərini dərdi ol xan. 
Dügün saçısma gəldi ulular, 
Əkabirlər, əmirlər, yahtulular. 

Qaınu bəylər gəlir anda irişir, 
Dügün içün yaraq edib duruşur. 
Gələn xəlqi yedirdi, toyladı xoş, 
Təmam qırx gün dügünü eylədi xoş. 


93 



Əcayib dürlü-dürlü ne’mətü xun 
Yedilər qurtü quş qalmadı məğbun. 
Gümüş, altundu təpsilə çanaqlar, 
Dolu-dolu içi ne’mət tabaqlar. 
Hərisə, qəlyəvü danə tuturqan 
Quş ətlərilə qoyun cümlə büryan. 

Çü dügün savulub axıra irdi. 

Həranıi ol gecə gərdəgə girdi. 

Eşid imdi bu yandan əcəblər, 
Eşidənlər anı yavlak əcəblər. 
Güləndamm məgər bir razdaşı 
Var idi, xoş idi anınla başı. 

Gözəl bir qızdurur gənduyə manənd 
Seçilməz bir-birindən sözləri qənd. 
Bir alma sana idin özlərini. 

Görəydin mahitaban yüzlərini. 
Biri-birinə bənzər idi mütləq 
Yaratmış sün’i birlə anları həq. 
Küçücükdən bilə ulalmış idi, 
Güləndamm xuyunu almış idi. 
Güləndam ana bir-bir vəsfi-halın 
Oturdu dərdini dedi xəyalın. 

Dedi ol qıza: get tez var donan gəl. 
Bənim qayqularımı yabana sal. 
Bənim şəklim oluban gərdəgə gir, 
Səninlə arada olsun bu tədbir. 

Saqın bu razı kimsəyə deməgil. 

Bu sözü kimsəyə faş eyləməgil. 
Dedi ol qız: e məhbubi-zəmanım, 
Fəda olsun yolunda dadlı canım, 
Başım üstünə nəkim buyurursan, 
Sözündən çıxmayam gər öldürürsən. 
Varıb qız donanıb gəldi oturdu, 
Bular bu fikrilə nə iş bitirdi. 

Qaçan kim ol döşək vaxtı olurdu, 
Donanırdı ol işə qız gəlirdi. 
Güləndam yerinə ol qız varırdı 
Çü haşa! Cariyə varıb görürdü. 


94 



Netəkim ol gecə olurdu hacət, 

Qız ilə olur idi ol hekayət. 

Tamam bir yil bu rəsmə vardı bu iş 
Bunun üstünə keçdi bu yazı, qış. 

Görün bu çərxi-qəddarm işini, 

Bu məkkarm gəl anla cünbüşini. 

Qıza bir gün irişdi əmri-təqdir 
Ki, bozuldu bu üzdən rə’yi-tədbir. 
Güləndam qıldı şö’ylə zari -tənha 
Məlamət içrə qaldı dəngi-şeyda. 
Eşindən ayrılıb hal oldu düşvar 
Der idi qanı ol yari-vəfakar. 

Çü yaxdı hicr oduna kəndözünü, 

Həqə ismarladı ol dəm özünü. 

Dilini tutdu əbsəmcək oturdu 
Vəfası yox cahanın çünki gördi. 
Gələlim bu üçüncü məclisə biz 
Xəbərimdən eşidin çün xəbər siz. 

MƏCLİS-3 

Məgər Əhməd Həranıi bir gün azdı, 
Görün kim, xatirində ol nə düzdü. 
Şahənşahə der: ey bəylər bəyi, sən 
Cahan içində daim olgil əsən. 

Dəlim ne’mətlərin xoş yedim, içdim, 
Dəlim işrətlər etdim şadi keçdim. 
Yaman gün görmədim hərgiz qatında, 
Özüm yaxşı keçirdim həzrətində. 

Vəli bir hacətim var söyləyəm bən 
Bu gün halu sizə şərh eyləyəm bən. 
Malım, mülküm bənim çoxdur Kırımda 
Öküz gəncü xəzinəm var yerimdə. 
İcazət bən quluna ver gedəyim, 

Varıban anları həm cəm edəyim. 
Şahənşah eydir kim dəstur verəyim, 
Ötə nə vəqt gəlirsən biləyim. 

Ayıtdı [kim] əgər diri qalırsam, 

Bucuq yil əglənəm gər çox olursam. 


95 



Bucuq yil müntəzir olun bizə siz, 
Tapuna altu ayda irəvüz biz. 

Çü bəd fe’lü əbtər dəstur aldı, 
Güləndamın qatma sürdü gəldi. 

Dedi kim, ey bənim, yarım, nigarım, 
Vəfadarım, həlalım, qəmgüsarım. 
Atandan dəstur aldım şahi-şəngül, 
Kırıma getməgə, ey yüzü gül, gül. 
Qapından ayrı bənə gün gərəkməz, 
Bərşarət, şadlıq, dügün gərəkməz. 

Çün olduq sənü bən mə’şuqü aşiq 
Bulunmaz dünyadə bir yari-sadiq. 
Kərəm eylə sözümdən çıxma, ey dost, 
Bəni həsrət oduna yaxma, ey dost. 
Bilə gəl gedəlim bu qutlu yola 
Ola kim tanrı xeyrin vermiş ola. 
Güləndam eytdi: ey bənim həlalım, 
Tapındır bağçavü mülk ilə malım. 

Nə kim siz buyurursuz xeyr əgər şər, 
Anı tutmaq yerincə bizə düşər. 

Ağalar dedigin tutmaq gərəkdir. 

Ağu sunar isə yudnıaq gərəkdir. 

İnanıb sözünə ol mah-peykər 
Yidildim söziğə, - dedi, - e sərvər. 
Atasıyla, anasıyla görüşdü, 

Bu gəz getməgi yarağına düşdi. 

Dedi gönlündən ol kafir degil bu, 
Əcəbmi getsə dildən ol yavuz xu. 
Necə bir kin tuta, tərk etdi ola, 

İçindən kibri, kini getdi ola. 

O dadlu sözlərə gönlü qapıldı 
Yürəgi tazələndi, su səpildi. 

Gəlir başına nə kim yazsa təqdir, 
Adam dedigi olmaz cümlə tədbir. 
Qılan bu işləri cümlə xudadur, 

Əgər qüdrətdürür, əgər qəzadur. 
Nigarı nabəkara oldu çün seyd. 

Düzər Əhməd Hərami yol için qeyd. 


96 



Həmin bir qımaq aldı və iki qul, 
Görüşdü şah ilə tutdu həman yol. 
Güləndamı alıb getdi işinə, 

Görün nə gəlisər onun başinə. 

Çü bunlar oldular yola rəvanə, 
Qulaq ur billahi bu dastanə. 

İrərlər İsfəhan şəlırinə bir gün, 
Biləsincə Güləndam xubü mövzun. 
Qodi Əhməd Hərami anda rəxti, 

Ol iki qulu, qımağı buraxdı. 
Güləndamı yaluquz aldı getdi, 

Eşit imdi Hərami anda netdi. 
Gözətmədi sağmı və solunu, 
Həman ol tutdu Gürcüstan yolunu. 
Güləndamm yüzünə baxmaz idi, 
Gönül eşqinə hərgiz yaxmaz idi. 
Anın ilə yaxınlıq etməz idi, 

Zira kibr içindən getməz idi. 

Hənuz bikirdi ol xubi-zəmanə 
Nəsib olmadı qız ol qəltəbanə. 

Sözü söyləyicək sərd söylər idi, 
Fəsad etsə gönüldən eylər idi. 

Anm cünbüşünü gördü Güləndam 
Bu nıə’ni sirrinə irdi Güləndam. 
Dedi kəndözünə: ah neylədim bən, 
Ağuyı göz görə nuş eylədim bən. 
Nədən qorxarisəm ana sataşdım, 
Səməndər kibi odlara dutaşdım. 
Dəlim fıkr eyləyib qəmgin gedərdi. 
Anıb şəhzadəligin ah edərdi. 
Hərami anda qondu bir dərəyə 
Ki, insan uğramazdı ol arayə. 
Güləndama dedi: dövşür ögünü 
Bilimisən bənə sən etdügünü? 
Adım degülmüdür Əhməd Hərami? 
Qanı yoldaşlarımın intiqami? 
Ərənlərə qılıc vurmaq necədir? 
Oğurlayın yigit qırmaq necədir? 


97 



Sənə göstərəyim bir-bir bu gün bən, 
Əgər göstənnəz isəm ər degiləm. 

İş edəyim sənə aləmdə düpdüz 
Ki, anın kibi iş heç gönnəmiş göz. 
Güləndam aydır: ey şirrəti-afaq, 

Əgər suçlu isəm sən tanrıya bax. 
Ərənlərin işi mürvət degilmi, 

Bu gün dünya, yarm axrət degilmi?! 
Eşitdim bən səni bizə irincək, 

Sənin hər dürlü cür’ətin görüncək. 
Atama sirrini faş etmədim bən. 

Xəzinə açdığın [faş] etmədim bən. 
Dilərdim bənim ilə yar olaydun, 

Nə bilirdim belə əğyar olaydun. 

Hələ mürvətinə nə sığsa işlə 
Gərək öldür, gərək canım bağışla. 

Həqə saldım görəyim lıəq nə işlər, 
Bunun kibi başa çox gəlir işlər. 
Güləndamın sözini almadı heç. 

Zehi zalım eyninə gəlmədi heç. 
Yanından dörd dəmir qazuq çıxardı 
Şahənşahın qızın çarmıxa gərdi. 
Döküdü dörd qazuq dörd yana möhkəm 
Zehi cövrü cəfadur, zehi sitəm. 
Güləndamı əlindən, ayağından, 

Sarar möhkəm çəkər bağlu bağından. 
Dedi: sənə dəxi gör nedərim bən, 

Hələ dağa oduna gedərim bən. 

Budur qəsdim səni oda yaxam bən 
İraqdan xoş tamaşana baxam bən. 

Bir ata bindi, birisini yetdi. 

Varıb dağdan odun almağa getdi. 
Güləndam qaldı ol əfqan içində, 

Fəraqü zar edib giryan içində. 

Sanasan kim, xəzan yaprağı düşdi, 

Və bir tər gül solub toıpağa düşdi. 
Nələr qılır görün bu çərxi-qəddar, 

Qılır dərdə necələri giriftar. 


98 



Güləndam kəndü birlə söylənirdi, 
Həqin birligini zikr eylənirdi. 

Dedi: ki ey kərimi-karsaza 
Xudavəndi-qədimü biniyaza. 

Mədəd [dinlə] sözüm mədəd, xudaya, 
İlahi, sən dəf ver bu qəzaya. 

Yürür ikən tavus bal bağ içində 
Boğuldum qaldım uş irmağ içində. 
Bunu dedi, xudaya dutdu yüzün 
Bu şe’ri başladı sən dinlə sözün. 

İnilti ilə bir gəz eylədi ah. 

Aytdı: sana sığındım, ya Allah. 




99 





YUSİF MƏDDAH 


Ədəbiyyat tarixində hələlik yalnız “Vərqa və Giilşah” poeması müəllifi 
kimi daxil olmuş Yusif Məddahın həyatı barəsində əlimizdə tutarlı sənəd 
yoxdur. Yalnız bu məlumdur ki, "Vərqa və Giilşah "poeması hicri 770-ci ildə 
(, miladi 1368/69) qələmə alınmışdır. Əlimizdə olan niisxə 1770 beytdən iba- 
rətdir. Poemanın dörd əlyazma nüsxəsi məlumdur - ikisi Azərbaycan SSR EA 
Respublika Əlyazmalar fondunda, digər ikisi isə Türkiyədə saxlanılır. Türkiyə 
nüsxələri köçürülmə tarixinə görə daha əskidir. Bakı nüsxələrinin hər ikisi 
XIX əsr kolleksiyaçısı Əbdül Qəni əfəndi Nuxəvi Xalisəqarızadənin kitab- 
xanası ilə birgə fondumuza daxil olmuşdur. 

"Vərqa və Giilşah” poemasının əlyazmasının faksimilesi 1945-ci ildə 
istanbulda nəşr olunmuşdur. Faksimileni çapa hazırlayan Isnıayıl Hikmət Ertay- 
lan ona giriş yazmış və poemanı XIV əsr Azərbaycan poeziyasının görkəmli 
yadigarı adlandırmışdır. 

"Vərqa v Giilşah "ın Bakı nüsxələri yarımçıq olduğundan və əski mətnə 
nisbətən variant xarakteri daşıdığından poemanın 1945-ci il istanbul çapının 
qısaldılmış mətnini oxuculara təqdim edirik. 

“VƏRQA VƏ GÜLŞAH” POEMASI 

( parçalar ) 

DASTANI- VƏRQA VƏ GÜLŞAH 

Ey xudavənda, kərimü karisaz, 

Veribən gecəvü gündüz qıyşü yaz. 

Yürüdən ayü günəş, ulduzları, 

Yaradan eniş, yoquşü düzləri. 

Yağmuru dürrü taşı qut eyləyən. 

Yerdən, ağacdan qula qut eyləyən. 

Eşqi birlə məst edən aşiqləri, 

İrdirən məqsuduna sadiqləri. 

Səndən artıq kimdürür qadir aşa, 

Sən verirsən ləzzəti hər bir aşə. 

İşbu ətmək, dürlü ne’mət, tər yemiş, 

Sən verirsən aqça, bol altun, gümüş. 


100 rYD 



Verduginə çün şükr, ya rəbbinə, 

Can fəda olsun rəsulun eşqinə. 

Gündə bizdən hər dəm rəbbül-ənam, 
Mustafanın ruhinə yüz bin səlam. 
Oldurur cümlə nəbilər sərvəri, 
Ümmətin şadi, yerin peyğəmbəri. 

Ver salavat aydəyim bir dasitan 
Kim, nə mö’ciz göstərir fəxri-cəhan. 
Mustafa dövründə bir qövmin adı, 
Zahiri-heyyi-Bəni-Şəyya idi. 

Nə ki, elində olurdu bir yerdə, 
Vermiş idi çavı bilişü yadə. 

Bunların iki rə’isi var idi, 

İkisi daxı qarmdaşlar idi 
Ki, bahadırlar idi bunlar qamu. 

Ərlik içində dükəli dutu xu. 

Birinin adı Hilali-namüdar. 

Ol birinin adı Hümami-şəhvar. 
Qüdrətilə ol Hümamın bir gecə, 

Oğlu doğdu, bərq urar aydını necə. 
Həm Hilalın ol gecə qızı olur, 

Ol dəxi bir qiyaməti gövhər bolur. 
Vərqa verdilər Hümam oğluna ad, 
Qız adı Gülşah dedilər xoş nihad. 
İkisi iki gövhərdən ki ari, 

Dayələr əmzirdi bir yil bunları. 

Çünki bunlar bir yaşma irdilər 
Ayü günəş, tanrı sün’in ökdülər. 
Dedilər, ey verən bizə sübhü şam, 
Nitqindən qıldın günəş, bədri təmam. 
Sün’ünə əhsən deyər nəqqaşi-xoş, 
Qətrə sudan bunlarmla oldu şad. 
Qıldılar bir-birinə namizad. 

Çünki beş yaşadı ol xubi-Xütən 
Yüzləri gül, tənləri bərgi-səmən, 

Hər birinin zülfü bir müşkin kəmənd. 
Hər kərə bin aşiqin canına bənd. 


101 



Şivə ilə könül alur gözləri, 

Aşiqə canlar bağışlar sözləri. 

Həddə yetdi ol iki bədri-münir, 

Hüsn içində körklü idi binəzir. 
Məktəbə verdilər ikisin belə 
Ta bular elmü ədəb təTim qıla. 

Məktəb içində bular biri-birin, 

Can içində sevişib qıldı bərin. 

Məktəbə ikisi belə varırdı, 

Xocaları çün səbəq verir idi. 

Evə gəlirlərdi ikisi belə, 

Gecə girirlərdi döşəgə belə. 

Bir döşəkdə hər gecə ol iki nur, 
Qucuşuban yatır idi misli-hur. 

Çün döşəkdən duri gəlirdi bular 
Evdə toğmış sanasan şəmsü qəmər. 
Aşiqin canını ayrı görmə sən, 

Surətilə gərçi ayrudur bədən... 

Vərqəvü Gülşah ol iki qənd-ləb, 

Hasil etdilər bular elmü ədəb. 

Yazı yazmaq, oxumaq öyrəndilər, 
Çünki yeddi yaşma dəgdi bular. 

Verdi oğlunu silahşurə Hümam 
Ki, ərlik tə’birin ögranə tamam. 
Bir-birindən bir saət ayrı düşər, 

Hər birisi bir yana sayru düşər. 
Dözəmmədilər bular ayruluğa, 
Qayğıdan yüz urdular sayruluğa. 
Görəmədi Gülşah bir dəm Vərqayi, 
Vərqa ağlar, istər ol tolu ayı. 

Bunların səbrü qərarı qalmadı, 
Munisini Gülşah çünkim görmədi, 
Çünki bildi qızının halın Hilal, 
Vərqəsiz Gülşahə irişir zaval. 

Bildilər Həyyi-Bəni-Şəyya qamu 
Kim, sevişmişlər ol iki mahi-ru. 

Bu qövm aydur, məsləhət oldur həmin, 


102 rYD 



Vərqəvü-Gülşah ola həmdəm həmin. 
Alınız Gülşahı andə varasız, 
Ağlamasın yalımız bunda bu qız. 

Gər ol ustadə verir isə yenə, 

Vərqa ilə Gulşah andə avinə. 

Kim bunları bir-birindən ayıra, 
Muzlimə yüklənibən qana girə. 

Anı daxi verdilər ol ustayə, 

Həqqini qul etdilər aydan ayə. 

Vardı Vərqə qatma ol mahivəş, 

Ta ki, ögrənə silahşur, ola xoş, 

On iki yaşma irdikcə tamam, 

Qıldılar ol ikisin təTim müdam. 
Varduğunca eşq odu ğalib olur, 
Bir-birinə canları ğalib olur, 

Ol xəlayiqlər cəm oldu bir yerə, 
Qövmi ta Gülşahi Vərqəyə verə. 
Dedilər ki, ey rə’ islər biz qamu, 
Cümləmiz ana razıyüz, ey əmu, 
Məsləhətdir kim, baxasan halinə, 
Verəsən Gülşahı Vərqə əlinə, 

Ta muradına dəgələr bular, 

Həm sizə rəhmət qıla pərvərdigar. 
Məsləhətdür deyü qıldılar qəbul, 

Ol rə’ islər evlərinə qıldı yol. 

Gəldilər evlərinə, oturdular. 

Ol mübarək iş üçün od urdular. 

Yeddi gün dügün olundu müdam, 
Qıldılar cümlə yarağını tamam. 
Gərdəgə gətürdilər Gülşahi gecə, 
Eşid imdi tanrının hökıni necə. 

Var idi bir yağı anlara yaxın. 

Cümləsi bidin idi kibru xain. 

Hər birinə ad verən əvvəl ustad, 
Bunlara Həyyi-Bəni-Zeyf urdu ad. 
Bəglərinin adı Küfrü Şədid, 

Ol bəgin adı Bəni-Əmri-Pəlid. 


103 



Vəsfini Gulşahm eşitmiş idi, 

Aşiq oldu görmədən ol bəd fə’al, 

Heç qərarı qalmadı, sərp oldu hal. 
Aqibət əndişə qıldı kəndözi, 

Atasından diləyim, der ol qızı 
İyiliklə qız verir isə alam. 

Verməz isə bilirəm bən nə qılam. 
Cəm' qıldı ləşgərini hər nə ki var, 
Bindirib altmış bin ər oldu süvar. 

Əzm qıldı ləşgərini aldı gəlir, 

Eşidir yolda dügün olmuş olur. 

Dedilər gəlmənüz siz, ey bəg yenə, 

Bil ki, Gülşahı verirlər Vərqəyə, 

Hazır ol kim, bu gecə ərə varır, 

Çün eşidir, dizinə əlin urur. 

Aydur, andan keçdi işim kim varım, 
Varıban, gəlincə qızı diləyim. 

Şöylə gərəkdir bu gecə kim, bana, 

Bən şəbuxun eyləyəm varam ana. 

Ol dügün içində Gülşahı qapam, 

Xoş muradım varalum öpəm, qucam. 
Gəldi ləşgəri ilə çünkim yaxın, 

Pusuya girdi, gecə qıldı axm, 

Varıban onda kim, kafirin xəşmi dəgə, 
Bular Gülşahı gətirir gərdəgə. 

Hər birisi işrətə məşğul idi, 

Dört yanicə hurinin xod qul idi. 

Nə Hümamın agahı var, nə Hilal. 
Bunların işinə irişdi zəval. 

Çün Bəni-Əmru şəbixun eylədi, 

Ol qövimi-ol tarumar eylədi. 

Qapdı Gülşahı Bəni-Əmru lə’in, 
Aydurdi, həmlə qılın yer-yerin. 

Həmlə qıldı cümlə ol altmış bin ər, 
Neyləsin dərya qatında bir nigar. 
Gafılidi ol xəlayiq nagəhan, 

Bunlara irdi qəzayi-asiman. 


104 



Çün qəza gögdən enə, göz bağlanur, 
Ey neçə canü könüllər tağlanur. 

Ta xəbər olunca ki, bu nə çəri, 
Basdılar ğafıl on iki bin əri. 

Neyləsin bunlar, qamusu qaçdılar, 
Can atıban yurduna qavışdılar. 

Çün ki Əmru aldı buların varını. 
Malını, əsbabını, tavarmı. 

Çün buları etdi əsir nabəkar, 

01 nigarın ağlar idi zarü zar. 

İrdi ardınca Hilali-pəhləvan, 
Dərpənicə irdi Vərqa nocəvan. 

İrdi belə on iki bin ər ərəb. 
Geymişidi cümləsi sözü sələb. 
Çalmır kusü nəfırü kəranay, 

Tuğü seku, səncaqi-aləm başlay. 
Cümlə ləşkər tülb-tülb, çoq-çoq, 
Hər biri pulad geymiş təxti-foq. 
Qamusu atdan aşağa endilər, 

Bunlara qarşu bərabər qondular. 
Çadırın qurdu tənab əndər-tənab, 
Gün yüzünə qarşı tutdular niqab, 
Barigahü xeymə, çadır qurdular, 
Giribən çadırlara oturdular. 

Ol gün andə qıldılar idi qərar, 

01 Bəni-Əmrü lə’ini-xakisar. 

Geri döndü barigahinə yenə, 

Girdi Gülşalım içəri qatma. 

Dedi: - ya Gülşah, gülyüzlü sənəm, 
Vərqəyi tərk eylə kim, yarın bənəm. 
Gəl könül ver kim, sana bu gəncimi, 
Küllü verim, zay e edim rəncimi. 
Lə’lü piruzə, cəvahiri-qiyməti, 

On yeddi sandıq, on iki bin atı. 
Qamusun verdim sana, ey yüzi gül, 
Razıyam bən sana, qul olmağa, gəl. 
Malımü canım fəda olsun sana, 


tfr’v. 105 



Malıma sən hakim ol, ol da sana. 
Öldürəyim Vərqəyi, gəl bənim ol. 
Bən tən olayım sana sən canım ol. 
Söylədi işbu rəsmə çoq ol lə’in, 
Gəlmədi Gülşah ana hərgiz yaxın. 
Çünki bulımadı rza xoşluğ ilə, 

Gör bu gəz Gülşahə ol it nə qıla. 
Dedi: - Ya Gülşahim, azdırdın bəni, 
Vərqə eşqi qıldı aşüftə səni. 

Ertə anı öldürəm, başın kəsəm, 

Top edibən qarşına başın asam, 

Səni bu xiymə dirəginə saram, 

Həp yahncaq eyləyəm, qamçı uram. 
Andən iş qılam sana, ey bixəbər 
Kim, çəkələr səni bu xərbəndələr. 
Sən nə layiqsən kişiyə, ya bana, 
Adəmilər layiq olurmu sana. 

Qaqıdı, aydur: - Gətiriniz suci, 

Dilər ol biçarəyə qıla güci. 

Axşam oldi çün gətirdilər çaqır. 

Ol yavüzü məl’un Gülhaşə qaqır. 

Ol nigari sarə qodi dirəgə, 

Qamçı yanında qodi, ta kim dögə. 
Başdan ayağa kəmənd ilə dolar, 

Ol nigarın gözi yaş ilə dolar. 
Gözlərindən aqıdır dürdanəsin, 

Anıb ol yigitlərin mərdanəsin. 

Bağlı Gülşah andə biçarə həzin, 
Gəldi ol məl’un oturdu xişmigin. 
Dolduruban qadəhə suci içər, 
Cür’əsin Gülşahm üstinə saçər. 
Aydur dedi: - işbu dəm sərxoş olam. 
Bən bilirəm kim, sana nə iş qılam. 
Çünki sərxoş oldu başı ol cahilin, 
Dedi: - Durun ximəyi xəlvət qılın. 
Qamu tışra çıqdılar, ol qəltəban, 
Yəvlaq əsrimişdi, durdu rəvan. 


tfr’v. 106 



Dilər idi ol gecə Gülşah ilə, 

Şöylə kim, demiş idi anı qıla. 

Suci burdu boynunu, yüzin qoyu, 
Düşdü yerində gəbərdi uyuyu. 
Gördi Gülşah anı kim, düşdü yüzin, 
Dutdi həq dərgahinə ol dəm yüzin. 
Sən bilirsən, ya ilahi halımı, 

Xodz nə hacət bən deyim əhvalımı. 


ŞE’Rİ-GÜLŞAH 

Bənd içində bunda qaldım bən əsir. 
Bir mədəd irgil bana, ya dəstigir. 
Aşiqəm, zalim əlinə düşmüşəm 
Kim, yüzü çirkin, sözi zişti-əmir. 
Gəlibən Vərqə xəyalı qarşıma, 

Bir yana düşmən hücum alıb sürür. 
Vergilən Vərqəyi bu dəmdə bana, 
Lütfün ilə canıma fəryad irir. 
Həsrətilə dünü gün bağrım pişir, 

Eşq oduna tutuşub canım ərir. 

Ey əcəb kim, hicran yolundan çıxıb, 
Göstərəmi yüzi ol mahi-münir. 

Gəlsə görsə kim, döşəklər yerinə, 

Uş kəmənd oldu bana diba, hərir. 

* * * 

Bən kəmənd içində bağlı bu gecə, 
Vərqə miskinin əcəb halı necə... 
Dönük ikən bəxti, keçdi nagəhan. 
Durdu şol dəm Vərqeyi-nopəhləvan. 
Eşqi Gülşahm anı şeyda qılır, 
Kəndözinə şəbrəvan tonlar keyir... 
Vərqə düşmən xeyməsi yoluna gedər, 
Barigahinə Bəni-Əmrin yetər. 


107 



Dün çağı xeyməyə irıniş idi, 
Pasibanlar uyquya varmış idi. 
Xeymənin Vərqə yüridi ardına, 

İrdi dər zəman ol nigarın dərdinə... 

Ol nigarin kəndu halın söylənir. 

Gah ah edir, gah zarılıqlar qılır. 

Gördi kim, bir kişi içəri girür, 

Bildi Gulşah kim, gələn Vərqə dürür. 
Diləridi ah edə ol xub nigar, 

Vərqə ağzını dutdu dedi, zinhar! 
Olmasın kim, ya nigar, ah edəsən, 
Gər dilərsən sağ-səlamət gedəsən... 
Vərqə Gülşahı götürdi yağidən, 

01 Bəni -Əmrii lə’inü tağidən... 
Vərqəyə ol qövmi qıldı afərin, 
Cümləsi şad olub sevindi bərin. 
Urdular təblü asayişi-səbah, 

Şadü kam oldu qarnu əhli-səbah. 

Çün səbah oldu Bəni-Əmrin gözi, 
Qan ilə doldi qaqıdı kəndözi. 

Dedi: - Atlansın çəri işbu dəm 
Kim, qılaym Vərqanin ömrünü kəm. 
Bindi şol saət altmış bin ər, 
Götürübən tiğü ələm, səncaqilər. 

Bu yana bindi Hilal ilə Hümam, 
Vərqəvü Gülşah bədr ol iki təmam. 
İki ləşkər çün nəğarə urdular, 
Bir-birinə çün müqabil durdular. 
Sürdü meydanə Bəni-Əmr atını, 
Nə’rə urdu, dedi ki, Vərqə qanı. 

Bu gecə şöylə kim oğurluq qıla, 
İlətünüz Gülşahı ərlik ilə. 
Sağ-səlamət canını bundan ilət, 
Xəsminə qarşu uram bən sana lət. 
Vərqa dilədi kim, meydanə girə, 
Necədir ərligi anə göstərə. 

Qoymadı Gülşahı mən’ etdi anı, 


108 rVD 



Dedi kim, bən öldürürəm bu canı. 
Hiylə ilə bu bəni qıldı əsir, 

Bən göstərim işin ana binəzir. 

Zərb uram, yıqam atdan yüzün qoyu, 
Şöylə gətürəm qatuna sürüyü. 

Vərqə aydur: - Ya nigarın, bu sözi 
Söyləmə, nagah oda yaxma bizi, 

Bən varım meydanə, sən asayiş ol, 
Qılınadı Gülşah anın sözin qəbul. 
Kənduyə sazü silahın bağladı, 
Vərqanm ley kin yürəgin dağladı. 
Qıldı yatın sürdi meydanə atın. 

Hərbə əlində bəzəmiş surətin. 

İrdi şol dəm həmlə qıldı, həmləsin 
Söylədi şol dəm ol Bəni-Əmrü lə’in. 
Ol xod gər pur pəhləvan idi bənam, 
Eylədi üç həmlə ol bədri-təmam. 

Çün bu gəz növbət Bəni-Əmrə dəgir, 
Qıldı bir zərbilə Gülşahı əsir. 
Qullarına verdi, ilətürlər anı, 

Ahi qıldı Vərqənin yandı canı. 

Vərqə atası yetilmiş pir idi, 

Qüvvəti yoq, taqəti təqsir idi... 

Sürdü atın ol Hümamın qəsdinə, 

İrdi, tiğ urdu kəndu üstinə. 

Ol qolu qanlı Bəni-Əmrü pəlid, 
Vərqanm atasını qıldı şəhid. 

Vərqə çün gördi atası halını, 

Zari qıldı dutubani belini. 

Dedi: - Bəni yalunuz qodun ata, 

Zari qılıb qamçıyı urdi ata. 

Andə Vərqa atından endi yerə, 

Kişi kəndu atasın qıcan yerə. 

Urdu kəndu yüzin anm yüzinə, 

Qəsd qıldı kim, qıya kəndözinə. 
Qomadı, qullar götürdü atəşin, 

Nə’rə urdu ol Bəni-Əmrü lə’in. 


109 



Dedi: - Ya Vərqə, yürəgin tağlama, 
Atana qavuşdurayım, ağlama. 

Vərqə oldu atına ol dəm süvar. 

Sürdü atın ilərü ol namüdar. 

Dedi: - Ya məl’un ögünmə, aç gözün, 
Kəndu həddincə degil hər bir sözün. 
Bənim atəın yaşını sürıniş idi, 

Ömri anın axirə irrniş idi. 

Gərçi kəndü sali-hünnə pir idi, 

Ol yigitlikdə cəhanda bir idi. 

Uş bənəm Vərqə hərifin, həmlə qıl, 
Hey utamaz hayənü gəbrü xəcil. 
Göstərim ərlik səna lə’bü hünər. 
Kuhi-Qafisən qılam zirü zəbər. 

Çün eşidər bunu bağrı qan olur, 

Qamçı urur atma, həmlə qılur... 

Gerü döndü gürzü urdu Vərqəyə, 

Gər qəbayə uğradı, düşdü qıyə. 

Mən’ i qıldı gürzünü daxi anun, 

Olmadı bənzi təğəyyür Vərqanun. 
Həmlə qıldı ol lə’in dartdı qılıc, 

Mən’ i qıldı Vərqə qayurmadı hiç. 
Vərqə daxı hiylə qıldı şur ilə. 

Rədd qıldı yüz bəlavü zur ilə. 

Qıldı bu üç həmləvü üç həmlə ol, 
Vərqədən könül təğəyyür, həm məlul. 
Çünki axşam vəqt irişdi nagəhan, 
Təblü asayiş uruldu ol zəman. 
Ləşgərinə döndi ol kafir geri, 
Heybətindən Vərqənün bənzi sarı. 
Vərqə gerü döndi kəndü xeyminə 
İrdi şol saət ki, ta atdan enə. 

Qarşu gəldi cümlə qövmilə Hilal, 

Ulu, kiçi, ərü-övrət, qız, əyal... 

Şöylə kim, rəsmidi Vərqə atasın, 
Qıldılar tə’ziyə, dutdilar yasın. 

Bunda bunlar tə’ziyə qıldı həzin, 


110 



Sən eşit imdi Bəni-Əmrin sözün. 

Dedi ol kafir ki: - Gülşahım qanı, 

Tez gətirin bunda görəyim anı. 
Vardılar, Gülşahı alıb gəlidilər, 

Hökm qıldı bəndini götürdülər. 

Dedi: - Ya Gülşah, razı olğıl bəna 
Kim, verim cümlə xəzinəmi sana. 
Cövhərü altun-gümüş, malü tavar, 
Sənin olsun cümləsi, ey xoş nigar... 
Bən bunun ilə müdara qılayım, 

Bu işə məkr ilə çarə qılayım. 

Ol nigarin aydur anə: - Ya əmir, 
Olmadı səndən ulu bəglərdə bir. 

Bən bilirəm sən ulusan qamudan, 

Həm əsilzadə mihən, həm pəhlivan. 
Cövhərü altun, gümüş, rəxtü qumaş, 
Cümlə sənin, bən sana bir qaravaş. 
Xod nə hacət, bunca bu lütfü kərəm, 
Razıyam bən sana, səni sevərəm. 

İlla qorxum Vərqədəndir, gər anı, 
Öldürəsən qəbul edəm bir səni. 

Gər anm başın gətirəsən bana, 
Qalmaya ayruq dəxi üzrüm sana. 

Bən səninəm, sən bənim olğıl müdam, 
Səndən artuq xod bəna kimdir həram. 
Çünki eşitdi bu sözi ol lə’in, 

Saçdı Gülşah üstünə dürri-səmin. 

Ertə anı öldürəyim zarü zar, 

Aydur, axır şöylə degil ey nigar. 

Gər dilərsən şöylə diri gətirəm, 

Hər nə iş kim, sən deyəsən bitirəm... 
Çün səbah oldu iki ləşgər yenə, 
Yetdilər qarşu yenə, bir-birinə. 

Ol bəni-Əmrü lə’inü pürsitəm. 

Sürdü meydana atmı ol qədəm. 

Dedi: - Ya Vərqə, ər isən gəl bəri, 
Dünciləyin cəng edəlim gəl bəri... 


111 



Qamçı urdi ol Bəni-Əmr atma. 

Həmlə qıldı irdi Vərqə qatma... 
Bir-birin üstinə atdılar kəmənd, 
Bağladılar Aərqənin boynuna bənd. 
Gördü Gülşah ol yigitlər şahını 
Gətirirlər sürüyüb, yandı canı. 

Tonu altında dəmir geydi nigar, 

Bir qətir üzərinə oldu süvar. 

Çün yaxın irdi nigarın ol zəınan. 

Dedi: - Qüvvət qoluna, ey pəhləvan. 
Çünki bu ğəddarı sən qıldın əsir, 

Gətir imdi əlimə sən bunu ver. 

Bir əzab ilə qılam buna cəza, 

Bu bilirmi kim, nələr qıldı bizə. 

Vərqə eylə sandı kim, gerçək durur, 
Dirligi ümmidinin tərkin urur. 

Dedi yavuz övrətə həqdən bəla, 

Ey diriğa, bu gəz oldum mübtəla... 

01 lə’in uzadı bir az irəli, 

Vərqanm Gülşah əlin şaşdı geri 
Döndü ol kafir geri qıldı nəzər, 
Vərqanm əlin şaşuk gördi məgər. 

01 lə’in aydır: - Ey nigarüm, neylədin, 
Vərqanm əlin niçün şaşı qodun. 
Şaşmagil der düşmənimin əlini, 

Dedi kim, qo bildirəyim halini. 

Çün bunu verdin bana sən sakin ol. 
Bunu yoq tut, ğüssəsindən əmin ol... 
Öylə sandı kim, Bəni-Əmrün özü, 
Gerçək aydur, sandı Gülşahm sözü. 
Əmin oldu ol dəxi, döndü gedər, 

Sən eşit imdi gör Gülşah nə edər... 
Qaqar ol Gülşah ana, tez yürü der, 

Qula aydur, şol sekuyi bəri ver. 
Yürüməzsə bən anı yürüdəyim. 
Öldürüb yüzin quyu sürüdəyim. 

Verdi əlinə sekuyi ol ğulam, 


112 



Əlinə aldı anı ol bədr-təmam. 

Ol sekü xod hərbə idi ki, iyi, 

Urdi bağırından Gülşah od iyi. 
Keçdi bağrmdanü köksindən yara, 
Düşdü endi çün qatı oldi yara. 
Vərqəyə, ol kafirin verdi atın, 

Dedi bin, xoş sağə-sola ox atın. 
Vərqa çün gögə irgüridi topun, 
Aydur, imdi bu çəriyə bir yapun. 
Həmlə qılalım gəl ikimiz belə, 

Biz yetərüz bunlara bu gün belə... 
Rəxtü büngahi yerində qodilər, 

Nə var isə qamudan əl yudular. 
Gəldilər qamu Bəni-Şeyba, Hilal, 
Qıldılar düşmənlərini günki-lal. 
Düşdü düşmənlər buların önünə, 
Şimdilər geri bunlar xoş sevinə. 
İşrətü zövqü səfasi dəm olur, 

Vərqa xoş Gülşah ilə evə gəlür. 

Eşq içində ikisi heyran idi, 

Ol buna dirlik, bu ana can idi. 
Biri-birin bir dəm əgər görməsə, 
Dönər idi bunların eyşi yasə... 

Ol qövm çün buları şöylə görür, 
Dedilər kim: - Məsləhət eylədürür. 
Ya Hilal, şimdi gərək Gülşahi sən, 
Dügün edüb Vərqəyə dəgirəsən. 
Müstəhəqdir ol iki bir-birinə, 
Qomanuz bugünkü işi y arinə. 

Çün Hilal etdi qəbul işbu sözü, 

Şad olub gəldi evinə köndözü. 
Dedi, övrət sən nə dersən bu sözə, 
Xəlq şöylə məsləhət gördülər bizə. 
Bən riza verdim ki, Gülşahi verəm. 
Sən dəxi razi ol, ey əhli-kərəm. 
Gəl sevindir ol iki biçarəni, 

Həll edib qılalım bulara çarəyi, 


113 



Yoxsa nagah ol firiştə ilə hur, 
Dirligindən kəndünün əlini yur. 

Övrət aydur: - Vərqə olmuşdur yetim, 
Şimdi Vərqə kinıü ya Gülşahi kim. 
Yox əlində xanüman, altun, gümüş, 
Söyləmə bu sözü kim, bitməz bu iş. 
Vərqənin irməz əli həm altuna, 
Gülşahi bən verməzəm versin tana. 
Övrətinə söylədi yenə Hilal, 

Dedi: - Tanıqdır bizə ol bizəval. 
Bunları bir-birinə, ey xoş nihad, 
İkimiz qıldıq beşikdə namizəd. 

Həm belə ögrəndilər oxumağı, 

Qoğıl axı Vərqəyə qaqımağı. 

Həm yenə ulladı belə məktəbə, 

Belə verdi elmü ədəb məktəbə. 
Bunların xod sən bilirsən halini 
Kim, necə sevərlər biri-birini. 

Görməz isə dünyadan bizar olur, 
İkisinin daxı işi zar olur. 

Qəsd edərlər kəndu tatlı canına, 

Ver riza, girmə buların qanma. 

Necə kim, söylər Hilal ol yüzsüzə, 
Razı olmaz övrəti uşbu sözə. 

Şirbəha gətirməz isə der, qızım, 
Vərqəyə verməzəm, işbudur sözüm... 
Vərqəyə övrət sözü mə’lum olur, 

Mal içün mən’ etdigi mənşur olur. 
Vərqə aydur: - Qamu malım bənim, 
Yəğmalandı, işbudur sözüm bənim. 
Dedilər kim Vərqəyə, bilməzmisən 
Kim, sana dayun olur şahi- Yəmən. 
Gətirəsən bizə andan şirbəha, 

Həqqini mən’ etməyə bin əjdəha. 
Vərqənin bir zəngi qulu var idi, 
Vərqəyi bin can ilə sevər idi. 


114 



Yazdı namə dayısına ol təmam, 

Ol qula verdi, ayıtdı: - Ya ğulam 
Ərzə qıldım halımı bu namədə 
Kim, necə aşiq olub düşdüm ədə. 

Var bu bitiyi Yəmən şahinə ver, 

De ana, caninçün qurtarsun əsir. 

Altı ay keçdi qul ğövlə gəlmədi, 
Vərqənin səbrü qərarı qalmadı. 

Dedi: - Ya Vərqə kim, gələməz qulun, 
Dedi kim: - Qırx gün dəxi və’də qılun. 
Yenə qırx gün və’də qıldılar təmam, 
Vərqə aydur: - Qalmadı ayruq kəlam. 
Gəlmədi qul, bən varayım dayıma, 

Ey həmişə şad olun siz dayima. 

Hər nə kim, dayım verür isə alam, 

Lütf edib tanrı gətirirsə gələm. 

Çünkü Gülşah eşidib zari qılır, 

Pəs nə qıla, təni candan ayrılır. 

Dedi: - Ya Vərqa bəni qob getməgil, 
Ey canım canı, bəni tərk etməgil. 

Bən necə səbr edəyim sənsiz, canım. 
Ta ki, yalnız qalmaya cansız tənim. 
Vərqə aydur: - Ya nigarın çarə yoq, 
Varım, ayruq kimsənəm ki, varə yoq. 
Ol anan zalim aman verməz bana, 
Şirbəha istər kim, verəm bən sana. 
Həm sana nə çarə, səbr etmək gərək, 
Çarə nədir, nedəlim, netmək gərək. 
Dedi kim, Gülşah ana, en qəndi-ləb, 
Tez gələmisən geri sən, ey əcəb? 

Dedi: - Qırx gündə gələm, ey mahiru, 
Gər ömür veririsə səttari-hu. 

Dedi ol sultani-xubani-cəhan; 

- Dilərəm bir yadigar, ey pəhləvan. 

Ta ki, əglənəm anınla ey sənəm, 

Anı görmiş də səni bunda sanəm. 


115 



Verdi Vərqə barmağından yüzügün, 
Aldı anın yüzügün ol mahi-Çin. 

Ol yüzügünü keçirdi barmağına, 
Razı oldu Vərqənin varmağına... 

Bir zaman Gülşah ilə qucuşdular, 
Ağlayıb fürqət şərabın içdilər. 


ŞE’Rİ-VƏRQƏ BE GÜLŞAH 

Vərqə aydır: - Ey gülistanım bənim, 
Ey gözi məxmuri-məstanım bənim. 
Ey dili bülbül, yüzi gül, kəndözi 
Şəhdü şirin şəkkəristanım bənim. 

Bən nedərəm busitanı, çün sənin 
Görklü yüzün bağü bustanım bənim. 
Qılmaya hərgiz gülüstanə nəzər, 

Ey qoxusu görklü reyhanım bənim. 

Ey fıraqim dərdinə vəslin dəva, 
Səndən artıq vannı dərmanım bənim? 
Görklü yüzün ğayib olmadı hənuz, 
Əridi külli ətim, canım bənim. 

Tanrı bilir titrədir yeri, gögü, 

Səndən ayru zarü əfğanım bənim. 

Y enə görüncə əsən qal, ey nigar, 

Ey gözəllər şahi-sultanım bənim. 
Neydəyim, ayrıq görənimi, ey əcəb, 
Görklü yüzün çeşmi-giriyanım bənim. 

* * * 

Uş rəvan edibən əlvida, 

Gərçi aşiqlərə ayrılmaq süda, 

Aşiqə firqət günü tufan olur. 

Bəlkə hicrandan ölüm asan olur. 

Çün Yəmən ətrafına oldu rəvan, 

Ol nigarın ussi getdi ol zəman. 


116 



Şöylə kim, bihuş olub düşdü yerə, 
Vərqa eşqi qomaz kim, əqlin dərə. 
Səpdilər ol tazə gül yüzə gülab, 
Əqli gəldi, Vərqə şe’rinə cəvab. 


ŞE’Rİ-GÜLŞAH 

Aydur ol Gülşah, sultanım bənim, 

Uş yenə artırdın əfğanım bənim. 
Gözümə qıldın qaranu aləmi, 
Şəm’i-cəm’ü mahi-tabanım bənim. 
Vay bana zülmətdə İskəndər kibi, 
İrməz isə abi-heyvanım bənim. 

Canım anda, tənim bunda hurü zar, 
Dərdi bəndə, andə dərmanım bənim. 
Çərx əlindən gördügüm cövrü cəfa, 

Bu əcəb olmaz dəxi canını bənim. 
Həsrət odu şöylə yaxdı canımı 
Kim, damarda qalmadı qanım bənim. 
Ey diriğa, ağlamaqdan dinmədi 
Saəti bu çeşmi-giriyanım bənim. 

* * * 

Çünkü bəndən öksüzin ayrıldı yar, 
Göstərə bir gün yenə pərvərdigar. 
Azmış işləri gətirər hasilə. 

Vərqa sözün gətirəlim bir dilə. 

Çün Yəmən ətrafına yönəldi ol, 

Ağlayü zari qılıb gedirdi ol... 

Gördü kim, irdi Yəməndən qafilə, 

Dedi bunlara sorayım bir hələ. 

Sürdü atın iləri, verdi səlam, 

Aldılar cümlə əleyki, xasü am. 

Vərqa sordu kim, Yəməndən nə xəbər, 
Bunlar aydur: - Sormağıl, ey pürhünər 


117 



Kim, nə deyəlim Yəmən hali nədir, 
Ləşgəri-ənbuh anın üstündədir, 

Kişşü bəhreyn ləşkərilə bil, ey yar, 
Şəlıri qılmışdır Məlik Əntər hisar. 
Şimdi altmış bin Səlim şahi- Yəmən, 
Dutulubdur ki, eşit bu sözü sən. 

Şəlır içində xəlq ilə mirü vəzir, 

Aciz olmuşdur hisar içrə əsir. 

01 xəlayiq bükülmüşdür varin, 

Şəlıri almağə durur bu gün, yarin. 
Bəglərin, şahların, vəzirin halı bu, 
Dedilər əzmin biləlim qancaru... 

Ay dur dedi: - Eü əcəb nə qılaym, 
Qanğı həsrət oduna yaxılaym. 

Ya ata ğüssəsi, ya Gülşah odu, 

Ya dayım qüssəsi, nedəyim dedi... 
Sürdü atın, irdi şəhrə, nə görür, 

01 qamu yazi dolu ləşgərdürür. 

Vərqə baru yolunu dutdu gəlir, 

İrdi baru dibinə, gör nə qılır. 

Gecənin keçmiş idi bir uluşi, 

Vərqa aydur, oyanıq varmı kişi. 
Dedilər: - Kimsən, nə dilərsən yigit, 
Nədir adm, nə işə gəldin, ayıt? 

Dedi kim: - Ya pasiban, Vərqə bənəm, 
Dostam sizə, yağiyə düşmən bənəm. 
Pasiban aydur: - hələ dur, ya əmir, 

Bir varayın görəyin, nə dar vəzir... 

Çün vəzir eşitdi, şad oldu canı, 

Gəldi baru üstünə, gördü anı. 

Dedi tez tartm yuqarı Vərqəyi, 

Yuxarı tartdılar ol tolu ayi... 

Bəglər ilə ol dayın dutğundurur, 

01 məlik Əntər yavuz məl’undurur. 

Bu hasar içində canə gəlmişiz, 

Bu qövinı əlindən aciz qalmışız. 

Bu çəriyə verimədik biz cavab, 


118 



El, vilayət cümləsi oldu xərab. 
...Baru üstündə bəşarət urdular, 
Zövqü işrət xoş tamaşa qıldılar. 

Ta səbah olunca cümlə xasü am, 
Məşğul oldu işrətə xoş şadü kam. 
Ertə oldu, ol çəri tənləşdilər, 

Vərqə hökm etdi, qapuyi açdılar... 
Kosü hərbivü nəğara urdilər, 
Bunlara qarşu çıqub səf durdilər. 
Şəhərə qarşu Məlik Əntər məgər, 
Səf dutub durmuş idi səksən bin ər. 
Çün nəzər qıldı Məlik Əntər ana, 
Tanla dı yəvlaq anı, yəvlaq dana. 
Dedi bunlara nə gəldi, ey əcəb, 
Kim şəhərdən çıqmağı qıldı tələb. 
Bu gecə şəhrdə bəşarət urdular, 
Şimdi çıxıb bizə qarşı durdular... 
...Məlik Əntər buyurdu kim, çəri 
Hazır olub bəklədilər yolları. 

İki ləşkər biri-birinə yönü, 

Dikdilər sancaq, ələm çalış günü. 
Urdular kusu nəğarəvü nəfir, 
Nərələrdən hayü huy dadigir. 
Oldular iki yənadən intizar 
Kim, girə meydanə qanğı nam i dar. 
Sürdü atm Vərqə meydanə girir. 

Bir zənıan lə’bilə cövlan göstərir. 
Nə’rə urdu şirüvar ol pəhləvan 
Ya Məlik Əntər, ver bizə nocəvan. 
Çün Məlik Əntər buyurdu bərki ər 
Həmlə qıldı Vərqəyə ol pür hünər. 
Urdu bir zərb, Vərqə öldürdü anı, 
Dedi şaha ki, mübarizin qanı. 
Həmlə qıldı bir dəxi, anı daxı, 
Öldürübən canına urdu dağı... 
Müxtəsər qıl, etmə qissəyi diraz, 
Qırq mübariz öldürür ol sərfıraz... 


119 



Zərbü asayiş uruldu döndülər, 

İki ləşkər atdən enib qondulər. 

Qarşu gəldi Vərqəyə ol dəm vəzir, 
Döşədi atı ayağına hərir... 

Şəhrə girib qapuları yapdılar, 

Vərqa önündə qamu yer öpdülər. 
Çün səraya girdilər, oturdular. 

Vərqə üçün bəzmi-işrət qurdular. 
Bunlar anda zövq içində şadükam, 
Tışrakilərdə nə nitqü, nə kəlam. 
Cümləsi dəmbəstə qaldılar bixəbər, 
Bilmədilər kimdürür ol şirü nər. 

İki ləşkər qıldı aram ol gecə, 

Ertə atlandı çəri ucdan-uca. 
Yan-yana səf dutubanı durdular, 
Zərb üçün kusü nəğarə urdular. 
Vərqə meydanə girir ol gün dəxi, 
Öldürür yetmiş bəlıadır, ey əxi. 
Əntər aydur: - Təblü asayiş urun, 

Bu gecə bir pəhləvan istək bulun. 
Ərlik ilə ol buna qarşu dura, 
Endirəcək gürzü fərqinə ura. 

Təblü asayiş uruldu, ol çəri 
Geri döndü çadırına hər biri. 

Vərqayi izzət ilə gətirdilər, 

Şəhr içində giribən oturdular. 

Xoş yemək, içmək, yenə zövqü səfa, 
Qıldılar Əntər çərisinə cəfa. 

Qayğılı oldu Məlik Əntər yenə, 
Qaldı heyran Vərqənin ərliginə, 

Ol gecə bunlar yenə qıldı qərar, 

Ertə oldu, yenə oldular süvar. 

Qapı açıldivü tışra gəldilər, 

Vərqə ilə, ol yigirmi dört bin ər. 
Durdular səf tutdular, sancaq, ələm, 
Urdular kusü nəğarə ol zəman. 

Bu yənadən bindilər səksən bin ər, 


120 rYD 



At ayağında cəhan zirü zəbər. 

Kus ünündən toldu aləm zəlzələ, 
Nə’rələrdən qıldı adəm ğülğülə. 

Sürdü meydanə yenə Vərqə atm. 

Rast qılmış kənduyə cəng alətin. 

Dedi şaha ər veriniz cəng içün, 

Can əlimdən qanda alsan bu gün. 

Ol çəridə var idi bir pəhləvan, 

Korbuz idi ləşkərində qamudan. 
Ləşkərində pəhləvanlar çox idi. 

Andan ulu pəhləvani yox idi. 

Gəldi, aydur kim şəha: - Dəstur ver, 
Kim girəyin meydanə bu gün bən, - der. 
Ol Məlik Əntər ana: - varğıl dedi, 
Gürzün anın fərqinə urğıl dedi. 

Sürdü meydanə atmı ol süvar, 

İrdi Vərqə qatma ol nam i dar. 

Bir-birinə çün müqabil oldular, 

Ortaya dəkin bərabər gəldilər. 

Qaqıdı Vərqa ana dürtdi qılıc, 

Kənduyə aydur buni tez iki biç. 

Vərqə endirdi qılıcı üstinə, 

Ol süvari iki bölmək qəsdinə, 

Pəhləvan qalqanmı qarşu verir, 
Qüvvətilə Vərqə tiğin endirir. 

Tiği bir an əydi kəsdi qalqanı, 

Fərqinə keçdi iki biçdi anı. 

Düşdü atdan çün Məlik Əntər, görür, 
Ləşkərə həmlə qılın, der, buyurur. 

At başını saldı səksən bin çəri, 

Həmlə qıldılar qamu nə kim vari. 
Nə’rələrdən hayü huyü dadigir, 

Gög yüzünə çıqdı fəryadü nəfir. 
Başlarının üstündə çaqqaçaq tiğ, 

Enər idi gög yüzindən pey dəriğ 
Ki, ərənlər kürz əlində çaqqaçaq, 
Uruşur, yəğmur kibi dökülür oq. 


121 



Vərqəvü nopəhləvan ol pur hünər, 
Həmlə qıldı ləşkərə ol şirü nər. 
Şöylə heybət göstərir qamusuna, 
Qəsd qıldı kim çəri ol dəm sına. 
Təblü asayiş uruldu ol zəman, 
Bir-birindən ləşkər ayrıldı rəvan. 
Vərqa döndü, ləşkəri daxı dönə, 

Gör Səlim şahin vəziri nə qıla. 
Qarşu gəldi Vərqəyə ol dəm vəzir, 
Dedi: - Pir olğıl həmişə, ya əmir. 
Vərqə aydır: - Ya vəzir, olğıl süvar, 
Bir görəlim nə qılır pərvərdigar. 
Çün vəzir atlandı, şəhrə gəldilər, 
Qapu yapub kilidini urdular. 

Vərqə ilə ləşkərü həm xasu am. 
Girdilər ol dəm sərayə şadü kam. 
Vərqə çünkim keçdi kürsü üstünə, 
Məşğul oldu işrətə dönə-dönə, 

Gör məlik Əntər ol yənadə nedər, 
Döndü kəndu barigahma gedər. 
Gəldi qondu könlü əndişə tolu, 

Dedi: - Ey bəglər qamu kiçi, ulu. 
Nə qılalım imdi ana, ya vəzir. 

Bu yigid içün siz qılın bir tədbir. 

Nə kişidir bilməziz, kimdir hələ, 
Pəhləvandır, qamusun verdi yelə. 
Ərlik ilə, cəng ilə çıqamadıq, 

Bunu atından yerə yıqamadıq. 

Biz bu şəxs ilə əcəb nə qılalım, 

Bari siz nə dersiz, aydın biləlim. 
Əntərin xod bir vəziri var idi, 

Bir cuhud idi, yavuz murdar idi. 
Dedi şaha olmasun könlün məlul 
Kim, Yəmən sultanının xəsmidir ol. 
Bu yigid bil kim, Yəmən sultanının, 
Qızqarmdaşmın oğludur anın. 

Ol bu işləri tayısiçün qılır, 


tfr’v. 122 



Cəng içində məsti-divanə qılır. 

Anın üçün ol məlul eylər səni, 

Ta məgər kim, qurtara tayisini. 
Hökmi qıl meydan içində bu gecə, 
Dar ağacların dikələr ki, yucə. 

Hazır olar zər bina dəkir varı, 

Ertə atlansın bu səksən bin çəri. 

Səf dütüban şöylə hazır duralar, 

Ər yerində ər kibi ər olalar. 

Şəhər xəlqi çün qapu aça çıqa, 

Dar ağacların görə bunlar baqa. 

Ol yənadən baxıban anı görə, 

Sanma kim, ayruq sana qarşu dura. 
Taqəti taq ola, güci qalmaya, 
Ləşgərə ayruq müqabil olmaya. 

Çün səbah oldu Məlik Əntər gəlir, 
Ləşgərilə atlanır, qarşu durur. 
Götürürlər şah ilə altmış bəgi, 
Dəkmə içün dikdilər bir dirəgi. 

Bu yənadən çünkim açıldı qapu, 
Vərqə bilə çıqdı ərənlər qanıu. 
Baxdı gördü ol qövim ulu, kiçi, 
Gördülər qamu dutmuş meydan içi. 
Şəhrə qarşı çoq dirəklər urulur, 

Dar ağacları, siyasət qurulur. 
Ditrədirdi yeri təblin ğərvəşi. 
Heybət alır bunları görən kişi. 
Bəglər ilə ol Səlim şahi-kəşan, 

Dar ağacına yetirdilər rəvan. 

Vərqə ilə çün vəzir anı görür, 

Vərqə aydur kim, bular kimlərdürür. 
Var isə tayum ilə altmış əmir, 

Bu siyasət bunlarındır ya vəzir. 
Bunlara şimdi nə çarə qılayum, 
Dövlətimiz günəşi sənsən, bəgüm. 
Vərqə aydur vəzirə kim, nedəlim, 
Bu siyasətdən necə sirr alalım. 


123 



Sən bilirsən neyləmək gərək bizə, 
Biz qamumuz bəndəfənnanuz sizə. 
Hər nə kim siz hökm edəsiz biz anı 
Qılavuz, dedi yigitlər arslanı. 

Vərqə aydur: - Allah övkarə işi, 

Bu yigirmi dörd bin ərdən bəg kişi, 
Seçiniz kim ki, bəhadır olalar, 

Ərlik içdə qiyməti-dürr olalar. 
Ahənü-pulad ola həm topları, 

Bu gün üçün ola qamu günləri. 

Beş yüzünün həmləsi darə ola, 

Başəd ol acizlərə çarə ola. 

Beş yüzü bənümilə ləşgər yolun, 
Bağlayalım bunların sağın, solun. 
Qurtula başəd ki, ol biçarələr, 
Qamusuna irə həqdən çarələr. 

Şöylə dedi kim, seçildi ol bin ər, 
Vərqə aldı beş yüzin, ol pürhünər. 
Beş yüzinə dedi, siz həmlə qılın, 

Dar ağacın bəglər ilə siz bilin. 

Həmlə qıldı Vərqə ol beş yüz ərlə 
Kim, bular ol ləşgərin yolun alə. 
Darə həmlə qıldı ol beş yüz kişi, 

Eşit imdi ki, necə olur yigit işi. 

Ol Məlik Əntər buyurur gəzdən vari. 
Bu yənadən bu yigirmi dört bin ər, 
Nə’rə urur, hayqırır, həmlə edər. 

İki dərya taşubən aqışdılar, 

Mövc urub bir-birinə qavuşdular. 
Vərqə ol dəm qəlbə urdu kəndüzin, 
Yırttı qəlbin çün şəha, dikdi gözin. 
İrdi endirdi qılınc ol pəhləvan. 
Kəndüsin sevdi Məlik Əntər rəvan. 
Təxti üstündən müəlləq yıqılır, 

Qarşu bəglər Vərqənin yolun alır. 
Vərqənin bəglər qəfasm beş yüz ər, 
Bəglərindən Əntərin, ol şirü nər. 


124 



Bir qaçın öldürdi, yetdi Əntərə, 
Dutdi bərk bağladı, ilətür ləşgərə, 
İlətdi anı ol vəzirin qatına, 

Vərqə bunda qamçı urdi atına. 
Külli-külli ləşkər önündən qaçar. 
Hər kimə uğrar isə iki biçər. 
Gördilər oldu Məlik Əntər əsir, 
Təbli-asayiş urun, dedi vəzir. 

Çünkü çıqdı təbli-asayiş ünü, 

Oldu sadirdən yana xəlqin yöni. 
Bir-birindən çünkim ayrıldı sipah, 
Kimi xürrəm, kimisi qılırdı ah. 
Qarşu gəlibən vəziri-namidar, 
Vərqə üstünə qılur gövhəmisar. 
Aydur idi kim, şad ol ey pəhləvan, 
Yox sənin mislin kibi sahib-qiran. 
Vərqə ilə şah vəzirü döndülər. 
Şəhrə giribən saraya qondular. 

Bular bunda tamaşa qıldılar 
Eşit imdi ləşgəri-Əntər nedər. 

Ol xəlayiq döndü kiçivü-ulu, 
Qondular çadırlarına qayqulu. 

Ol çəri bəgləri bindi atma, 

Gəldilər Əntər vəzirin qatma. 
Dedilər şimdi necə olur tədbir, 

Ələ girdi şahımız, oldu əsir. 

Ol vəzir aydur kim, ey bəglər yarın. 
Məhv edəməz könlümüz qayğıların. 
Ol qövm ilə müamilə qılavuz, 
Şahimizi hiylə ilə alavuz. 

Aydəvüz kim, şahiniz alm sizə, 
Şahimizi siz dəxi verin bizə. 
Olmaya daxi sizinlə cəngimiz, 
Qalmaya aşib içün ahəngimiz. 

Razı olalar bu qövlə çün bular, 
Şahimizi veribü şahini alar. 

Ol yanadən bir beş-on kişi ilə, 


125 



Şahimizi veribə yayalar belə. 

Bu yənadən bir dəxi şahlarını, 

On kişi ilə veribil yavuz anı. 

Bunlar iricə gün orta yerə, 

Kim bunları biri-birinə verə. 

Pusu iki yüz kişini ki, həmin, 

İkisin daxi ala duta həmin. 

Bunlar etdilər bu tədbiri üçün, 

Kim nə bilür kimsənin könlün için. 
Ol qövim şöylə danışdı ol işi, 

Pusuda qodilər iki yüz kişi, 

Qıldılar ol gecə qaravul faş məgün, 
Çün sabah oldu başın qaldırdı gün. 

İki yanadən nağarə urdular, 

İki ləşkər müqabil qondular. 

Vərqə dilədi ki, meydanə girə, 
Bunlara ərlik necədir göstərə. 
Vərqəyə, elçi verilibdi vəzir, 

Şahiniz alm geri, der, ya əmir. 
Şahimizi siz dəxi verin bizə, 
Qılmayavuz biz xüsumətdir sizə. 
Fitnəyi götürəlim, sülh edəlim, 
Barışıban elimi z ə gedəlim. 

Vərqə aydur raziyüz biz bu işə. 
Şahımız qurtula bizə qavuşa. 

Razı oldular ki, şahi alalar, 

Biri-biri ilə islah olalar. 

Ol yənadən veribidilər ani, 

Bu yənadən ilədürlər həm buni. 

Belə vardi ol dəvəçilərə, 

Eşit imdi Vərqə andə nə qıla. 

Vərqə don dəgşirdi ol dəm kəndözin, 
Sarvanlar şəkilinə urdu yüzin. 

Çün bular orta yerə irişdilər, 
Bir-birinə ipini sunuşdular. 

İki yüz ər cümlə dəmir donları, 
Həmlə qıldı kim, əylədə anları. 


tfr’v. 126 



Həmlə qıldı Vərqəyi-çapük səvar, 
Qıldı bunları şoluq dəm tarümar. 
Vərqə dayısın geri aldı gəlür, 
Şahlarını ol qövüm daxı alur. 

Tayısin aidi bəgələrlə belə, 

Şadü xürrəm, qayğusuz girdi yola. 
Əlini öpdü Səlim şalım vəzir, 

Urdular təblü asayiş, həm nəfir. 

Şahi yenə təxtinə keçirdilər, 

Şad oluban qayğısız oturdular. 

Əntəri xiyməsinə gətirdilər, 
Daneş-kəbir bərin oturdular. 

Dedi, bunlara vəzir, nə qılalım, 

Bari siz nə dersiz, aydun biləlim... 
Dedi, ya vəzir bunun tədbirini, 

Qıl bəyan bu müşkülün tə’birini... 
Dedi: - Şaha, işbu gecə sən buyur 
Kim, uyumuş olalar vəhşü tüyür. 

Ta ki, meydan ortasında üzərü, 

Bərgə qazsınlar xoş anı düzərü. 

Xarü xaşagilə üstin örtələr, 

Kimsə görmədin qətindən gedələr, 
Ertə hökm eylə ki, ləşkər atlana, 
Bunlara qarşu dura səf-səf yenə, 
Tuğü bəndə, kusü hərbi urdular. 

Cəng içün meydanə bər xoş durdular. 
Çün görələr bizi kim, cəng istərüz, 
Bunlara qarşu dura səf-səf yenə, 
Tuğü bəndə, kusü hərbi urdular. 

Cəng içün meydanə bər xoş durdular. 
Çün görələr bizi kim, cəng istərüz, 
Bunlara qarşu yaraqlar, düzərüz. 
Lacərəm bunlar dəxi atlanalar, 

Geyrət edib bizə qarşu duralar. 

Qapu açıb qamusu tışra gələ, 
Qaqıdıban ol yigid kürzin ala. 

Səf dutubən ol bizə qarşu dura, 


127 



01 giribən meydanə cövlan ura. 
Kimsə girməsin necə kim ər diləyə, 
Ləşgərindən nə süvarü nə yəya. 

Çün görələr həmlə qılmadıq bizi, 

01 xod bizə həmlə qıla köndözi. 
Qəlbimizə qəsd edə ol pəhləvan, 
Gəlirikən bürgəyə düşə rəvan. 

Dörd yənasindən burağalar kəmənd, 
Sürüyü gətirələr bu yanda bənd. 

Məkr ilə ol şəxsi çünkim, dutavuz, 
Ərlik oyunun biz bulardan alavuz... 
Çün səbah oldu Məlik Əntər yenə, 
Hökm qıldı ləşkərə kim, atlana 
Atlanıban cümlə hazır durdular, 
Nagəhan kusü nəğarə urdular. 

01 çəri cümlə dəmir geydi donu, 
Müttəsil oldu gögə hərbi ünü. 

Çün Səlim şah eşidir, aydür: - Durun, 
Atlanılım, qövli yoğ imiş bunun. 

Bindi şol dəmdə Səlim şahi-Yəmən, 
Beləsində Vərqəvü ləşkər kəşan. 
Qəlb urub ləşkər səvaşm bağladı, 
Heybəti düşmənin qəlbin dağladı. 
Vərqə meydanə girər cövlan urar, 

01 dilavər at başın dartar durar... 
Atdan endi Vərqə bərkitdi atm, 
Bərkidəsi hər nə kim var alətin. 
Kəmənd urdu ata, oturdu geri, 
Qamçıladı sürdi atm iləri. 

Yel kibi yetdi rəvan ol pəhləvan, 

01 araya kim, oradə bürgə var. 

At əyağı keçdi oldu səmigün, 
Nagəhan irdi qəza, ol neyləsün... 

Xəlq üştə gəldi kəməndlər atdılar, 
Vərqəyi ol dəm giriftar etdilər... 

Şadü kam oldu Məlik Əntər əzim, 
Getdi könlindən ina’ü rəncü bim. 


128 rYD 



Gəldi qondu çadıra könli fərəh. 
Badəyə toldi şərab, işlər qədəh. 
Yürüdür saqi şərabi-lə’ligün, 

Ol gün oldu bunlara ağır dügün. 
Gecəyə dəkin təmaşa qıldılar, 
Məclis əhli cümlə sərxoş oldular. 
Çünkü keçdi gecənin bir ülüşü, 
Əntər aydur, qanı ol bağlı kişi. 

Bir varın anı gətirin tez bana, 

Ta ki, bən verəm cəzasını ana. 
Vərqəyi gətirdilər bağlı durur, 

Çün Məlik Əntər baqır anı görür. 
Dedi, yə’ni sən bilirmisən bizə 
Kim, nələr qıldın, nədir sana cəza? 
Vərqə aydur, bən əlimdən gələni, 
Ləşgərinə, sana qıldım bən ani. 
Sən dəxi nə kim, dilərsən anı qıl, 
Uş sözün doğrusu budur bəllü bil. 
Çünki eşitdi sözin ol sərvərin, 

Bir silahdan var idi Əntərin. 
Qaniçici, qabqara rəngli idi, 

Dedi, ilət tez bunu öldür, dedi. 

Aldı ol zəngi ğulam anı gedər, 
Vərqə ahü naləvü fəryad edər... 
Vərqə mə’şuqi içün ağlar idi, 

Eşq oduna canını tağlar idi. 
Zənginin özü göynədi ahinə, 

Şe’r aydur ağlayu Gülşahinə. 


ŞE’R 

Aydur, ey aşiqi-zibam bənim. 

Eşqinə olsun fəda canım bənim. 

Ol qamu xubi-Xütən, mahruyi-Çin, 
Cümlə hüsnün xərmənində danə çin. 
Görkünə heyran olur insan qamu, 


129 



Ey bulardan sən lətifü nazənin 
Ya nigarin, işbu çərxü işbu dün, 
Bağladı bən miskin-aşiqinə kin. 
Ömrumun əkini yaş ikən hənuz, 

Uş silsilə olmadın vəqti-əncin. 

Çərx zalimdir, kimə verdi aman, 
Dövri fanidir, kimə oldu əmin. 

Ey diriğa, həsrətü dərdü fəraq. 

Bən qəribəmi oldu həmin ağrın. 

Sən içində dəgmə ahim həmişə, 

Zar ilə həm toldurum sinim için. 
Gözlərimdən yaş yerinə qan axıb, 
Aydərəm, va həsrata, ya yövmi-din. 
Ölülər qamu sinindən duricəq; 

Turam aydim, ya ilahül-aləmin. 
Öldügüm içün dəgül ahim bənim, 

Ey diriğa, qanı Gülşahim bənim. 

* * * 

...Zəngi heyran oldu bunun dərdinə, 
Xod nə məcnun edə eşqi, gərdinə. 
Döndi qul ay dur ana: - Ey pəhləvan, 
İşbu qamu qıldığın zarü fəğan, 

Nə içündür, dərdini söylə bana, 

Çarə ola başəd ki, bəndən sana, 
Halını yəvlaq əcəb gördüm hələ, 
Sözünü söylə əyan, gətir dilə. 

Vərqə aydur: - Ya ğulam, ayıt bana, 
Eşq hərgiz vaqe’ oldumu sana. 

Ol ğulam aydur: - Bəli, bən aşiqəm, 
Eşqim əsildir, yolumda sadiqəm. 
Xacəm oğlunu sevərəm can ilə, 
Yaxılıram dərd ilə, dərman ilə. 
Çərxi-ğəddar andan ayırdı bəni, 
Göynürəm eşq oduna dünü-güni. 
Vərqə aydur anə kim, - məktəbdaşız. 


130 



Eşq içində ikimiz məzhəbdaşız. 

Aşiqəm, zarəm, muradə irmədim, 

Geri varıb şahimi bir görmədim. 

Eşq əlindən yürəgimi tağlaram, 

Sanma kim, öldügim içün ağlaram. 

01 ğulam aydur ki: - Eşit, ey yigit. 

Nə kişiyə aşiq olmuşsan, ayit. 

Vərqə aydur: - Sən sənin işini qıl, 

Bu bənim eşqimi, mə’şuqim qoğıl. 
Döndü aydur, ol qul geri ana: - 
- Sən kimə aşiqsən, ayıt bir bana? 
Vərqə aydur: - Məkkə elidir elim, 

Seyr edirkən bunda uğradı yolum. 
Vərqə aydur, adım Hümam oğlu bənim, 
Aşiqəm Gülşahə, oldur mə’şuqim. 
Habya, zəngi eşitdi bu sözü, 

Ahi qıldı yaş ilə toldu gözü. 

Ol qılıc əlindən düşdü bir yana, 

Vərqə səninisən, deyü sordu ana. 

Dedi: - Ya Vərqə, bəni bəllü bilin, 
Bənəm axir ol sənin zəngi qulun 
Kim, biti verdin bana, ey pəhləvan, 
Gətirəyim tayına bən, nagəhan... 

Bundə gəldim, uş Məlik Əntər bəni, 
Qıldı cəllad ta ki, uş buldum səni. 

Yüz Məlik Əntər kimiyə verməyim, 

Bir qılıncı qəsd edibən üzməyim. 
Vərqənin ol qul ayağına düşər, 

Əl uruban əli bəndini şaşər. 

Qul qılıcı verdi Vərqə əlinə, 

Dedi: - Bunda dur sən, uş gəldim yenə. 
Atü ton gətirəlim, sazü sələb, 

Tez gedəlim, ya fütuhü bül-əcəb. 

Vərqə anda qıldı bir ləhzə qərar, 

Qul gətirdi iki at ki, üstüvar. 

At ilə sazü silah ilə təmam, 

Bağlanıb bindi ata Vərqə, qulam... 


131 



Vərqə keçdi barigalım ardına, 

Cümlə uyur, bir kişi yoq kim dinə, 
Girdi gördü kim, Məlik Əntər yatır, 
Kənduyə aydur ki, tez işin bitir. 
Dürtdi xəncər, kəsdi başın Əntərin, 
Qoydu başın at torbasına anın... 

İrdilər bir dəmdə baru dibinə, 

Dedi, açm qapuyi, gəldim yenə... 
Vərqəyə çünki qapuyi açdılar, 

Vərqə tayisilə həm qucuşdular. 

Dedi, ya Vərqə necə qıldın, dedi 
Kim, ədüdən qurtulu bildin, dedi, 
Vərqə aydur, tanrı qurtardı yenə, 
Torbayı silkədi Səlim şah önünə. 
Gördü tayısı Məlik Əntər başı, 

Dövlət anın başına urdu taşı... 
Vərqəyə qıldı Səlim şah afərin, 

Dedi kim, ancaq ola ərlik həmin... 

Şalı buyurdu kim, bəşarətlər urun, 
İşrətü zövqü təmaşalar qılun... 
...Vərqə aydur kim: - Bana dəstur ver 
Kim, varım qövmimə, elimə, der. 

Ol dayısı aydur: - Ey arı gövhər, 

Bir ləhzə dinləmədün, ey şirünər... 
Vəqtidir kim, zövqü işrət sürəvüz, 

Bir neçə gündür ki, səni görəvüz, 

Bir beş-on gün dinlənüb nuş edəsən, 
Son uci xoş göndürəyim, gedəsən. 
Sözünü sındırmadı, ol neyləsün, 

Qaldı bir qaç gün dayısı könliçün. 
Vərqə anda qaldı kim, işrət edə, 

Sən eşit imdi sultani-Şam nedə. 

Şam elində var dəxi bir padişah, 

Adı Möhsün, kəndözi zənin külah. 
Təxt önündə otururdu şadü kam, 
Söylə idi mahrulardan kəlam. 

Hər biri bir dilbərin vəsfin qılır, 


132 



Məclis əhli eşidib təhsin qılır, 

Xub Bulğarü Buxaravü Əsbay, 

Çinü Maçinü Səmərqəndü Səray. 
Hindü Xarəzmü Xorasanü İraq, 
Rumü Şamın görklüləri ittifaq... 

Var idi bir taciri Şah Möhsünün, 
Elində malın işlədirdi anun, 

Ol dəxi həm bu yana gəlmiş idi. 
Padşahına töhfələr almış idi. 

Gəldi gördü görklülərdən hər biri, 
Qıldılar təqrir edib bir dilbəri. 

Tacir aydur ki, - Ya Məlik, agah ol, 
Xublarm gərçi aləm içində bol. 

İlla şaha, Məkkə elində Yədi, 

Bir qövim vardır Bəni-Şeyba adı. 
Bunların iki rə’isi var dürür, 

İkisi daxı qarmdaşlar dürür. 

Biri bəg, adı Hümamü namidar. 

Ol birinin Hilali-şahsüvar. 

Ol Hilalın ki, arı sahib cəmal. 

Qız yerinə huri vermiş zülcəlal. 

Adı Gülşahi nigari gülşənin, 
Şahi-aləm layiğindir ol sənin. 

İncə ögdi tacir onun görkini 
Görmədin sevdi Məlik-Möhsün ani. 
Dedi: Ya tacir, əgər sən ol qızı. 

Gər dilərsən rədd edərlərmi bizi. 
Dedi: Şaha, bilməzəm rəddi, qəbul, 
Hüsn içində bəlkə bin incidir ol. 
Qıldı əndişə Məlik-Möhsün ki, bən, 
Tacir olubən diləyim qızı bən. 

Qıldı tacirlik fərağın kənduyə, 
Taciranə donlarını həm geyə. 

Bin qul aldı, bin qaravaş, bin qatır, 
Bin at aldı, bin dəvə, qoyun, sığır. 
Şah buyurdu ol aradə düşdülər, 

Ol dəvələr çökdi yükin şeşdilər. 


133 



Bir-iki gün anda qıldılar qərar, 

01 aradan keçdi, dartıldı qatar. 

İrdilər andan iləri bir bəgə, 

Gör ana daxi nə lətifi dəgə. 

01 bəgi daxi qılır şöylə ğəni, 

Duşda görmüşdi məgər ol bəg ani... 
Şah genə bir-iki gün anda qalır. 

Həm ana daxi telim bəxşiş verir. 

Necə verdi ana daxi simü-zər 
Kim, yayıldı Bəryə xəlqinə xəbər... 
Keçdi andan, müxtəsər qıldıq sözü, 
Hər əmirə kim, irişdi kəndözü. 

Qul, qaravaş, aqça, pul, altun, gümüş, 
Kim uğrar isə verdi yadü biliş. 

Çün Məlik-Möhsün çıqdı qəvi, 

Bəryə bəglərinə yayıldı çavı. 

Bildilər Heyyi-bəni-Şeyba qamu 
Kim, gəlir bir ali bazirgan ulu. 

Lütfü əxlaqi səxavət kanidir. 

Xatiri, cudi-kərəm iimmanidir. 

Bəryə bəgləri anm elısaninə, 

Afərin qıldı qamusu caninə. 

Bu comərdliki kim. Möhsün edər, 
Aldılar Heyyi-bəni-Şeyba xəbər. 

Kim irişdi bir dəm ol ər bigüman, 

01 mübarək tacir uş gəldi əyan. 

Çün Hilal anı eşidir ki, gəlir, 

Atlanır qarşu durur, izzət qılır... 

Lə’lü yaqutü zümürrüd həp-göhər, 
Qiyməti taşlar, zəbarcəd, simü-zər. 
Qul, qaravaş, at, qatır, qoyun, dəvə, 
Beş kişini Hilal ilətdi evə. 

Ancə verdi kim, ğəni oldu Hilal, 

Qul, qaravaş, qiyməti daş, dürrü mal... 
Geri döndü, evinə gəldi Hilal, 
Övrətinə söylədi kim, ya cəlal 
Gördüm ol tacir zəhi xoş adəmi, 


134 



Söhbətinin canə dəgər bir dəmi. 

Bu nə lütf olur, nə əxlaqü kərəm 
Kim, qatında pulca yoqdur dərdi-rəm... 
Ərü övrət cudinə heyran olur, 
Tanlaşırlar kim, bu nə ehsan olur, 
Qıldılar bunlar qonaqlığa yaraq. 
Tutdular Möhsün içün bir xoş odaq, 
Oxudular anda Xoca Möhsüni, 

Dedilər bir dəm görəlim biz səni. 
Aldılar anı otağa gəldilər, 

Ana üç gün xoş qonaqlıq qıldılar. 

Çünki bunlar hörmətini bitirir, 

Gəldi geri çadırına oturur. 

Hər kim anı görməgə gəlir idi, 

Gümüş, altun çox ana verir idi. 

Ol qövümdən qalmadı ərkək, dişi 
Kim, buları qılmadı şah bəxşişi. 

Bir neçə qövmi məgər kim bir gün ol, 
Gülşahçün verib idi andə rəsul. 

Ta ki, Gülşahı diləyə şah içün, 

Gəldilər söyləməgə ol mah içün... 
Dedi: - Varın aydmız ol tacirə 
Kim, bu sözün tərkini külli ura, 

Bən qızımı namizəd eyləmişəm 
Kim qardaşım oğliçün söyləmişəm. 
Çün bu sözü Möhsünə yetirdilər, 
Gəldilər san kim, cana od urdular. 
Aşiqü heyranidir Gülşahə şah 
Kim, canı oda düşübən qıldı ah... 

Dedi: - Aydmız Hilalə, ol yigid, 
Binəvalıqdan qoyub getmiş qəsid. 
Nəsnə yoğimiş ki, anıt verə, 

Ol xəcalətdən gəliməz bu yerə... 

Bən yalunuzam, kimsənəm yoqdurur. 
Malım, əsbabım, xəzinəm çoqdurur. 

Nə atam, nə anam var, nə qövüm, 

Nə qəbiləm, nə xəsimüm, qardaşım. 


135 



Lütf edib bəni oğulluğa qəbul. 

Gər qılalar, oluvən ölüncə qul. 

Dünü gün xidmətlərində oluvən, 
Ömrüm olduğunca bunda bilüvən. 
Gər qəbul olur isə bu hacətim. 
Bunların fərmanı ola taqətim. 

Ol cəvahir taşları ol qövm alır, 
Barigalıindən Hilal evə gəlir. 

Dedi: - Ya övrət, bu gün ol tacir ər. 
Sən nə aydurəsən Gülşahı dilər. 
Övrət aydur: - Qismət olsa görəlim. 
Xoş yigitdir, dilər isə verəlim. 

Hilal aydur övrətinə kim, bu söz, 
Olmaz, anı Vərqəyə biz vermişiz. 
Övrət aydur ərinə kim, ya Hilal. 

Biz işindən Vərqənin olduq həlal. 
Əvvəl ol kim, Vərqənin yoq bir yolu. 
Həm ikinci, getdi gəlməz ol qulu, 
Kəndü qırq gündə gələm dedi bizə, 
Uş iki ay keçdi gəlməz, bu sözə, 
Vermədi dayısı hiç nəsnə ana, 
Gəlməz ol bunda, bən ayıtdım sana. 
Gəl bu bazirganə verəlim bunu, 
Söyləmə qo, Vərqənin kəs sözünü. 
Olmadı razı Hilal, ol övrəti, 

Bu sözi yəvlaq becid tutdi qəti. 
Söyləşir idi ki, bu sözü bular, 

Ol təbəqli cövhəri gətirdilər. 

Dedilər, dəsturi varını bir görək, 
Verdilər dəsturi, dedilər gərək. 
Girdilər bunlar içəri çadıra. 

Bir təbəq var əllərində nadirə, 
Övrətlə çün Hilali kim, gördülər, 
Qodilər ol tası önündə bular, 

Dedilər, Xoca sizə veribidi, 

Dedilər, ta kim, Məlik-Möhsün dedi. 
Dedilər, tacir duaçmdır, sənin. 


136 



Açıdı içindəkin gördi təbəqin. 
Qiyməti taşlar tolu, dürrü yətim, 
Cövhər, altun duşlu, anın içi sim. 
Nəsnə gördü ol təbəq içrə Hilal, 
Duşda görməgin anı hənuz Hilal. 
Çünki gördi övrət ol cəvahiri, 

Könül oldu Vərqədən külli bəri. 

Qız atası aydur ol dəm bunlara, 

Bən qızımı verməzəm iki ərə. 

Ol qövün kim, bu sözü eşitdilər, 
Cövhəri andə qodilər getdilər. 
Gəldilər Möhsün qətinə, sözlərin 
Söylədilər qamusunu bir-birin. 
Dedilər, ya Məlik qaqır bizə, 

Qız atası razı olmaz bu sözə. 

Çünki eşitdi Məlik-Möhsün anı, 
Biqərar oldu bu gəz yandı canı. 

Nə dünin aram edər, nə gündüzin, 
Eşq oduna saldı külli kəndözin. 

Əqli, ussi ki, gəlir heyran olur, 

Ol arayə bir qarı övrət gəlir 
Kim, anun evi Hilalın evinə, 

Qonşi idi ol qarı övrət yenə... 

Oxudu xəlvət Məlik-Möhsün anı. 
Ancə ehsan qıldı kim, oldu ğəni, 
Aydur ana, ya ana səndən ola, 
Gətirəsən işbu işi səhilə. 

Aydur, oğlum, bir ulu buğdan gərək, 
Küpə altunü bəzəklər dürr gərək. 
Ənbərinə doqquz zərrin qolbağı. 
Anun ilə çoq biləziklər daxı. 

Yağlığa toldurdu cəvahir ki, arı 
Kim, görə Gülşah atası anları. 

Meyl edər qızını ana verməgə, 
Vərqənin qəsd edə tərkin urməgə... 
Ol qarı anları alır gətirir, 

Gülşah anası baqır anı görür. 


137 



Vərqədən küllü döndərədi yüzün, 
Meyli oldu kim, verə anə qızın. 

Dedi: - Var bəndəm salam ayıt tacirə, 
Atasına deyəyin qızın verə... 

Övrət aydur ərinə kim: - Ya Hilal, 
Ver qızını tacirə sözümü al, 

Gəl verəlim bu Gülşahı buna, 
Tanrıdan qorq, der Hilal, aydur ana. 
Namizad oldu beşikdə uşbu qız, 
Vərqəyə verdik hələ Gülşahi biz. 
Həm bilirisən sən bu biçarələr, 
Bir-birini necəsi sevdi bular... 

Ya dəxi bunda gəlicək Vərqənin, 
Yüzinə necə baqavüz biz anın. 
Qismətin təqdir içində bu imiş, 
Ağlamağı kəndözünə qılma iş... 
Qıldılar Gülşah içün üç gün dügün, 
Çarəsi yoq ol nigarın, neyləsin. 

Aciz oldu, deyəsi yoq kim, dinə 
Verdilər Gülşahı Məlik-Möhsünə. 
Bunlara ayıdur ki, Məlik-Möhsün siz, 
Sanmanuz sizdən ki, tacir aldı qız. 

Ya Bəni-Şeyba, bənəm sultani-Şam, 
Urulur növbət qapımda sübhü şam. 
Tacü təxt issi Məlik-Möhsün bənəm. 
Andadır ləşgər qamu xəyalü xəşəm. 
Bən icazət dilərəm sizdən bu gün, 
Səltənət təxtində kim dünü gün. 

Dedi bunlar, ya Məlik xatir sənin, 

Al rəvan ol qanda dilərsə canın. 

Şah buyurur yüklədirlər rəxtini, 

İşi bitdi, aldı tacü təxtini. 

Gördi Gülşahi nigarin Vərqədən, 
Ayrılur, məhrum olur candan bədən. 
Bir qızoğlan razidari var idi, 

Kim anı Gülşah ikən savər idi. 


138 



Hərgiz andan gizləməzdi razini, 

Ol qıza aydur gizli sözini. 

Dedi Gülşah, aydur - Ey gül yüzli nigar, 
Saqlağıl uşbu yüzügü ki, zinhar. 
Vərqənindir bu yüzük dinlə xəbər, 
Vərqə bunda gəlicək görgil nedər. 

Şöylə kim, bir qaçi gün zari qıla, 

Son ucu eşqi odu sakin ola. 

Söyləməgil, nəsnə deməgil ana, 

Yoxsa şöylə kim, bəni dayim ana, 

Eşq olduna yanə dünü gündüzin, 

Qoma anı kim, yanura kəndözin. 

Eşqə məğlubə olursa görəsən, 

Galib olursa yüzügü verəsən. 

Bunların ol hiyləsin bildir ana, 

Xayin olmasun, amanətdir sana. 

01 qız aydur kim, sana qurban olam, 

Hər nə dedin isə anı bən qılam. 

01 qızı Gülşah qucadı ağladı, 

Vərqənin eşqi canını dağladı. 

Şe’r ağaz etdi kəndu halinə, 

01 fəraqın həsrətin əhvalinə. 


139 



MARAĞALI ƏVHƏDİ 


Zəngin və çoxcəhətli yaradıcılığı ilə klassik dövr ədəbiyyatımızda gör- 
kəmli yer tutan Marağalı Əvhəddin Əvhədi 12 74-cii ildə Azərbaycanın mühüm 
mədəniyyət mərkəzlərindən biri olan Marağa şəhərində anadan olmuşdur. 
Burada mükəmməl təhsil alıb, hərtərəfli elmi bilik əldə etmişdir. Şərqin bu- 
çox ölkələrinə səyahət etmiş, 20 ildən artıq İsfahanda yaşamışdır. 1332-ci ildə 
Marağa şəhərinə qayıtmış 1338-ci ildə 64 yaşında ikən burada vəfat etmişdir. 
Şairin xəlqilik və humanizm ideyaları ilə seçilən ədəbi irsi “Dəhnamə” və 
“Cami-Cəm ” poemalarından , lirik şeirlər divanından ibarətdir. 

“CAMİ-CƏM” 

( parçalar ) 

MƏĞRURLUĞUN, YÜNGÜLLÜYÜN 
VƏ LOVĞALIĞIN PİSLƏNMƏSİ 

Ey oğul, bu yolu asta get görək, 

Qoy iti gedərək qızmasın ürək... 

Nəfsin şuxluq etsə, cəza ver ona, 

O, cəhl qılıncıdır, qoy onu qına. 

Kef çəkmək, mey içmək zamanı deyil. 

Dünyanın abırı boynundadır, bil, 

Bu işlə dostunu verərsən yelə, 

Qoyma şad olmağa düşməni belə. 

Yüngül adamlardan uzaq ol, uzaq! 

Tez başı aşağı yuvarlanacaq. 

Heç eşitmədim ki, toxtaq bir insan, 

Olsun əməlindən bir gün peşiman. 

Tapılmaz şəhərdə elə bir xətər, 

Olsun yüngüllükdən daha da betər. 

Çox ata hünərə sahib olsa da, 

Pis övlad ömrünü tez verir bada... 

Yüksək bir ad üçün çalış hər zaman, 

Hamıya xoş gələn bir sifət qazan. 

Çalışma etməyə onu, bunu sən, 

Sən ki, başqasından artıq deyilsən? ! . 


140 



Rütbəsi, mənsəbi yüksək adamlar 
Ürəkdən olarlar çox təvazökar. 

Kəndli hesabına yaşarsa sərhəng, 

Onun bu halına ağlamaq gərək. 

Kəndli hey çalışır çəkərək zəhmət, 
Sənsə xərac alıb edirsən işrət. 

Sonra qoruyucu adlanırsan, ah! 

Sənincə, insanlıq budursa, eyvah! 

Bu kefdən ötəri bir anda, yetər, 

Onillik ruzini xərc etmə hədər. 

Qarı ip əyirmiş ay işığında, 

Rahatlıq bilməmiş o bircə an da, 
Yumurta yığmışdır dözüm, səbr ilə, 

Ta əmir aparsın onu cəbr ilə, 

Sonra da otursun qürrələnərək. 

Alı! Niyə başını üzməyir fələk?! 

Zülmə ürək vermə, birdən güc gələr! 
Bir sınan bir daha hardan düzələr?! 
Ağacına balta vurursan neyçün? 

Onu kəsəndə də barı bir düşün. 

Nə qədər elm, hikmət bilirsə cahan, 

Bu div zəhərinə onlardır dərman. 

Əgər ağlın, ruhun kamilsə, əlbət, 

Sənin qulun olar qəzəblə şəhvət. 
Qovmaqçün bu iki divi dünyadan, 

Nə qədər peyğəmbər məhv oldu, aman. 
Sən ayaq altına alsan bunları, 

Adın uca olar, başın yuxarı. 

Nadanlıq camından məst olma gəl sən. 
Yoxsa, birdəfəlik əldən gedərsən. 

EVİN VƏ EV ƏŞYALARININ 
NİZAMA SALINMASI 

Xəzinə sahibi olan hökmüdar, 

Adətən çox kəndlər, şəhərlər salar. 
Ümumi binalar tikməklə haman, 

Həm savab qazanar, həm də ki, ad-san. 


141 



Düzdür, var-dövləti bir az əskilər, 

Ancaq çoxlarının işi düzələr. 

Kimin fi kr i varsa şəhər tikdirmək, 
Əvvəlcə bu işə pul qoysun gərək. 

Gözəl bir yer seçib bəyənər sonra, 

Böyük bir hasar da çəkdirər ora. 

Əgər açıq olsa şərqi, şimalı, 

Cənubu tutmağa xərcləmə mah. 

Gərək mümkün olsun kəhriz, arx qazmaq, 
Yaylağı, qışlağı olmasın uzaq. 

Duzu, kəci, gili, odunu bol-bol, 

At-eşşək üçün də olsun yaxşı yol. 

Y axında çay olsun, həm yaxşı ovlaq, 
Çölündə vəhşilər eyləsin yığnaq. 

Kənd salmaq fikrinə düşərsə əgər, 

Ağıllı adamlar belə eyləyər. 

Elə yer olsun ki, suyu olsun car, 

Qaçıb sığınmağa həm uca dağlar, 

Suyu şirin olsun, yeri məhsuldar, 

Y axşı əkin yeri, işlək adamlar. 

Şəhər yaxın olsun, şeyxi savadlı, 

Gölməli, hovuzlu, bağlı-bağatlı. 

Meydan, xəndək olsun ox atanlara, 

Bulaq yaxın olsun qocalanlara. 

Yeri hündür olsun, yoxsa sel basar, 
Pislərin yolundan həm olsun kənar. 

Ev tikmək istəsən, bir himinə bax! 
Elündür bir yer olsun, möhkəm də torpaq. 
Çalış yaxın olsun tarlaya, bağa, 

Y er olsun kürüyüb qarı yığmağa. 

Toıpaq yeri olsun, buğda anbarı, 

Mal üçün tövləsi, samanlıqları. 

Məscid də, hamam da, su da, bazar da 
Mərkəzdən olmasın gərək kənarda. 
Qızılın yoxdursa ev tikmək üçün, 

Qoy xaslar yanında yurd salsın köçün. 


142 



EV TİKMƏYİN ŞƏRTLƏRİ 

Qonşun bilməsən ki, kim olacaqdır, 

Ev üçün pul tökmək, bil ki, nahaqdır. 
Bir mərd və sınanmış qonşu tap ki, sən 
Ona qonşu olub ev tikdirəsən. 

Y anında ev tikdir bəxtiyarların, 

Dostluq et, biri ol sən də onların. 

Qonşu haqq- sayını daim əziz tut, 

Pis bir iş görsələr, atartma, unut. 
Qohumdan-qardaşdan çox düşmə uzaq, 
Özünü, onları incitmə nahaq. 

Hörmət et bir qohum olsa da yaman, 

O, ev düşmənindir, mütləq qorx ondan. 
Qohumu-qardaşı alçaltma bir an. 

Özün alçalarsan bununla, inan. 

Pullusan, qohuma öymə özünü, 

Səxavət etsən də, anla düzünü, 

Camaat möhtacdır, gözlər pərişan, 
Xalqa kömək eylə olduqca imkan. 
Xəstə yoxlamaqdan darılma əsla, 

Biri borc istəsə, yox demə pula. 
Yetimlər üstündən çəkmə gözünü, 
Dullara qəzəblə demə sözünü, 

Bağ, meyvə, odunun vardırsa əgər, 
Dulun, yoxsulun da payını göndər. 
Kimsədən əşyanı cizləmə nahaq, 

Bir susuz görəndə bulud kimi yağ. 

Əgər bir dost tutsan, gəl vennə əldən. 
Çalış bağladığın əhdi qırma sən. 

Oxşa qəribləri, hörmətlər elə, 

Qabaqla onları salamda belə. 

Oxşa qəribləri qəribsən əgər. 

Şəhərli isənsə evdə yer göstər. 

Sən çalış şükr elə haqqa hər zaman, 

Ta haqqı tanıyan, bilən olasan. 

Bir və’ də verdinsə yubanma, zinhar, 


143 



Bir borc eyləyəndə tez geri qaytar, 
Özündən güclüylə alver etmə sən, 

Y oxsa qızılını bada verərsən. 

Özündən kiçiklə sən ol qardaş tək, 
Özüqü qabıq say, dostu iç, özək. 
Aslanlar məskəni olan bir mənzil 
Namaz qılınmasa, viranədir, bil. 

Taətlə, xeyirlə ev olar abad, 

Xeyir olmayan ev olacaq bərbad. 

Evi məscid elə, yaşa bəndə tək. 

Doldur camaatı ver orda çörək. 

Qoy dostlar evinə bassınlar qədəm. 
Çalış düşməni də incitmə bir dəm. 

Kim edə bilməsə düşməni dost tək. 
Onun düşməniylə dost olar fələk. 
Məqsədim budur ki, şəhər əhlindən 
Y oxsullar pay, bəhrə görsünlər səndən. 
Kişi etməlidir xeyiri peşə. 

Ta ki, adı, evi olsun həmişə. 

Evi ədalətlə, dinlə tik ancaq 
Yoxsa bünövrəsi suda olacaq. 


DOSTLUQ VƏ VƏFANIN 
ŞƏRTLƏRİ 

Dostluqda dost ilə bir ol, səmimi! 

Bir qavıq içində cüt ləpə kimi. 

Bir fərq görünərsə dost arasında, 
İkiüzlülük var arada onda. 

Bu işdə yar olmaq, dost olmaq gərək! 
Y arsız iş aşmayır dünyada, gerçək. 

Nə qədər bir qəsdin, bir təmannan var, 
İnanma yar olsun onda sənə yar. 

Nə qədər öz arzun dalınca getsən, 
Qeyrə yox, özünə yar olarsan sən. 
Dosta öyüdlər ver, öyüd al ondan. 


144 



Ona irad tutma, ancaq heç zaman. 
Şəhərin şöhrəti olan bu dostlar, 
Məhəbbət ylundan düşmüşlər kənar. 
Onlar qırxmaq üçün dostluq edirlər, 
Çörəkçün, aş üçün əldən gedirlər. 

Dar gündə səninlə gec dost olarlar, 
Dost olar, tezcə də doyarlar, aşkar. 
Onlar var dostudur, alsalar əgər, 

Səni məhv edərlər, qəm də çəkməzlər. 
Dirəmin olarsa, dostun olacaq, 

Bu yolla dirəmi səndən alacaq. 

Yem versən, gözləri olacaq səndə, 
Hirslənib coşacaq yem verməyəndə. 
Dostluq, e’tibar olmasa əgər?! 

Bu məcazi dostlar sənə, aşikar, 

Həqiqi sirlərin üzünü açar. 

Bu dostluqda möhkəm olmasa hər kəs, 
O, dostluq yolunda bir yana getməz. 
Zahirin, batinin düz olsun gərək. 

Əhdi pozmayasan ta axıradək. 

Əhdinə sən vəfa etməsən, düzü, 

Səfa qibləsinə çevirmə üzü. 

“Ey insan vəfa et əhdə” dedi haqq, 
İnsan eşitmədi bu sözü ancaq. 

Vəfada it ondan yaranmış üstün, 

Atdan şöhrətlidir o, bax bununçün. 
Vəfaya cüt olan təmiz adamlar 
Vəfanı ismətdən üstün tutarlar. 


HEKAYƏT 

Deyirlər, ağıllı bir ustad vannış, 
Nacins bir şagirdə dərs oxudarmış. 
İllərlə qatlaşıb hər əziyyətə, 
Dözdü çox əzaba, çox müsibətə. 
Axır elm öyrənib, o, alim oldu, 
Natiq və qüdrətli bir həkim oldu. 


145 



Ucaldı mənsəbi, artdı dövləti. 

Şaha yaxın oldu, qalxdı şöhrəti. 

Əsil mayasında yox idi vəfa, 

Odur ki, ustadı salmadı yada. 

Ustadın zəhməti lap tələf oldu, 

Çünki öyrətdiyi naxələf oldu. 
Təmizlər vəfada olarlar tamam, 
Bədgövhər yaramaz, çiy olar müdam. 
Kim vəfa yoluna mərdana gəldi, 
Ordan comərdliyə qalxıb yüksəldi. 


COMƏRDLİK, KİŞİLİK 
VƏ İNSANLIQ HAQQINDA 

Öyrən insanlarda kişilik nədir, 
Comərdlik insanı şərəfli edir. 
İnsanlıq insana şüar olmalı 
Adamda kişilik vüqar olmalı. 
Özgəyə baxmasın xəyanət ilə, 
Baxmasın təmahla ya şəhvət ilə. 

O, diksin başını yerə həyadan. 
Qovsun həyasızı qapıdan haman. 
Ondan eşitməsin artıq söz bir kəs, 
Heç vaxt öyünməsin xəlq içrə əbəs. 
Y atmışa keşikçi olsun gecələr, 

Xalqa kömək etsin qüvvəsi qədər. 
Dilinin əzbəri bu olsun gərək: 

Dara düşənlərə kömək eyləmək! 
Hər vaxt pay ayırmaq yetimə, aca, 
Hər vaxt arxa olmaq dula, möhtaca. 
Özgənin eybinə göz yummaq ancaq! 
Başqa kəs sirrinə yol axtarmamaq! 
Pislik yol tapmasın onun halına, 

Pis şeylər gəlməsin heç xəyalına. 
Təmizlik, toxluqdur dostu, sirdaşı, 
Ancaq insanlıqdır onun yoldaşı. 
Odur seçilmişi zamanın ancaq. 


146 



Onunla mümkündür amanda olmaq. 
Dostuna çevirər ürək üzünü, 
Nəfsindən qoruyar hər vaxt özünü. 
Dönməz qılınc ilə vursan də əgər, 
“Şəkər” cəvab verər, desən də zəhər. 
O, eyib örtəndir, azad, həyalı, 
Xeyirxah, sevəndir elmi, kamalı, 

İş görər, işinə o, muzd istəməz, 
Öyünməz, nə də ki, alçalmaz əbəs. 

O, hər vaxt nəfsini sındırmaq üçün, 
Əgər nə lazımsa eyləyər bütün. 

Yüz əzab çəksə də, heç dönməz üzü, 
Verər çörəyini dadmamış özü. 

Budur, xoşbəxtliyə dünyadan nişan! 
Budur, ürəklilik, igidlik haman. 
Kimdə tapa bilsən bu sifəti sən, 

Çalış ki, ondan üz döndərməyəsən. 


ELM ÖYRƏNMƏK VƏ ALİMLƏRİN 
ŞƏRƏFİ HAQQINDA 

Əgər sən istəsən bir elm öyrənmək, 
Bütün ləzzətlərdən əllərini çək. 
Gecələr udmasan çıraq tüstüsü, 
Hardan öyrənərsən sən elmi, düzü. 
Elm, din dalınca lazımsa getmək, 
Lap Çinə qədər də gedəsən gərək. 
Elm oxu, dünyada kamaldan ötrü, 
Oxuma dövlətdən, ya maldan ötrü. 
Elmi kamillikçün öyrənməsən sən, 

Y axşı ad gətirməz o, sənə əslən. 
Elmi öyrənirsə kim zərdən ötrü, 
Biliyi xegirdən, zərərdən ötrü, 

Bir kəndin biliksiz xatibi olar, 

Əhli naəhldən seçməz, aşikar. 

Elmini kimsədən gizləmə nahaq, 
Susuz ürəklərə bulud kimi yağ. 


147 



Kamal sorağında olanlara sən, 

Çalış ki, varından bir pay verəsən. 
Alim ədalətə meyl etsə özü, 

Baxmaz var-dövlətə heç zaman gözü. 


ELM ÖYRƏNMƏK HAQQINDA 

Keçmiş elmlərdən qalan bir varaq 
Qızıldır onunçün sanki bir tabaq. 
Düzlüyü sevəndir, hiyləgər olmaz, 
Hamısı dəryada, batmaz, boğulmaz. 
Qanedir bir parça quru çörəyə, 

Bənzər nəfəsləri müşklü nafəyə. 
Süfrədə çörək yox, qazanda xörək, 
Kişilik kisəsi doludur, gerçək. 

Elm ağla yoldaşdır, sirdaşdır cana, 

Hər yerdə hasardır sənin ruhuna. 
Yuxlasan başında o, oyaq durar, 

Ölsən varlığına odur yadigar. 

Sən yemək istəsən olar dəyirman, 

Y ol göstərən olar yol getsən hər an, 
Cövhəri sularda çürüyən deyil, 
Odların içində əriyən deyil. 

Yol getsən, qəlbinlə o, yoldaş olar. 
Otursan ruhundan olar xəbərdar 
Heç kəs torpaqlarda gizlədə bilməz, 
Onu tufanlar da məhv edə bilməz. 
Şah, sərhəng də kəsməz onun yolunu, 
Oğru da bacarmaz aparsın onu. 


DÜZLÜK HAQQINDA 

Düzlük et ki, düzlər nicat taparlar, 
Hamıdan güclüdür düzlər, aşikar. 
Y axşı ad qazanar düz iş görənlər, 
Bişməmiş, çiy olar əyri gedənlər. 


148 



Yusif düxlüyilə taxta çatdı düz, 

Düzlük et, bəxt özü tutsun sənə üz. 

Tutsa ətəyini pis, yox qorxusu, 

Pis əl düz ətəyə neylər, doğrusu? 

Düz danışan adam düz yuxu görər, 

Yusif düz görmədi yuxunu məgər?! 
Düzlük olduğuyçün onda, doğrusu, 
Oyaqlıq açarı oldu yuxusu. 

Cırıldı köynəyi yaxşılıq üçün, 

Odur, mülkü oldu Misir büsbütün. 

Belə bir məqama çatan bir köynək. 
Gözlərə nur verər mö’cüzlə, gerçək. 
Kimin ki, bu sayaq köynəyi olar. 

Qurdun dərisini soyar parçalar. 

Bir ətək əl çəksə hava-həvəsdən, 

Bu sayaq tə’sirlər göstərər, hökmən. 
Mə’ruz qalmaymca çətinliklərə 
O, əziz olmadı heç də boş yerə. 

Etmədi dostuna əsla xəyanət, 

Odur, diləkləri oldu həqiqət. 

Əgər düz olmasa sözünlə işin, 

Boş bir köpükcükdür etdiyin sənin. 

Kor, kar deyilsənsə qorxma quyudan, 
Düz ol, əmir, şahdan qorxma heç zaman. 
Möhkəm ol, igid ol, şücaətli ol, 

Şəriət işində şir tinətli ol. 

Ruhunda sədaqət olarsa möhkəm. 
Zənnində tərəddüd etməzsən bir dəm. 
Olmasa batinlə zahir düz əgər, 

Sədaqət ətiri hardan törənər?! 

Y ara sədaqətin versə də kədər, 

Sən səbirli olsan, o da düzələr. 

Tanrı sadiqlərə ad verdi insan. 

Xoşbəxt o kəsdir ki, sidqə verdi can. 
Sədaqət güzgüdür əks edir səni, 

Sənin kamalını, sənin nəfsini. 

Dönmə sədaqətdən var olduqca sən, 
Çıxma doğrularm dairəsindən. 


149 



HİKMƏT HAQQINDA 


Düz görən fikirdən yaranar hikmət, 

Dini gözləməkdən güc alar hikmət. 
Haqqın sifətinə saldırar nəzər, 

Qəlb haqqın zatını isbat eyləyər. 

Sənin öz qəlbinə yatmayan sözü, 

Y axşı hesab etmir hikmətin özü. 

Lap yunan elmini bilsə alçaqlar. 

Ona həkim demə heç zaman, zinhar! 
Həkimin əvvəlcə əməlinə bax, 

Sonra dediyinə onun as qulaq. 

Həkim danışmayıb sussa da əgər, 
Ağıldır hər işi onun sərbəsər... 

Kitabdan, qaydadan gen düşsə hikmət, 
Onda nə nur olar, nə də kəramət. 

Kimin ki, yükündə belə matah var. 

Nitqi əməlinin dilində olar. 

Onun baxışları hikmətdir bütün, 

Sözü bir sevincdir xas, avam üçün. 
Həkim söhbətindən tanmar özü, 

Düz, ölçülü olar onun hər sözü. 
Həvəsdən, xəyaldan söz açmaz bir dəm, 
Arzu arxasınca o, basmaz qədəm. 
Havavü-həvəsi ağla tapşırar, 

Ağıl da alçaldar onu aşikar. 

Hiylənin, riyanın yolunu bağlar, 

O öz namusunu şərəflə şaxlar. 

O, hər nə bilirsə tullamaq olmaz. 

O, hər nə deyirsə, qələm götür yaz! 
Özünü aparar getmişlər kimi, 

Ancaq sədaqətdir onun həmdəmi. 
Xəyalla ünsiyyət bağlamaz bir an. 

Gözü önündədir əcəl hər zaman. 

Boş işə sərf etməz o, bircə dəmi, 

Yəqin olmayanı yazmaz qələmi. 

O, keçən günlərin çəkər qəmini, 


tfr’v. 150 



Dirəmdən ötəri sıxmaz qəlbini. 
Qocaya, cavana göstərər şəfqət. 
Varlıya, yoxsula rəhm edər fəqət. 
Kimsənin ürəyi inciməz ondan, 
İncisə, tez ələ gətirər haman. 

Y arımçıq bilikdən çox arı gələr, 
Çalışar, hər şeyi mükəmməl bilər. 
Çox yeyib-yatmağa eyləməz həvəs, 
Qürrəylə kimsəyə o, baxmaz əbəs. 
Hikmət sahibinin sirəti budur, 
Həkim olanların sifəti budur! 

Zənn edilən kimi olmasa əgər, 

Kim hər yaramaza həkim söyləyər?! 
Hikmət öyrənərək nur əldə elə, 
Könlünü sən nura qovuşdur belə. 


BİR NEÇƏ VACİB HAQQI-SAYIN 
YERİNƏ YETİRİLMƏSİ HAQQINDA 

Çoxmu baxacaqsan ona-buna sən? ! 

Barı bir ibrət al bu ölənlərdən. 

Sənə bir öyüddür öldükcə dostlar, 

Bu hicran ustaddır sənə aşikar. 

Olsa ürəyində ölüm fikri, sən 
Bu vardan-dövlətdən heç sevinməzsən. 
Əgər vermisənsə fürsəti əldən, 
Özünçün fatihə oxu onda sən. 
Ölümü-itimi unutma belə, 

Məzarı, əlhədi düşün, yad elə. 

İstər bir fəqir ol, istər əmir ol. 

Ölümdən qaçmağa yoxdur əsla yol. 
Ağıla gəlmədin, atan verdi can, 

Gözün açılmadı öləndə anan. 

Gördün övlad dağı, dost hicranı çox, 
Yenə gözlərində bir damcı yaş yox. 

Bu dəmir ürəklə, can ki səndə var, 


151 



Onu ancaq odla düzəltmək olar. 

Bir ölüm qurtarar səni bu qəmdən, 

O, səni ayıldar, oyadar həmən. 

Sən ona çalış ki, torpaq olasan, 

Bəlkə bu suçlardan İraq olasan. 

Sən ki, atan kimi gedə bilmirsən, 
Atanın adıyla nə fəxr edirsən? ! 

Atan düzəltdisə bağ-bağça, gülşən, 
Sən çalış, onları yeyə biləsən. 

Tutaq üzürlüsən, bağ düzəltməsən, 
Barı bu çalalı viran etmə sən! 
Əkmirsən, səpmirsən, öz kefmə bax! 
Atanın adını korlama ancaq. 

Sən ki, axşam sərxoş, səhər xumarsan, 
Atanın evinə haçan baxarsan? ! 

Ondan qalan irsi neyləyirsən sən, 

O, iki gecəlik xərcindir həmən. 

Qalx onun yerinə bir iş gör bu gün. 
Özü görməyibsə, sən gör onunçün. 

Y emədi, qoymazdı yoxsa bu qədər, 

Bir belə əkməzdi, yesəydi əgər. 

O səninçün qoydu, xərcləmə belə, 

Əsil övladsansa, ona da xərclə. 

Məgər o, deyilmi səni böyüdən?! 

Belə baxarıqlı, diribaş edən?! 

Gəl yandır ruhuna onun bir çıraq! 
Onun əməyini olmaz unutmaq. 

Altı borc vacibdir hər bir insana, 
Əvvəlcə borcludur o, yaradana. 

Sonra da borcludur ata-anaya. 

Şaha, müəllimə, həm ənbiyaya. 

Əgər bu borcları ödəsən, inan, 

Sən gedib Allaha yaxın olarsan. 
Onların haqqını unutma bir an! 
Xoşbəxtlər bu işi dərk edər haman. 
Onları sevməklə başlar ucalar, 

Əgər kin bəsləsə, insan alçalar. 


152 



İMADƏDDİN NƏSİMİ 


Dahi Azərbaycan şairi və mütəfəkkiri imadəddin Nəsimi 1369-cu ildə 
Şamaxı şəhərində anadan olmuş, 1417-ci ildə Suriyanın Hələb şəhərində iş- 
gəncəli şəkildə edam edilmişdir. Əsl adı Seyid Əlidir. Nəsimi əsası Fəzlullah 
Nəimi tərəfindən qoyulan Hürufilik təriqətinə mənsub idi və poeziyası vasitəsilə 
bu təriqəti yaymaq üçün Şərqin bir çox ölkələrini gəzmişdi. Nəsiminin türkcə 
divanı lirik və fəlsəfi qəzəllərdən, məsnəvilərdən, miistəzadlardan, müləmmə, 
rübai, tuyuq və qitələrdən ibarətdir. Əsasən əruz vəznində yazan Nəsiminin 
heca vəznində şeirləri də var. X əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur 
Hüseyninin şərəfinə ilk şeirlərini Hüseyni təxəllüsü ilə yazan Nəsimi əsərlərində 
vəhdəti-vücud ( panteizm ) fəlsəfəsini təbliğ edir, “ Əııəlhəq ” - “ Mənəm Allah ” 
düsturunu təkrar edirdi. Nəsiminin Azərbaycan, Türkiyə və Türkmən şerinə 
böyük təsiri olmuşdur. Fars və ərəb dillərində də qiymətli əsərlər yaratmışdır. 


QƏZƏLLƏR 

Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! 
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba! 

Çün ləbin cami-Cəm oldu nəfxeyi-Ruhülqüdüs, 
Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba! 

Könlümə heç səndən özgə nəsnə layiq görmədim, 
Surətim, əqlim, üqulim, cismü canım, mərhəba! 

Ey mələk sürətli dilbər, can fədadır yoluna, 

Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba! 

Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən? 
Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba! 

* * * 

Başını top eyləgil, gir vəhdətin meydanına, 

Ey könül, müştaq isən gər zülfünün çövkanma. 


153 



Aşiqin qanilə oynar dilbərin simin əli, 

Ey yalançı aşiq, əbsəm, girmə canm qanma. 

Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin, 
Dərdi dərmansızdır anın, çarə yox dərmanına. 

Canını qurban edəndir yar içün gerçək şəhid. 

Səd həzaran rəhmət olsun ol şəhidin canına. 

Zülfünün sirrin nə bilsin zahid, anı sor mana, 

Gər əsir olmaq dilərsən zülfı-canəfşanına. 

Gəl niqabın tərfıni gülgün yanağından götür, 

Ta gülüstan gülməsin ayruq güli-xəndanma. 

Xublarm bağında çoxdur fıtnəli nərgis, vəli 
Fitnəlik xətm oldu anm nərgisi-fəttanma. 

Lə’lü mərcandır dodağın, lö’löi-dürdür dişin, 
Afərin şol bəhri-kanın löTöi-mərcanma. 

Kirpiyin navək oxudur, qaşların çaçi kəman, 
Uğramaz aşiqdən özgə şol oxun peykanına. 

Ey Nəsimi, gər sözün mə’nisi bipayan deyil, 
Neçin irməz kimsənin fikri onun payanma. 

* * * 

Dünya duracaq yer deyil, ey can, səfər eylə! 
Aldanma anm alma, andan həzər eylə! 

Bir halə qərar eyləməz əyyam, keçər ömr, 

Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə! 

Payəndə degil dövləti, ey xacə, cahanın, 
Əsbabinə aldanma, gəl andan güzər eylə! 


154 



Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl 
Can ilə cahan ortaya qoy, tərki-sər eylə! 

Düşdü saçının zülmətinə könlüm, ilahi, 

Şol hali pərişanə bu şami səhər eylə! 

Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət, 
Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə! 

Gər Musiyi-lmran kimi şol narə sataşdı, 

Gəl, tabişini göstərü şərhi-şəcər eylə! 

Dünya evinin səltənəti beş gün imiş çün, 
Bünyadmı yıx, ər kimi, zirü zəbər eylə! 

Şol püstədəhanın xəbərin bildi Nəsimi, 
Şirinlərə şol tüngi- şəkərdən xəbər eylə! 

* * * 

Düşdü yenə dəli könül gözlərinin xəyalinə, 

Kim nə bilir bu könlümün fi kr i nədir, xəyali nə? 

Al ilə ala gözlərin aldadı aldı könlümü, 

Alını gör nə al edər, kimsə irişməz alinə. 

Qiymətini dodağının dəgmə xəsisə sorma kim. 
Mən bilirəm ki, can ilə susamışam zülalinə. 

Gözlərinə əsir olan halımı, oldur anlayan, 

Kim ki, bu halə düşmədi qoy vara kəndü halinə. 

Sirrini şol qara bənin çünki yanağı şərh edər, 

Can, nə ola nisar edəm yanağmavü xalinə? 

Dadlı sözündən utanır abi-həyat, məhv olur, 
Gülbəşəkər nə nəsnədir kim, irişə məqalinə? 


tfr’v. 155 



Hüsnü cəmalü surətin məclisi bərkəmaldır, 

Şərhü bəyanü vəsfinə əql irəməz kəmalinə. 

Üzünü, qaşını görən qarşubəqarşu, gözbəgöz, 
Sanma ki, baxa ol gögün bədrinə ya hilalinə. 

Aşiqi-sadiqin qanı yarə həlal imiş, vəli, 

Girsə əgər rəva degil dilbər anın vəbalinə. 

Ay ilə gün sücud edər surətini göricəgiz, 

Bu nə cəmalü hüsn olur, səlli-əla cəmalinə. 

Buldu Nəsimi çün səni, keçdi qamudan, ey sənəm. 
Qoydu hərini ətləsi, girdi əbavü şalinə. 

* * * 

Düşdü könül ala gözün ağmavü qərasinə, 

Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə? 

Gəldi fəğanə can yenə ney kimi, suzü dərd ilə, 
Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə? 

Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim, 
Eyləmişəm fəda anın canımı hər bəlasinə. 

Çünki cəfasız, ey könül, kimsə murada irmədi, 
Cövrə təhəmmül eylə, dur şol sənəmin cəfasinə. 

Nurü səfa içindəyəm qərğə, vəli, bu haləti 
Ol nə bilir ki, düşmədi mehri-rüxün həvasinə. 

Yekcəhət olğıl, ey könül, canü cəhanə ur qəfa, 
Yüzünü doğru dut həqə, ur qamunun qəfasinə. 

Hüsnü cəmalə baxmağa ari səfa nəzər gərək, 
Düşməsin arisiz nəzər ayinənin səfasinə. 


tfr’v. 156 



Dilbər əlində aşiqin qətli nədən lıəram ola, 

Aşiqə çün həlal edər vəslini qan bəhasinə? 

Çün bu yalançı dünyanın aqibəti fəna imiş, 

Keç qamudan Nəsimitək, baxma anın bəqasinə. 

* * * 

Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz, 

Çün müyəssər oldu vəslin, qeyri didar istəməz. 

Könlümə eşqini qismət çün əzəldən qıldı həq, 

Ta əbəd eşqindən özgə nəsnə, zinhar, istəməz. 

Könlümün Mənsuri çünkim, zülfünü edindi dar, 
Yə’ni ki, Mənsur olan zülfündə bərdar istəməz. 

Mən kəsildim masivallahdan bu gün, ey nıüddəi, 
Vahid oldum yar ilən, aşiq olan var istəməz. 

Bu dili-biçarədən sordum nədir dərdinə əm, 
Dilbərin lə Tindən ayrı hiç timar istəməz. 

Bu könül şəhrini çünki, hicr viran eylədi. 

Gəl ki, səndən özgə bir mə’murü me’mar istəməz. 

Çün ləbin abi-həyatidir həyati-ömrümün, 

Bu Nəsimi səndən ayrı leysə-fıddar istəməz. 

* * * 

Mana sənsiz cahanü can gərəkməz, 

Vüsalın var ikən hicran gərəkməz. 

Ləbi-ləTin zülal abindən ayru 
Şərabi-çeşmeyi-heyvan gərəkməz. 

Qəmindir könlümün təxtində sultan, 

Bir iqlimə iki sultan gərəkməz. 


157 



Yetər dərdin dəva müştaqə, niçün 
Ki, dərdin bilənə dərman gərəkməz. 

Gülüstanın gülü sənsiz tikandır, 

Mana sənsiz gülü reyhan gərəkməz. 

Gəl, ey aşiqlərin rizvanı - hüsnün 
Ki, sənsiz aşiqə rizvan gərəkməz. 

İki aləmdə didarmdan özgə, 

Mana, ey surəti-rəhman, gərəkməz. 

Vüsalın şərbətin içən mühibbə 
Fərağın ağusu çəndan gərəkməz. 

Mana səbr eyləmək sənsiz, nigara, 

Əgər müşkil, əgər asan - gərəkməz. 

Əzəldə qılmışam eşqinlə peyman, 

Bütün peyman, sınıq peyman gərəkməz. 

Kəsilməz gərçi vəslindən Nəsimi, 

Gözündən olduğun pünhan gərəkməz. 

* * * 

Kə'bə üzündür, ey sənəm, üzünədir sücudumuz, 
Ta ki, görə bu səcdəyi narə yana həsudumuz. 

Şəm’i-rüxün hərarəti yandırır, ey qəmər, bizi, 
Uşbu cəhətdən oldu kim, göylərə çıxdı dudumuz. 

Canımızı buraxmışız atəşi-eşqə ud kimi, 

Ta ki, səfavü zövq ilə eşqinə yana udumuz. 

Zülfü qaşınla kirpigin müshəfimizdir, oxuruz, 

Ey dilimizdə cümlə sən, göftümüzü şənudumuz. 


tfr’v. 158 



Zülfü rüxün hesabinə düşmüşüz üştə sayıruz, 
Kim nə bilir bu üqdəyi kim, necədir üqudumuz. 

Möhbətimiz sifati çün zati-qədimi-fərd imiş, 
Vahidi-bizəvalədir mərcə ilə süudumuz. 

Qaziyə nəsnə verməriz rüşvət içün bu də’vidə, 
Qaziyi-həq qatında çün adil imiş şühudumuz. 

Kafilə nun əzəldə çün illətimizdir, ey bəşər, 
Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz. 

Surəti-xəttü xalinə sacidü abid olmayan, 
Millətimizdə oldurur müşrikimiz, yəhudumuz. 

Maü məindən, ey fəqih, əsrəyübən iki demə, 
Çünki yeganədəndürür varid ilə vürudumuz. 

Düşmən üçün Nəsimiya, olma məlul, qəm yemə, 
Oldu əzəl günündə çün Fəzli-əbəd vüdudumuz. 

* * * 

Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni, 
Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni. 

Doğrusu, müştaq idik, cana, bəsi didarına, 

Ey gözü nərgis, üzü gülnar, xoş gördük səni. 

Gəlməyə çün afıtabü getməyə çün mahitab, 
Haliya, ey kövkəbi-səyyar, xoş gördük səni. 

Müddəilər tə’n urarlar irqətindən halıma, 

Bir dəxi bər kuriyi-əğyar, xoş gördük səni. 

Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin, 

Ey vüsalın dərdimə timar, xoş gördük səni. 


159 



* * * 


Ayrılıqdan yar mənim bağrımı büryan eylədi, 

Özünü bir yana saldı, məni bir yan eylədi. 

Zə’fərana bənzimi göndərdi ol birəhm yar, 

Düşməni xəndan edib, dostunu giryan eylədi. 

Aldı könlüm, qılmadı ol bivəfa bir gəz vəfa, 

Yıxdı rnə’mur şəhrini, gör necə viran eylədi. 

Canımın zəxmindən, ey can, xab gəlməz eynimə, 
Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi. 

Eşidərsə daş ərir həsrətdə alıü zarımı, 

Ol güləndam yarı gör, könlümü zindan eylədi. 

Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq, 
Tədbir ana neyləsin, təqdiri-yəzdan eylədi. 

Ey Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən, 
Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi. 

* * * 

Apardı könlümü məndən bu gün ol cənnətin huri, 
Götür pərdə camalından ki, sənsən eynimin nuri. 

Bu gün yövmilhesab oldu üzün dövründə, ey məhru, 
Məgər qopdu qiyamətlər, görə bilmən bu məzmuri. 

Minacat eylərəm dünü gün sənin dövlətli kuyində. 
Üzün nuri-təcəllidir, dəxi mən neylərəm Turi. 

Saçın həblül-mətinindən, nə qəmdir boynuma taxsan, 
Vəli me’raci-zülfündə asıldı, gör bu Mənsuri. 


tfr’v. 160 



Fəraqü mövnəti-hicrin yıxıbdır könlümün şəlırin, 
Nola bir gəz vüsalınla yapasan Beyti-mə ’muri. 

Şəha, lə’lin şərabından Nəsimi şoylə sərxoşdur, 
Olubdur valehü heyran, diləməz abi-ənguri. 

* * * 

Sənəma, üzün gülündən gülə-gülə gül utandı, 
Xəcil eylədi dodağın şəkəri, nabatı, qəndi. 

Qara qaşların yayından mana kirpik oxun atar, 

Ala gözlərin məgər kim, yenə qanıma susandı. 

Sitəm etmək ilə haşa ki, könül usana səndən, 

Kimə aydayım ki, anm sitəmində can usandı. 

Gözünü düzüb süzərsən, dilü cana qəsd edərsən, 
Bu nədir ki, sən qılırsan, çələbim, bəgim, əfəndi? 

Nə bahaya qiymət etsəm səni, ey şikari-dövlət 
Ki, cahan mətahi dəyməz qılma saçın kəməndi. 

Dünü gün iki gözümdən axıdır ənar danə, 

Cigərim qanilə gör kim, bu yüzüm nə xoş boyandı. 

Qara sünbülün niqabı ki, hicabı düşmüş aya, 

Götür, ey sənəm, üzündən ki, Nəsimi oda yandı. 

* * * 

Üzünü məndən nihan etmək dilərsən, etməgil! 
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil! 

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb, 
Aşiqi bixaniman etmək dilərsən, etməgil! 

Qaşların qövsündə müjganın xədəngin gizləyib, 

Ey gözü məstanə, qan etmək dilərsən, etməgil! 


161 



Canımı vəslin şərabından ayırdın, ey gözüm, 

Eynimi gövhərfəşan etmək dilərsən, etməgil! 

Qoymuşam eşqində mən kövnü məkanın varını, 

Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil! 

Bürqəi üzündən açarsan məgər naməhrəmə, 

Gizli əsrarı əyan etmək dilərsən, etməgil! 

Yandırırsan könlümü eşqində, mə’ lum oldu kim. 

Anı risvayi-calıan etmək dilərsən, etməgil! 

Doğruyam eşqində oxtək, kiıpigin tanıqdurur, 

Qəddimi neyçün kaman etmək dilərsən, etməgil! 

Çünki eşqin məskənidir könlümün viranəsi, 

Həsrətə anı məkan etmək dilərsən, etməgil! 

Çün yəqin bildi Nəsimi ağzının var olduğun, 

Ol yəqini sən güman etmək dilərsən, etməgil! 

* * * 

Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam, 
Qövsi-qüzehdir qaşların, yayma qurban olmuşam. 

Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, 

Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam. 

Kövnü məkandan keçmişəm, mə’ni şərabın içmişəm, 
Canana, üzün görmüşəm, başdan ayaq can olmuşam. 

Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm, 
Dağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam. 

Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm, 

Əmi mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam. 


tfr’v. 162 



Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm, 
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam. 

Uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm, 

Dana ilə nadan mənəm, həm inü həm an olmuşam. 

Gəh çıxmışam İsa kimi, çərx üstünə oturmuşam, 

Gəh varmışam Yusif kimi, Misirdə sultan olmuşam. 

Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm, 

Şimdi Nəsimiyəm, bu gün xak ilə yeksan olmuşam. 

* * * 

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm? 

Tacü təxtü mülkü malü xanimanı neylərəm? 

İstərəm vəsli-camalın ta qılam dərdə dəva, 

Mən sənin bimarınam, özgə dəvanı neylərəm? 

Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan, 

Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm? 

Çox dualar qılmışam mən xaliqin dərgahına, 

Çün muradım hasil olmaz, mən duanı neylərəm? 

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, 

Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm? 

* * * 

Sən mana, dilbər, yetərsən, özgələr yar olmasın. 

Bir olur yar iki olmaz, iki zinhar olmasın. 

Bağrımı doğrar fəraqm xarı, ey cənnət gülü, 

Novbahar olsun, gül olsun, arada xar olmasın. 

Doğrudur yarın yolu, doğru qayırma yarədən. 

Kim ki, doğru yol verər, anm yeri dar olmasın. 


163 



Ey səkiz cənnati-ədnin bağü bostanı üzün, 

Güldən anın gülşəni bibərgü bibar olmasın! 

Kim ki, didarmdan özgə nəsnə istər, ya dilər, 
Yetməsin lıəqdən nəsibi, əhli-didar olmasın! 

Firqətin dərdi məni bixabü giryan eylədi, 

Düşmənin ömrü tükənsin, bəxti bidar olmasın! 

Tutmuşam eşqinlə peyman, qılmışam hüsnünlə əhd, 
Andan özgə əhdü peyman, qövlü iqrar olmasın. 

Zülfünün dərdində, şaha, asılan Mənsur idi. 

Hər ki, Mənsur olmadı, zülfündə bər-dar olmasın. 

İmdi ki, eynindən ayru kimsə xoş bimar ikən, 
Yarəb, ol nərgisdən özgə kimsə bimar olmasın. 

Ey Nəsimi, qılma yarm sinini əğyara faş 

Ta ki, yar olsun bu sirrə məhrəm, əğyar olmasın. 

* * * 

Dünya çün mürdardır, igrən könül, mürdardan! 

Gül degil dünya, tikandir, nə umarsan xardan? 

Dünyada bir yar vəfalı kimsənə görmüş degil, 

Fariğ ol barı, nə hasil şol vəfasız yardan? 

Axirət darından istə hər nə məqsudun ki, var, 
Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardan! 

Müddəi cövrü cəfasın həddən aşırdı, vəli 
Y ar əgər yari qılarsa, qəm degil, əğyardan. 

Çün Nəsimi zahidin halını bildi kim, nədir, 

Meydən ikrah eyləməz, qafil degil xummardan. 


164 



* * * 


Surətin nəqşində könlüm, ey sənəm, heyran olur, 
Bir nəzər görsəm, camalın dərdimə dərman olur. 

Kənzi-məxfıdir sənin eşqin, yeri viran könül, 

Şol cəhətdəndir, şəha, gəncin yeri viran olur. 

Leylətül-qədr üştə zülfün, həq kitabıdır üzün, 
Qibləsi aşiqlərin bil, surəti-rəhman olur. 

Cövrünü hər kimsə çəkdi, lütf anındır bigüman, 
Dilbərin cövrü cəfası aşiqə ehsan olur. 

Mah-rüxsarm qatında kim ki, səcdə qılmadı, 
Divi-məl’ undur yəqin, anın adı şeytan olur. 

Nəfsini hər kimsə bildi, həqqi bildi bigüman, 
Zərxəridə qul isə, aləmlərə sultan olur. 

Yar ilə bir ol, Nəsimitək, cahanda fariğ ol. 

Kim ki, aldanmaz cahanda, müşkülü asan olur. 

* * * 

Məndən üzün yaşırma kim, səcdəgahım oldur, 
Seyr edərəm bu çərxi, xurşidü mahım oldur. 

Hüsnün çırağın, ey can, pərvanə kimi keçdim, 
Tarik içində rövşən göründü, rahim oldur. 

Pərhiz edərmi aşiq, ey eşqə münkir olan, 
Dersəm ki, tərkini ur, mənim çü şahım oldur. 

Kirpiklərinlə qaşın olmuşdur ismi-ə’zəm, 
Divdən dəxi nə qorxu, çünkim, pənahım oldur. 

Həq də’vidən şəhadət istərlər isə məndən, 

Mən onu bulmuşam kim, yenə güvahım oldur. 


tfr’v. 165 



Ey dünyanın rəisi, mənə həqir baxma, 

Mən necə müflis olum, çün izzü cahım oldur. 

Sən məndən olma qafil, istə ki, ta biləsən, 

Anı ki, tanımışsan, fəzli-ilahım oldur. 

Nəsimiyəm ki, düşdüm üzün gülündən ayrı, 

Bülbül kimi çəməndə fəryadü ahım oldur. 

* * * 

Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır, 
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. 

Ey sənəm, hicran əlində naleyi-zar eylərəm. 
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. 

Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam, 
Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır. 

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal, 
Ol günəş üzlü həbibim, lə’li-xəndan ayrılır. 

Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm? 
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır. 

Məhşəri-yövmül-hesab, qopdu qiyamət başıma, 

Ey Yusuf sürətli, məndən piri-Kən’an ayrılır. 

Ey cigərsuz nari-fırqətdən Nəsimi çarə nə? 

Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır. 

* * * 

Dodağın qəndinə şəkər dedilər, 

Cani-şirinə gör nələr dedilər? 

Dedilər kim, dəhanı yoxdur anın, 

Bixəbərlər əcəb xəbər dedilər. 


tfr’v. 166 



Can demişlər dodağına, hey-hey, 

Bu sözü gör nə müxtəsər dedilər. 

Şama bənzətdilər qara saçını, 

Arizin nuruna səhər dedilər. 

Əhli-mə ’ni xücəstə surətinə 
Mə’niyi-vahidüssüvər dedilər. 

Ənbərəfşan saçınla arizinə 
Yasəmin üzrə müşki-tər dedilər. 

Şəbi-yeldadurur saçın gecəsi, 

Surətin bədrinə qəmər dedilər. 

Kirpigin oxuna, qaşın yayma 
Aşiqin sinəsin sipər dedilər. 

Bax anm üzünə, Allahını gör, 

Əhli-mə ’ni budur nəzər dedilər. 

Həqdən olmuş irağ anlar kim, 

Səni, ey nuri-həq, bəşər dedilər. 

Ey Nəsimi, mühiti-ə 'zəmsən, 

Gərçi əlfazma göhər dedilər. 

* * * 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam. 

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün, 

Kəs sözünüvü əhsəm ol, şərhi-bəyana sığmazam. 

Kövni-məkandır ayətim, zatidürür hidayətim. 

Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam. 

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş, 

Həqqi bilən bilir ki, mən zənnü gümana sığmazam. 


167 



Surətə baxü mə’nini surət içində tanı kim, 

Cism ilə can mənəm, vəli cism ilə cana sığmazam. 

Həm sədəfəm, həm inciyəm, lıəşrü sirat əsinciyəm, 

Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam. 

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, 
Gövhəri-kan mənəm, mən uş, bəlırəvü kana sığmazam. 

Gərçi mühiti-ə ’zəməm, adəm adımdır, adəməm, 

Tur ilə künfəkan mənəm, mən bu məkana sığmazam. 

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm. 
Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam. 

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm. 
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam. 

Zat iləyəm, sifat ilə, gülşəkərəm nabat ilə, 

Qədr iləyəm bərat ilə, bəstə dəhana sığmazam. 

Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm. 

Gör bu odun zəbanəsin, mən bu zəbana sığmazam. 

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm. 
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam. 

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm, 
Dövləti-cavidan mənəm, ayinədana sığmazam. 

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, 
Məndən uludur ayətim, ayətə, şana sığmazam. 

* * * 

Diııləgil bu sözü ki, candır söz, 

Aliyü asimanməkandır söz. 


tfr’v. 168 



Şeş cəhətdən münəzzəh anlavü bax, 
Şöylə kim, xaliqi-cahandır söz. 

Nazilü münzil anla kim, birdir, 
Kəndi kənduyə tərcümandır söz. 

Tulü ərz ilə ümqü bulunmaz 
Yə’ni bihəddü binişandır söz. 

Bu hədisə nəzər qıl, ey aqil, 
Anlayasan ki, bigümandır söz. 

Ərşi-rəhman dedi nəbi könülə, 
Çünki gördü, könüldə kandır söz. 

Dedi ya kafüha, əyzə-bikə, 

Çün Əli bildi, müstəandır söz. 

Qeyri-məxluqdur, nə demək olur, 
Anla kim, imdi rayigandır söz. 

Əqli-küll ərşü kürsü, lövhü qələm, 
Çar ünsür, nöh asimandır söz. 

Zahirü batin, əvvəlü axir, 

Aşikaravü həm nihandır söz. 

Ey üqulu nəsəb edən isbat, 

Qaınuya söz de kim, hamandır söz. 

Kafü nundan vücuda gəldi cahan, 
Əgər anlar isən, əyandır söz. 

İsiyi-pak, Adəmü Əhməd, 

Mehdiyi- sahibəz-zəmandır söz. 

Bu bəyanı dilərsən anlayasan 
Kim, necəsi filan-filandır söz. 


169 



“Cavidannamə”yi gətirgil ələ, 

Ta biləsən ki, nəsnə candır söz. 

Sözə bu izzü cah yetməzmi, 

K’aydalar Fəzli-qeybdandır söz. 

Aqil isən sözünü müxtəsər et, 

Ey Nəsimi, çü bigirandır söz. 

* * * 

Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz, 
Küfrün sözünü dünyada iman dəxi bilməz. 

Buldum vücudun sübhi-əzəl vəhy ilə münzil, 
Vəchin sözünü dünyada bürhan dəxi bilməz. 

İblis əzəli lə’nət olub lə’nətə qaldı, 

Lə’nət sözünü dünyada şeytan dəxi bilməz. 

Musa əzəli qıldı vücudimi əsa çün, 

Musa sözünü dünyada İmran dəxi bilməz. 

Muşkil oluban çün bu sözü bilmədi kimsə, 
Müşkil sözünü dünyada asan dəxi bilməz. 

İnsan oluban camə geyib dünyaya gəldim, 
İnsan sözünü dünyada ehsan dəxi bilməz. 

LöTöi-əzəl şöylə könül dopdolu oldu, 

Lö’lə sözünü dünyada mərcan dəxi bilməz. 

Düxan əzəli kim, sözünü vermədi yarə, 

Düxan sözünü dünyada düxan dəxi bilməz. 

Gənci-əzəli şöylə könül daşdı töküldü 
Gəncüm sözünü dünyada viran dəxi bilməz. 


170 



Ey badi-səba, var, xəbəri yarə ilət kim, 
Hüdhüd dilidir bunu Süleyman dəxi bilməz. 


Zülfünə başın top edibən qoydu Nəsimi, 
Zülfün sözünü dünyada çövkan dəxi bilməz. 

* * * 

Ey əzəli can ilə cananımız! 
Eşqi-rüxündür əbədi şanımız. 

Kə’bə üzündə bizə, ey Fəzli-həq, 

Zülfü rüxün qibləvü imanımız. 

Vəchinə yazdı otuz iki hüruf, 

Hikmət ilə münşiyi-ərkanımız. 

Surəti çün əhsəni-təqvim imiş, 

Səndə zühur eylədi sübhanımız. 

“Səvvərəkəllahü əla şəklihi” 

Üştə nəbinin sözü bürhanımız. 

Mö’minə həq dünyanı zindan dedi, 
Möminə çox qalmaya zindanımız. 

Uymadı arif sözünə vaizin, 

Divə müti’ olmadı insanımız. 

Əvvəlü axırda üzündür, üzün, 
Sün’i-xuda, qüdrəti-yəzdanımız. 

Kim ki, sücud eyləmədi hüsnünə, 
Divi-lə’in olduvü şeytanımız. 

Can necə tərk eyləsin, ey can, səni, 
Çünki canın canısan, ey canımız! 

Pərdə üzündən götür, ey surətin 
Fəzli-ilahi ilə rəhmanımız. 


171 



Eynimə sənsiz tikan oldu cahan, 

Qandasan, ey tazə gülüstanımız? 

Ta biləsən kim, necədir, ey fəqilı, 

Adəmi-xaki ilə ehsanımız. 

Hüdhüdü Bilqeysə rəsul eylədi, 

Naməni göndərdi Süleymanımız. 

Cövr ilə yandırdı Nəsimiyi dust, 

Həm bu idi dust ilə peymanımız. 

* * * 

Var bu cahandan özgə bizim bir cahanımız, 

Surət bu aləm oldu bizə, ol məkanımız. 

Zatına həyyü baqi demişlər bu cövhərin, 

Şol kim, bizim-cahanımız olmuş bu canımız. 

Ey də’vət eyləyən bizi fırdövsə, eylə bil, 

Cənnətdən özgə vardurur ə Ta məkanımız. 

Cövhər ki, dutdu aləmi rövşən günəş kimi, 

Andandır aşikara bu gənci-nihanımız. 

Cövhərləri zühura gətirdi çü nitqi-həq. 

Gör kim, nə feyzə gəldi yenə bəhrü kamınız. 

Ol kim, bizim həqiqətimizdir xəyalımız, 

Y oxdur nişanı qılca, nə bilsin nişanımız. 

Sən bu Nəsiminin dilini anla, bil sözün 
Kim, var bu dildən özgə bizim bir lisanımız. 

* * * 

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm, 

Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm. 


172 



Həm Lövhü Tovratü Zəbur, İncilü Qur’anü Sühəf, 

Həm mən kəlami-natiqəm, həm cəm’i-Qur’ an gəlmişəm. 

Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm, 
Həm vəhyi-mütləq səylərəm, həm nuri-yəzdən gəlmişəm. 

Musa kimi didarma müştaqsan, gəl üştə gör, 

Anəstünaram, həm şəcər, Musi-bin-lmran gəlmişəm. 

Sevdan ilə məst olmuşam, həm içmişəm qəmdən müdam, 
Məsti-ələstin camıyam niçün ki, tüğyan gəlmişəm. 

Həm mən qələndərsurətəm, fərdəm, mücərrəd təcridəm. 
Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm. 

La-reybə-illa vəchəhu gəldi anın vəchində uş, 

Aləmdə hüsnün vəchinə mən vəchi-bürhan gəlmişəm. 

Hüsnü camalın nəqşini gördü əzəldə gözlərim, 

Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm. 

Mişkin saçın zülmatına yol bulmaq istər, Xızrı gör, 

Lə’lin şərabın içmişəm, mən abi-heyvan gəlmişəm. 

Gəlmiş cahana şərh edər şimdi Nəsimi həq sözün, 

Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm?! 

* * * 

Mən xərabati-əzəldən məstü heyran gəlmişəm, 

Eşq ilə yekrəng olub şadanü xəndan gəlmişəm. 

Saqiyi-inni-ənəllah cür’əsindən ta əbəd 

Məstü məstan, xəlvətindən məstü məstan gəlmişəm. 

Həqdürür qövli-ənəlhəq də’visi həqqa ki, mən 
Şahi-sultan məclisindən şahi-sultan gəlmişəm. 


173 



Ү axmışam, yandırmışam, kül qılmışam zərratımı, 
Lacərəm külli kül olub məhrəmi-can gəlmişəm. 

Mövc ilə, eşq ilə canım dürlü-dürlü dür saçar, 

Bu giransız eşq ilə dəryayi-ümman gəlmişəm. 

Tahiri qüdsi deyən ruhül-əmindir məntiqim, 

On səkiz min aləmin sirrinə pünhan gəlmişəm. 

Məqsədi-kövnü məkan sənsən, Nəsimi, çün bu gün 
Nə əcəb gər derisəm mən sirri-sübhan gəlmişəm. 

* * * 

Mən mülki-cahan, cahan mənəm mən! 

Mən həqqə məkan, məkan mənəm mən! 

Mən ərş ilə fərşü kafü nunam, 

Mən şərhü bəyan, bəyan mənəm mən! 

Mən kövnü məkanü kün-fəkanam, 

Bilgil ki, nişan, nişan mənəm mən! 

Mən surəti-mə ’nidə həqəm həq, 

Mən həqqi-əyan, əyan mənəm mən! 

Bir gövhərəmü qədim əzəldən, 

Ey gövhəri-kan, kan mənəm mən! 

Mən atəşi-nuri-eşqi-həqqəm, 

Musaya zəban, zəban mənəm mən! 

Mən cümlə cahanü kainatam. 

Mən dəhrü zaman, zaman mənəm mən! 

Mən ayəti-müshəfü kitabam. 

Ey nöqtədəhan, dəhan mənəm mən! 


174 



Mən qövs ilə həm kamanü tirəm, 

Ey tirü kaman, kaman mənəm mən! 

Cəmşidi-zamani-aləm oldum, 

Cəmşidi-zaman, zaman mənəm mən! 

Mən nəqşü xəyalü xəttü xalam, 

Mən hərfü lisan, lisan mənəm mən! 

Mən gənci-nihani, küntə kənzəm, 

Mən gənci-nihan, nihan mənəm mən! 

Mən zatü sifati-kün-fəkanam, 

Mən ruh ilə can, can mənəm mən! 

Mən kafirə mövt, müsibət oldum, 

Mö’minə iman, iman mənəm mən! 

Mən cənnətü abi-kövsər oldum, 

Ey səhni-cinan, cinan mənəm mən! 

Mən bəhri-mühitü həm giranam. 

Ey bəhri-giran, giran mənəm mən! 

Mən sirrəmü tövhidəm, hədisəm, 

Həm qeybü güman, güman mənəm mən! 

İnsanü bəşərsən, ey Nəsimi, 

Həq der ki, haman, haman mənəm mən! 

* * * 

Surətin nəqşində hər kim görmədi nəqqaşmı, 
Vahibi-surət anm gözsüz yaratmış başını. 

Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə 
Kim ki, zahir gönnədi şol mahi-bədrin qaşını. 


175 



Ləbləri şirin nigarın fırqətü hicranıdır, 

Axıdar yanınca şəm’in gözlərindən yaşını. 

Düşmədi batil xəyala, olmadı sevdası xam, 

Hər kimin kim, eşq oduyla həq bişirdi aşmı. 

Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün, 
Çünki mən sultanı buldum, neylərəm fərraşmı? 

Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün 
Xanəqalım şeyxini, meyxanənin övbaşını. 

Dəmbədəm sufi məlamət daşın atar aşiqə, 

Daşı qiymətsizdir anın, içini gör, daşını. 

Hasilin məscid bucağında gör axır kim, nədir, 
Ey məlamət eyləyən meyxanənin qəllaşmı. 

Yaşını yandırdı eşqin, həm qurusun könlümün, 
Kim ki, eşqə düşdü, yandırdı quruvü yaşını. 

Könlümün şəhrində eşqin bir imarət yapdı kim, 
Ta əbəd qoparmaz andan nöh fələk bir daşını. 

Canımı eşqin əzəldə yoldaş etmiş özünə, 
Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını. 

Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil, 
Həq bilir xəlqi-cahanm sinini, həm faşını. 

* * * 

Mərhəba, insani-kamil, canımın cananəsi, 
Aləmin cismi sədəfdir, səninisən dürdanəsi? 

Vəchini səb’ül-məsani oxuyan gündən bəri, 
Gör ki, nə divana düşmüş aşiqin divanəsi. 


176 



Ta səqahüm şərbətindən içdi bu xəstə könül, 
Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi. 

Çün bizə mə Tum olubdur mə’niyi-ümmül-kitab, 
Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi. 

Şol Xızır biçarə içmiş abi-heyvan dedilər, 

Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi. 

Əhsən i -təqvim bilən nəçük ənəlhəq deməsin? 
Bəs nədən bərdar olubdur Mənsurun divanəsi? 

Kafirin bütxanəsi var, mö’minin - Beytülhəram, 
Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi. 

Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır, 
Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi. 

* * * 

Sən sana gər yar isən var, ey könül, yar istəmə! 
Yarü dildar ol sana, sən yarü dildar istəmə! 

Bivəfadar çün bu aləm, kimdən istərsən vəfa? 
Bivəfa aləmdə sən yari-vəfadar istəmə! 

Gül bulunmaz bu dikənli dünyanın bağında çün, 
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə! 

Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər, 
Altunu tanı, zəğəldən ari dinar istəmə! 

Həqqə münkirdir fəqih, inanma ol şeytana kim, 
Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə! 

Ari göftar, ey könül, gerçəklərin nitqidürür. 

Hər diliəgridə yoxdur ari göftar, istəmə! 


177 



Cifədir dünya, anın talibləri adı kilab, 

Olma kəlb anın kim, oldu adı murdar, istəmə! 

Şərbəti ağuludur fani cahanın, sən anm 
Şərbətindən nuşudaru umma, zinhar istəmə! 

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit, 

Nəfsini yük etmə ana, ey səbükbar, istəmə! 

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün, 
Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə! 

* * * 

Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam, 
Ruhi-qüdsün nitqiyəm, sər ta qədəm nur olmuşam. 

Lövhi-məhfuzu mənəm, ruhül-əminin həmdəmi, 

Həşr üçün mizanü İsrafilü həm sur olmuşam. 

Bavücudam vəhdəti kəsrətdə isbat eyləyim, 

Musayam anəstünara, nur ilə Tur olmuşam. 

Gərçi qaibdir vücudum hər nəzərdən daima, 

Gör nə nazir, gör nə mənzər, gör nə mənzur olmuşam. 

Laməkanın gənciyəm, gərçi yerim viranədir, 

Eylərəm mə’mur anı, gör kim, nə mə’mur olmuşam. 

Surətü mə’ni mənəm, həm ism ilə, həm cisınü can, 
Gör necə mə’ni ilən surətdə məstur olmuşam. 

Şöhrət afətdir, usandım şöhrətindən aləmin, 

Gərçi həm ə’ladavü əfsəldə məşhur olmuşam. 

Atəşi-mehri-rüxün canımda tə’sir eylədi, 

Mən bu oddan yanıram, yə’ni ki, məhrur olmuşam. 


178 



Misr came’dir vücudum, anda qddım cüm’əyi, 

Gör nə şəhrəm, gör nə möhkəm qəl’əvü sur olmuşam. 

Zakirəm, zikr eylərəm, yə’ni ki, şeyxəm, sufiyəm, 

Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam. 

Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir, 

Çün mən ol məhbubu buldum, cənnətü hur olmuşam. 

* * * 

Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam, 
Kimdir məni bər-dar edən, bu şəhrə məşhur olmuşam. 

Qibləsiyəm sadiqlərin, mə’şuquyam aşiqlərin, 
Məqsuduyam layiqlərin, çün beyti-mə ’mur olmuşam. 

Musa mənəm kim, həqq ilə daim münacat eylərəm, 
Könlüm təcəlli nurudur, anın üçün Tur olmuşam. 

İrdim qaşın me’racma kim, qabü-qövseyin oldurur, 
Vüslət şəbindən gör məni, sər ta qədəm nur olmuşam. 

Bəzmi-əzəldə içmişəm vəhdət meyinin cür’ əsin, 

Şol cür’ədən kim, ta əbəd sərməstü məxmur olmuşam. 

Ey ay üzündür vəzzüha, vəlleyl imiş saçın qara, 

LəTin mana darüş-şəfa, oldur ki, rəncur olmuşam. 

Hər yana kim, dönər üzüm, yarı görə anda gözüm. 

Çün bu qəmindən qəm yedim, şadanü məsrur olmuşam. 

01 şahidi-qeybi mənəm kim, kainatın eyniyəm, 

01 nitqi-rəbbani mənəm kim, dildə məzkur olmuşam. 

Çün on səkkiz min aləmə oldu vücudum ayinə, 

Ol surəti-rəhman mənəm kim, xəlqə məstur olmuşam. 


179 



01 gizli gəncin sirriyəm kim, zahir oldu gövhərim, 

01 gövhərəm kim, gün kimi aləmdə məşhur olmuşam. 

Çün mən, Nəsimi, gövhərəm, gəncim sizə faş eylərəm, 
Mən bir dəli divanəyəm, gör kim, nə mə’mur olmuşam. 

* * * 

Dəryayi-mühit cuşə gəldi, 

Kövn ilə məkan xüruşə gəldi. 

Sirri-əzəl oldu aşikara, 

Arif necə eyləsin müdara? 

Hər zərrədə günəş oldu zahir, 

Torpağa sücud qıldı tahir. 

Nəqqaş bilindi nəqş içində, 

LəT oldu əyan Bədəxş içində. 

Acı su şərabi-kövsər oldu, 

Hər zəhr nəbatü şəkkər oldu. 

Tiryak mizacı tutdu ağu, 

LöTöi-müdəvvər oldu daru. 

Külli yerü gög həq oldu mütləq, 

Söylər dəfü çəngü ney ənəlhəq. 

Məscud ilə sacid oldu vahid, 
Məscudi-həqiqi oldu sacid. 

Hər qətrə mühiti-ə’zəm oldu, 

Hər zərrə Məsihü Məryəm oldu. 

Daşü kəsək oldu vərdi-nəsrin, 

Fərhad ilə Xosrov oldu Şirin. 


180 



Mə’şuq ilə aşiq oldu bir zat, 

Məhv oldu vücudi-nəfyü isbat. 

İman ilə küfr bir şey oldu, 

Dadlu ilə acı bir mey oldu. 

Şirkət aradan götürdü vəhdət, 
Vəhdətdən açıldı babi -rəhmət. 

Can ilə tən oldu bir həqiqət, 

Birikdi şəriətü təriqət. 

Əşya ikilkdən oldu xali, 

Baqi əhəd oldu layəzali. 

Ey talib, əgər deyilsən ə’ma, 

Gör və’deyi-külli mən əleyha! 

Rəf oldu hicab masivəllah, 
Əlqüdrəti-vəl bəqa’i-lillah. 

Qeyr odlu həlakü vəch qaldı, 

Bəhr oldu şu kim, bu bəhrə daldı. 

Gər açuq isə bəsirətin bax, 

Gör səndə həqi vü getmə irax. 

Gör sən səni kim, nə cismü cansan, 
Məqsudi-vücudi-kün-fəkansan. 

Çün mö’minə mö’min oldu mir’at, 
Mir’ atma baxü anda gör zat. 

Hər kimsə ki, əsridi bu meydən, 
Həyyi-əbəd oldu zati-heydən. 

Nəfsini tanıdı, bildi rəbbi, 

Tövhid yolunda əkdi hübbi. 


181 



Ey həqdən irağ olan əzazil, 

Gər div degilsən, adəmi bil! 

Adəmdə təcəlli qıldı Allah, 

Qıl adəmə səcdə, olma gümrah! 

Şeytani-ləinə uyma zinhar, 

Anın sözünə inanma, ey yar! 

Həqdən sana latətə’ə gəldi, 

Həm vəscüdü əqtərib denildi. 

Çalındı qiyamətin nəfıri, 

Ey sağır, eşitmədin səfiri. 

Həşrin günü gəldi, uyxudan dur, 
İnanmaz isən gözünü aç gör. 

Uyxudan oyan ki, məhşər oldu, 

Gör necə zəmanə pürşər oldu, 

Sur ünün eşitmədi qulağın, 

Dayındı bu köprüdən ayağın. 

Nəşr oldu, oyan, quruldu mizan, 
Həşr oldu, inan, bilindi yəzdan. 

Çün məhrəmi - qul-kəfa degilsən, 
Biganəsən, aşina degilsən. 

Hər kimsə ki, tanıdı bu canı. 

Bir zərrəyə saymadı cahanı. 

Y erdən çıxa gəldi dabətül-ərz, 

Uş sinini eylərəm sana ərz. 

Həm xatəm ola əlində fənnan, 
Yə’ni ki, mənəm bu gün Süleyman. 


182 rYD 



Musa mənəm, uş əsa əlimdə, 
Həqdən əzəli qılınc belimdə. 


Müşrikdən edər müvəhhidi fərq, 
Eyvah ana kim, işi ola zərq. 

Xəlqin alma basar əsayı, 

Yə’ni ki, bilin bu istivayı. 

Neçün ki, bu istivadadır həq, 

Ol maliki-mülkü həyyi-mütləq. 

Həqdən bu sirati-müstəqimi 
Bilgil ki, budur həqin nəimi. 

Çün sən keçəsən bu istivadan. 
Azad olasan qamu bəladan. 

Həm cənnətü hurü həm liqadır, 
Rəhman ilə ərşi-istivadır. 

Üzün bu cəhətdən ola beyza, 
Min fəzli-ilahəna təala. 

Adəm degil, həqq oldu bilgil, 
Məscudi-həqiqə səcdə qılgil. 

Fəzl istər isən həqiqətə var, 

Sə’y ilə dürüş və qılma zinhar. 

Əlfazi-Nəsimi gör nə candır, 
Dəryayi-mühitü kövnü kandır. 


183 



QASİM ƏNVAR 


Seyyid Əli bin Harım bin Əbiilqasim Hüseyni Təbrizi “Qasim ”, “ Qasimi ”, 
“ Qasimi-Ənvar ” təxəllüslərdə şeir yazan, dahi Nəsiminin mahir davamçısı 
məşhur Azərbaycan şairidir. O, 1356-cı ildə Təbriz şəhərinin yaxınlığında olan 
Sərab məhəlləsində anadan olmuş, təhsilini Təbriz şəhərində almış və cavan- 
lığını da bu şəhərdə keçirmişdir. Şair yaradıcılığa başladığı ilk illərdən döv- 
rünün məşhur Sufi mürşüdii, Səfəvi xanədanının banisi Şeyx Səfi Bərdəbilinin 
nəvəsi, Şeyx Sədrəddin ərdəbilinin müridi olaraq panteizm sufi təriqətinə meyl 
etmək və ömrünün sonuna qədər öz məsləkindən üz döndərməmişdir. 

Qasiııı Ənvar XIV-XV əsr Azərbaycan şairləri içərisində özünün irfani 
əsərlərilə son dərəcə böyük şöhrət qazanmışdır. Demək olar ömrii boyu Yaxın 
və Orta Şərq ölkələrini gəzmiş və bir miirşidi-kamil kimi özünə çoxlu müridlər 
toplamışdır. O, Gilan, Qəzvin, Xorasan, Herat, Bəlx, Səmərqənd şəhərlərində 
olmuş, hər yerdə böyük hörmətlə qarşılanmışdır. Heratda olarkən Teymurləng 
və onun oğlu Şahrııx tərəfindən alqışlansa da, yerli din xadimlərinin, şeyxlərin 
həsədinə məruz qalmış və Şahruxun oğlu Baysunqurun xahişilə Heratı tərk 
edib Səmərqəndə getmiş, bir müddət məşhur dövlət xadimi, alim Uluğ bəyin 
himayəsində yaşamışdır. Bir il sonra yenə də Xorasana qayıdıb Əbdürrəhman 
Canı iııiıı anadan olduğu Xərcüd kəndində məskən salmışdı. Bu yerin ürəkaçan 
abi-havası onu vətəni Təbrizə qayıtmaq fikrindən ayırmışdı. Burada ona bir 
bağ düzəltdilər və ömrünün sonuna qədər bu kənddə yaşayıb öz sufi təriqə- 
tinin təbliği ilə məşğul oldu. Qasim Ənvar 1433-cü ildə bu kənddə vəfat etdi 
və həmin yerdə dəfn edildi. 

Böyük hörmət əlaməti olaraq Uluğ bəy onun qəbri üstündə əzəmətli bir 
türbə tikdirdi və bu məqbərə elm-iıfan adamlarının ziyarətgahına çevrildi. 

Qasim Ənvarın Azərbaycan və fars dilində yazdığı şerlər divanından 
başqa, “Ənisül- aşiqin”, ‘ ‘Ənisül- arifin” , “ Təvəccahnamə ”, “Risaleyi-vücud”, 
“Sual-cəvab”, “ Risalətiil-Əmanə ” adlı əsərləri də məlumdur. 

QƏZƏLLƏR 

Zülfünlə, cəmalmla sənin sərxoşluq hər an, 

Ayüzlü vəfalım mənim, ey qəlbimə soltan! 

Ey şanlı gözəl indi bu vadidə zühur et, 

Göstər üzünü nurilə dolsun bu biyaban. 


184 



01 gün ki, sənin eşqin ilə badələr içdik, 
Olduq əbədi məst o gülrəngli şərabdan. 


Cırdıq bu həya pərdəsini yüz para etdik, 

Get sən də riya pərdə tik, ey zahidi-nadan! 

Bu gün ki, mənim mehmanım olmuş o nigarım. 
Ey çəng səsi saz elə, ey ud bir az yan! 

Bağlandı könül öz yarınım eşqinə indi, 

Min çak edərəm xirqəmi eşqində a canan! 

Allaha şükür keçdi qışın şiddəti, bax gör 
Açdı baharın gülləri çöl oldu gülüstan. 

Zahid diləyir tövbə edim sevgidən, amma 
Bilmir ki, mənə tə’sir edəmməz belə hədyan. 

Eşq oldu mənim qəlbimə hakim, bu yəqindir, 
Qasim yaşadıqca olacaqdır üzü xəndan. 

* * * 

Çəkir hər gün o nazlı fərzanə 
Gözünə sürmə, zülfünə şanə. 

Canının mülkünə qəza venniş 
Sirri-həqdən kəlamı dövranə. 

Öylə sərməst nazənindir ki, 

Hər kəsi gördü verdi peymanə. 

Kim alıb içdi badəsini, 

Çəkdi bir nə’rə məstü-məstanə. 

Zahidə verdi təsbihi möhrü 
Aşiqə verdi nəş’ə, meyxanə. 

tfr’v. 185 



Sənin eşqində bu dəli könlüm, 

Gah şam oldu, o gah pərvanə. 

Hər kəsin ne’məti düşər payına 
Uşağa süd və quşlara danə. 

Yarı mədh eylə ey könül daim, 

Başqa hər şeyə, rəvayət, əfsanə. 

Aç niqabı ki hüsnünə Qasim, 

Qurban etsin özünü şükranə. 

* * * 

Yarıma deyin a dostlar, nədir indi onda fərman. 

Nə əlac edim bu dərdə, nə dəva edim, nə dərman? 

Y andırıb yaxır oduyla, külə döndərir bu canı 
Məni məhv edir qəmi-eşq, halımı edir pərişan. 

Ürək ovlayan dil ilə ona şərh edin bu halı, 

Deyiniz ki, min işarə yaradır bu küfrü iyman. 

Biri zülmət ilə nurdur, birisi dolu fərəhlə, 
Bədənim təlaş içində, ürəyim ümidlə xəndan. 

Göstərib camalı, hüsnü aləmi digərgun etdin, 

Y ayılıb cəhanə indi necə ahü nalə, əfqan. 

Qasimi açıq göz ilə baxıb aləmə nə gördü: 

Hər tərəf cəmali-mə’ni, hər tərəf kəmali-irfan. 

* * * 

Məst idik, nəğmələrinlə belə hüşyar olduq, 
Yatmış idik səsinə, sevgili bidar olduq. 

Eşqinin meykədəsindən cana min şur düşüb, 
Ataraq zünnan səccadəni pərkar olduq. 


tfr’v. 186 



Dedilər ki, o gedib dəmsaz olub rindlərilə, 

Əl çalıb rəqs edərək nəş’əli x ummar olduq. 

Anlayan dəmdə ki, olmur bizə vəslin qismət, 
Qəm, kədər basdı bizi hər şeyə bizar olduq. 

Hər zaman ki, səri-kuyindən əsir badi-səba, 
Tikan olsaq da o dəm ətirli gülzar olduq. 

Üzünün nuru düşən dəmdə saralmış üzümə, 

Bu səfadən gözəlim, Qasimi-Ənvar olduq. 

* * * 

Gözüm qanla dolu, halım pərişan 
Bədən üryan, xəzinəylə dolu can. 

Yar ilə aşina olsan görərsən, 

Firidun gəncidir o nazlı ceyran. 

Bu aləmdə qopar min fitnə, qovğa 
Əgər salsa üzə zülfü o canan. 

Olur cari gözümdən qanlı yaşlar, 

Gönül aşüftədir bil, əql heyran. 

Muradı aşiqin-yarm cəmalı 
Ki, artır günbəgün hüsnü firavan. 

Nigarın vəslidir Qasim duası, 

Nolaydı, kaş biteydi tez bu hicran. 

* * * 

Dənizlər dərk edər könlüm görəndə bircə dürdanə, 
Cəsamətli ağac görrəm tutanda əldə bir danə. 

Cahanın pərdəsin yırtdım bütün əsrarə yol açdım, 
Bəşarətlə baxıb gördüm bütün təqlidi əfsanə. 


187 



Ү arm hüsnü cəmalını günəş tək aşikar gördüm, 
Mənimçin olmadı fərqi bu Kə’bə, deyrü bütxanə. 

Bu dünyada keçən dəmdə məlamət dağlarından mən, 
Bütün aşiqləri gördüm mənim tək mərd, fərzanə. 

Olub meyxanələr küncü məqamı şurü sovdanm, 
Onunçün mənzilim oldu mənim də künci-meyxanə. 

Baxanda aləmə Qasım açıq gözlə, yə’qin etdi 
Nəzərdə bircə şam vardır hamı bu şamə pərvanə. 

* * * 

Könlüm, əgər sövdalisən aşiqlərə həmxanə ol! 
Aşiqlər içrə hər zaman eşqində sən mərdanə ol! 

Kim ovcuna qoysa qədəh, versə qulaq avazına, 

Sən badəni nuş eyləyib, bəhrində bir dürdanə ol! 

Nakəslərdən üz döndərib, əhli-riyanı rədd elə, 
Oldunsa xəznə sahibi, öz xəznənə kaşanə ol! 

Könlüm, əgər aşiq isən sidqilə sev öz yarını, 

Sevda meyi içdikdə sən, dürlə dolu peymanə ol! 

Yüz yol dedim aşiqlikdən dəm vurursan həmişə sən 
Yarm hüsnü camalının şəm'inə bir pərvanə ol! 

Daim Allah dərgahından belə xitab gəlir sənə: 

Aşiq olsan kuyimizdə çalış daim divanə ol! 

Qasim, sən nə təkəbbürlə öz eşqini mədh edirsən, 
Hünərin var yara bağlan, özünəsə biganə ol! 

* * * 

Dust məhmildə, yə’ni canda can. 

Bəs cərəs neyçün edir böylə fəğan?! 


188 rYD 



Saqiya, dur mey gətir, başə çəkim 
Məst olub sirlər açım mən an bə an. 

Bircə güpdən olsa da bu al şərab 
Onda vardır eşqdən min cür nişan. 

Eşqdir daim bizə yol göstərən 
Ki, odur insanın əsli hər zaman. 

Ver yenə saqi iki-üç cam mey, 
Gəlmişəm canə xumardan, əl’-əman 

Qoy verim sirri-məlayikdən xəbər 
Söyləyim ta ki nədir kövnü məkan. 

Həqqi nahəqdən ayırmaz hər səfeh, 
Hər gələn bilməz nədir bu dastan. 

Bir-iki gün gözlə, ta mən şərh edim 
Kim necə tərtib tapmış, kəhkəşan. 

Qasima, sən sus daha açma dili 
Çünki yoxdur quş dilini anlayan. 

* * * 

Gəl gözəl, badə içək, bəsdi kədər, 
Kim şərab içmədisə gördü zərər. 

Çatdırır eşq bizi həqqə bu gün, 
Görməmişdir belə bir eşqi bəşər. 

Daha yar vəsli üçün qəm çəkmə, 

Elə et ki, olasan əhli-nəzər. 

Könlümü aldın, ayaqdan düşdüm, 
Sən məni heyrətə saldın dilbər! 

Mən belə hüsnü camal görməmişəm. 
Nə gözəldir yanağın, tazə vü tər. 


189 



Kim səni gördü fərəlınak oldu 
Daha bir şey diləməz zərrə qədər. 

Eşq gəldi canma Qasiminin, 

Edəcək sonda onu zirü zəbər. 

* * * 

Məscid ilə meyxanə, ya Kə’bə və bütxanə. 
Məqsud məhəbbətdir, biqi bütün əfsanə. 

Göstər üzünü cana, ta şərh eləyim mən də, 
Xəlq oldu neçin dünya, varlıqdakı mə’na nə?! 

Elər kəsdə olan surət xəlq oldu əzəl gündən, 
Sən hüsnünə aşiqsən, mən də sənə divanə. 

Ey qibləm əziz yarım, ey canü cəhanım bil, 
Didarmı əks eylər Kə’bəylə bu meyxanə. 

Dildar mənə söylər: bax gör nə təfavüt var 
Mən nur ilə şəm’əm, sən zülmat ilə pərvanə. 

Sən nurə yaxınlaşsan aydın görəcəksən ki, 
Ölməz əbədi varlıq, qalmaz belə viranə. 

Ey Qasimi, noqsanm bil hökmi xüdidəndir 
O, bildi əzəl gündən gəldin necə dövranə. 

RÜBAİLƏR 

Qəlbimdə bir yarm məhəbbəti var, 

Eşqinin meyilə olmuşam xumar. 

Elüsnünü, zülfünü görəndən bəri, 

Dolanır başıma bütün ruzigar. 

Qoca bir filosof etdi nəsihət: 

Amandır sevgilə bağlama ülfət. 

Sözünə baxmadım, hicran dağını - 
Başıma endirdi, sevgi, məhəbbət. 


190 



Belə bir xahişim var nigarımdan: 
Məst etsin məni bir şərabla haman, 

O qədər məst olub xəbər tutmayım 
Özümdən, varlıqdan, qoca dünyadan. 

Ey gözəl, eşqindən olmuşam rüsva, 
Nurinlə gözlərim tapıbdır ziya. 

Hara baxıramsa səni görürəm 
Olmuşam yolunda valehü şeyda. 

Bu canla bu cahan, bu aləm bizik. 
Dünyanın rövnəqi o adəm bizik. 
Dirilən zamanda nəfəsimizlə 
Bilərsən dirildən nəfəs dəm bizik. 

Ey gözəl, biz sənə olduq tələbkar, 
Sənsən nur mənbəi, səmimi dildar. 
Ey sadiq məsləkdaş səni istərik, 
Sənsən bu aləmdə vaqifi-əsrar. 

Rütbədə qarınca olsaq da bu an, 
Yenə də çox işdə bizik hökmran. 

Bir ləhzə gədayıq, bir ləhzə şahıq, 
Biz öz halımıza olmuşuq heyran. 

Y arını itirən zavallı mənəm, 

Zəhər içirmişdir mənə dərdü qəm. 
Onunçün edirəm ahü nalə ki, 

Murada çatmayan dünyada mənəm. 


191 



MİRZƏ CAHANŞAH HƏQİQİ 


XV əsr Azərbaycan tarixinə görkəmli şair, vətənpərvər və müstəqil siyasi 
görüşlərə malik bir dövlət xadimi kimi daxil olan Həqiqi ( 1397-1467 ) Cənubi 
Azərbaycanın Xoy şəhəri yaxınlığındakı kənddə anadan olmuşdur. O, Qara- 
qoyunlular dövlətinin banisi Qara Yusifin iiçüııcü oğludur. 

Həqiqi gənc yaşlarından şerə, musiqiyə, xüsusən xalq ədəbiyyatına böyük 
həvəs göstərmiş, elmə və maarifə dərin rəğbət bəsləmişdir. 

Cahanşah Həqiqi hakimiyyət başına gəldikdən sonra qanlı müharibələrə 
son qoymuş, Qaraqoyunlu dövlətini möhkəmləndirməyə nail olmuşdur. O, bir 
sıra köçəri-tərəkəmə adət və ənənələrinə qarşı çıxaraq, köçərilərin oturaq 
həyata keçmələrinə çalışmışdır. 

Cahanşah Həqiqiniıı mütərəqqi fəaliyyəti və müstəqil siyasəti ruhanilər və 
bir sıra qonşu dövlətlər tərəfindən düşmənçilik hissi ilə qarşılanmış, nəticədə 
o, 1467-ci ildə Ağqoyunlular dövlətinin başçısı Uzun Həsənlə vuruşmalı 
olmuş, lakin mühasirəyə alınaraq öldürülmüşdür. 

Cahanşah Həqiqi Azərbaycan və fars dillərində qəzəl, məsnəvi və rübailər 
yazmış, onların hamısını bir divana toplamışdır. O, dövrünün mütərəqqi ide- 
yalarının təbliğatçısı, həqiqi eşqi və gözəlliyi tərənnüm edən bir şair kimi 
şöhrətlənmişdir. 


QƏZƏLLƏR 

Y arm gərək ki, mehri -ruxu dilpəzir ola, 

Ta hüsnü xülq içində cahanda əmir ola. 
Hər kim ki, qılmaya nəzər ol hüsnü surətə, 
Yoxdur bəsirət anda gər əhli-bəsir ola. 
Hüsn ilə çun nəzər bulunmaz cəmalına, 
Aləmdə ol yeganə məgər binəzir ola. 
Biçarə, eşqə neyləyə tədbirü çarəsin, 
Mə’şuqə şahi-aləmü aşiq fəqir ola. 

Tovhid içində nükteyi-əsrarı bilmişəm, 
Sahib-nəzər gərək ki, bu hala xəbir ola. 
Mənsuri-eşq olanda Həqiqi ze fəzli-həq. 
Anın müini ayəti-ne’mən nəsir ola. 


192 



* * * 


Hər aşiqin ki, naləvü dərdi ze can ola, 
Canan yolunda aqibət ol canfəşan ola, 
Yarın qəmində tərki-cahan etməyən könül, 
Ol can deyil ki, xilqət ana cavidan ola. 
Biminnəti-fəraq vüsalın tələb qılan, 
Vacibdir ol fəqirə kim, ol tərki-can ola. 
Dərdü fəraqü möhnətü ənduhi hicrü qəm, 
Yarm yolunda cümləsi bir gülsitan ola. 

Hər kim ki, başını sala dər asitani-dust, 
Təxti şəriri səltənət ola, asitan ola. 
Əsrari-eşq içində Həqiqi, to dəm məzan, 
Hər kimsənin məratibi əz xod əyan ola. 

* * * 

Ey məni dami-saçm çəkdi səri-darma, 
Canımı yaxdı qəmin atəşi-ruxsarına. 
Məskəni-ə’raf imiş, ayinəsi saf imiş, 

Kim ki, qul oldu bu gün sən büti-əyyarma. 
Ey əzəlin rövzəsi vəsli-ruxun aşiqə, 
Bülbüli-məst olmayan irmədi gülzarına. 
Sünbüli-pürtabmın damma düşdü könül. 
Canımı qıldı əsir, çeşmi-diləfkarına 
Ol büti-əyyarənin dərdü qəınü həsrəti, 
Bağrımı qan eylədi, yaxdı məni narına, 

İçdi Həqiqi əzəl xəmrəni əz cami-eşq, 

Ta kim, irişdi ləbin badeyi-gülnarma. 

* * * 

Yarəb, nə nur imiş ki, məni yaxdı narına, 
Yarəb, nə zat imiş ki, məni çəkdi darma. 
Sübhi-əzəldə qıldı müəttər dimağımı, 

Ta əsdi dan yeli saçının mişkbarına. 
Kəhli-bəsiri-didə qılan xaki-payini, 

Gər bir güzər irişsəm anın kuhsarına. 
Xalivü çeşmü qəmzəsi aşüftə könlümü 


193 



Çəkdi kəməndi-zülfünə, saldı şikarına. 
Bağrım qanın gözümdən axıtdı qəmi-ruxi, 
Simin əlini qıldı anınla nigarına. 

Dövründə lə’lin meyi əsrütti ta əbəd, 

Şol badədən ki, kimsə irişməz xumarına. 
Bağrımın işvə birlə qılır yara qəmzəsi, 
Yarəb, nə işvədir ki, qılır qəmzə yarma. 
Yarından ayrı yandı Həqiqi fəraq ilə, 

Gəlgil təfərrüc eylə anm ahü zarına. 

* * * 

Qıldı ınünir aləmi şahidi-mən cəmal ilə, 
Müshəfı-rəbb imiş ruxi ayəti-xəttü xal ilə. 
Çeşin ilə zülfü xalmm dərdü qəmü fəraqmı, 

Gəl mənə sor ki, canımı yaxmışam ol xəyal ilə. 
Cami-ləbində cür’əsi badeyi-eşq imiş məgər, 
Məsti-ələst edər bizi kövsəri-zülcəlal ilə. 
Hüsnünə çun zəmanədə kimsə bərabər olmadı, 
Tutdu cahanı sərbəsər hüsnüləvü cəmal ilə. 

Ey məni dağü həsrətə yandırıban həlak edən, 
Gəl nəzər eylə halıma, qoyma məni bu hal ilə. 
Təşnə ləbəm deyən könül gövsəri-canfəzasma, 
Eyni -həyata vəsl ola səlsəbili-zülal ilə. 

İşvəvü naz ilən məni gərçi yaxar cəfasına, 
Rəngimi laləgun edər ləbləri xəmri-al ilə. 

Al ilə ol qara gözün qəmzəsi dəldi bağrımı, 
Dövri-zamanə fitnəsi yaxdı məni bu al ilə. 
Eşqi-ruxunda dilbərin ol irişür murada kim, 
Canü cahanı varlığın tərk edə mülkü mal ilə. 
Verdi Həqiqi könlünü şahidi-laməkana çun, 
Şövkəti-cavidan dilər rəhməti-layəzal ilə. 

* * * 

Talibi-yarəm əzəldən, yara müştaqam yenə, 
Cənnətin kuyində ol dildara müştaqam yenə. 
Gərçi didarında yetdi canü dil məqsuduna, 
Həmdillah ki, mən ol didara müştaqam yenə. 


194 



Dünyəvü üqba həram oldu mənə bivəsli-yar, 

Yar ilən yaram əzəldən, yara muştaqam yenə. 

Eşqinin əsrarını faş etmişəm aləmdə mən, 

Gəl bu sirri gör kim, ol əsrara muştaqam yenə. 
Qılmışam “Şəhnaz” ilən “Üşşaq” şərhin dər “Əraq” 1 , 
Bu məqamından mən ol ədvara muştaqam yenə. 
Cənnət-abadi-səri-kuyindən ayrı dilbərin, 
Bülbüli-aşüftəəm gülzara muştaqam yenə. 

Çun Həqiqi də’viyi-Mənsur əgər qılsam nola 2 , 
Nasiri-mənsura heyran, dara muştaqam yenə. 

* * * 


Düşmə zəmanə fikrinin dərdi-sərü xəyalinə, 

Olma həris dünyənin gəncinə, mülkü malinə. 
Cənnəti-vəsli-dilbəri gəl tələb et ilahidən. 

Cənnətə vasil olmayan irməz anm vüsalinə. 

Xülq iləvü cəmal ilə məndən apardı mənliyi, 

Afərin ol cəmilənin xülqüləvü cəmalinə. 
Əhsəni-hüsni-surətə səcdə gətir, ibadət et, 

Ta biləsən bu surətin hüsnü nədir, cəmali nə. 

Ağzınavü miyaninə hər necə kim baxım dedim, 

Zəitəcə irınədi mənim əqlim anm xəyalinə. 

Saçlarının kəmənddən çəkdi apardı könlümü, 

Canı müğəyyəd eylədi damü bəladə xalinə. 
Ləm’eyi-hüsni-surəti-tə’nə bir afıtab edər, 

Qüdrət əli çəkər qələm qaşlarının hilalinə. 

Xilqətinin turabma arif isən sücudə gəl, 

Ta yetəsən bu xilqətin mə’rifətü kəmalinə. 
Lütfı-cəmali-vəslini gəl tələb et Həqiqiya, 

Şaibə qılmagil anm lütfünəvü cəmalinə. 

Canü cahanı tərk edib eşq ilə gəl bu ərsəyə, 

Düşmə bu çərxi-kəcrovun irsinəvü məlalinə. 

1 “Şəhnaz”, “Üşşaq” və “Əraq” sözlərində lütf-söz oynaqlığı vardır. Həmin sözlər 
eyni zamanda musiqi terminləridir və Rast muğamının məşhur guşələridir. 

2 Nə olar. 


195 



* * * 


Yolunda canını tərk etməyən vəfa bilməz, 
Fəraq əlində bəla çəkməyən cəfa bilməz. 

Saçın səvadmı vəlleyliyə qılmayan təşbih. 
Yüzündə ayəti-vəşşəmsü vəzzüha bilməz. 
Cahanı tutdu niyaz ilə zahidi-təqva, 

Onun həqiqətini saliki-riya bilməz. 

Təvafi Kə’beyi-kuyindən istəyən abid, 

Becoz vüsali-ruxət Mərvəvü-Səfa bilməz. 
Rəqibi sor mənə, qılma anm hekayətin, 

Biganə haləti hər əhli-aşina bilməz. 

İlahi olmasın ol dil ki, əz səri-ixlas, 

Bu canə danəvü damında mübtəla bilməz. 
Hicabi-zülmət ilən bağladı bəsirətini, 
Qubari-payini hər kim ki, tutiya bilməz. 
Nəvayə yetdi Həqiqi muradi-vəslindən, 

Anın muradını hər əhli-binəva bilməz. 

* * * 

Gəlgil ki, səndən ayrı dəxi yar bilmənəm, 
Bigülşəni-vüsali-to gülzar bilmənəm. 

Vermən bu çərxi-kəcrovi-qəddarə könlümü, 

Ol təcridəm ki, aləmi-qəddar bilmənəm. 

Eşqin qədimü mehri-ruxun layəzal imiş, 

Mən bundan özgə nükteyi-əsrar bilmənəm. 
Xəmri- ləb indən əsrimişəm, ya ze xumari-mey, 
Xəmri-ləbin kimi dəxi xummar bilmənəm. 
Mənsurivar əgərçi məni darə çəksələr, 
Darüş-şəfa derəm mən ani, dar bilmənəm. 

Gər qoymuşam libasımı meyxanədə girov, 
Sərməsti-badəəm sərü dəstar bilmənəm. 
Şəm’i-ruxunda canımı pərvanə qılmışam. 

Ol narə düşmüşəm dəxi mən nar bilmənəm. 
Peyvəstə qaşların kimi mehraba baxmanam, 
Məstanə gözlərin kimi əyyar bilmənəm. 
Şərhi-ləbin çu nitqə gətirdi Həqiqini, 

Mən bundan özgə nitqi-dürərbar bilmənəm. 


196 



* * * 


Çəməndə sərvi-qədin tək çinar görməmişəm, 
Ruxıın kimi səməni-gülüzar görməmişəm. 
Əzəl günündə sənin eşqin ilə ta be əbəd, 
Mənim kimi dəxi bir biqərar görməmişəm. 
Fəraqü dərdü qəmindən nə fikrim ola mənim, 
Çu sən təki sənəmi qəmküsar görməmişəm. 
Kənarə qılmamışam eşq ilə ze ruzi-əzəl, 
Miyani-eşqə düşəndən kənar görməmişəm. 
Cəmali-hüsnünə ayinədir zəmiri-münir, 
Cəmalın ayinəsində qubar görməmişəm. 

Saçın səlasili dami-bəlayə saldı məni, 

Bu dami-hicri-bəladan güzar göməmişəm. 
Saçın kimi Xotəni-müşkübara baxmamışam, 
Ruxun kimi çəmənü mürğüzar görməmişəm. 
Apardı səbrü qərarımı ol qara gözlər, 

Özümdə mən dəxi səbrü qərar göməmişəm. 
Həqiqiyəm ki, bu dövrü ıııədar içində bu gün. 
Bu hüsn ilə sənəmi-ruzigar görməmişəm. 

* * * 

Ol ruxun şəm’inə çun canımı pərvanə dedim, 
Yaxdı yandırdı məni atəşi-hicranə dedim. 
Neçə zahidləri pabəndi-bəla qıldı saçı, 

Neçə aşüftələri çəkdi o zindanə dedim. 
Yüzünün ayətinin əvvəli çün fatihədir, 

Yaz onun hərfini səmameyi-Qur’anə dedim. 
Qılmışam qamətini sidreyi-rizvanə misal, 
Aşiqəm can ilə ol sidreyi-rizvanə dedim. 
Qədəmi-xaki-dərdindən yüzümü etmən İraq, 
İşveyi-qəmzələri qarəti-din eylər iman 
Ki, mən ol eynə neçün kafəri-türkanə dedim. 
Ey Həqiqi, bu məlahət ki, ruxi-yaridədir, 
Yaxdı həsrət qəmilən bağrımı büryanə dedim. 


197 



* * * 


Ta əzəldən düşdü ol yar ilə bazarım mənim 
Firqətindən ərşə çıxdı naleyi-zarım mənim. 
Razi-eşqin canımın içində saxlardım, vəli 
Aqibət faş oldu gizli gənci-əsrarım mənim. 
Dilbərin yolunda qurban olmağa ey müttəqi, 
Olmagil naseh ki, vardır anda iqrarım mənim. 

Şol mükərrəm pakizə gövhər ki, yoxdur qiyməti, 
Kimdürür aləmdə ol yari-vəfadarım mənim. 
Rovzeyi-rizvan müəttər oldu əz buyi-ləbəş, 

Ta güli-xəndanm görsətdi gülzarım mənim. 
Səndən ayrı olmasın yarəb, bu çərxi-ruzigar, 

Gəl ki, sənsən dünyəvü üqbada dildarım mənim. 
Çun Həqiqi gördü ol mə’şuqənin rüxsarını, 
Dövlətü iqbalə yetdi bəxti-bidarım mənim. 

* * * 

Zülfündən ayrı dami-bəlayə bəla demən, 

Ol damə mən mənim kimi bir mübtəla demən. 
Zahid beğeyri-zöhd çu bilməz təriqi-eşq, 

Yoxdur səfası mən anə əhli-səfa demən. 

Ey xosrovi-zəmanədə hüsnilə xublərin, 
Şahi-cahanı həzrətnə bir gəda demən. 

Səbr etməyən vəfadə nigarın cəfasına, 

Ol bivəfayə bil ki, mən əhli-vəfa demən. 

Ey dərdimin davası ləbin eyni-kövsəri, 
Vəslindən ayrı cənnətə darüş-şəfa demən. 
Məhfuzi-ləmyəzəl xətü xalındır aşiqə, 

Arif bilir ki, mən bu sözümdə xəta demən. 

Çəkdi Həqiqi səri-zülfün kəməndinə, 
Dami-bəlayə saldıvü dami-bəla demən. 

* * * 

Gəlgil ki, sevmişəm səni cananələrdə mən, 

Can oynaram yolunda bu divanələrdə mən. 


198 



Viranə könlümü qəmi-eşq etdi çun məkan. 
Bəs gənc bulmuşam dili-viranələrdə mən. 
Hər təşnənin ki, canı müsəffa ləbin deyil, 
İçmən həyat abm ol peymanələrdə mən. 
Çun xanəqahü mədrəsəvü zahidəstü şeyx, 
Həqdən murad istərəm ol xanələrdə mən. 
Biganə kimdürür kim ana aşina deyəm, 

Y a olam aşina dili-biganələrdə mən. 

Yaxdı Həqiqi canını şəm’i-ruxunda çun, 

Y andım bu ahü suz ilə pərvanələrdə mən. 

* * * 

Ol hüsn ilə xəti xalə təhsin, 

Ol müshəfi-layəzalə təhsin. 

Ol abi-həyati-canfəzayə, 

Ol çeşmeyi-zülcəlalə təhsin. 

Arif deyil ol ki, qıldı daim, 

Bu dünyavü mülkü malə təhsin. 

Al eylədi fitnə qıldı eynin. 

Ol fıtnəli eynü alə təhsin. 

Ol qaməti-sidrətül-cinanə, 

Ol nun ilə mimü dalə təhsin. 

Şol qürseyi-aftab içində. 

Kim qılmaya ol hilalə təhsin. 

Hər kim ki, Həqiqi oldu, qıldı 
Ol zülf ilə xətü xalə təhsin. 

* * * 

Gəlgil ki, nuri-didə cəmalmdadır sənin. 
Dövri-qəmərdə fitnə hilalındadır sənin. 
Ağzın çu mimü zülfü qaşın nunü dal imiş, 
Könlüm həmişə ol mimü dalındadır sənin. 
Zulmat içində çeşmimə heyvan imiş ləbin, 
Xızrm həyatı abi-zülalmdadır sənin. 

Afaqı tutdu işvəvü eynin məlahəti, 


199 



01 fitnədən ki, mərdümi-almdadır sənin. 

Ta ruzi həşr nuri-hidayətdir, ey sənəm, 
Misbahi-ləmyəzəl ki, cəmalmdadır sənin. 
Xətün hesabını bilən əhli-xəbirə sor, 

01 ayəti ki, nöqtəsi xalmdadır sənin. 

İstər Həqiqi vəslini həqdən bekami-dil, 

Anın muradı kami-vüsalmdadır sənin. 

* * * 

Ey saçın zülmət, ruxun mehr ilə mahı könlümün, 
Xaki-dərgahmdadır iqbalü cahı könlümün. 

Vacib olmuşdur mənə qılmaq müsəxxər aləmi, 
Çun iki aləmdə sənsən padşahı könlümün. 

Ey xətin şə’nində münzəl ayəti-ümmül-kitab, 
Lövhi-məhfuzindədir həqdən kəvahı könlümün. 
Həsrətin dərdi məni yaxdı fəraqın narına, 
Cənnəti-vəslindən oldu üzrxahı könlümün. 
Taci-xosrovdur sənin fəzlindən ey sultani-hüsn, 
Fərqi-iqbalü səadətdən külahı könlümün. 
Aftabi-surətin zülfı-pərişanmdadır, 

Şol cəhətdən rövşən olmuşdur siyahı könlümün. 
Qəmzeyi-xunriz ilən qıldın müsəxxər aləmi, 

Çün xətü xalmdadır ləşkər sipahi könlümün. 
Vəhdətin kuyində məhv oldu Həqiqi ta əbəd, 
Turi-eşqindir əzəldən təkyəgahı könlümün. 

* * * 

Y arm cəfayi-qəmzəsi canımda yarədir, 

Ahu fəraq əlində cigər parə-parədir. 

Y arm qəmində ağrıma ey dil, cəfasına, 

Qılgil vəfa ki, cövri anm bişümarədir. 

Məhşər günündə məskən darül-xülud imiş, 
01 abidin ki, qibləsi ruxsari-yarədir. 
Qanımdan əsrüdi çün anm fitnə gözləri, 

Canın həmişə meyli ol çeşmi-xumarədir. 


200 rYD 



Yarəb, nədir ki, könlüm irişməz vüsalinə, 
Peyvəstə daqi-həsrəti bağrımda yarədir. 

Kim ki, bu yolda eşqə mürid oldu ey rəfıq, 
Səm’ində arifin nəfəsi güşvarədir. 

Çun zərrədir Həqiqi, anm hüsnü aftab, 

Məhtab çevrəsində nəçük kim sitarədir. 

* * * 

Eşqi-canan hər kimin canında ki, tə’sir edər, 
Canını canana qurban qılmasa təqsir edər. 

Hər müfəssir kim anm vəchində gördü ayətin, 
Həm sücud eylər ana, həm aləmə təfsir edər. 
Cavidanı dövləti-mənsur bulmaz yardan, 

Eşq meydanında hər kim yarilən tözvir edər. 
Ayəti-ruxsarmı mə’şuqənin hərfən behərf, 
Katibi-qüdrət belövhi-canü del təhrir edər. 
Xab içində görmüşəm bir yari-gülruxsarı kim, 
Yusifı-Misri anı yüz vəch ilən tə’bir edər. 
Çun Həqiqinin iki aləmdə sənsən dilbəri, 
Canını yolunda qurban qılmasa, təqsir edər. 

* * * 

Həşrin hesabını nə bilir cəlili-bixəbər, 

Gəl həşrə qail ol ki, bu hikmətdədir nəzər. 

Ey tacü təxtə, mülki-cahana həris olan, 

Arif qatında tapmadı miqdar simü zər. 

Zahid eşitdi nəfxeyi-surun sədasını, 
Yovmül-qiyamə oldu, nə yatırsan ey bəşər? 
Düşdü cahana fıtnəvü aşibü qülqülə, 

Ta sünbülün götürdü cəmalından ol qəmər. 
Aşüftə zülfü xalü ruxi, çeşmü qəmzəsi, 

Qıldı məni itab ilə “əz xiş bixəbər”. 

İdrakü fəhm irişmədi ovsafi-zatma, 

Qıldım hədisi-ləTin anın şərhi-müxtəsər. 
Əndişənin gümanını tərk eylə, fariq ol, 
Peymanə dolmayınca tökülməz xun əz cigər. 


201 rYD 



Ey cənnətin şərabi ləbi-yardır deyən, 

Canım həyati-ləmyəzəl ol yaridən dilər. 
Fəzli-ilahidən iki aləmdə şah imiş, 

Ol əhli-dil ki, yar ilə ömrünü sərf edər. 

* * * 

Ləblərindir abi-heyvan, gözlərin meyxanələr, 
Mürği-canı seydi-eşq etdi şu damü danələr. 
Cənnəti-vəslindən ayrı ey dilaramım mənim, 
Aşiqa, halın nə bilsin qafilü biganələr. 

Çun bu viran könlümün me’marı eşqindir şəha, 
Zan səbəb mə’muri-eşq oldu dili-viranələr. 
Daneyi-xalın giriftari-əbəd qıldı məni, 
Şəm’i-ruxsarmda yandı ta əbəd pərvanələr. 
Susadı lə’lin şərabından bu cani-təşnə dil, 

Ta ləbin dövründə cuş etdi şəha, peymanələr. 
Eşqiniz yolunda can qurban qılandır payidar, 
Flər dili əyridə yoxdur də’viyi-mərdanələr. 

Ey Həqiqi, canını canana qurban qılmağa, 
Qılmağıl təqsirə, qılğıl üzri-dərvişanələr. 
Vaiza, əfsanəyi tərk et ki, yoxdur hasili, 
Dərdi-canan çəkməyən cahildədir əfsanələr. 

* * * 

Əhli-eşqin ahını gəl aşiqi-canana sor, 
Xosrovi-hüsnün məqamın rovzeyi-rizvana sor. 
Zikrü təsbihin niyazin istə şeycü şabidən, 
Vəhdətin cami-şərabm məsti-cavidana sor. 
Salikin əsrarını zahiddən eylə müntəşir. 

Sən bu razm halını var arifı-rəbbana sor. 
Bülbüli-aşüftənin peyvəstə ahü naləsin. 

Ol xəti səbzə, ruxü gül sidreyi-rizvana sor. 
Daği-həsrət çünki ol yarm qəmidir aşiqə, 

Gəl bu həsrət dağını bu cani-sərkərdana sor. 
Olmagil şeytani-nəfsin illətindən bixəbər, 

Gər ze ürfansan bu razı sacidi-rəhmana sor. 


202 rVD 



Ey deyən ki, təşneəm mən ol nigarın lə’linə, 
Xızri-eşqin badəsin ol çeşmeyi-heyvana sor. 

Çün Həqiqi suz dər şəm’i ruxəş pərvanəvar, 
Atəşi-eşqin qəmin gəl bu dili-giryana sor. 

* * * 

Bu nə hüsni-canfəzadır kim, ana nəzir yoxdur 
Kim, anm kimi cahanda dəxi dilpəzir yoxdur. 

Bu cəmalü xəttü xalə necə baxsın ol nəzərsiz 
Kim, anm bəsirətində nəzəri-bəsir yoxdur. 

Bu kəmanü qövsə qarşı hədəf eylərəm bu canı, 
Nişə kim xədəngi-qəmzən kimi canə tir yoxdur. 
Səni bu cahan içində kimə eyləyim təşəbbeh 
Ki, sənin kimi cahanda dəxi binəzir yoxdur. 

Bu sirati-müstəqimdən gözünü fəqih bağlar, 

Çün anm məşiyyətində becoz əz zərir yoxdur. 
Sənin ol kəməndi-zülfündəki damü xalə qarşı, 
Məni-dərdiməndi-xəstə kimi bir əsir yoxdur. 
Həqiqi kəlami-həqdən nə bəyan ki, qılsa həqdir, 
Kimə şərh edim bu halı kim, ana xəbir yoxdur. 

* * * 

Əzəldə şövqə gətirdi məni hidayəti-eşq, 

Səadəti mənə kəşf eylədi sirayəti-eşq. 

Ayağına başımı saldı ol pərizadın. 

Yetirdi daməni-vəslə məni hidayəti-eşq. 

Hər an ki, bilmədi yarm qəmini eyni-səfa, 
Müyəssər olmadı ol cahilə kifayəti-eşq. 

Mühibbə nöqteyi-tovhidi kəşf edər fail, 

Götürdü pərdeyi-əsrarı çun rəvayəti-eşq. 
Bəyani-şərhinə müstəğrəq oldu canü könül, 
Mühitə saldı məni gənci-binəhayəti-eşq. 
Münəvvər eylədi viranə könlümü eşqin. 

Həmin budur nəzər ey şahi-mən, rəvayəti-eşq. 
Cəfavü cövrü vəfadır Həqiqiyə yarm. 

Bir oldu məşrəbi-tovhid ilən hekayəti-eşq. 


203 rYD 



* * * 


Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş, 
Xəti-ruxsarmı reyhan dedilər, gerçəkmiş. 
Lövhi-məhfuzuni ta gördü kəlam əhli sənin, 
Ayəti-vəchini Qur’an dedilər, gerçəkmiş. 
Ənbərəfşan saçını küfrə münasib qılıban, 
Dürci-yaqutuna mərcan dedilər, gerçəkmiş. 
Əhli-təqva ki, sücud eylədi vəchində sənin, 
Sacidi-surəti-rəhman dedilər, gerçəkmiş. 

Ey Həqiqi, çu sənə nəqli-kəlam oldu müin, 
Nəfsinin şərhini bürhan dedilər, gerçəkmiş. 

RÜBAİLƏR 

Ey mələk mülkündə vəchin afıtab, 

Vey boyun sidrə, xətin ümmül-kitab, 
Canımı yaxdı qəmi-hicrində tab, 
Şövqi-eşqin bağrımı qıldı kəbab. 

Vəhdətin nuru yüzün mehtabıdır, 
Leylətül-əsra saçın itnabıdır, 

Kövsərin xəmri ləbin qəndabıdır, 
Məsti-eşq ol badənin ğərqabıdır. 

Ey ruxun əmsai-məqsudati-ğeyb, 

Vey sifatm zati-mövcudati-ğeyb, 
Şahidi-məşhud mislin zati-ğeyb, 

Vacib olmuşdur sənə isbati-ğeyb. 

Ey vüsalın rovzeyi-rizvanımız, 

Vey dodağın çeşmeyi-həyvanımız, 

Çun iki aləmdə sənsən canımız, 
Küfri-zülfün şərhidir imanımız. 

Düşmənin dəfinə çarə cəng olur, 

Qeyr olan ərlik yolunda ləng olur, 

Yar ilən gerçək olan həmrəng olur, 
Cahilin əqli bu fəhmə dəng olur. 


204 rYD 



Ey iki aləmdə hüsnün aftab, 
Müshəfi-vəchindədir ümmül-kitab, 
Düşdü canə atəşi-hicrində tab. 
Şövqi-eşqin bağrımı qıldı kəbab. 

Əvvəlü axırda çun bir zat imiş, 
Vahidiyyət şə’ninə isbat imiş. 
Müshəfi-xətti-ruxu ayat imiş, 
Qeyri-vəchəş cümləki əmvat imiş. 

Kövsərin abı ləbin eynində saf, 
Vəchinə əhli-sücud eylər təvaf, 
Zərqü təzvir oldu mə’nidə xilaf, 
Mö’minə həqdən irişdi latəxaf. 

Nükteyi-tovhid kənzüllah imiş, 
Vəhdətin kuyində vahid şah imiş. 
Eşqə ikrah eyləyən gümrah imiş, 
Mö’minin qəlbi ana agah imiş. 

Ey yüzün mehtabı tabı könlümün, 
Vey cəmalın aftabı könlümün, 

Ey xətin ümmül -kitabı könlümün, 
Surətin yovmül-hesabı könlümün. 

Yari-dəlir ol büti-əyyar imiş, 
Türrəsi ənbər, ruxu gülnar imiş, 
Aşiqin rəsmi qəmində zar imiş, 
Baği-vəsli rovzeyi-gülzar imiş. 

Ey yüzün beytül-həramı könlümün, 
Qəmzeyi-eynin imamı könlümün, 
Kövsərin yühyilizamı könlümün, 
Ləblərin səhbavü camı könlümün. 

Ey xətin məcmueyi-xeyrül-kəlam, 
Arizin dövründədir mahi-siyam, 

Ey dodağın kövsəri-yühyilizam, 
Kə’beyi-həqdir cəmalın vəssalam. 


tfr’v. 205 



Vəhdətin mehtabı tabidir yüzün, 
Zülmətin kəşfi-hicabıdır yüzün, 
Əhli-tovhidin kitabıdır yüzün, 

Arifin yövmül-hesabıdır yüzün. 

Ey cəmalın aftabi-layəzal, 

Vey yüzün dövri-qəmər, qaşın hilal, 
Çeşmeyi-lə’ lindədir abi-zülal, 
Ayəti-həqdir ruxunda xəttü-xal. 

Ey ləbin mai-təhuri könlümün, 

Vey saçın zillində nuri könlümün, 
Eşqinə yoxdur qüsuri könlümün, 

Şol cəhətdəndir hüzuri könlümün. 

Ey vüsalın cənnətabadi-könül, 

Ey səri-kuyində bünyadi-könül, 
Mehri-eşqin oldu ustadi-könül, 

Aləmi tutdu fərəhşadi-könül. 

Ey hədisin nükteyi-xeyrül-kalam, 
Şövqi-lə Tindən cahanı tutdu cam, 
Arizin dövründədir beytül-həram, 
Qaşların mehrabına eynin imam. 

Məsnədi-iqbalü dövlət bulmuşam, 

Ta səri-kuyində qoydum yüz yerə, 
Şərhi-ovsafi-cəmalı söyləsəm, 
Görsədər bir dəmdə mə’na yüz yerə. 

Eşq odu ilə düşmənəm bir yanə mən, 
Mən haçan bu eşq odundan yanəmən, 
Yanmazam eşq odundan ta əbəd, 

Gər bu həsrət atəşindən yanə mən. 

Ey geyən eşqin qəbavü dər’ ini, 

Əslini bilməz, nə bilsin fər’ ini, 
Dilbərin yolunda ey dil sabit ol, 

Gəl bəyan eylə bu eşqin şər’ini. 


tfr’v. 206 



Ey hədisin məzhəri-kovni-məkan, 
Vəzzüha, vəlleyli, vəşşəmsü düxan, 
Ey sifatmdan kəlami-həq bəyan, 
Lövhi-məhfuzində kəşf oldu əyan. 

Ey saçın zilli-ilahın sayəsi, 

Vey hədisin aləmin sərmayəsi, 
Piri-əqlin çun sən oldun sayəsi, 
Səndədir ürfani eşqin vayəsi. 

Ver könül ol gül’üzara ta əbəd. 

Qoy başını payi-dara ta əbəd, 
Dünyəvü üqba həram olsun, həram. 
Olmayan heyran nigara ta əbəd. 

Ey xətü xalında xalın fitnəsi, 
Qabi-qovseynin hilalın fitnəsi, 
Nərgisi-məstində alm fitnəsi, 

Aləmi tutdu cəmalın fitnəsi. 

Sirri-hikmət künti-kənzin razıdır, 
Arifi-vəhdət anm dəmsazıdır, 
Eşqbazi beh ze şərtrəncbazıdır, 
Nəfsini qət’ eyləyənlər qazıdır. 

Kim ki, bilmir öz həqqinin zatını, 
Sormagil ondan anm isbatını, 
Oynamaz şətrənci-eşqin atını, 
Gönnəyən bu rüq’ənin şahmatını. 

Ta ki, mən əzmi-dilaram eylədim, 
Tərki-fıkri-səbrü aram eylədim, 
Bivəfa sövdaları xam eylədim, 
Özümü aləmdə nikııam eylədim. 

Bağrımı dəldi, gəl ey can parəsi, 
Səndədir bu zəxmü dərdin çarəsi, 
Çun ərsədi cani-həsrət parəsi, 
Taqətim yoxdur dəxi yalvarəsi. 


tfr’v. 207 



Dilbərin lə’lini xəndan istərəm, 
Ləblərindən abi-heyvan istərəm, 
Çun iki aləmdə bir can istərəm, 
Canımı yolunda qurban istərəm. 

Aləmi-qəddarə əğyar ol, könül, 
Yar ilən yari-vəfadar ol, könül, 
Canı qurban eylə bərdar ol, könül, 
Vəhdətin kuyində pəndar ol, könül. 

Şəm’ i -rüxsarına can pərvanədir, 

Dil vüsalın gəncinə viranədir. 
Əhli-eşqin meyli çun sən xanədir, 
Andan ötrü könlüm həsrətxanədir. 

Xosrova, çox zülmü bidad eyləmə, 
Aşiqi manəndi-Fərhad eyləmə, 
Əzmi-hicran, cövr bünyad eyləmə, 
Müddəinin könlünü şad eyləmə. 


208 rYD 



XƏLİLİ 


XV əsrdə Nəsimi təsirində yazan hürufi şairlərindəndir. Azərbaycanda 
doğulub, mükəmməl mədrəsə təhsili almış, sonra bir yoldaşı ilə Sultan 
Məhəmməd Fatehin hakimiyyəti illərində Türkiyəyə getmiş, iznik şəhərində 
yaşamışdır. 1471/72-ci illərdə “Fəraqnamə” adlı məşhur əsərini yazmışdır. 

Hürufilik təbliğ edən şeirlərilə birlikdə insan gözəlliyini, məhəbbət, səda- 
qət və insana hörmət ideyalarını təbliğ edən qəzəllər də yazmışdır. Bir il 
istanbulda yaşamış, 1485-ci ildə vəfat etmişdir. Əsərlərinin qədim nüsxələri 
Avropa kitabxanalarındadır. Divanı və poemaları çap olunmamışdır. 


QƏZƏLLƏR 

Ey bilən həqqin süfatin sirri-əsmasi nədir? 

Ya bu əsmadən murad olan müsəmması nədir? 

Çün ibadət həqqədir, Mə’bud bir həqdir haman, 
Müslümanın məscidi, kəbrin kəlisası nədir? 

Zahirü batində çün mövcud həqdən özgə yox 
Ya bu növcudatın ara yerdə qovğası nədir? 

Yazılarkən surəti-əşxas hərdəm müxtəlif 
Müttəfiq olduğu ənvain hüveylası nədir? 

* * * 

Mehr olamı bu, məhmi əcəb ya rüxi-ziba 
Əhsəntə zəhi hüsn, təbarəkü təala, 

Firuz olaraq tale olur can üfüqündə 
Bənzər ana dayə məh idi, mehr idi lala. 

Bənzər der idim yüzünə gül, qəddinə sərvi 
Pak olsa gülün daməni, sərv olmasa yekna... 


209 rYD 



Dövlətli zəhi baş kim ola yoluna qurban. 

İzzətli zəhi göz kim anı qıla tamaşa. 

Ağaz edicək yazmağa bu mədhi Xəlili, 

Çeşıni dolu qan idi vu başı dolu sevda. 

* * * 

Mən ki dərvişəm, gədayəm, padşahi-aləməm, 
Ruhi-birəngəm, əgərçi rəngə gəldim adəməm. 

Şeş cəhtlə çar ünsürdür məni faş eyləyən. 

Yoxsa mən gəncineyi-vəhdətdə mai-mübhəməm. 

Ümmihatilə nə var abaya tutdumsa xələf 
Aləmi-təhqiqə baxsan cümləsindən əqdəməm. 

Söyləyən həqdir mənim dilimdə hərdəm yoxsa mən 
Çar ünsürdən mürəkkəb bilisanü əbkəməm. 

Ey Xəlili, çün hər iş təqdir əlindən işlənür 
Fariğəm dünyavü üqbanm qəmindən, biğəməm. 


210 rYD 



HAMIDI 


XV əsrdə yaşamış görkəmli Azərbaycan şairidir. Öz vətənində mükəmməl 
mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455/56-cı illərdə, Türkiyəyə 
getmişdir. Fars və Azərbaycan dilində yazdığı gözəl şeirləri ilə sarayın diqqə- 
tini cəlb etmişdir. Əsərlərindən aydındır ki, çox ölkələr gəzmiş, otuz ildən 
artıq səyahət etmişdir. Lakin saray çəkişmələri nəticəsində istanbuldan uzaq- 
laşdırılmışdır. Şairin tərcümeyi-halı ilə əlaqədar yazdığı uzun bir məsnəvidə 
o zanıankı saray məmurları və ziyalıların həyatı da təsvir olunur. Təxminən 
1485/86-cı illərdə istanbulda ölmüşdür. Əsərlərindən dövrünün ən qüdrətli 
şairlərindən olduğu anlaşılır. 


QƏZƏLLƏR 

Neçün ey məh, cənnəti-kuyində bar olmaz bana, 
Neçün əvvəlki kimi hiç e’tibar olmaz bana. 

Dərdi-hicrində bana yar olmadı səbrü qərar, 

Sən bana yar olmayınca kimsə yar olmaz bana. 

Bən qaçan görsəm səni kəndümi əsla bilməzəm, 
Bəxtiyar olduğumiçün ixtiyar olmaz bana. 

Eşqüvün yolunda Mənsurəm vəli napaydar 
Ey driğa kim, bu dövlət paydar olmaz bana. 

Gər nigar etsən əli qanımdan andan dönməzəm, 
Deməsünlər kim məgər mehri-nigar olmaz bana. 

Hamidi gərçi qəbul olsa dəhanm vəsfini, 

Bundan özgə bu cahanda hiç kar olmaz bana. 

* * * 

Necə dil səbr edə hicran içində, 

Necə dil qəm çəkə dövran içində? 

Necə axa gözümdən qanlı yaşlar, 

Necə bir üzə könlüm qan içində? 


211 



Necə bir şölələnsin bərqi-ahim 
Gecələr künbədi-gərdan içində? 

Necə bir ol pəriru fırqətində 
Necə qur naləvü əfğan içində. 

Dəxi vəxt olmadı kol şahi-xuban. 

Bəni yad eyləyə yaran içində. 

Dəxi vəxt olmadı kim xeymeyi-eyş 
Quralım laləvü reyhan içində. 

Gül, ey mey, Hamidi könlün sevindir 
Ki, bəslər dərdi-eşqi can içində. 

* * * 

Rahət olmadı dil, ey rahəti-can, sən gedəli, 
Qönçəvəş könlümə dar oldu cahan, sən gedəli. 

Sünbüli-zülfün ilə gül yüzünü yad edərəm 
Gecə-gündüz qılaram ahü fəğan, sən gedəli. 

Görəli-lə’l kimi ləblərini mərdumi çeşm. 
Axıdır dərdilə su yerinə qan, sən gedəli. 

Abi-çeşmimdə xəyali-qədri-siminbərini, 
İstərəm dəmbədəm ey sərvü rəvan sən gedəli. 

Dəhənin şövqi ilə Hamidiyi-süxtənin, 

Getdi səbri-dilü can oldu rəvan, sən gedəli. 

* * * 

Gər bu rəsmə unuda yar vəfadarlığı 
Qönçəvəş getməyə hərgiz bu könül darlığı. 

Qılmazam cövrü cəfavü sitəm ayrıq dedi ah, 
Kimdən öyrəndi yenə bunca cəfakarlığı. 


tfr’v. 212 



Ki, seydgahü dürüst eylədi zülfi dilimi, 

Kim görübdür hələ bu vəclılə dildarlığı. 

Pişkəş qıldı dəhaninə könül zərrəcə can 
Neyləsün aşiqi-biçarə, budur varlığı. 

Gər bəni öldürəsən qapını tərk eyləməyəm, 
Anca azar ola kim olmaya bizarlığı. 

Tut ki, mən xud yenə eşqini faş eyləmişəm, 
Qani əhli-kərəmin adəti-səttarlığı. 

Hiç yad eyləmədi Hamidiyi-süxtəyi 
Bumidir bizim ilə o sənəmin yarlığı. 

* * * 

Ay yüzün ayineyi-surəti-candır bilirəm, 
Anda nəqşi-rüxi-dildar əyandır bilirəm. 

Ol əyan nur ki, mətlubidur əhli-nəzərin. 

Dil hər zərrənin içində nəhandır bilirəm. 

Bu ki, aram edəməz seyrü silukində fələk 
Qərəzi tərbiyəti-hüsni-bəyandır bilirəm. 

Ol kim alur dilü səbrü xirədi qarət edər 
Məzhəri-surəti-zibayi filandır bilirəm. 

Ol şəkərləb götürər Hamidiyi meygədəyə 
Göstərən ola bana Mehdi zamandır bilirəm. 

* * * 

Varalım ol sənəmi-gülüzarə yalvaralım, 
Bəlayi-fırqət əlindən nigarə yalvaralım. 

Niyazü həsrətilə qapusuna yüz sürəlim, 
Şifiə edüb səki-kuyini yarə yalvaralım. 


213 



Müsaid olsa əgər ruzigar bizim ilə 
Orada baş açubən ruzigarə yalvaralım. 

Könül, bütün günü əyyami-qəmdə sabir idin 
Bu gün kim oldu könül parə-parə, yalvaralım. 

Bu dərdi-lıicrə ki, həq ruzi qıldı bizə bu gün 
Əgərçi hiç edəməziz bir çarə yalvaralım. 

Gər istəsən ki yenə Hamidi kimi görəsən 
Xəttü rüxi dinü gün girdkarə yalvaralım. 

* * * 

Dustun qəddi xəyali gecələr canda qonar. 
Canda gər olmasa ol sərvü rəvan xanda qonar? 

Gözdə qonsa nə əcəb xeyli-xəyali-xəttin, 
Xanda kim abi-rəvan olsa çəri anda qonar. 

Yarəb ol xali-rüxü lə’l kimi Xızrmi kim 
Ki, gül üstündə vəki çeşmeyi heyvanda qonar. 

Kim qəddin eşqilə bunda dirilirsə bu gün 
Doğru bundan çokidə mövzeyi-rizvanda qonar. 

Zülfünə kərdi könül eşqilə baş ovunmağa 
Kim bahadır olan ər gecədə meydanda qonar. 

Könlümə qəndi-ğəmi-eşq bəs, əz-qətli rəqib, 
Şu səfərdən çudinə fəthilə eyvanda qonar. 

Hicrlə Hamidi gər qablocadə qonsa nola 
Dərdlə bülbüli-şuridə gülüstanda qonar. 


214 



HİDAYƏT 


Şairin əsl adı Əfsəhəddin Hidayətüllahdır, “ Hidayət ” isə onun şeirdə 
işlətdiyi təxəllüsdür. XV əsrin sonlarına qədər Təbrizdə yaşamışdır. Ağqoyun- 
lularııı böyük hökmdarı Uzun Həsənin ( 1423-1478 ) ölümündən sonra onun 
oğlu Əbiilfəth Sultan Xəlil Bahadır xanın sarayında böyük əmir rütbəsinə 
qədər yüksəlmiş, az sonra onıın qardaşı Sultan Yəqııbıın sarayında xidmət 
etmişdir. 

Hidayətin istedadlı bir şair olması haqqında ilk məlumatı XV əsr alimi, 
şair və filoso fu Cəlaləddin Dəvani “ Əxlaqi Cəlali ” adlı kitabında vermişdir. 
Daha sonra XVII əsr türk alimi Katib Çələbi “Kəşfüzzünün ” əsərində Hidayə- 
tin divanını yad etmiş, Qafqazda Əbdiilfəyyaz 1620-ci ildə yazdığı “Zəbdətiil- 
beytan” təzkirəsiııdə şairin divanından nümunələr vermişdir. Hələlik elm 
aləmində şairin divanının dörd nüsxəsi məlumdur. Bunlar Dublinin “Çester 
Betti”, Oksfordun “Bodliaıı" kitabxanalarında, istanbulun “Topqapı Sarayı” 
Muzeyində və Londonda F.S.Stivensenin şəxsi kitabxanasında saxlanılan 
nüsxələrdir. 

Hidayət zəmanəsinə görə sadə Azərbaycan dilində şeirlər yazmışdır. Şeir- 
lərində xalq ifadə tərzi, sözlər və orijinal təşbehlər işlətmək bacarığı vardır. 

QƏZƏLLƏR 

Dün görsədüb biləklərin ol şuxi-dilrüba, 

Qıldı şikəstə könlümi dəstinə mübtəla. 

Ey mişk, urma laf, xətadan o zülf ilə, 

Düşməz sana bu söz, yeri get, ey yüzi qara. 

Hicran güni mana nola ərz eyləsən cəmal, 

Çün həşr olanda bəndəyə lıəq görsədür liqa. 

Sən yardan gəlür, necə əğyardən qaçım, 

Tədbir yoxdurur yetəcax tanrıdan bəla. 

Səndən cəfadan özgə Hidayət nə uma kim, 

Çün çin imiş bu nüktə ki, ömür eyləməz vəfa. 


215 



* * * 


Ey canü könül mehrin ilə valehü şeyda, 

İsbatın içün kövnü məkan oldu hüveyda. 

Hökmünlə sənin sakin olub təxteyi-əğbər, 
Əmrinlə rəvan çizginədir günbədi-xəzra. 

Sənsən ki, olubdur kərəmin ami cahanda, 

Hər xarə verürsən gülü hər xarəyə xara. 

Səndən nə dilü didə ilən gizlü deyim raz, 

Hər didəvü hər dil ilə binasənü güya. 

Y arəb ki, nə iş düşsə Hidayətinin əlin dut, 
Səndən budur ol düşməsə ey dust təmənna. 

* * * 

Həqin sifatmı görübən sən nigarda, 

Ol vəchə nazirəm mən o nəqşü nigarda. 

Yüzin kim, səlasil purçində gizlüdür, 

Bir Rumidir ki, qalmış ola Zəngibarda. 

Y aşım axanda istərəm ol mahi kim, olur 
Hacət qəbul olucaq əxtər güdarda. 

Yüzin görəndə sormağıma açmadı ağız 
Bəxtim güli açılmadı dərdi-əbharda. 

Sorma, Hidayət, ol sənəmin xəşmü ğəmzəsin, 
Əmnü fərağət istəmə bu ruzigarda. 

* * * 

Buy çəkdi zülfı-arizi ta verdi tab ana, 

Reyhan gögərdi, tab hörüb aftab ana. 

Kuyində məskən etdi, könül yaxma hicr ilən, 
Çün cənnət əhlidir, nə verürsən əzab ana. 


tfr’v. 216 



Sorğac könül ləbin nola derlərsə gül yüzi, 

Binıar şərbət içsə qatarlar gülab ana. 

Zülfini salma yüzinə, qılma günüm qara 
Kim, verməz ay işığ, düşər olsa səhab ana. 

Göz xəndəginə su salubam təki bulmaya 
Yol vəsl günlərində şəha, xeyl xab ana. 

Lə’lindən özgə təşneyi-didarma müdam, 

Gər abi-Xızr olursa görünür şərab ana. 

Yerdən gögə yetirə Hidayət sözü əgər, 

Olursa mültəfit şəhi-alicənab ana. 

* * * 

Xətti-səbzən kim, deyərlər əhli-dil reyhan ana, 
Səbzəmidür ya bənəfşə qalmışam heyran ana. 

Könlümə yağduqca oxun mehrin artuğrağ olur, 
Bəhrə artuğ verür ol yer kim, düşər baran ana. 

Qanlu kirpüklər yaşımla al ipəkdir sanasan 
Kim, düzər göz mərdümi hərca dürü qəltan ana. 

Necə kim, su qopsa, qaynar yengi kuzə suz ilən, 

Bu dili-suzanda bənzər atduğun peykan ana. 

Gözlərim xəttin xəyalından sana qarşu müdam, 

İki mənzərdir ki, əkmişlər ola reyhan ana. 

Mərdumi-çeşmim kimi yüzimdə sanman munca xal, 
Badi-sübh ötmüş dürür, dün gecə müşk əfşan ana. 

Oxu əfğanlar qılub gedər Hidayət sor nədən, 

Xansı yaydan güc görər yarəb ki, mən qurban ana. 


217 



* * * 


Cövrü qəhrindən şəha, neçün məlamətdir mana, 
Çün yetər hər nəsnə kim, həqdən həvalətdir mana. 

Duşdə gördüm zülfini düşdüm cida səndən bəli, 
Oldu rövşən kim bu əyyami-zəlalətdir mana. 

Xali-mişkinin görəndən bərlü, ey huri sənin, 
Xaldan 1 düşdüm ikən bilmən nə halətdir mana. 

Canə çox ox atdığından, sanma cana inciyim 
Kim, hər oxun bir ümidü istimalətdir mana. 

Can əl üstə dutmuşam, gül tərki-yəğmayi deyə, 

Ey Hidayət, canü dil nəğdini talətdir mana. 

* * * 

Səndən nə qəm kim, ey büti-dilcu yetər mana, 
Aləmdə şadəm ol qəm ilə bu yetər mana. 

Əğyarə yar olub, mana cövr etdigin nədir, 

Qəsdin həla kim isə bu qayğu yetər mana. 

Xaki-rəhin görüb, neydərəm sürməni, həkim, 

Göz rövşənlığma bu daru yetər mana. 

Gər fikrin axmağında isə ey yağış, bu gün, 

Gör yaşımivü yağma ki, bu su yetər mana. 

Baş oynayan Hidayət onunçün bəqa bulur, 
Meydani-eşq içində bu cəldü yetər mana. 

* * * 

Bu suçdan özgə kim, verübəm canü tən sana, 

Ey şux, söylə, neyləmişəm daxi mən sana. 

1 Haldan 


218 



Sən gəlmədən bulub da neçə cani-baş oynasam, 
Heç bab yarəmən, mən bidil nədən sana. 

Bu halə kim mən istəyüb ol xali düşmüşəm, 
Düşsün görüm o halə yaman istəyən sana. 

Ey dil, yetər uş ki, mana oxi yetmədi 
Bir gün ola yetirə ani yetirən sana. 

Çün yari-fani dünyanın əğyaridir xamu, 

Yar ola gör Hidayət dil xəstəsən sana. 

* * * 

Ey türk, getdi canü dilü əqlü din sana, 

Heç dinmədin mənimlə nədir munca, dinsana! 

Könlümdə kini-qılıcü əxunçün olur müdam, 
Budur dedim şəha, xamu könlümdəkin sana. 

Zülfini çin dedim, mana dersən xəta dilə, 
Doğrusi demək olmaz imiş heç kin sana. 

Dedim kim, görmədin gedirəm tirü xəncərin, 
Dur, dedi yetirim ikisindən birin sana. 

Dərman yox isə, dərdilə məşhuri-şəhrsən, 

Yetər Hidayət, iki cahanda həmin sana. 

* * * 

Seyli-sirişkim ilə yağış qıldı macəra, 

Utanmadı o qətrə dənizdən zehi-həya. 

Zülfeyni aldı könlümi, ey dustlar mədəd 
Kim, oldu bir dəlü iki zəncirə mübtəla. 


219 



Sordum ki, Çini-zülfinə müşki-Xəta demək, 
Yarəb, xəta degülmi, könül dedi kim, xəta. 

Görsət dedin, nə gəlsə əlindən mana rəqib. 

Gər tanrı qoysa ölməz isəm görsədim sana. 

Hicran güni Hidayətə, həmdəm olur rəqib, 

Doğru imiş ki, yavuzə əksük degül qəza. 

* * * 

Xəti-səbzin hər xaçan ol lə’li-xəndandan çıxa, 

Hər yana seylabi-xunin çeşmi-giryandan çıxa. 

Zülmət içindən çıxarsa abi-heyvan, yox əcəb, 

Bu əcayibdir ki, zülmət abi-heyvandan çıxa. 

Dövri-hüsnində əgər qul olsa könlüm Yusifi, 
Olmasun yarəb kim, ol cahi-ruxundan çıxa. 

Can oxunan vəsfin degəc yer tutdu könlümdə, bəli, 
Könülə yer eyləyə hər söz kim, ol candan çıxa. 

Göz yaşından çıxmadı miskin Hidayət aqibət, 
Müşkil, ey can, hər düşən dəryayi-ümmandan çıxa. 

* * * 

Zülf arasında yaşur yüzüni tökkəc didə ab 
Kim, yağış yağsa yaşunur bulut içrə aftab. 

Almayınca busə lə’ ündən bəha, can verməzəm 
Kim, dadır ol bir ər cami satun alan şərab. 

Mən sögüşündən sənin əkməğini fərq etmərəm. 
Tanrı sözünü ədəbsizlikdir etmək intixab. 

Dün məni məmur gördü, söylədi ol kənci-hüsn, 
Çeşmi-məstim fitnəsindən necəsən, dedim xərab. 


220 rYD 



Zülfidən yüzin görüb bihuş olursa dil nola, 

Kim ki, dün qatsa səhərgəh, qalib olur ana xab. 

Gər Hidayətin Nəvayi kimi rəngin sözləri, 

Necə kim çoxdur, vəli demək gərək bir-bir cavab. 

* * * 

Getmə ey gülçöhrə, tərki-əhdü peyman eyləmə, 
Gəl otur, çox ğönçə kimi ağzını qan eyləmə. 

Eyləmə pünhan yüzini zülfi-ənbərbar ilə, 

Yenə mən aşüftəvü bidinü iman eyləmə. 

Sönməz oldun mən fəqiri-binəvayi bilməzəm, 
Kim dedi yarəb sana kim, daxı ehsan eyləmə. 

Gül budağı kimi hər dəm eyləmə bir yanə meyl, 
Yaxşı olmaz, belə iş eyləmə, ey can eyləmə. 

Xətü xalı zikrin anm qoyma ağzından müdam. 

Gər müsəlmansan, Hidayət, tərki-Quran eyləmə. 

* * * 

Dəlülüb şövqi-ruxundan günəş, ey yüzi çirağ, 

Y azıya düşdi yenə baş açuban yalın çirağ. 

Sürgil əğyarü rəqibi qapudan, yarəb kim, 

Görim ola qəza ilə bəlasından irağ. 

Y ar atilən məni görgəc, nola gər gülsə rəqib. 

Bu məsəldir ola gər, atluya gülməsə yəyağ. 

Gözümün yaşı çoxalur göricək arizini, 

Nişə kim, fəsli-bahar olucağm arta bulağ. 

Dinləgilən, der indi əğyar, Hidayət sözini 
Ta ki, sən söz ilə söz başladın, ol dutdu qulağ. 


tfr’v. 221 



* * * 


Alı kim yar degil, eylə ki, ana məni, 

Xanı bildürməgə bir əhli-kərəm ana məni. 

Belə kim, şövq odu canımda yanar şəm’ sifət, 
Əcəb ola bu gecə gər yetürə ana məni. 

Getdi dil bir yana, can bir yanə mən səndən irağ, 
Qalıbam, xanı əcəl kim, qıla bir yana məni. 

Göz yaşımdan keçə bilmən üzüb, ey mürği-səhər, 
Bu dənizdən keçürə gör, alub arxana məni. 

Mən Hidayət kimi getmən eşigindən zahid, 

Necə də’vət qılasan cənnəti-ə ’lana məni. 

* * * 

Ta ki, geydin ey xəti reyhan qəbayi-süsəııi, 
Sünbili-zülfm utandırdı çəməndə süsəni. 

Xansı dağın laləsisən, ey bənəfşə xətlü kim. 
Sünbülün buyindən olur bağ içində süsəni. 

Gözlərim suyin görən lə’lin ğəmindən der mana, 
Gafil olma kim, aparur aqibət bu su səni. 

Ey könül mətlubi, çün hər yerdə hazırsan mana, 
Küfr ola bihudə girən istəmən hər su səni. 

Gər busarsan bus, könül, meydani-eşq içində bul 
Kim, yetürür aqibət məqsudə ol busu səni. 

Dami-ğəmdən bulmadım bir dəm Hidayətin xilas, 
Ta ki, gördüm hər nəzər, ey ənbərin keysusini. 


tfr’v. 222 



* * * 


Gəl ey içmiş bu gün ğəflət şərabı, 
Salmış yüzin şurü şərabı. 

Gəl iç dövlət meyin, məxmurini yaz, 
Yetir ğəm dəftərin alub tez yaz. 

İçən dövlət meyin, bir kim, oyandı, 
Gəm odunda xaçan dövlətlü yandı? 

Burada görmüşəm dövlət yüzini 
Nə bir kim, yüzə-yüz gördüm yüzini. 

Demə aldanmazam düşmən sözinə, 

Bu uca qəfədən düşmən süzinə. 

Gəl içgil zövq ilən dövlət əyağı, 

Bu dövlətdən bəri çəkmə əyağı. 

Uyarsan qəl’ə içrə duş görərsən, 

Səadət yüzini gəl duş görərsən. 

Gəlicək bulmaz olsan dost kamı, 

Əcəl yanımda içsün düstkami. 

Ol gün ki, dövlətə şəm’i Hidayət, 
Eşitsən sözüm, ey şəm’ Hidayət. 

* * * 

Ta gördüm, ey sənəm ruxi-fərxəndə falını, 
Can ilə söylərəm sifəti-xətü xalını. 

Şol al yanağı görsədüb, aldın qərarü səbr, 
Ey məkr iyəsi, kimsə sənin duymaz almı. 

Gülşəndə danə bulmayacax quş həlak olur, 
Bu vəch ilən nəzərdən İraq etmə xalını. 


tfr’v. 223 



Sən av edəndə canü dil olur sana şəğal, 
Cəhd eylə, qoyma özgələr ata şəğalmı. 

Bir gəz xəyal ilə səni qucum dedim, nola, 
Başdan Hidayət itdi, gedər bu xəyalını. 

* * * 

Cana, ğəmdən axdı gözüm yaşı Nil tək. 
Cismim belini istəyüb incəldi qıl tək. 

Lə’h-ləbini sormadın, ey məhliqa bəkam, 
Düşdüm xəlayiq ağzının içində dil tək. 

Hər sünnə kim, degil ayağın tozu çeşmimə 
Çəksəm görünür, ey büti-gülçöhrə mil tək. 

Kafir olam götürməsəm imanı xalına, 

Çün gördüm oldu nar ana gülşən Xəlil tək. 

Hər necə natəvansa Hidayət misali-mur, 

Y ar firaqmı çəkədir bari fil tək. 

* * * 

Ey dil, cahanda nəsnə bulunmaz nigar tək, 
Cəhd et nigar əlin duta görgil nigar tək. 

Qıldan qələm alub qılur əşkim mühərriri, 
Təhriri-çöhrəmi vərəqi-zəmigar tək. 

Qan yaş ilə rəqib yüzin eyləmək nigar 
Asandır, eyləsün mana meyl ol nigar tək. 

Dil xümrə kimi talibü anm xəyalının 
Tən qəTəsində məskəni mehri-nigar tək. 

Aşiq Hidayət özinə bilür yuz ağlığı, 
Boyansa qan ilən hər dəm nigar tək. 


tfr’v. 224 



* * * 


Səba, ol kuyə lütf edüb kədər qıl, 
Nigarı hali-zarımdan xəbər qıl. 

Degil kim, anıcax kirpiklərini, 

Durar xəncər kimi cismimdə hər qıl. 

Rəqibə öldürüm dedin özümni, 

Xamu eybin ilə cəhd et bir hünər qıl. 

Ləbin sor, çeşmü ağzın yad et, ey dil, 
Mey iç, nöqlini badamu şəkər qıl. 

Yağış tək gər səpər ol türki-navəkə, 
Hidayət, vermə yan, sinən sipər qıl. 

* * * 

Kimdə vardır bu qamət ilə qiyam, 
Ana sanma qiyamət olsa qiyam. 

Dedi hər dəm sana yüz ox dəgürəm, 
Dedügi söz könülə dəgdi təmam. 

Yüz çevirdin cahanı dutdu züllam, 
Gün dolanğac, bəli olur axşam. 

Dilü can ilə hicranuzda nə ğəm, 

El ilə qara gün olur bayram. 

Dün salam eyləgəc kəsərdim eydür, 
Səni gər olmasaydı həqqi-salam. 

Yüzini görgəc aldı ağzı könül 
Gər yox edürsə, var aradə kəlam. 

Çünki duydun Hidayətin halın, 
Sözlərindən nə hacəti-peyğam. 


tfr’v. 225 



* * * 


Bir sərvi-simintən k’anm canu dil ilən yarıyam, 
Xani-visalmdan anın fikrim budur kim, yarıyam. 

Başım kəsüb, yarəb, nola çəksə məlamət darma, 

Ta təlqi-aləm bilə kim, eşq əhlinin sərdarıyam. 

Könlüm anmçün bəslərəm, ansız dirilmən, neyləyim, 
01 gərçi canımdır mənim, mən həm anın dildarıyam. 

Şəhla gözi samların derlər sorar, yarəb nədən, 

Sormaz mən məhcuri kim, çoxdan anın bimanyam. 

Vəslindən aym şol məhin, daim yerəm hicranda ğəm. 
Amma Hidayət bilməz ol kim, mən anm ğəmxarıyam. 

* * * 

Ey can nədimi, sorma məni kim, nə dəmdəyəm, 
Həmdəmi-ğəm oldu könlümə sənsiz nə dəmdəyəm. 

Hər gündə qanlu yaşıma ğərqəm bu didədən, 

Gəl gör ki, səndən ayru nə gündə, nə dəmdəyəm. 

Gözdən irağə salma məni abi-didə tək, 

Ey sərvi-qəd ki, xancəru varsan qədəmdəyəm. 

Gahi-vücud tərkin edərmən yüzün görüb, 

Gah ol ağır xəyalilə sağın ədəmdəyəm. 

Dün öldürəm dedin, ğəmumi kim ki yer nədən 
Öldürmədin Hidayəti, mən həm bu ğəmdəyəm. 

* * * 

Vəsl içün can istər olsan, sanma tə’sir eyləyim, 
Kafirəm, gər mən bu xeyr işinə tə’xir eyləyim. 


tfr’v. 226 



Şol kəmanəbru qılan bu bağrı yanmış canıma, 
Bulmazam hər kimsənə kim, ana təqrir eyləyim. 

Tiğ ilən canu dilin qıldımsa hər birin iki, 

İnıdi oxumlan eydür hər ikisin bir eyləyim. 

Özinə hər kim oxun tədbir edər, ya xəncərin, 

Ah kim, mən qalmışam, bilmən nə tədbir eyləyim. 

Gördi aşüftə Hidayəti, burub zülfin, dedi 
Umma, ey Məcnun, səninçün fikri-zəncir eyləyim. 

* * * 

Cana, sana şikayəti-hicran nə söyləyim 
Çün yoxdur ol hekayətə bəyan, nə söyləyim. 

Səndən irağ çəkdügimi dərdü ğüssədən, 

Sən həm bilürsən, ey şəhi-xuban, nə söyləyim. 

Dingəc ğəmindən ağzıma çaldın ki, söyləmə, 
Şimdən gerü nə deyim, ey can, nə söyləyim. 

Xalü xətin rümuzi demən şeyxü sufiyə, 

Hər div içün həqiqəti-Qur’an nə söyləyim. 

Söylə dedin Hidayətə heyran, nə vəchə sən, 

Ey canü dil, camalına heyran, nə söyləyim. 

* * * 

Mən nə yalğuz eşq içində abi-rəvan əl yudum, 
Getdi dinü dil səni görgəc xamudan əl yudum. 

Cənnətü cuyi huri-eyn könlümdə var idi yüzün, 

Ta yüzin gördüm, şəha, ol cənnətü cudan əl yudum. 


tfr’v. 227 



Zülfinə bağlanmadın, ömrüm uslana könül, 

Ta kim, ol zəncirə düşdi, ol dəlüdən əl yudum. 

Ləbləri yanında ögmən abi-heyvani ki, mən 
Bu suyi ta ağzıma aldım, o sudan əl yudum. 

Göz yaşı günini din bir həddilə almışdı kim, 

Dışra çün basdım ayağ, evdən, qapudan əl yudum. 

Arzum idi Hidayət qan yaş ilən əl yumaq, 

Hasil oldu kami-dil ol arzudan əl yudum. 

* * * 

İrişdi yazü çiçək, dutdu bağü zağ ətəgin, 

Təvaf içün çaldı şükufə ağ ətəgin. 

Qonağ oldu gülü ğönçə bustanda yenə, 

Nəsim altun ilə doldurur qonağ ətəgin. 

Əcəbli qoymasa əldən gül ətəgin bülbül, 
Qoyarmı dilbərinin əhl olan bu cağ ətəgin. 

Sağmma, lalə dürür, ya şəqayiq, ey gülçöhrə, 
Gəmində qanlu yaşımdır ki, dutdu dağ ətəgin. 

Hidayət, eylə canü könülini yaz parə, 

Əlindən etsə fələk yarının irağ ətəgin. 

* * * 

Nədən bağlu ol şux dilbənd ağzın. 

Nə artuğ dedim ki, qılur bənd ağzın. 

Günəşdə olur zərrə, amma bulunmaz, 
Yüzündə gözətdükcə hərçənd ağzın. 


228 rYD 



Gedərkən dil ol kakili saru dün-gün, 

Xəbər qıldı lə’li-şəkərxənd ağzın. 

Qara xal şol iki qaş arasında, 

Siyəhpuş tək aldı dərbənd ağzın. 

Hidayət, bu bir şe’r ilən bənd qıldın, 

Xorasanü əhli-Səmərqənd ağzın. 

* * * 

Mübarək olsun, ey sultani-aləm fəsli-novruzun, 
Müsa’id gecədən keçən müvafiq ruzun uzun. 

Həmişə bürci-dövlətdən tülu’ mahi-iqbalm, 

Müdami övci-himmətdən zühuri sə’d yulduzun. 

Nə gecəm gecədir şaha, nə ruzum ruz, həq bilür, 
Gözümdən ta irağ oldu camali-aləməfruzun. 

Gedüpdür canü dil, yanar ğəminlə, kimsə bilməz kim, 
Nədir sirri bu canbazm, nədir halı bu dilsuzun. 

Bir hicr oduna yaxmm Hidayəti, şəha şimdi, 

Visalın şəhrini yayın fıraq iqlimni nov ruzun. 

* * * 

Dedim: olmağa ayağında könül həsrəti var, 

Dedi: gər ona nəsib olur isə dövləti var. 

Dedim: öldürürdi yüküşün meyi-lə’lin qədəhi. 
Dedi: qayınna sana dəxi bir az şərbəti var. 

Mən demən ləzzəti var sandilən hər yigitin 
Ki, hədis oxumuşam hər yigitin ləzzəti var. 


229 



Varmazam uçmağa kuy indən anm get zahid, 
Damuya nişə vara kim ki, anm cənnəti var. 

Çox gəmirdi sümük itinlə Hidayət, ani 
Xaçan unuda ki, bu bəndədə həqq ne’məti var. 

* * * 

Səndən həmişə canıma dərdü bəla yetər, 
Biganəlik həmin ola ey aşina, yetər. 

Şinıdi ki, vəslə vasiləm öldürə gər məni. 

Hicrində bilürəm sun ki, işim buna yetər. 

Tarac qəmzədən yetürür rahətə nişan, 

Canə, peya-peya oxların ey şux büta yetər. 

Hər ildə bir söyüş deyər minnətin var anca kim, 

Y etməz ol dəxi məni-miskinə ya yetər. 

Digəc Hidayətin sözi yetmək durur sana, 

Dinmün deyər ki, sözləri ayıtm mana yetər. 

* * * 

Dedim: ey gün, yüzini görsət gözümdən nəm gedər, 
Dedi: gər sənin yüzin seyi axıdarsa nəm gedər. 

Gözlərimdən ayü il dəm getdügi andan durur 
Kim, bu ömür arxanılmaz bir dəm ikən il dəm gedər. 

Buyi-zülfı can dimağmdan gedib gəldisə ğəm, 
öəm yemə ey dil necə bu gemdisə ol həm gedər. 

Oxu getgəc yürəgimdən dərdim artar sor nədən, 

Yüz urar sağalmağa çün yarədən mərhəm gedər. 

Könlümə düşgəc ləbi əksi nədən göz yaş tökər, 

Dəm gəlür bildim Hidayət, göz yolundan dəm gedir. 


230 rYD 



* * * 


Ey ki, gündüzdür yanağın zülfi-mişkin gecələr, 
Gəl ki, uymadı fəraqmdan bu miskin gecələr. 

Arizində iki yandan həlqələndi zülfiniz, 

Bir güni aldı araya, ey büti-Çin gecələr. 

Bulma kəc ağzını yüzünlə varur şol zülfə dil, 
Gündüz ilən çün ani bulmaz bu qəmgin gecələr. 

Var könül zülfinə saru yüri ənvar ilə kim, 
Xoşdur uzax yolları varmaq ey aydın gecələr. 

Vəsl balın dadmaq içün hicr ağusm çəküb, 

Çox bəla daşın Hidayət, qıldı balın gecələr. 

* * * 

Gəldi novruz, yenə gülşənü səhra dəmidir, 
Yari-gülçöhrə ilən eyşü tamaşa dəmidir. 

Çox siyam ayı deyüb üzr götürmə arayə 
Saqiya, badə gətür kim, güli-həmra dəmidir. 

Qaşın görsədübən qıl nəzər əhvalıma kim, 
Sərvi-rə’na çağıvü nərgisi-şəhla dəmidir. 

Böylə mövsümdə mən ol yardən diriyəm, 

Ey əcəl, gəl bərü kim, şimdi təğaza dəmidir. 

Qıl təvəkkül həqqə, varını yolunda tərk et, 

Ey Hidayət ki, təvəllavü təbra dəmidir. 


231 



ŞEYX İBRAHİM GÜLŞƏNİ 


Şeyx ibrahim bin Məhəmməd bin Şəhabəddin Gülşəni XV əsrin tanınmış 
şairlərindən biridir. 1427-ci ildə Bərdədə doğulmuş, hələ uşaq yaşlarından öz 
istedadı ilə başqa yoldaşlarından fərqlənmişdir. Gənc ikən Bərdədən Təbrizə 
gəlmiş, burada Dədə Rövşəninin tələbəsi olmuşdur. “Xəlvətivyə” sufi təriqəti- 
nin görkəmli nümayəndələrindən olan Rövşəni sonralar bu təriqətin "Rövşəniy- 
yə” qolunu yaratmışdır. Yüz ildən artıq ömr sürmüş şair 1533-cü ildə Misirdə 
vəfat etmişdir. Gülşəninin yaradıcılığı azərbaycanca, farsca, ərəbcə yazdığı 
divanlardan. ‘Məsnəviyi-xəfi” və “Raznamə ” məsnəvilərindən ibarətdir. 


QƏZƏLLƏR 

Eşqə könül verməyən canını qıymaz bana, 
Bənligini tərk edüp eşq ilə gəlməz bana. 

Eşqi murad edübən tərki-murad etməyən, 
Olubəni namurad eşq ilə uymaz bana. 

Eşq ilə Məcnun olan əql ilə divanəvəş, 
Olubəni münkirim qal ilə gəlməz bana. 

Diri ikən ölüymüş, istəyübən bulmazam, 
Çünki diri olmuyan eşq ilə duymaz bana. 

Cani-cəhandan keçüp istəməyən eşq ərin, 
Dirlik içün eşq ilə canını verməz bana. 

Bir nəfəs yüz belə can verübəni almıyan 
Diləsəm ondan bəha eşq ilə saymaz bana. 

Eşq oduna yanmayan Gülşənidir sananuz, 
Rövşəninin yürəgi mehr ilə yanmaz bana. 


tfr’v. 232 



* * * 


İstəyüp dərdinə eşqin bulmazam andan dəva, 

Nə qədərdür yaşuma çün bilməzəm andan qəza. 

Bir nəfəsdə yüz bəlasin çəkmədin eşqin nediııı? 
Çün usanmaz könlüm andən çəkübən yüz bin bəla. 

Gün kimi yüzüm sürübən hər qapudan istərəm, 
Sevdügimin izi-tozun gözünə kəhli-cila. 

Alalı könlümi verməz bir pəripeykər nedim? 

Çün könül nedə, dilər kim canımı daxı ala. 

Nasehim tərki-həva deyübəni ögüb verər, 
Bilməzəm tərkündən alun nədür anunçun həva. 

Girəli medani-eşqə başumu top etmişəm, 

Kim çalub çövkan dilər ardına düşüp qova. 

Rövşəni pərvərdəsidir Gülşəni anun içün, 

Gün kimi rövşən görünür aləmə andan ziya. 

* * * 

Əcəb yüzin görən necə qılar tab, 

Çu andan bibədəl olur şeyxlə şab. 

Əcəb nərgislərin uyur oyanux, 

Görənün gözünə necə girər xab. 

Əcəb durci-göhər kimi dəhandan 
Düşünmidür görünən madəri-tab. 

Əcəb ay kimi alınundan münəvvər, 

Cəhanda varmıdur bir taqi-mehrab. 


233 



Əcəbmi təşnəliqdən can verərsə, 

Görənlər ləblərüni lə’li-sirab. 

Əcəbmi, ey pəri, yüzin görəndə 
Günəş sararuban, qararə möhtab. 

Əcəbmi gözlərümdən yaş yerinə 
Axudam həsrətündən seyli-sürxab. 

Əcəbmi Gülşəninün Rövşəniçün 
İnildü zarisin manəndi-dulab. 

* * * 

Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib, 
Fikri-zikri olubanu dərd ilə ney dəm qərib. 

Vay əgər həsrətlə verəm canımı axır nəfəs, 
Görmədən sevdüklərimi dünyadan gedəm qərib. 

Vay əgər həsrətlə verəm canımı axır nəfəs, 
Görmədən sevdüklərimi dünyadan gedəm qərib. 

Sevnişür xəlqi cahanun ay görüb bayram içün 
Yaslu kimi qayğuludur movt ilə ol dəm qərib. 

Dönübən sahib əzayə ün çökübən dərd ilə 
Gözlərindən axıdırmış yaş yerinə dəm qərib. 

Y a ilahi, Rövşənidən ayru zari-hüzn ilə 
Gülşəni kimi cahanda olmasım adəm qərib. 

* * * 

Bəni hər dəmdə nedim öldürür eşq, 

Qara yerə dirilmə girdürür eşq. 


234 



Qılup rüsvavü məlamət rindü bədnam 
Cəhan xəlqini bana güldürür eşq. 

Nedim Məcnun kibi xəlqi cəlıanun 
Yerub sevmədügini sevdürür eşq. 

Girüb bazari-hüsnə sevduginə 
Bəha can ver, deyübən öldürür eşq. 

Olub məst, xiyalun unuduram, 

Özüm xafı önümə düşürür eşq. 

Nə sevdadır başumda püxtəvü xam 
Ki, mehr ilə dəmadəm pişirür eşq. 

Qiyamətdür məgər bu səpvqamət 
Ki, həşrin xəlqün ana düşürür eşq. 

Cəhan qovğasın aşiq başına 
Aru kimi yığuban düşürür eşq. 

Demin rüsvavü rində, saxla canun 
Qaçan gizləyüb ani yaşurur eşq. 

Gözüm dəryasının rövşən suyunu 
Bulandırub rəvandan aşurur eşq. 

Bana der Gülşəni kim Rövşəninün 
Xiyalundan bilumi şaşurur eşq. 

* * * 

Bilməzəm kim, nə bəladur başıma sevdayi-eşq, 
Karturub əksilməz başımdan dəmbədəm qovğayi-eşq. 

Çıxalı sevdası eşqün başıma zikrim budur 
Çün çəküp zarlığilən vay eşq, ey vay eşq. 


tfr’v. 235 



Görmədim Məcnun bixud-valehü aşüftə hal 
Olduğun buncılayın bir daxi şeydayi-eşq. 

İstəyüb dərdinə dərman kim bilür eşqün dilün 
Çünki ol dərdə dəva bulunmaz illah vay eşq. 

Çəkmədi eşqün bəlasın mübtəla olub demək 
Ola hər nadani-bixəs arifü danayi-eşq. 

Rövşəninün eşqi ilə, Gülşəni, degil bana 
Kim olupdur sənciləyin bir daha rüsvayi-eşq. 

* * * 

Nə bəladür bilməzəm kim, eşq olupdur ana ad 
Eşidün anun kimi bidad əlindən dadü ad. 

Kimə varub dad edim, den kolə birsə ğourimə, 
Çünki ana hökm edəməz dad içün şəddadi-ad. 

Sevübənü lütf umana qəhr edər düşmən kibi 
Namurad olsun deyüp istəyənə bəndən murad. 

Nerə varsam eşq əlindən yoxsulu bay 
Dərtlüdür, guya ki, ondan ayrı gün şəhrü bəlad. 

Eşq həmvar olanı əql ilə dayib-xərab 

Eşq imiş sərsər kim ondan halın oldi qövmi-ad. 

Eşq əlindən ağlıyub gülməz degin bər bidili 
Der həm ondandur ğəm ilə bulmıyan könlə güşad. 

Rövşəni eşqə bəla der, leyk nedim Gülşəni, 

Ol bəlasız edəməzəm vərhəm ikən könlini şad. 

* * * 

Nədür keyfiyyətin eşqün bilmək olmaz, 

Çu keyf ilə yüzini görmək olmaz. 


tfr’v. 236 



Görən bikeyf ikən keyfı eşqün, 

Nədür keyfıni anun söyləmək olmaz. 

Yoğ ikən var olan bilür nədür eşq, 
Nedim kim yoği var eyləmək olmaz. 

Dilün dil diləsən eşqün təriqin, 

O yolə dilmədən dil girmək olmaz. 

Ölə gər eşq ilə olmazdən öndin, 

Demə olmadən öndin ölmək olmaz. 

Görək eşqün yolinə xeyri təmkin 
Ki, ol yol talibinə irmək olmaz. 

Nedim, ey Gülşəni, Aydm elinə 
Ziyayi-Rövşənisiz girmək olmaz. 

* * * 

Bana canü cəhan sənsiz gərəkməz, 
Behişti-cavidan sənsiz gərəkməz. 

İki aləmdə sənsən istədigim, 

Anunçün inü an sənsiz gərəkməz. 

Nəyə baxsam yüzin görmək dilərəm, 
Nihanü həm əyan sənsiz gərəkməz. 

Nədür vəchündən özgə zahir, ey məh, 
K’anı deyim rəvan sənsiz gərəkməz. 

Tənümdə cani-şirin təlx olan dəm, 
Derəm zövqi-rəvan sənsiz gərəkməz. 

Eşitdim Gülşəni der Rövşəniyə, 

Bana dildən bəyan sənsiz gərəkməz. 


237 



* * * 


Bana dərdün gərək, dərman gərəkməz 
Tənümdə səndən özgə can gərəkməz. 

Könül Misrində Yusifdən əzizim, 
Sənün sevgün gərək, sultan gərəkməz. 

Səni bilmək yetər aləmdə bana, 
Cahanda sənsizün ürfan gərəkməz. 

Gözümün qanlu yaşi həsrətündən 
Axan, höccət yetər, bürhan gərəkməz. 

Rəqibi sür yanundan, ey pərixu, 

Mələk yanında çün şeytan gərəkməz. 

Görən mehr ilə, ey məh, nərgisün der 
Gözüm ana nədən heyran gərəkməz. 

Könüldə Rövşəni derdün özünə, 

Sana, ey Gülşəni, dərman gərəkməz. 

* * * 

Gülüstan car olupdur bana sənsiz, 
Genişlik dar olupdur bana sənsiz. 

Çıxub sevdası eşqünün başuma, 
Xəyalun yar olupdur bana sənsiz. 

Fəraqun zikri söylənmək dilümdən, 
İnildü zar olupdur bana sənsiz. 

Cahanda bir nəfəs, ey dilbəri-şux, 
Dirilmək ar olupdur bana sənsiz. 


238 rYD 



Fəraqun zövqidir ağudən acı 
Ki, zəhri-mar olupdur bana sənsiz. 

Yanuram həsrətlindən geci-gündüz 
Çü hicran nar olupdur bana sənsiz. 

Dəmadəm Gülşəni der Rövşəniyə 
Rəqibim yar olupdur bana sənsiz. 

* * * 

Gəl, ey Misri-dilim sultanı cahanda, 
Əzizi canımın cananı dilbər. 

Günəş kimi nəzirün yox cahanda, 
Mələksima, gözəllər canı, dilbər. 

Cahan xuğlarının təndə rəvanı 
Bilindi səndən imiş canı, dilbər. 

Məazallah ki, edəm səndən özgə 
Dəvasız dərdimə dərmanı, dilbər. 

Yanubən həsrətindən axıduram 
Gözümdən yaş yerinə qanı, dilbər. 

Dilərdim saniyim hüsnün hesabın, 
Hesabsız gördüm anda sanı, dilbər. 

Cahanda Rövşənidən özgə degil 
Bana, ey Gülşəni, sən xanı, dilbər. 

* * * 

Eşqün bana, ey şux, belə gör nələr eylər, 
Sedayi-sifət, əqlüm alub bixəbər eylər. 


239 



Dəlürübəni dağa necə düşməsün, ey can, 

Çün əqli gedər hər ki sana bir nəzər eylər. 

Bir deyəməzəm bən dilün, ey dilbəri-məhru, 
Kuyində görər bəbkini hər kim güzər eylər. 

Eşqün yoluna necə qədəm qoya olar kim, 

Şərbətüni canunə başdan həzər eylər. 

Gün gördigiçün yüzini hər sübhidəm, ey dust, 
Başun ayağə salubəni dərbədər eylər. 

Eşqinə könül verəlüdən sanadum, ey dust, 

Geyrün eşidüb görməsini kuri-kər eylər. 

Eybin görəməz sevdüginin aşiqi-bidil. 

Çün eybi anun gözinə sevgü hünər eylər. 

Zövq edənə şövq ilə ğəmündən necə deyim, 
Könlüni anun həqq ilə ğəmün gedər eylər. 

Gün kimi yüzün Rövşənidən, Gülşəni, görən, 

Ay kimi cəhan xəlqinə nuri-bəsər eylər. 

* * * 

Dəmbədəm sevdası eşqün əqlimi başdan qapar, 
Dönübən Məcnuna andan oluram bən bixəbər. 

Dəlü kimi daşa dönər oğlan-usəx göricək 
Valehü şeyda bəni aşüftə, heyran, rəhgüzər. 

Soraram sərgəştə bəndəm kim, nə gördüm deməzəm, 
Cizginən dövrandan özgə gecə-gündüz sərbəsər. 

Eşq ilə rüsva məlamət olalı canım görən 

Tən’ edüp der kim, məlamət görmədin bundan betər. 


240 rTD 



Dəlü, uslu olduğumu bilməzəm heyrət budur, 

Dəlu kimi uslu halum necə fərq edüb seçər. 

İtürən eşqün məqamın qapu-qapu gəzübən, 

Gün kimi yerün yüzinə baş qoyuban dərbədər. 

Bir sor axı Rövşəniyə, Gülşəni, nə mə’nidən 
Gəlmədün der, gəlür olsam, dönübən sürər, qovar. 

* * * 

Dəmbədəm çün gözlərimdən qanlu yaş qəltan düşər, 
Qətrə-qətrə san sədəfdən dürr ilə mərcan düşər. 

Qönçəvəş qanım yürəkdən açılan dəmdə degil, 

Baş urub gözdən yüz üzrə necə sərgərdan düşər. 

Gülməyincə bəllü olmaz gül sifət yüzdən dəhan 
Çün sədəfdən dolu anda dürri-can rəxşan düşər. 

Gülşənara seyr edərkən, ey güləndamım, gözün 
Bənzədübən gül yüzünə özünü xəndan düşər. 

Salayum dedim canımdan ğeyrət edüp sevgüni, 

Bən nihan etsəm könüldən suz ilə giryan düşər. 

Görəli doğru əlindən qəddini nunü qələm 
İstiqamətdən dönüb beş hərfi kəc kərdan düşər. 

Əhd edüp, peymanuni çün smdurar, ey rəqib, 
Eyləsəm misaq ötkülə əhdara peyman düşər. 

Həsr-həsri örtürürən guya hüsnün gülini 
Kim içüp abni həyatun vərdinə reyhan düşər. 

Cəzb edəli mehrim ilən həlqeyi-zülfün vəli, 

Tup dutub bisəpü pa zülfi ana çövkan düşər. 


241 



Mehrdə görüb cəmalun nedim, ey məhru, degil 
Çahi- Yusif kimi canə ğəbğəbun zindan düşər. 


Rövşənidən Gülşəniyə əmr imiş sevgilu can 
Anın içün dildə mehri dəmbədəm fərman düşər. 

* * * 

Eşqə könül verməyən can ilə aşiqinidir? 
Kizblə hər müddəi dəvisi sadiqmidir? 

Eşqə könül vermiyən, sevgilü can almıyan. 
Yoxluq ilə gəlmiyən, varlığa layiqmidir? 

Eşqi səlah edübən, zəhrü fəlah etmiyən, 

Talehi tərk edübən salehə layiqmidir? 

Eşq ilə me’racuni qılmiyana, ey səni, 

Derəm eşitgil bunu lahəqqə sabiqmidir? 

Eşq ilə sayruluğun bilmiyənə sağlığun 
Soraram etsün mübin teyb ilə haziqmidir? 

Müşkülümü sürərəm, sanma düşəm, yürərəm. 
Əbdi-həvaçun derəm, bəndəyə xaliqmidir? 

Rövşəninin, Gülşəni, eşqinə can vermiyən 
Leyliyə Məcnun olub, Əzrayə Vamiqmidir? 

* * * 

Ey könül, eşqün bəni divanə qıldı aqibət 
Bilgümi əql əhlinə əfsanə qıldı aqibət. 

Düşürüb dağlara aşinalardan bəni, 

Dəlü kimi xəlq ilən biganə qıldı aqibət. 


tfr’v. 242 



Yıxdı çün könlümi eşqün saxlamağa gəncüni 
Əjdahanın yatağın viranə qıldı aqibət. 

Qətreyi-insan kimi bu bəhri-canım dürri-saf, 

Ha sədəfdən göz görə dürdanə qaldı aqibət. 

Qara geyüp gözlərim məndən betər gör, ey sənəm, 
Qaşlarun mehrabını bütxanə qıldı aqibət. 

Susayuban ləblərimdən tutuşub yanar cigər, 
Qanımğa ondan ləbün peymanə qıldı aqibət. 

Yüz çevirmə Gülşənidən, ey könül, hər vəch ilə 
Can verübən çün səni cananə qıldı aqibət. 

* * * 

Qiyamət gər dilbərsən, ey sərvqamət, 

Rəvan ol kim qopa xəlqə qiyamət. 

Görənlər fitnədən qaş ilə gözün 
Bilür nədür qiyamətdən əlamət. 

Bu gündə görmiyən vəchüni danlı, 

Çökür fövtü fərasətdən nədamət. 

Nədür vəchündən özgə, ey pərixu, 

Görünə bir nəzər eyni-kəramət. 

Səkiz cənnət kimi görən cəmalun. 

Nə yüzdəndür bilür cənnət təmamət. 

Nədür kuyindən özgə bilməzəm 
Məqami-ümmətlə dari-səlamət. 

Çilədin Rövşənidən əhli-eşqə 
Dəgübdür Gülşəninə çün imamət. 


243 



* * * 


Nədür eşqimdən özgə canım, ey dust, 

Odur can ilə çün cananım, ey dust. 

Könül Misrində Yusifdən əzizim 
Sənün sevgün imiş sultanım, ey dust. 

Saçun küfrün görən iman yüzündən 
Bilür ol küfr ilə imanım, ey dust. 

Qiyamət vəchün imiş zahir oldu 
Günəşdən aləmə bürhanım, ey dust. 

Bu gün yüzün görüb, danla deməzəm 
Çü danladur bu gün durağum, ey dust. 

Xəlayiq həşrin istər nəşr içində 
Qiyamətdən görəməz şanım, ey dust. 

Dəvasuz dərdün içün Gülşəni der 
Nədür can, vennədün dərmanım, ey düst. 

* * * 

Necə kim ğəmdən dilərəm könlümi qılmax fərəh 
Diləməz der məmləkətdən istəyüp bulmax fərəh. 

Dilərəm hümmətlə ğəmdən qurtaram canım, nedim? 
Qayğulu könlüm əlindən diləməz olmax fərəh. 

Girübən bazari-eşqə dəmbədəm der həm könül 
Verübən nəqdini qəmdən diləməz almax fərəh. 

Ağladuğum görübəni şad olub gülənə sor 
Ki, nə hülqətündür ana cəhl ilə qılmax fərəh. 


244 



Həmm-ğəmdür istədügi könlümün eyşü nişat 
Der anunçun gərəkməz könlümə salmax fərəh. 

Rövşəninün ğəmiyimiş Gülşənini şad edən, 
Ondan özgə diləməz çün könlünə bulınax fərəh. 

* * * 

Eşq elinə getməgə dur könül, eylə bir ax, 
Həmdəm olup deməgil yolu yaxındır, irax. 

Dur yola düş gedəlüm, yoxluğu zar edəlüm, 
Varluğum nedəlüm sən bəni tərk et, burax. 

Mavü mənidən qaçub, bənlik olandan keçüb, 
Eşq ilə gözün açub, istədügin yüzə bax. 

Şövq eliyü qıl məqam, əqlə uyub qurma dam, 

Ta ki, xəyalundan müdam urmiyə boynuna fax. 

Tərki-həvayi-həvəs əldə ikən dəstrəs. 

Yə’ni verüp son nəfəs demiyəsən ahi-vax. 

Diri ikən ölə gör, axırı tən böylə gör, 

İstəgüni bula gör, saxlamayüp həlqə çax. 

Rövşəninün şəm’inə dutuşuban. Gülşəni, 

Eşq ilə pərvanəvəş ancaq özin oda yax. 


245 



KİŞVƏRİ 


Nemətulla Kişvəri XV əsrin ortalarında Azərbaycanın Deyləmqan şəhə- 
rində ( Cənubi Azərbaycanın indiki Salmas şəhərində) doğulmuşdur. 1490-cı ilə 
qədər, yəni Ağqoyunlu Sultan Yəqubun hakimiyyəti dövrimdə sarayda yaşamış, 
sultan öldürüldükdən sonra oradan uzaqlaşdırılmışdır. 

Təbriz ədəbi mühitində tərbiyələnmiş, sonralar saray, divan şerinin qay- 
dalarına riayət etmək məcburiyyətində qalmış, öz imtedadı sayəsində həmkar- 
larından seçilən, mədlıiyyəçiliyə alışa bilməyən, ona həsəd aparan şairlərin 
təhqirinə dözməyən Kişvəri sarayı tərk edib, Əlişir Nəvaivə pənah aparır. 

Kişvəri Azərbaycan və fars dillərində "Divan ” yaratmış , əsasən lirik qəzəl- 
lər yazmış, ülvi məhəbbəti tərənnüm etmiş, təriqət görüşlərindən azad, sərbəst 
yaradıcılıq yolu keçmişdir. Forma rəngarəngliyi, bədii ifadə vasitələrindən 
istifadə bacarığı, ana dilinin ən zərif incəliklərinə bələdolma qabiliyyəti ilə 
seçilən Kişvəri, bədii sənətkarlıq baxımından sanballı əsərlər yaradaraq həm 
müasirlərinin {Həbibi, xüsusilə böyük özbək şairi Əlişir Nəvainin), həm də 
sonrakı dövr şairlərinin nəzərini özünə cəlb etmişdir. 


QƏZƏLLƏR 

Səndən ayru yüz ğəmü dərdü məlamətdür mana, 
Nə xoşam, nə naxoşam, bilməm nə halətdür mana. 

Hicrümə qatlan deyincə, tiği çək öldür məni, 

Həq rizasiçün ki, bu eyni-ədalətdür mana. 

Mülki-həsti içrə nə hasil mana bazari-gərm, 

İmdi kim, kuhi-ə’dəm sarı həvalətdür mana. 

Eşqdən keç der mana idraksız zahid, vəli 
Bilməz anı kim, bu bir eybi-cəhalətdür mana. 

Y ar göndərmiş bitik kim, Kişvərini öldürün, 
Xoşdiləm kim, bir nişani-istimalətdür mana. 


tfr’v. 246 



* * * 


Ey pəriləb, demə həq bir parə can vermiş sana, 
Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana. 

Karigahi-afəriniş içrə guya dəsti-sün’, 

Rişteyi-can birlə peyvəndi-miyan vermiş sana. 

Qıldı qurban kirpigün navəklərilən könlümü, 

01 ki, çatma qaşidən iki kəman vermiş sana. 

Arizin bağı su içrə çeşmeyi-xurşiddən 
Demə a’riz kim, belıişti-cavidan venniş sana. 

01 kim axıtdı gəzindən ərğəvani yaşlar, 
Türreyi-şümşadü rəngi-ərğəvan venniş sana. 

Kişvərini qılma növmid, ey gözəllər şahi kim, 
Çoxdan ol biçarə ümmid ilə can vermiş sana. 

* * * 

Alma cana canımı kim, can ilən yarəm sana, 
Bivəfalıq qılma kim yari-vəfadarəm sana. 

Yusifin gərçi xiridarı çox irür hüsn ilə, 

Nəqdi-can birlə məni-bidil xiridarəm sana. 

Keçdi ömrüm naləvü zari bilə səndən İraq, 

Qıl tərəhhüm bir nəzər kim, aşiqi-zarəm sana. 

Qismətim ənduhü ğəm boldisə səndən yox əcəb, 
Mən çü qismət günündən bərlü giriftarəm sana. 

Demə kim yox Kişvərinin könlidə mehrim mənim, 
Melıribanəm həq bilür can birlə ta varəm sana. 


247 



* * * 


Köksümi qalxan qılıb mən oxlamn qarşusuna, 

Gər inanmırsan bir oq atgil mana qarşu sına. 

Gəmzə oxu qaşların yayindən, ey əbru kəman, 

Sən atarsan canəvü könlüm dutar qarşu sinə. 

Ey könül, gər aşiq isən nam ilə namusi qoy, 

Kim ki, aşiqdür anun nami nəvü namusi nə. 

Qıldı dövri-ruzigarimni qara Qismət güni, 
Sürmeyi-nazi ol çəkdi nərgisi-cadusinə. 

Kişvərinün sözidür incü, anı smdurmagil 
Kim, bəhasindən düşər, çün daneyi-incu sına. 

* * * 

Qəriblik ixtiyar etməz kimin ki, yarı yar olsa, 
Dirilməz yarsız bir dəm kişi gər ixtiyar olsa. 

Bu dirlikdən mana yegdür eşigində xuda bilür, 
Ləkədkubi-cəfa birlə təni-zarim ğubar olsa. 

Sənünlə ol məhəbbət kim, mənüm könlümdə ea qıldı, 
Anı aşkarə qılmazmən qiyamət aşikar olsa. 

Rəqiblər cövhərini çəkmək mana asandurur, amma, 
Əgər sən yari-canidən könül ıimmidvar olsa. 

Yolunda oynadur, qələndər Kişvəri başın, 

Əgər qövlün ola qövlü qərarun bərqərar olsa. 

* * * 

Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib, 

Ləblərin şərbətindən binəsibəm, ya nəsib. 

Sancılur kirpikləri könlümə sorsam lə’lini, 

Bolmadı vəh kim, mana bir xarsız xurma nəsib. 


tfr’v. 248 



Gülşəni ruyunğa, ey huri, rəqib niçün girir, 

Kafirə çün bolmaz irür cənnətül-mava nəsib. 

Artuğ-əksük boldular səndən nəsib əhli-vəfa, 
Bolmuşam rusvaylığ səndən mənə rusva nəsib. 

Guşəşi-bifayidə niçündürür, ey Kişvəri, 

Bişü kəm çün hiç kimə bolmaz nəsib, illa nəsib. 

* * * 

Düşmişəm bir halə sənsiz natəvanü zar olub 
Kim, əcəl yanımdan ayrılmaz mana qəmxar olub. 

Həsrəta, dərda, diriğa kim, bu bəxti-tirədən, 
Qalmışam mən yarsız, yar özgələrlən yar olub. 

Bilməzəm kim, neylədim bu qan olası könlümə 
Kim, qaçar hər yan məni-biçarədən bizar olub. 

Qəddi yüzündən irağ baği-behişti neylərəm, 
Sərvü gül hər biri ayru, gözlərimdə xar olub. 

Surətin ta gördü cana, xəstəxatir Kişvəri, 

Baxa qalmış eşigində surəti-divar olub. 

* * * 

Xəstə canım çəkdi ah, ol nərgisi fəttan görüb, 
Avçı tək kim ox çıxarub səlbdən ceyran görüb. 

Həlqəyi-zülfini görgəc könlümün əfğanıdur, 
Tiflyanlığ kim, çığırğay nagəhan yilan görüb. 

Gözlərim qanın görüb qaçdı qara yüzlü rəqib, 
Yoxlurur cana, əcəb gər qaçsa hindu qan görüb. 


249 



Ləblərin öpgəc əlimdən getdi ol zülfı-siyah, 
Birəhmən kufrin unutdu ləzzəti-iman görüb. 

Kişvəri qaçmaz ğəmindən necə kim, var canı kim, 
Yüz çevirməz ləşgəri sultanidən ehsan görüb. 

* * * 

Ah kim, köksümni sənsiz çak-çak etdi fəraq, 
Natəvan könlümni qəmdən natəvan etdi fəraq. 

Bəzmi vəslindən məni məhrum qıldı ruzigar, 
Kuyi-hicrində təni-zarimni çak etdi fəraq. 

Gözlərüm xunabəsi birlə kim axar dəmbədəm, 
Lövhi-həstidin vücudun nəqşi pak etdi fəraq. 

Nuşi can bolsun sizə cami-visal, ey dustlar, 

Kim, məni-sərgəştəni bari həlak etdi fəraq. 

Kimi yoxdur, kimi var der Kişvəriyi-xəstəni, 

Şükr kim, gəldivü rəf - iştikak etdi fəraq. 

* * * 

Ey könül, dünya evində istəmə abadlıq 
Kim, anun bünyadıdur əslində bibünyadlıq. 

Meyvə olan nəxlini səng həvadis smdurur, 

Vəh nə xoşdurur səmənbər sərvilə azadlıq. 

Xublar bidadı bəs üşşaq içün sən ey fələk, 
Tiği-bidadi çəkib munca nədür bidadlıq. 

Aşina yad oldu məndən, dust düşmən aşibət, 

Vəh kim, ol naaşina həddən aşurdı yadlıq. 

Ta riza verdi qəzayə Kişvəri bil kim, ona, 

Şadiliq naşadliq naşadliqdur şadilıq. 


tfr’v. 250 



* * * 


Necə ey xodkam, hicrimdə mana bədnamlıq, 

Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq. 

Gər səninçün, ey pəri, bədnam olubmən ğəm dəgül, 
Aşiqəm nami-nikudən yeg mana bədnamlıq. 

Sənsizin boldi mana k uy i -ədə m aramgah, 

Necə çəksün bir kişi peyvəstə biaramlıq. 

Zahida, mən’ etməgil görsən məni məstü xərab 
Kim, mana sübhi-əzəldən gəldi dərd aşamlıq. 

Cami əldən qoyma kim, mə’lum inıas əncami-kar, 
Haliya, xoşvəqtdür məstivü ib-aramlıq. 

Bitmədi baği-cahanda sən təki bir şax gül, 

Sərv boylu, ğönçə ləb, bərgi-səmən əndamlıq. 

Gəldi əyyami-şərif, ey məh, zəkati-hüsn içün, 
Kişvəri xəstəyə bir busə ver bayramlıq. 

* * * 

Can əgər getdisə sən sağ ol, mana candan nə ğəm, 
Sübh vəsl ümmidi bolsa, şami-hicrandan nə ğəm. 

Gər qılursa tiri-baran kim, yolundan dönməzəm, 
Kə’bənün müştaqinə xari-müğilandan nə ğəm. 

Eşqi kamil aşiqə rüsvalığmdan dərdi yox, 

Nuh ilə həmxanə bolsan mövci-tufandan nə ğəm. 

Tikməgil çaki-giribanmmı ey həmdəm ki, yar 
Yürəgimdə çaklar, çaki-giribandan nə ğəm. 

Y ar əgər dersə rəqibin boynun üzgil, Kişvəri, 
Taəti-həq etkənə təlbisi-şeytandan nə ğəm. 


251 



* * * 


01 ki verür canü canan yüzini görməz mənəm, 

01 ki tartar dərdü dərman yüzini görməz mənəm. 

01 ki Məcnun tək sənün eşqündə, ey Leylisifət, 
Tərki-sər qıldıvü saman yüzini görməz mənəm. 

01 ki suzi-atəşi-hicran ara pərvanə var, 

Yanarü şəm’i-dirəxşan yüzini görməz mənəm. 

Ta ki, verdim həlqeyi-zülfı-pərişanma dil, 

Kafəri kim, hiç iman yüzini görməz mənəm. 

Bulmadı hiç kimsə bu dərgahidən növmüdlik, 
Mur-ləngi kim Süleyman yüzini görməz mənəm. 

Eşigində Kişvəri tək ola yüz bəndə vəli, 

Bəndəyi kim, hiç sultan yüzini görməz mənəm. 

* * * 

Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm, 
Şiveyi-qəddin görüb sərvi-xuramandur derəm. 

Həlqeyi-ləTi-ləbin içində incu dişlərün. 

Bir düzulmiş daneyi-mirvarid ğəltandur derəm. 

Gülşəni -hüsnündə hər yan nərgisi-məstin görüb, 
Laləzar içrə yaturlar iki ceyrandur derəm. 

Ləblərin dövrində kim sorsa xətin mahiyyətin, 
Səbzələr hər yanı bitmiş abi-heyvandur derəm. 

Sən gedəndən bərlü halimdur ki, kafər görməsün, 
Xariliğ çəkməkdən isə ölmək asandur derəm. 


tfr’v. 252 



Halətimdür gülbeyi-əhzanda canan getgəli, 

Kim anun yanında ölmək ralıəti-candur derəm. 

Həsrətindən Kişvəri-ey Misri-canım Yusifi, 
Ağlamaqdan gözdən olmuş piri-Kən’andur derəm. 

* * * 

Y arə köp can verdim, əmma bivəfadur bilmədim, 
Aşinalıq rəsmidən naaşinadür bilmədim. 

Şivəvü nazü itabi çoxdurur bildüm, vəli, 

Gönçəsi qan tökməkü işi cəfadur bilmədim. 

Surətin gögçəkliginə aldanıb verdim könül. 

Əhdi süstü bağrı daş, könlü qaradur bilmədim. 

Sözünə şirinlədim əvvəl ki, yarımdür mənim, 
Təlxi-kam axır yerim kuyi-fənadur bilmədim. 

Gözlərinin şivəsinə mübtəla boldum vəli, 

Zülfünün hər tari bir dami-bəldur bilmədim. 

Eşqi bustanmda tikdim yüz tuman nəxli-vəfa, 
Bərgi-mehnət meyvəsi rəncü ənadur, bilmədim. 

Tapmağa gənci-müradi Kişvəri, qıldım həvəs, 

Hər qədəm yolunda kami-əjdahadur bilmədim. 

* * * 

Bu kim ölkəmdürür, adı fəraqi-yarimiş, bildim, 

Bu qan, bu dig ki derlər, ğeyrəti-əğyar imiş, bildim. 

Bu kim qalur gözi açux ölür çağında aşiqnün. 

Sevir dildarini ol həsrəti-dildarimiş, bildim. 


tfr’v. 253 



Görünməz zərrəcə ağzın nigara, deridim, leykən, 
Gülər çağında ey xurşid, ağzın var imiş, bildim. 

Zəmanə bəzmidə hər kim ki içdi şərbəti-vəslin, 
Fəraqm zəhrini dadmaq ana naçar imiş, bildim. 

Rəqib sözünə baxmazdım visalm istəyib, əmma, 
Məni məhrum edən bu bəxti-nahəmvar imiş, bildim. 

Dəhanm fıkridür hər dəm, ədəm saru uçar könlüm, 
Bu açux dünyada anun məqamı dar imiş, bildim. 

Cahanü canidən ey Kişvəri, keçmək bolur asan, 

Vəli məhbub canidən keçib düşvar imiş, bildim. 

* * * 

Səadət həmrəhim boldi, müsaid bəxti- firuzim, 

Bu gün gördüm xəmaluni, mübarək oldu novruzim. 

Nə yerdə kim, keçər sözüm, mnim halımğa ağlarlar, 
Diriğa kim, sənün yanında bir gün keçmədi sözim. 

Məhi-ruyun fərağında şəbi-ğəm gər nəfəs çəksəm, 
Salur od xirməni-xurşidə bu ahi-cigərsuzim. 

Saçmdur hasili-ömrüm, qaşın mehrabi-məqsudim, 
Boyundur nəxli-ümmidim, yüzün şəm’i-şəbəfruzim. 

Gəmü ənduhi-mülkindən nişan hər kimsəyə gəlsə, 
Anın tuğrası qan birlə yazılmış Kişvəri, sözim. 

* * * 

Payibəndəm bir gözi heyranə, bilmən neyləyim, 
Düşmişəm ahu təki yabanə, bilmən neyləyim. 


254 



01 pərirüxsarədən kim, canım arami durur, 

Qalmışam ayru məni-divanə, bilmən neyləyim. 

Bəs ki nəm çəkdi gözümdən, qorxuram kim başhıma 
Nagəhan yıxıla bu viranə, bilmən neyləyim. 

Gözlərimdən danə-danə əşki-xunin kim düşər, 

Vəh ki, bər verməz mana bir danə, bilmən neyləyim. 

Xəlq deyər kim, yenə aşiqdür qələndər Kişvəri, 
Gerçəkin derlər bu sözə, danə bilmən, neyləyim? 

* * * 

Kami-dil tərkin qılıb, nakamlıqdur istəgim, 

Namu namusi qoyub, bədnamlığdur istəgim. 

Ruzigarım tirədür, gəl ey hidayət şəm’i kim. 

Sübh vəslin birlə dərü aşamlıqdur istəgim. 

Nə mana sərvü gülü nə simü zər təskin verür, 

Sən kimi bir sərvi-siməndamlıqdur istəgim. 

Ey hilal əbru səbah eyd gəldüm qapuna, 

Ləblərindən busəyi-bayramluqdur istəgim. 

Kişvəri tək xanə-xanə gəzdügüm bayram günü, 

Bir ləbi püstə, gözi badamlıqdur istəgim. 

* * * 

Y ari görgəc der idim əvvəlki yarımdur mənim, 
Bildim axir kim, bəlayi-ruzigarımdur mənim. 

Gülşəni-ömrüm ara girib xəhanlığ yel kimi, 

Hər necə qılsa savuxlux bu baharımdur mənim. 


tfr’v. 255 



Lalə tək qanımnı töksə canım arami durur, 

Gönçə tək bağrımnı yarsa gülüzarımdur mənim. 

Nərgisə bənzər çiçək bitsə nəzarım üstünə, 

Sanmagil nərgis ki, çeşmi-intizarımdur mənim. 

Pərtövi-xurşid rüxsarın ara cövlan qılıb, 

Zərrələr demə ki, cani-biqərarımdur mənim. 

Könlimin əhvalını, ey Kişvəri üşşaq ara, 

Faş qılğan naleyi-biixtiyarımdur mənim. 

* * * 

Əbirinı, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim, 
Bənaəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım. 

Behiştim, düzəxim, hurim, qüsurim, nurimü narim, 
Əzabım, rahətim, ruhum, mənim şəm’i-şəbistanım. 

Kitabım, katibim, kilkim, yazılmış nameyi-ömrüm, 
Dilazarım, cigərxarım, mələk surətlü nişanım. 

Nigarım, dilbərim, yarım, vəfasız şuxi-dildarım, 
Xəyalım, həmdəmim, fikrim, hədisim, şe’rü divanım. 

Yüzi bədrim, sözi şəhdim, gözü ahu, saçı cadu, 

Qədi ər’ər, təni mərmər, ləbi lə’li-Bədəxşanım. 

Gözün, eynim, çirağım, afıtabım, mərdümüm, çeşmim, 
Zəbanım, fikrim, idrakım, sözüm təb’i-dürəfşanım. 

Baharım, tazə gülzarım, pəri peykər, güləndamım, 
Səmənbər tazə nəsrinim, mənim sərvi-xuramanım. 

Meyü bəzmim, neyü çəngim, dilü dinim, xurü xabım, 
Qərarü səbrim, aramım, nihani dərdə dərmanım. 


tfr’v. 256 



Məta’im, mayeyi-ömrüm, qumaşım, nəqdimü nisyəm. 
Əqiqim, gövhərim, kanim, bəhasız dürri-ğəltanım. 

Cahan içrə mana sənsən muradü məqsədü məqsud. 

Əzəl günində bağlanmış sənünlən əhdü peymanım. 

Götür bürqə’ yüzün görgəz, inayət vəqtidür, şaha, 

Necə bolsun itab ilə xitabın afəti-canım. 

Gəmü ənduh ilən ölsəm, deməzsən, ey sənəm, xanı 
Gulamım, çakərim, itim, əsirim, bəndəfərmanım. 

Cənabi-dövlətində Kişvəri bir quldur, sənsən 
Bəgim, şahini, Xudavəndim, ümidim, xosrovum, xanım. 

* * * 

Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım, 
Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım. 

Muradım, məqsədim, sidqim, şəfiqim, müşfiqim, dustim, 
Təriqim, mürşidim, pirim, yolum, adabü ərkanım. 

Xəlilü Söhfü İncilim, Kəlimim, Turü Tövratım, 

Zəburum, nəğməvü sövt ilə Davudi-xoşəlhanım. 

Səlahim, təqvayü zöhdim, iki qaşunla mehrabım, 

Ləbin Kövsər, cəmalın Rövzeyi-firdovsi-rizvanım. 

Səlahim, təqvayü zöhdim, iki qaşunla mehrabım, 

Ləbin Kövsər, cəmalın Rövzeyi-firdovsi-rizvanım. 

Səlatım, qibləvü sövmim, səfavü Hərvəvü Məccim, 
İmamım, məzhəbim, şər’im, nəmazım, dinim, imanım. 

Gülüm, bağım, baharım, cilveyi-tavusi-tənnazım, 
Həzarım, bülbülüm, kəklik yerişli vəhşi ceyranım. 


257 



Zərim, simim, mülküm, girami gəncimü malım, 
Kəminim, Xatəmim, təxtim mənim mülki-Süleymanım. 

Ənisim, munisim, yarım, Əzizim, Yusifim, Misrim, 
Məsihim, Xızrü zülmatım, həyatım, abi-heyvanim. 

Nəbatim, şərbətim, qəndim şəkərləb, məğzi-badamım, 
Behim, sibi-süxənguyim, turuncum nari-xəndamm. 

* * * 

01 mənəm kim, ölmüşəm hicrindən, ey simin bədən, 
Gər dilərlər nagəhan ölmüş ğərib içün kəfən. 

Ey sənəm, tax boynuma zülfi-siyahmdan mərəs 
Kim, gərək anın təki zünnarə, mən tək brəhmən. 

Sən gedəndən bərlü, ey firdövs bağın gülşəni. 

Lalə qandur gözlərümdə, ğönçə peykan, gül tikən. 

Yar getdi, ey könül, mən qaldumü sən yarsız, 
Möhnəti-hicran əgər budur, nə sən qalgil, nə mən. 

Səndən ayru, ey güli-xəndan, qılurmən çak-çak, 

Ğönçə tək əgnimdə gər yüz təh bolursa pirəhən. 

Degil, ey badi-səba Misrin sipəhsalarma 

Kim, ğəmindən oldu ol miskin sakini-beytül-həzan. 

Mərhəba, ey sən səfərdin yengi yetmiş mahru, 

Şükr bari kim, səni bir daxı gördük sağ-əsən. 

Çıxmaya kuyin həvası Kişvərinin başıdan, 

01 zaman daxı ki, dutsa toprağ altında vətən. 

* * * 

Eylə kim mən yanaram şəm’i-ruxi-cananədən. 
Kimsədən bilməz ol mə’ni məgər pərvanədən. 


tfr’v. 258 



Görmədim ta anədən doğdum ğəmində ruzi-xoş, 
Mən kimi bədruz daxı doğmayıbdur anədən. 

Qamətin sərvi-rəvandur, dedim isə küsməgil, 

Bu məsəldür cani-mən kim “doğru söz divanədən”. 

Çün bilürsən halım, ey həmsayeyi-beytül-lıəzən, 
Rəhm edib sürmə məni bu guşeyi-viranədən. 

Ta səni gördüm mən, ey canü cəhanim afəti, 

Yüz ğəmü dərdü bəla gəldi mana hər yanədən. 

Kişvəri yaralidə demə cüdalıq dərdini, 

Olmaya ğəmgin ola bu suznak əfsanədən. 

* * * 

Könlüm nəsibi çün ki, bəla qıldı yarədən, 
Tabi-bəla gətürmədi, can çıxdı arədən. 

Çeşmimdən ey ğəzalə, fəraqində ağlasam, 
Pərkalələr düşər cigəri-parə parədən. 

Könlüm qara qılur yüzini sənsiz ah ilən, 

Qurtar xuday içün məni bu yüzi qarədən. 

Baş ağradur səhər bu müəzzin dedikləri, 

Y arəb ki, uçursun tanrı anı minarədən. 

Könlündə hiç rəhmi yox ol dilbərün, bəli, 
Mehri-kiyah bitməz olur səngi-xarədən. 

Bimarlıq nəhayətə yetdi, gör ey rəqib, 

Gorü kəfən yəraqı ki, iş ötdü çarədən. 

Kirpikləri xəyalında, ey Kişvəri yenə, 

Bağrım bolub kəbabü asıldı qənarədən. 


259 



* * * 


Gözüm ağlar cəmalın həsrətindən, 

Y anar bağrım visalın həsrətindən. 

Dügünlər göydürüb kəsdim əliflər, 

Yüzündə xəttü xalın həsrətindən. 

Məsihü Xızr iki avarədürlər, 

Ləbi abi-zülalin həsrətindən. 

Gülistanda quru qalmış sənubər, 

Sənün qəddi-nihalm həsrətindən. 

Keyik tək Kişvəri səhrayə düşdi, 

Oşol çeşmi-ğəzalm həsrətindən. 

* * * 

Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən, 
Necə kim cəhd eylədim, pozulmadı tədbirdən. 

Çəkmə zülfini əlimdən, ey məhi-bədmehr kim, 
Dərdinakəm, qorxuram bu naləyi-şəbgirdən. 

Vay kim, yüzündən ayru qaldımü can vermədim, 
Baxa bilmən yüzünə, şərməndəəm təqsirdən. 

Yarəb, ol şahi-cəvanan ərzinə nə yetdi kim, 

Hiç qılmaz yad bir gün mən ğülami-pirdən. 

İştiyağm şərhini təqrir qılmaz Kişvəri 
Kim, irür dərdi-dili mə’lum bu təhrirdən. 

* * * 

Sənsən, ey Leyli məni-Məcnuni rüsva eyləyən, 
Könlümi çak eyləyib, canımı ara ca eyləyən. 


tfr’v. 260 



Şuxilər mehman kibi könlüm evin məskən qılıb, 
Mərdümi-çeşmim təki çeşm içrə ınə’va eyləyən. 

Nola gər sorsan məni rüsvayi-aləm halini, 

Ey məni bu hal ilən aləmdə rüsva eyləyən. 

Bolma ğafıl kim, canazəmdən çıxar hər yan şərər, 

Ey çıxıb tabutum ardınca təmaşa eyləyən. 

yoluna baş qoymuşam, çünkim əyağım qalmadı, 
Ey saçın tək Kişvərini bi sərü pa eyləyən. 

* * * 

Düşdü könlüm dami-zülfün bəndinə təqdir ilən, 
Eylə kim, qurtulmağı mümkün iməs tədbir ilən. 

Həlqə-həlqə kakilün cırmaşdı könlüm bəyinə, 
Necə kim, aslanı bağlarlar iki zəncir ilən. 

Zinhar, ey həmnişin, söylətmə mən divanəni 
Kim, tükənməz bu mənim dərdi-dilim təqrir ilən. 

Tilbə könlüm saçın sevdasi istər hər gecə 
İstərəm könlüm muradi naleyi-şəbgir ilən. 

Sizni görgəc Kişvəri can vennədi təqsir edib, 
Qulluğuna gəldi üştə, yüz tuman təqsir ilən. 

* * * 


Məni kim öynə-öynə öldürürsən 
Aşiq öldürməgin cani bilürsən. 

İki mehman bir evdə çün sığışmaz. 
Mənim canım gedər, çün sən gəlürsən. 


tfr’v. 261 



Dila, meyxanədən dışxarı çıxma 
Ki, hər nə istəsən anda bulursan. 

Gər ol ay mehri yox, ey çərx səndə, 

Nədən başına hər dəm çizginürsən. 

Bolupdur Kişvəri zəifin ziyadə, 

Əcəb gər bu gecə dana qalursən. 

* * * 

Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın, 

Vəh kim, öldürdü məni məstivü bipərvalığm. 

Zülməti-zülfün əgərçi afəti-candur, vəli, 
Abi-heyvan şərbətidür lə’li-ruhəfzalığm. 

Vəh nə məclisdür bu kim, hər canı təndə qoymadı. 
Ol qıya baxuşlarınü adabi-bəxmaralığm. 

Çıxmaya eyvani-xavərdən daxı xurşid əgər, 
Çəksələr anda sənün bu surəti-zibalığm. 

Yuzidən bürqə’ götürdü ol pərivəş, ey könül, 

Vəh ki, yetdi tilbəlik çağı bilə rüsvalığın. 

Sürmeyi-naz görsən çeşmi-şəhlasm məgər, 

Bilsən ey nərgis ki, yarutmaz səni şəhlalığm. 

Üştə can verdi ğəmindən xəstəxatir Kişvəri, 

Xanı ey ruhi-mücəssəm, ol dəmi-İsalığm? 

* * * 

Ruzin həmişə xürrəm, fərxəndə ruzigarın, 

Bolsun mübarək, ey gül, novruzü novbaharın. 


tfr’v. 262 



Ey bülbüli-cigərxun fəsli-bahar gəldi, 

Qıl nalə kim, göründü bağ içrə gülüzarın. 

Yüzün behişt bağı, zülfün ana bənəfşə, 

Bolsun müdam tazə, ey gül bənəfşəzarm. 

Qaşınla qəddi-nazın getdi gözümdən, əınma 
Nunü əlif qalupdur köksümdə yadigarın. 

Ruhinə bir dua qıl dərvişi-Kişvərinün, 

Düşsə məzarı üstə nagah rəhgüzarm. 

* * * 

Zülf açıb qıl cilvə kim, tavus rə’nalanmasun, 
Tutiyə görsət xəti-səbzin şəkərxalanmasun. 

Sübhi-dəm gülşəndə xabi-nazdən acgil gözün, 
Bir qıya bax nərgisə, bağ içrə şahlalanmasun. 

Zahidə görkəz yüzün birlə qaşın mehrabini 
Kim, unutsun məscidü mehrabi ma’valanmasun. 

Kakilin sevdasinə düşgəc utuzdum dinü dil, 

Heç müsəlman bu pərişan fikri sövdalanmasun. 

Bülbüli-nalan əgər gül vəsfini çox söyləyə, 
Kişvəri şe’rini ərz etgil ki, ğövğalanmasun. 

* * * 

Ey məni aşüftə qılğan ənbərafşan kakilün, 
Ruzigarınam qılıb mundaq pərişan kakilün. 

Şivəvü nazü məlahət birlə sənsən gənci-hüsn, 
Yatur ol gənc üstinə bir qarə yilan kakilün. 


tfr’v. 263 



Kim ki, gördü kakilini bağladı zünnari-küfr, 
Qoymadı aləmdə vəh bir salim iman kakilün. 

Mən daxı bir əhli-islam irdim, ey dil, vay kimi, 
Küfrə döndərdi məni şol namüsəlman kakilün. 

Nola mən divanə qucsam sən pərini bir gecə, 
Boynuma zəncir tək dolansa hər yan kakilün. 

Xəstə canlardur giriftarın ki, sənsən haliya, 
Xubilər sultanivü zənciri-sultan kakilün. 

Kakilindən rişteyi-ümmidi yüzməz Kişvəri 
Kim, anun hər taridür bir rişteyi-can kakilün. 

* * * 

Öldürmə cövr ilən məni kim, yarunam sənün, 
Qıl bir nəzər ki, yari-vəfadarunam sənün. 

Canü cəhanü dinü dilü səbrü huş ilə, 

Ey gövhəri-yeganə xəzinədarunam sənin. 

Can ver iki ləbindən, əgər y arisən mana, 

Ey çeşmeyi-həyat ki, bimarunam sənün. 

Özgə həvavü özgə həvəs məndə qalmadı. 

Ey sənvinaz, ta ki, həvadarunam sənün. 

Gülzarü-hüsndür yüzün və bəndə Kişvəri, 

Şirin kəlam bülbüli-gülzarunam sənün. 

* * * 

Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlür, 
Sayrudur dərman içün həbi-nəbat almış gəlür. 


tfr’v. 264 



Zülfin altında xəti-səbz ol ləb üzrə guyiya, 
Zülmətə girmiş Xızır abi-həyat almış gəlür. 

Xanda kim, tumari-dərdüni açırmən, xəlq der, 

Bir sipahidür ki, divandan bərat almış gəlür. 

Vəli nə laçmdur gözün kim, qaşlarından mal açıb. 
Qafi-qüdrət quşidən iki qanat almış gəlür. 

Şərhi-şövqiıı yazğalı deb Kişvəriyi-xəstədin, 
Qanlu kirpikdən qələm, gözdən dəvat almış gəlür. 

* * * 

Xublar yanında ol şahi-cavanm bəllüdür, 

Ləşkəri gər çox bolursa nola, sultan bəllüdür. 

Yüz qəmər yüzlü sənəm gər doğsa, sənsən afitab, 
Dutsa yulduz gög yuzin xurşidi-taban bəllüdür. 

Məndə daxi də’viyi-mehrü bolsa, nola, 

Kimdə var çeşmi-tər, çaki-giriban bəllüdür. 

Cövhəri-hüsnün çox, amma ləblərün ayruxsidür, 
Cövhəri dükkanidə lə’li-Bədəxşan bəllüdür. 

Bəllüdür xunabi-çeşmim içrə şəkli-qamətin, 
Seyli-ğəm dutsa cahanı, abi-heyvan bəllüdür. 

Kişvəri meydani-eşqünə girib baş oynadur, 

Qılsa də’vi yüz dilavər, mərdi-meydan bəllüdür. 

* * * 

Məni mən’ etmə, ey zahid, fəğandan ruy-yar olğac 
Ki, bülbülnin fəğandan ixtiyarı yox bahar olğac. 


tfr’v. 265 



Nə yarımdan vəfa gördüm, nə xoşluq ruzigarimdən, 
Vəfalu yar həm xoşdur, cəfayi-ruzigar olğac. 

Fələk eyvanına hər yan düşər od könlüm ahindən. 
Yıxar tufan səlamət evini çeşm əşkibar, olğac. 

Vəsiyyətin bu kim andan qopanna, ey səhər yeli, 
Səri-kuyində bu xaki təni-zarim ğubar olğac. 


RÜBAİLƏR 

1 

Qılğıl məni-gümrahə inayət yarəb, 

Görsət mənə bir rahi-hidayət yarəb, 

Vergil nəfəsi-gəmı ilə ahi-səhəri 
Könlümcə kim ol qılsa sirayət yarəb. 

2 

Ey şəm’ yüzün ovci-səadət günəşi, 

Sən türki-Xətayisənü xalın həbəşi. 

Sən xandə vü mən xandə zəhi fıkri-məhəl 
Mən qul həbəşivü sən çiraği Qüreşi. 

3 

Cismimi zəifü natəvan qıldı fərağ, 

Canımnı ədəm sarı rəvan qıldı fəraq. 
Bulmaz desə kim, yaxşı-yaman qıldı fəraq, 
Yari məni rüsvayi-cahan qıldı fəraq. 

4 

Fikrim bu durur kim, səni mehman qılabən, 
Bu cani-girami sənə qurban qılabən, 
Bağrım qanidən şərabi-lə’li götürüb, 
Köksüm içində könülnü büryan qılabən. 


tfr’v. 266 



5 


Hər dəm qəmi-eşqin məni ğəıngin qıladur, 
Xunabeyi-dil çöhrəmi rəngin qıladür. 

Ey dil xanı sən ki, ol sənəm imdidən, 

Zülm ilə sitəmpişəsi ayin qıladur. 

6 

Gürbət məni zarü natəvan qıldı yenə, 
Seylabi-sirişkimni rəvan qıldı yenə. 

Ğəm bülbüli kim, ovci fərəh bürcündən 
Könlüm qəfəsini aşiyan qıldı yenə. 

7 

Aləmdə məni-xəstəyə bir yar gərək 
Hər yar nə kim, yari-vəfadar gərək. 

İşrət günidə çox bulunur yar, vəli 
Gəm köçər icək yar ilə qəmxar gərək. 


Qıldı səri-zülfün yenə divanə məni, 

Qərq etdi yenə kafə təki qanə məni. 
Səhrayi-ədəm sarusuna qıldı rəvan 
Ahu təki ol nərgisi-məstanə məni. 

9 

Ey baği-rüxün rövzeyi-rizvan qara göz, 
Künci-dəhənin çeşmeyi-heyvan qara göz 
Ey mərdüməki-dideyi giryan qara göz. 
Canım qara göz, canıma canan qara göz. 

10 

Ey vay ki, qaldım yenə qürbətdə qərib, 

Nə yarü nə qəmxarü nə həmdəm, nə təbib. 
Nə halıma behbud, nə dərdiııığə təbib, 

Nə vəslinə ümid, nə hicrinə şəkib. 


tfr’v. 267 



BƏŞİRİ 

Bəşiri XV əsrin sonu - XVI əsrin əvvəllərində yaşamış Azərbaycan 
şairidir, doğulduğu il və yer məlum deyildir. Gəncliyində Orta Asiyaya getmiş, 
Əlişir Nəvai və Əbdürrəhman Cami ilə şəxsən tanış olub, onların məktubu və 
Əlişir Nəvainin divanı ilə Tiirkiyə sarayına gəlmiş və ömrünün sonuna qədər 
Türkiyədə yaşamışdır. Nəvai divanını ilk dəfə Türkiyəyə gətirən Bəşiri 
olmuşdur. Fars və Azərbaycan dilində gözəl şerlər yazmışdır. 

Bəşiri eyni zamanda gözəl lətifələr müəllifi imiş. Müasirləri “cünglərə, 
cəriflərə səbt olunacaq rəngin lətaifi... çoxdur” deyirlər. Şairin əsərləri topla- 
nılmamışdır. Təzkirələrdə saxlanılan qəzəllərində təriqət şairlərinin təsiri lıiss 
olunsa da, bunlar əsasən məhəbbət mövzusunda yazılmış lirik parçalandı-. 


QƏZƏLLƏR 

Şol nazənin ki, dili-zarım aşinadır ana, 
Bəlayi görgi gözəllərdə mübtəladır ana. 

Yaqub yıqarsa dilü canım e’tiraz edəməm, 
Nə söyləyim biri qurban, biri fədadır ana. 

Səzamm bağda gülgəşti nasəzalərilə, 

Nə tə’n bədəndiliələr səzadır ana. 

Təbiəti qatı nazikdir ol şəhi-hüsnün, 

Şikayət eyləyəməm cövrdən cəfadır ana. 

Hekayət etmə mana huri-eyni, ey Vaiz 
Ki, dust təşnəsiyəm rəğbətim anadır ana. 

Füsunü ğəncü dəlalü girişməvü şuxi, 

Bütün bənimdə var əksik həmin vəfadır ana. 

Nə dəm ki eyləyə tərtib bəzmi-sağü tərb 
Nəva təraz Bəsiriyi binəvadır ana. 


tfr’v. 268 



* * * 


Pürdir ol saf güli-tərdən dəhani-əndəlib, 

Həşrədək bulmaz nəhayət dastani-əndəlib. 

Bimi-fürqətdən yenə fəryad edər şamü səhər 
Şax gül üzrə bulunsa aşiyani-əndəlib. 

Olmuş əczayi-vücudla əzmü xakəstəri 
Atəşi-güldən yaqılmış kimi cani-əndəlib. 

Şövqi-ruyi-dilguşasidir bəni nalan edən, 
Baği-aləmdə gül içündür fəğani-əndəbb. 

Ol bənimdir, bən anm, məfhum birdir desələr 
Əndəlibi-gülüstan ya gülüstani-əndəlib. 

Ləfzi-güldən qeyri yazmaq mümkün olmaz katibə 
Xaməsinə məqtə olsa üstüxani-əndəbb. 

Mürğlər xamuş olur, güllər sərapa guş olur, 

Olsa gülşəndə Bəşiri həmzəbani-əndəlib. 

* * * 

İki surət xubdur həqdən bana olsa nəsib, 

Ol məhin yüzüni görmək, görməmək ruyi-rəqib. 

Xali-mişkin arizi-kafurun üzrə ey sənəm, 
Hinduyi-miskin durur kim, Ruma düşmüşdür qərib. 

Etməyin zaye bana sən yox yerə dərmanını 
Dərdməndi eşqə dərmanımı bulunur ey təbib! 

Bir deyil bülbül tənində fəm küli vəsf etməyə 
Başdan ayağa zəban olmuş çəməndə əndəlib. 

Ey Bəşiri, sərbəsər xakəstər olur kainat 
Dolsa ahəng atəşindən aləm içrə bir ləhib. 


269 



* * * 


Arifə dövlətdən istiğna kimi dövlətmi var, 
Tərki-ləzzəti-cahan etmək qədər ləzzətmi var? 

Şahi-ali calıdən, dərvişi, xatirrimə dək 
Kimsəyə təxti-sərayi-dəhrdə rahətmi var? 

Eşqi-hüsni-pak əzəldən xaslər məxsusidir, 
Yoxsa amilərdə heyhat oylə xasiyyətmi var? 

Ləzzət iras eyləyir amazişi-ənbai-dəhr 
Gafılə üzlət kimi sənnayeyi-izzətmi var? 

Nəqşi-şirin kühf asandır amma mən kimi 
Kuhgəndə kuhi -mö hn ət çəkməyə taqətmi var? 

Y ar qətlimçün vüzu qılmış təqəıxüb əzmini 
Y a zəmirində nəmazım qılmağa niyyətini var? 

Ey Bəşiri, əbdin əhvali ana mə Tum ikən, 
Dərgəhi mövlada ərzi-hacətə hacətmi var? 

* * * 

Sənin dərdindən, ey şuxi-cəfakar 
Bəla bu kim nə sağəm mən nə bimar. 

Nə gül qalur bu gülşəndə, nə bülbül 
Gərək sən könlün açıq tut, gərək dar. 

Qamu əğyarinə yar eylər rəhm 
Bana nə yar rəhm eylər, nə əğyar. 

Səba çün rəşkdən kim öpdüm izin 
Üzün yerdən yerə urar yeri var. 

Edər aqilləri Məcnun Bəşiri 
Qaçan kim eşq dərsin edə təkrar. 


tfr’v. 270 



HƏBİBİ 


XV əsrin sonu XVI əsrin əvvəllərində yaşayıb-yaradan Həbibi təxminən 
1470-ci ildə Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir. Uşaq yaş- 
larında quzu otararmış. Təsadüfi bir lıadisə nəticəsində Ağqoyuıılu hökmdarı 
Sultan Yəqubun sarayına düşən Həbibi burada bir şair kimi yetişmək imkanı 
tapır. Ağqoyunlu hökmdarı Sultan Yəqubun sarayına düşən Həbibi burada bir 
şair kimi yetişmək imkanı tapır. Ağqoyunluların süqutundan sonra şair Səfə- 
vilərin sarayında da hörmətlə qarşılanmış, Şah Ismavıl Xətayiniıı sarayında 
“Məlik iiş-şüəra ” rütbəsi qazanmışdır. 

Həbibinin ahəngdar poetik dili, bədii üslubu, şeirlərindəki sadəlik və 
əlvanlıq, səmimi hissləri ecazkar bir şəkildə ifadə etmək qabiliyyəti ona Azər- 
baycan ədəbiyyatı tarixində xüsusi bir mövqe qazandırmışdır. Şairin əsərləri 
tam lıalda əldə yoxdur. Həbibinin irsindən məlum olan 42 şeir nümunəsinə 
Ə. Məmmədov 5 şeir də əlavə edərək, 1980-ci ildə çap etdirmişdir. 


QƏSİDƏLƏR 

Müavin mana ol Sübhan olursa, 
Bədəndə ruhi-qüdsi can olursa, 

Tutam ömrüm kimi zülfün ucun bərk, 
Nigara, vəslinə dərman olursa. 

Çü cövhər dür saçam ol dəm gözümdən, 
Xəyalın lütf edüb mehman olursa. 

Necə etsün qərarı can saçınla 
Ki, sir nə əhdü nə peyman olursa. 

Sən ol sultani-cansan, ey diləfruz 
Ki, qapında səğir, min xan olursa. 

Nə qəm, sən Xosrovin min cani-Şirin 
Şəri-zülfində sərgərdən olursa. 


271 



Yüzün nuri edər şəksiz hidayət, 

Saçın küfri mənə iman olursa. 

Səadət bulur ol dəm nəlısi-əkbər, 
Qapunda, ey Günəş, dərban olursa. 

Şu fəttan eyninin eyninə gəlməz, 
Ucundan dəmdə yüz min qan olursa 

Ruxun şəm’inə qarşı canı hər dəm, 
Nola pərvanəvəş büryan olursa. 

Ruxun, zülfün görüb oldum müsəlman, 
Olur min illik ol röhban olursa. 

Əgər dünyadəvü üqbadə sənsən, 
Həmin cana əzimüşşan olursa. 

Oxur can müshəfıni bigüman, ol 
Xətü xalın kimə bürhan olursa. 

Görən şol vəchi-zibanı, nigara 
Nola gər valehü heyran olursa. 

Nə sultansan ki, qapunun gədası 
Durur, min Xosrovü Xaqan olursa. 

İrəm ruzi-visalə, ey məhi-növ! 
Şəbi-hicranına payan olursa. 

Dü aləmdə qəni ola fəqirin, 

Qapundan fəzl ilə ehsan olursa. 

Qamu dərdü fəraqindən həmin bəs, 

Bu aşiq dərdinə dərman olursa. 

Həyati-cavidan bula Həbibi, 

O qaşın eydinə qurban olursa. 


tfr’v. 272 



* * * 


Əla, ey dilbərim, yarım, xərabat, 

Dilü can içrə dildarım, xərabat. 

Bu viran dil sarayın vəsl əlilə 
Yap, ey lütf issı me’marım xərabat. 

Məni zar etməsün, de, xari-hicran, 

A can bağında gülzarım, xərabat. 

Məni şol cami-meydən məst eylə 
Ki, sənsən sətri-əsrarım, xərabat. 

Mənim bu mənliyim, mülkümi yəğma 
Çün etdin, türkü tatarım, xərabat. 

Məhəllən külxaninün güşəsidir, 
Sığıncım, bürcümü barım, xərabat. 

Girov olsun da piri-meyfıruşə 
Mürəqqə, cübbə, dəstarım, xərabat. 

Ümidim bad etmə, badə vergil, 

Ey abu xakiınü narım, xərabat. 

Ənasir, şeş cəhatü həft kövkəb, 

Bu doqquz çərxi-dəvvarım, xərabat. 

Əgər sufi vicudi nur olursa, 

Hədisü nəqlü əxbarım, xərabat. 

Kəlamü hikmətü elmi-lədünni, 
Mənim mehrimdir, ənvarım, xərabat. 

Bəyanü məntiqü qanuni-hey’ət, 
Qəzəl, qövlilə əş’ arım, xərabat. 


273 



Dəfü neyü udu şeşta çəngü bərbət, 
Mənim təsnifi-ədvarım, xərabat. 

Məşami-canə ətrin buyun irgər, 

A tibb ənfas, əttarım, xərabat. 

Şu fır’ovni gözünlə qarə zülfin 
Olaldan bərü səhhanm, xərabat. 

Dəli-divanə oldum məst gözündən, 
Bil, ey danayi-huşyarım, xərabat. 

Həbibi niyc ed istiğfarü tövbə 1 
Ki, əzəldən oldun əhrarım, xərabat. 

Könül çirkin yu getsin Fəzl əliylə, 
A tahir, pak əbharım, xərabat. 

Məni bu ikilikdən birə irgər, 

A həftü pəncümü çarım, xərabat. 


QƏZƏLLƏR 

Dərdi-eşqə hər ki, ol dəmsaz ola, 
01 gərək labüd ki, əhli-raz ola. 

Aşiqi-sadiq odur mə’şuqunun 
Yoluna can tərk edə, sərbaz ola. 

Dəmdə min gəz qal edərsə aşiqi, 
Qəmzəsi mə’şuqunun xud az ola. 

Aşiqa, cövrü cəfavü dərdü qəm. 
Zövqü şadi, hüsnü xülqü naz ola. 

1 Necə istiğfar və tövbə edə 


274 



Hər məzəllət ki, irişə mə’şuqdən. 

Aşiqə xud ol qəmu e’zaz ola. 

Aşiq anda necə tövbə edə kim, 

Abü səbzə, şahidü mey saz ola. 

İrişəməz şol hümanın zülfinə 
Mürği-dil gər şahinü şahbaz ola. 

Ey Həbibi, xoş durur cami-şərab, 

Xassə kim, məhbubi xoş avaz ola. 

* * * 

Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəlıa, 
Pünhan olan gözün ol dəm şol afıtab olur, şəha, 

Lə’li-ləbi-yaqutuna can necə təşnə olmasın, 
Çünkim anm hər qətrəsi dürri-xoşab olur, şəha. 

Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin, 
K’ol günəşin bir zərrəsi min mahtab olur, şəha. 

Mehrinlə kinən odunu canım içində yaxalı, 
Eynül-yə’qin yerin yüzü eynimdən ab olur, şəha. 

Ol dəm ki, sən nuş edəsən cami-sifayi Cəm kimi, 
Lə’linə cam irdügünə bağrım kəbab olur, şəha. 

Nəzr etdügün bir busəyi dərviş içün etsən əda, 
Vallahi kim, andan sana min-min səvab olur, şəha. 

Lə’lün dürür ehya edən hər dəm o bicismi, vəli, 
Sərxoş gözündən sayru can məsti-xarab olur, şəha, 

Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can, 

Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha. 


275 



Bağrım qanmı gözlərin hər dəm, Həbibi, tökdügü 
Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha. 

* * * 

Hər kimə həmrah Fəzlullah ola, 

Ana fəzl i -feyz ol Allah ola. 

Hər nə kim edər kişi, ey yol əri, 

Ol gərək kim, həsbətən-lillah ola, 

Eşqi-mə ’şuqə qul olan sidq ilə 
Dünyəvü üqba içində şah ola. 

Aşiqin işi gərək şamü səhər 
Virdi həsrət gözyaşilə ah ola. 

Bu üfüqdən hər sitarə kim doğar, 
Mehri-aləm can gögündə mah ola. 

Nur ilə röşən ola bu kainat 
Ol səadət nəcmi Şəmsullah ola. 

Vəchi-adəmdir sirati-müstəqim, 

Ana doğru getməyən birah ola. 

Etməyən səcdə mələkvəş adəmə 
Divi-məl’un, asiyi-gümrah ola. 

Öldürür sultan iki aləmdə bəs, 

Çün Həbibi hər ki, Abdullah ola. 

* * * 

Türreyi-tərrarmı sən edəlidən piçü tab, 

Canü dildən səbrü aram getdi, gəlməz gözə xab. 

Valehü heyran olur, hər kim görür gün yüzünü, 
Sən necə hurü mələksima bəşərsən, ey şəbab. 


tfr’v. 276 



Ruxlarınla arizin hər kim görürsə der rəvan, 

Zi əcəb qüdrət ki, atəş yanarü həm axar ab. 

Pərtövi-hüsnü cəmalın aləmi rövşən qılır, 

Sən doğaldan can gögündə, ey qəmərrux afıtab. 

Ol siyəhdil mənlərindən əhli-dildir münfəil, 

Şol pərişan sünbülündən cana irər iztirab. 

Şəhpəri-ərş-aşiyanm, yə’ni ğəmzən, ey sənəm, 
Məkr ilə yıxdı cəhanı, (aləmi) qıldı xərab. 

Ey Həbibi, ol həbibin dərdi-eşqi-suzunu 

Canü könlün yoldaş eylə kim, budur xeyrül-mə’ab. 

* * * 

Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə, 
Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə. 

Valehü biəqlü sərxoş, ınəstü heyran olmuşuz, 
Görünəli şol gözü nərgis, yüzü gülün bizə. 

Ruxlarm şol cami-Cəm giti-nümadır kim yəqin, 
Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə. 

Pür edüb peymanəyi, saqi, əlümə sun müdam, 

Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə. 

Ol səfa camın peyapey nuş edəlüm, ey həkim. 
Çünki ol piri-muğandan oldu bu qanun bizə. 

Şol ləbi-yaqutini qut etməkiçün canına, 
Dəmdəbəm yedirdügü qandır dili-pürxun bizə. 

Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs, 

Şöylə layə’qəl oli gör kim gülə Məcnun bizə. 


277 



* * * 


Dur uru, ey saqiyi-məhru bizə, 

Sun bərü bir qaç qədəh vinu 1 bizə. 

Ləblərindir gərçi kim, tiryaki-can, 

Əfi zülfin içirür ağu bizə. 

Gün yüzündən şadü xəndandır könül, 
Saçların əbri salar qayğu bizə. 

Eyni-aşubi-cahandır gözlərin, 

Afəti-can oldu ol cadu bizə. 

Rövzəyi-hüsni-camalm görəli, 

Hasil oldu cənnəti-minu bizə. 

Gərçi kim səhmi-səadətdir qaşın, 

Ox edər tiz ol kəman-əbru bizə. 

Dür dişinlə lə’li-nabun zövqini 
Verməz, ey can, laləvü lö’lö bizə. 

Abi-heyvan çeşməsindən dadlıdur, 

Versə lə’lin çün bir içim su bizə. 

Rəhzəni -candır, Həbibi, xaki-dust, 

Vəh ki, edər ol dil siyəh hindu bizə. 

* * * 

Şol mübarək zatına işim sənadır, ya nəbi, 
Asiliq bimarma adm şəfadır, ya nəbi. 

Ayağın torpağının qədrin nə bilsin hər kişi, 
Kunfəkan ol toprağa kəmtər bəhadır, ya nəbi. 

1 Çaxır, şərab 


tfr’v. 278 



Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi, 
Danla məhşərdə anın yüzi qəradır, ya nəbi. 

Çün sənin xoşlığına yaratdı sane’ aləmi. 

Ayağın toprağma aləm fədadır, ya nəbi. 

Bu Həbibi xəstəyə qılğıl şəfaət ruzi-həşr, 

Çünki əslində səninlə aşinadır, ya nəbi. 

* * * 

Billah, ey sərvi-rəvan, durgil səhər, gül şən degül. 
Gün yüzün şəm’i önündə ta gülə gülşəndə gül. 

Cümlə aləm gülşən olsa, gülsə hər dəm yüzümə, 
Çün gülər yüzün mənə gəlmiyə, ol gülşən degül. 

Rövzəyi-hüsnü cəmalın ərz edəldən, ey sənəm, 
Güldü bağü lalə, nəsrin, süsənü gülşəndə gül. 

Bitirəldən gülsitanı, bağbani-kainat. 

Bitmədi bir gül yüzün misli dəxi gülşən degül. 

Lalə yüzün həsrətindən oda yaxar içini, 

Qönçə lə’lün qeyrətindən su olur gül şən degül. 

Sünbülün vəsfin səbadən eşidüb dürür məgər, 

Anın içün yelə verür xirmənin gülşəndə gül. 

Bu Həbibi irişəldən növbahari-vəslünə, 

Aləm ana cənnət oldu, yalnız gülşən degül. 

* * * 

Dur uru, saqi, billah, xoşxiram, 

Cami-Cəmdən nuş edüb sərxoş həram. 


279 



Lə’li-yaquti-rəvani lütf edüb, 

Sun əlümə edəvüz bəzmi-müdam. 

Gün yüzünlə zülfi-şəbrəngün, a dost, 
Virdimü zikrim olubdur sübhü şam. 

Ey qəmərrux, şəmsi-can, saqi, saqın, 
Püxtə olmuş aşiqini etmə xam. 

Səbzəvü abü hərifü sazü mey, 

Bu durur əsbabi-işrət, vəssəlam. 

Hazır ikən dur içəlüm durmadan 
Kim, gedər Cəm taxtdan uşanur bu cam. 

Söhbəti bir xas edəlim yar ilə, 

Müttəli olmasın ana heç avam. 

Cəhd qıl, sənligi səndən zail et, 

Şol müsəffa ab ilə sən, ey qulam. 

Ey Həbibi, hali olma bir nəfəs, 

İç şərabı il on iki ay tamam. 

* * * 

Gərəldən zülfı-ənbərbarm, ey dust, 
Pərişandır bu dil-əfkarm, ey dust. 

Yaşarduqca ləbi-lə’lində xəttin, 

Qızarır atəşi-rüxsarm, ey dust. 

Nə şirin abi-rəngü xalü xətdir, 

Şu ziba surəti-pərgarın, ey dust. 

Bu gün mahiyyəti sənsən həqiqət 
Bu həftü pəncü nöhlə çarın, ey dust. 


280 rYD 



Əcəb afətdürür cani-cəhanə 
O çeşmi-caduyi-əyyarm, ey dust. 

Nə rövşən şəmsi-dinü mehri-cansan 
Ki, tutdu aləmi ənvarın, ey dust. 

Olubdur qərqi-ənvari-təcəlla 
Həbibi görəli didarın, ey dust. 

Yüzün mahin görən mehrinə baxmaz 
O çərxi-atlasi-dəvvarm, ey dust. 


* * * 

Dil saçından oldu sevdayi mizac 
Cana, şirin ləblərindən et əlac. 

Eyni candır əllərindən zəhri-nab, 
Sənsiz abi-zindəgi milhi-ücac. 

Ənbəri-sara saçından oldu xak, 
Nafeyi-Çin necəsi bula rəvac. 

Hüsnünin razm necə saxlaya dil. 
Gizlətmək mümkünmi misbahi zücac. 

Cövhərindən xaki-pakin, ey sənəm. 
İrişən baş olmadı möhtaci-tac. 

Bu Həbibi dünyəvü üqbadə bəs 
Həzrətindən qeyrə etməz ehtiyac. 

Olmadan bu badü atəş xakimiz, 
Mahi-mehrinlə bulaydı imtizac. 


281 rYD 



MÜSƏDDƏS 


Dün gördüm ol nigari-tərəbnakü ərcimənd, 

Kafur əliylə dəstələmiş ənbərin kəmənd. 

Baxdım işkənci-türrəsinə zarü müstəmənd, 

Bir şəxsi-natəvan oturur gərdənində bənd, 

- Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi: 

- Zülfim kəməndi tutsaği canmdürür sənin. 

Çəkmiş cəmalə fərrü dəmü izzü cahını, 

Ənbərlə, doldurub, başa əymiş külalımı, 

Əbrin yüzündən aldı və ərz etdi mahını, 

Gördüm yüzündə daneyi-xali-siyalımı, 

- Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi: 

- Canında əksi-daği-nihanm dürür sənin. 

Lə’lü göhər dişiylə yapışmış dodağinə, 
Müşki-Xütən həvəsdən ulaşmış yanağinə, 
DüiTİ-Nəcəf həvadən asılmış qulağinə, 

Çox danə-danə nəsnə tökülmüş ayağinə, 

- Hey-hey, bu nə əqiqi- Yəməndir? - dedim, dedi: 
Gözdən axan cigərdəki qanın dürür sənin. 

Gəşt ilə çıxdı gülşənə ol sərvi-gülüzar, 

Əlvanı meyvə daməninə tökdü şaxsar. 

Mən gördüm anda püstəvü badamü sibü nar, 

Bir nıürğ oxurdu arizi bağında zar-zar, 

- Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi 

- Baği-çəməndə mürği-rəvanm dürür sənin. 

Göz gördügüncə könlüm olur hüsnü maili, 

Eylər dəli bu şivə ilə neçə aqili, 

Sehr eyləmiş yüzündə yenə çahi-Babili, 

Bənd etmiş anda bir neçə sahibnəzər dili, 

- Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi: 

- Ey çox xətalı, kəndü məkanın dürür sənin. 


282 rYD 



Yaşım yürüdü su kimi ol sərv suyinə, 

Göz baxa qaldı zülfü xətü ruyü muyinə, 
Piranəsər könül axub ol qəddi-cuyinə, 

Aldandı tifltək dil anın rəngi-ruyinə, 

- Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi: 

- Bəxti-səidü ömri-cəvanm dürür sənin. 

Nərgis oyandı, bu çəmən damənü caməxab... 
Gül çıxdı, pirəhən yaxasından açub niqab 
Təb düşdü canə, cümleyi-afaqi tutdu tab, 

Ol dəm ki, doğdu qibleyi-məşriqdən afıtab, 

- Bir zərrə gördüm anda, dəhəndir! 

- Bu söz yəqin, Həbibi, gümanın dürür sənin. 


QİT’Ə 

Səfa lıəngamıdır, işrət dəmidir, ey güli-rə’na, 
Açıl baği-lətafətdə görünsün pərçəmin, cana, 
Münəvvər eyləsün ruyun dili-üşşaqi-qəmxari, 
Dili-naşadi şad eylə, budur xasiyyəti-mə’na. 


283 rYD 



ŞAH İSMAYIL XƏTAYİ 


Xətayi Şah ismayıl Heydər oğlu Səfəvi 23 iyun 1486-cı ildə Ərdəbil 
şəhərində anadan olmuşdur. Xətayi görkəmli Azərbaycan şairi, dövlət xadimi 
- Azərbaycan Səfəvilər dövlətinin ilk hökmdarı olmuşqdur ( 1502-1524 ). 
Xüsusi mədrəsə təhsili almış, Azərbaycan, fars və ərəb dillərini öyrənmişdir. 
Hər iiç dildə şeir yazmaq qabiliyyətinə malik olan sənətkar əsərlərinin əksər 
hissəsini doğma ana dilində yazmışdır. 

Klassik Şərq poeziyasını dərindən bilən Xətayi qəzəl, qəsidə, tərcibənd, 
riibai, mürəbbe, qitə kimi klassik şeir formaları ilə yanaşı xalq ədəbiyyatı, aşıq 
şeiri üslubunda da qoşmalar, nəfəslər, varsağılar, bayatılar yazmış, məşhur 
“Dəhnamə ” poeması və didaktik məzmunlu “Nəsihətnamə” məsnəvisi ilə şöh- 
rətlənmişdir. 

Xətayi 23 may 1524-cü ildə vəfat etmişdir. 

QƏZƏLLƏR 

Roşən yüzin ki, zülfin olubdur niqab ana, 

Nisbətdir əbr içində məhü afitab ana. 

Eşqin sənin ki, məxzəni-gənci-ilahidir, 

Andan durur ki, məskən olubdur xərab ana. 

Eşqin nədir cahanda sənin, ey pərisifət, 

Heyran durur fələkdə gəzən mahtab ana. 

Uyğudə gözlərim necə görsün cəmalını. 

Eşqində çünki gəlmədi bir zərrə xab ana. 

Aşiqdurur yanağına zülfin Xətayi tək, 

Andan düşər bu vəchilə bu piçü tab ana. 

* * * 

Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana, 

Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mana. 


tfr’v. 284 



Bunca gəldim, mən gədayə heç inayət qılmadın, 
Eşigində qaldığım dəsti-dua qaldı mana. 

Müjdə gəldi dilstanimdən ki, qətl oldu rəqib, 

Şükr kim, biganə getdi, aşina qaldı mana. 

Anca kövkəb kimi yaş tökdi, ğəmindən gözlərim, 
Yer ilə, gög ilə keyvan həm, baxa qaldı mana. 

Ey Xətayi, zülfi tək arındı yüzdən Zəngbar, 
Dilbəri-Çinü Xötən, xubi-Xəta qaldı mana. 

* * * 

Cana, könüldə həmdəm olan qəm durur mana, 

Gör kim, fəraq evində nə həmdəm durur mana! 

Ancaq yüzün görəndə sənin can degil məlul, 
Zülfin kimi könül dəxi bərhəm durur mana. 

Dil təşnə olsa vadiyi-hicrində qəm yemən, 

Lə’lin zülali çeşmeyi-Zəmzəm durur mana. 

Neyçün sevərdi xəstə dil, ey bivəfa səni, 

Bu çox bəla ki, hicrin edər kəm durur mana. 

Miskin Xətayi vəsl ilə yüz il yaşar, müdam 
Bu ömr kim, zəmanədə bir dəm durur mana. 

* * * 

Dilbəra, eşqin tənimdə sevgili candır mana, 
Pərtövi-mehri-rühun xurşidi-tabandır mana. 

Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam, 
Heç əlac etmən tələb, neyçün ki, dərmandır mana. 

Asitanın xakini vermən cəmii-aləmə, 

Hər ayağın torpağı mülki-Süleymandır mana. 


tfr’v. 285 



Ta cəmalın müslıəfm gördüm, əya nuri-ilah, 
Zikri-eşqin dildə daim, virdi-Qur’ andır mana. 

Ey Xətayi, xublarm cövri vəfadır aşiqə, 

Firqəti, hicri nigarın lütfü ehsandır mana. 

Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana, 
Cövr bilmən kim, bəlayi-müntəha qaldı mana. 

Ey pəri, çox işveyi-lıüsninə məğrur olma kim, 
Mülki-fani sanmagil kim, nə sana qaldı, mana. 

Ta kim, ol xurşidrux getdi gözümdən su təki, 

Göz yaşım onun üzündən aşina qaldı mana. 

Sən gedəndən bərlü anca zarü əfğan etmişəm, 

Yerü gög, insü mələk cümlə baxa qaldı mana. 

Dilbərin getdi, Xətayi, sən nedirsən dünyanı? 
Çünki can getdi, bu tən yarəb, niyə qaldı mana! 

* * * 

Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana, 

Bağçan içindən axan su, abi-heyvandır mana. 

Məscidə varmaq nə hacət dedim, ey zahid, mana, 
Ruy ilə zülfi anın küfrilə imandır mana. 

Müddəilər tə’nəsindən sanmanız kim, mən dönəm, 
Ol mənim canım içində cani-canandır mana. 

Mən səninlə söyləşəndə gər zimistan, gər bahar, 
Hər nə çağ görsəm səni, aləm gülüstandır mana. 

Ey Xətayi, çün sənə həqdən nəzərdir hər zaman. 
Eşqin ilə bu həyatım baği-rizvandır mana. 


tfr’v. 286 



* * * 


Xaki-payin, dilbəra, bir tac dövlətdir mana, 

Bəs yüzün görmək sənin bəxtü səadətdir mana. 

Çün qəmi-eşqində ölməkdir həyati-cavidan, 

Həq bilür ölmək deyil, ol eyni-ralıətdir mana. 

Mıınca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa, 
Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana. 

Gərçi məndən dərhicab olursan, ey arami-can, 
Yüzünü göstərdiyin eyni-inayətdir mana. 

Duşdə gördi dün Xətayi, yar olubdur həmdəmi, 

Y a duşumdur, ya xəyalım bu nə halətdir mana. 

* * * 

Ah kim sən getdin, ey ay yüzlü, can qaldı mana, 

Can səninlə getdi cismi -natəvan qaldı mana. 

Taki sən getdin yanımdan ey dilaramım mənim, 
Haləti-vəslin könüldə pasiban qaldı mana. 

Gərçi gülzari-cəmalm getdi qarşımdan mənim. 
Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana. 

Gər nihan oldu gözümdən ol pəri-peykər sənəm, 
Göydə mah anun yüzündən bir nişan qaldı mana. 

Taki səndən ayrı düşdi bu Xətayi xəstədil, 
Buyi-muyin müşk ilə ənbərfışan qaldı mana. 

* * * 

Dust yolunda həlal olsun dila, qeyrət sana, 

Qeyridən bir zərrə minnət çəkmədən rəhmət sana. 


tfr’v. 287 



01 sənəm əzmi-səfər etdi, könül, əylənmə kim, 

Bir nəfəs didar gör kim, qalmaya həsrət sana. 

Ey dilü din, siz çıxın evdən ki, dildarım gəlür, 

Sən də ey can durma kim, biz vermişiz rüsxət sana. 

Çareyi-behbudimi sordum müalicdən, dedi, 

Dərd dərdi-eşqisə mümkün deyil səhhət sana. 

Ey Xətayi, sən şəhidi-qəmzeyi-dildarsan, 

Həşrdə rəşk aparır yetmiş iki millət sana! 

* * * 

Ey könül, sidqilə hər kim şah ilə yoldaş ola, 

Yüz gərək döndərməyə hər necə kim, yol daş ola. 

Yolu gər daş ola, gər yay ola, gər oxü qılınc, 
Mürşidindən dönənin mə’nidə ismi laş ola. 

Qul gərək tanıda öz doğruluğun həq yoluna, 
E’tiqaddan azmaya gər bayü gər qəllaş ola. 

Ey könül, cəhd eylə gəl doğru yola, gör şahı sən, 
Aqibət qəlbi çıxar hər kimsə kim, qəllaş ola. 

Ey Xətayi, sidqilə bu şah əyağinə gələn. 

Aqibət bir gün gümansız xəlq içində baş ola. 

* * * 

Ey bəndə, gər cahanda pənahın ilah ola, 
Kəmtər qulun məqamı sənin padişah ola. 

Aşiq odur ki, də’vi edərsə bu sözünə, 

Qanlı yaşilə çöhreyi-zərdi güvah ola. 


288 rYD 



Mehrabi var ol zahidin, amma ki, aşiqə, 
Mə’şuqinin əyaği izi qibləgah ola. 

Bədxahım ola cümlə-cahan çəkməzəm məlal, 
Çün ol sənəm mənimlən əgər nikxah ola. 

Başdan-ayağa bəndə Xətayi xətalıdır, 

Zahid, xaçan ki, xubları sevmək günah ola? 

* * * 

Minbə’d əgər mənimlə həbib olsa aşina, 

Mən canımı yolunda anun eylərəm fəda. 

Gülgün yüzün xəyalına düşdü könül yenə, 
Bənzim saraldı dərdilə manəndi-kəhrəba. 

Darüşşəfayə getmədiyim candan ötrüdür, 

Ey cismimin həyatı, ləbindir mənə şəfa. 

Çeşınin cahanda fıtnəvü aşub göstərir. 
Hərdəm qiyaməti qoparır qamətin mana. 

Yastan Xətayi, yar eşigin e’tiqadilə, 

Şamü səhər də dövlətinə eyləgil dua. 

* * * 

Vəchində peydadır sənin ənvari-zati-kibriya, 

Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha. 

Leyli cəmalından cüda Məcnun kimi sərkəştəyəm, 
Fərhadvar istər könül Şirin dodağından şəfa. 

Cami-müsəffadən mana saqi içirdi bir qədəh, 

Sufi nə bilsin mən ol camdan necə buldum səfa. 


289 rYD 



Hər kim ki tovhid əhlidir, ol didü vadid əhlidir, 
Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha. 

Mən cahilü nadaniyəm, ol hüsniçün heyraniyəm, 
Ta gəncikən pünhan idim, şimdi gözümdən zahira. 

Eynülyəqin həqq sininə idrak edən insan idim, 

Ey mə’rifətdən bixəbər, insafə gəlgil bihəya. 

Canü cəhani sizsizin neylər Xətayi xəstədil, 
Səndən müdam ehsan dilər, çünki gədadır binəva. 

* * * 

Zərreyi-mehrində daim, ey cəmali-afitab, 

Əbr yüzündən götürgil dutmagil məndən hicab. 

Dur dedim yarin köyündən, ey rəqibi-rusiyah. 
Xəstə bülbül var ikən neylər gülüstanda ğürab? 

Ey gözü nərgiz, yüzü gültək, boyu sərvi-rəvan, 

Ta ki səndən ayrı düşdüm, xəstəyəm halım xərab. 

Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə, 
Mən fəraqm atəşindən çəkmişəm dərdü əzab. 

Bu Xətayi həqqinə dayim dutubdur çox ümid, 
Aqibət rəhm eylə anə saəti-yovmülhesab. 

* * * 

Munca cövr etdin mənə, namehribanlıqdan nə sud? 
Öldürəndən sonra ey can, mehribanlıqdan nə sud? 

Qəhrin ilən təlx keçdi çünki ömrüm dünyədə, 

Yaşım yüzdən istəyibən, şadimanlıqdan nə sud. 


290 rYD 



Bilməzəm neçün durur düşmənliyin bu növilən, 
Lütfıni göstərməyib, həm bu yamanlıqdan nə sud 

Çünki rəhmin yox durur, mən piri-eşqin halına, 
Bu cahan bağında, ey sərvim, cavanlıqdan nə sud 

Ey Xətayi, dibərin çün kim cəfa eylər sənə, 
Bivəfa aləmdə böylə zindəganlıqdan nə sud. 

* * * 

Fələknin gərdişindən dadü fəryad, 

Məni ayırdı səndən dadü fəryad. 

Məni yardan ayırdı bu zəmanə, 

Zəmanə gərdişindən dadü fəryad. 

Mənim iki cəhanım sevgili şah, 

Səni sevməkdiyindən dadü fəryad! 

Y axam yırtım gedim əğyar əlindən, 

Bu rəhmi yox dilindən dadü fəryad. 

Necə biçarəvü büryan olubdur, 

Xətayi yar əlindən dadü fəryad! 

* * * 

Qamətindən münfəildir sayeyi-sərvi bülənd, 
Həsrətindən ər’ əri-şümşad olubdur dərdmənd. 

Arizin bağında zülfin tarinə bənd eylə, gəl 
İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd. 

Sərbəsər bir tareyi-muyin bəhasidir sənin, 
Mülki-Təbrizü Ciğatayü Xorasanü Xocənd. 


291 



Ta ki gəldi, ey sənəm, eşqin xəyalı başıma, 
Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd. 

Canımı eşqinə təslim eylədim ixlasilə, 

01 pəri-peykər məni, yarəb nədən qılmaz pəsənd? 

Dər biyabani-təhəyyür qalmışam bixurdü xab, 
Valehü sərkəştəvü heyranü zarü müstəmənd. 

Bu Xətayi ləblərin eşqində gər alı eyləyə, 

Ahinin suzindən olur xak ol kuhi-Səhənd. 

* * * 

Dilbəra, mehrin əzəldən sidqilə canımda var, 
Andan özgə kimsə yoxdur, həm bilür pərvərdigar. 

Bu fəna darində əhl i -zövq il ən qılgil səfa, 

Mülkü malü təxtü cah olmaz cahanda payidar. 

Sayeyi-qəddində gərçi yer yüzü buldu şərəf, 
Sayibani-rüf ətindən nöh fələk dutmuş qərar. 

Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn, 
Sahibi-fəzlü kəmalü izzətü-baiftixar. 

Arif isən qoymagil əldən həqiqət mənzilin, 

Aqil isən dünyəyi-ğəddarə vermə ixtiyar. 

Nəzmi-əş'arm Xətayi, ər biri dürdanədir, 

Söyləgil ta şahların guşində olsun guşivar. 

* * * 

Görəli ol mah yüzün, başıma yüz sevda düşər, 
Rüxlərin manəndi ancaq bir güli-həmra düşər. 


292 



Ey könül, əql əhli isən sevmə xublar yüzini, 

Xubların dərdinə ancaq bu dib-şeyda düşər. 

Ey sənəm, xublar içində sən düşübsən sərfəraz, 

Eylə kim, bağ içrə rə’na sərvi-xoş bala düşər. 

Heyf ola çeşmini cana, nərgizə nisbət qılım, 

Xansı nərgiz gözlərintək ınəstü həm şəhla düşər? 

Necə olmasın Xətayi eşq ilən divanə kim, 

Könlünə hərdəm sənintək bir pərisima düşər. 

* * * 

Aşiq oldur kim, sözü canü dililə yar bir, 

Bir durur aşiq əzəldən sevgili dildar bir. 

Əhli-eşqin mə’niyi-zatü süfati bir durur. 

Adəmə qıl səcdə zahid, qılmagil inkar bir. 

Cümlənin halın bilən sənsən niyə bildirməyən, 

Demə hər naməhrəmə gər qılmasa iqrar bir. 

Olmadı bu sirrə məhrəm hər xəsisi-kəcsüxən, 
Dərdimin dərmanı doğru, yar bir, əttar bir. 

Pir birdir, siiT bir, iqrar bir, köftar bir. 

İkilik sığmaz bu yolda, sirr ilə sirdar bir. 

Sən bilirsən bəndənin halın, nə bilsin bilməyən 
Birinidir, ya yüzmidir, ya minmidir, bazar bir. 

Atəşi-eşqin tutuşdurdu vücudim şəhrini, 

Baxaram ki, hur birdir, nur birdir, nar bir. 

Sədhəzaran zülm edərsən, dönməzəm, döndənnəzəm, 
Yüzümü, ya sözümü, ya gözümü, ğəmxar br. 


293 



Canə minnətdir nə gəlsə ğəm yemən şükr eylərəm, 
Cam verdim, başı qoydum, olmuşam bimar bir. 

Məsti-eşq etdin məni, Məcnunü əmni neylərəm. 

Ey susamış qanıma, nərgizləri xunxar bir. 

Ömr birdir, gün bu gündür, yetsə dəm, saət deməz, 
Baqi olmaz can bu təndə, fanidir, ədvar bir. 

Heç günahsız bəndə olmaz, heç xətasız kimsə yox, 
Sən günahın görə görgil əfv edən ğəffar bir. 

Bu dükan yüz min dükandır, həq dükanıdır vəli, 
Şəhr birdir, kar birdir, asılırsan dar bir. 

Ey Xətayi, sən təvəkkül həqqə qılgil çəkmə ğəm. 
On səkkiz min aləmə hökm eyləyən sərdar bir. 

* * * 

Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir, 

Ta olasan afəti-dövri-zaman üç gündə bir. 

Mən səni çoxdan sevərdim, bilməmişsən, ey pəri, 
Öldürür aşiqini verməz aman üç gündə bir. 

Çar əbru dilbəri sevdim, ğərəz qucmaq degil, 
Mərhaba etsin bizimlə tək haman üç gündə bir. 

İki cahan hörmət içün sufi gəlsin can ilə, 

İçəlim lə’li-şərabi-ərğəvan üç gündə bir. 

Ey günəş yüzlü, yüzün göstər Xətayi bəndənə. 

Nur ilə dolsun zəminü asiman üç gündə bir. 

* * * 

01 gedən yarımımdır, ya ixtiyarımdır gedir, 
Bilməzəm canımımdır, ya suvlu yarımdır gedir. 


294 



Təndə canım qalmadı, anunla olmuşdur rəvan. 

Ol mənim ruhi-rəvanım, ya nigarımdır gedir. 

Canım andan ayrı təndə, bir dəm əylənməz mənim, 
Gəm məni eylər həlak, ol qəmküsarımdır gedir. 

Qalmadı heç karü bari bu Xətayi xəstənin. 

Anın ilə karü barım hərçi varımdır gedir. 

* * * 

Ta kim, zülfin niqabi mahtab üstündədir, 

Bir bulud nisbətlidir kim, afıtab üstündədir. 

Gün təki yüzün cəhanə zahir olmuşdur, vəli, 

Bu əcəb kim, bəndədən daim hicab üstündədir. 

Eşqiniz kim, oldu bu viranə könlüm məskəni, 
Gəncə bənzər kim, yeri daim xərab üstündədir. 

Zahidi-gümrahi gör, divarə eylər səcdəni. 

Ol günəhkar öylə sanur kim, səvab üstündədir. 

Bu əcəb kim, bəndədən daim hicab üstündədir, 

Oda bənzər kim, həmişə ol kəbab üstündədir. 

* * * 

Bütpərəst oldu könül, bütxanələr küncündədir, 

Mən bilürmən bu dili-şeyda nələr küncündədir. 

Gənci-eşq içün vücudim şəhrini qıldım xərab, 

Nişə kim gəncin yeri viranələr küncündədir. 

Yüsifı-Kən’ani salmışdır zənəxdan çahinə, 

Zülfünə bağlı necə divanələr küncündədir. 


295 



Cismimi tərk etdi dil, kuyində tutmuşdur məqam, 
Kim ki can tərkin qılur, cananələr küncündədir. 

Nərgisi-məsti-xumarm qanımı içməkliyə, 

Qaşların mehrabi ol məstanələr küncündədir. 

Dürlü nəzmim həsrətindən, fırqətindən ey sənəm, 
Bəhri-çeşmim mə’ dəni dəndanələr küncündədir. 

Zahid aydır, ey Xətayi, rəxti-dəstarm xanı? 
Qoymuşam meyçün girov, meyxanələr küncündədir. 

* * * 

Dilbəra, eşqi-ruxun daim bu can üstündədir, 

Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir. 

Şol münəvvər çöhrənin qatində kəmtər zərrədir. 
Gərçi xurşidin məqami asiman üstündədir. 

Eşqinə seyd olalı hər dəm bu canım qəsdinə, 

Qaşü gözün dilbəra, tirü kəman üstündədir. 

Gərçi derlər mahi-taban nur alur xurşiddən, 
Nuri-hüsnin afıtabi kiin-lək an üstündədir. 

Dövləti-vəslin dilər miskin Xətayi hər zaman, 
Xaki-payintək məqami asitan üstündədir. 

* * * 

Bizim ol dilrüba cananəmizdir, 

Məgər ol can degil, cana, nəmizdir? 

Yanarmən şəm’i-ruyin həsrətindən, 
Deməzsən, ol bizim pərvanəmizdir? 

Fəraqindən nə fikri vardır, ey dust, 

Vüsalın hər gecə mehmanəmizdir. 


tfr’v. 296 



Gözün sənnəstdür, boyun sürahi. 
Sözün noqlü ləbin peymanəmizdir. 

Güləndə dişlərin ağzında, ey can, 
Sədəf içindəki dürdanəmizdir. 

Şəri-zülfin içində danə xalm, 
Könül quşinə damü danəmizdir. 

Dedim: kimdir Xətayi bəndənizdə? 
Dedi: bir aşiqi-divanəmizdir! 

* * * 

Könül bir yarı sevdi kim, pəridir, 
Cahan içrə gözəllər sərvəridir! 

Boyu bağ içrə sərvi-nazə bənzər, 
Yanağı həmçü vərdi-əhməridir. 

Yüzüdür nisbəti-xurşidi-taban, 
Fələkdə mah anunçün Müştəridir. 

Yüzü səhni-gülüstan içrə güldür, 
Saçının buyi müşki-ənbəridir. 

Kim onun vəslinə bir dəm irişsə, 
Cəm’i mülki-aləmdən bəridir. 

Saçının rəngidir çün leylətülqədr, 
Cəmali-nuri-şəmsi-xavəridir. 

Əzəldən anu sevdim canü dildən, 
Sağınmasun ki, eşqim sərsəridir. 

Baxıb heyran olur hüsnünə aləm, 
Xətayi xəstənin ol dilbəridir. 


297 



* * * 


Dilbəra, canımda dərdin bir dəva nisbətlidir, 

Hər cəfa gəlsə mənə səndən, vəfa nisbətlidir. 

Bu cərahət cismimə oxun dəyəndə ün verür, 

01 mənə əhlən və səhlən, mərhəba, nisbətlidir. 

Gər mənə nifrin edər düşmən, mən andan ğəm yemən. 
Kim münafiqdən gələn qarğış dua nisbətlidir! 

Abi-çeşmimdən xəyalın hər zaman əksilməsin 
Kim, anun əksi gözümdə tutiya nisbətlidir. 

Eşq ilə laf etmə ey miskin Xətayi, əbsəm ol, 

Kim bu mənzildə səlatinlər gəda nisbətlidir. 

* * * 

Novcavan ol pir ikən, dövran ki canan dövridir, 

Şad ol ey xəstə könül kim, dərdə dərman dövridir. 

Zülməti-hicranə söylən hökmini tərk eyləsin, 

Bir günəş doğdu arayə, mahi-taban dövridir. 

Lal oturma, söylə, ey can ınürği, gəldi novbahar, 

Getdi qış vəqti aradan, uş gülüstan dövridir. 

Aşiqə mehr etdi dilbər, qalmadı cövri-rəqib, 

Küfr aralıqdan arındı şiındi iman dövridir. 

Ömr içün ğəm çəkmə ey dil, nuş qıl abi-həyat, 
Dilbərin şirin ləbindən, abi-heyvan dövridir. 

Naümid olma cahanda, ey gədayi-binəva, 
Dərgahi-sultanə gəl kim, lütfü ehsan dövridir. 


298 



Möhnəti-dünyadən ey dil, fariğ ol, sürgil mürad, 
Xürrəm ol, ğəm çəkməgil kim, zilli-sübhan dövridir. 

Gəzməgil aləmdə sərgərdan könül, pərvanətək, 

Xoş münəvvərdir cahan, şəm’i-şəbistan dövridir. 

Dudi-ahindir Xətayi, göydə buludlar sənin, 
Durmayıb tök göz yaşm kim, abü baran dövridir. 

* * * 

Y anağm ey pəri, can mənzilidir, 

Bu bülbülnün gülüstan mənzilidir. 

Ayağın basdığı yer, ey dilaram, 

Bu mur içün Süleyman mənzilidir. 

Saçının zülmətində təşnə Xızram, 

Dodağın abi-heyvan mənzilidir. 

Bitibdir qamətin çeşmim üzündə, 

Nə xoş sərvi-xuraman mənzilidir. 

Götürmə ağ yüzündən qarə zülfün 
Ki, əqrəb mahi-taban mənzilidir. 

Murad içün gəlibdir dil qapma, 

İnayət qıl ki, ehsan mənzilidir. 

Xətayi könlünə yar mehri düşdü, 

İmarət qıl ki, sultan mənzilidir. 

* * * 

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır, 

Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır. 

Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni, 

Səd həzaran dadü bidad, bədəndən can ayrılır. 


299 



Ey könül, fəryadü nalə vaxtıdır, eylə fəğan, 

Şinıdi şəlırindən sənin ol şahi-sultan ayrılır. 

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, 

Şol əzəldən yari-həmdəm, əhdü peyman ayrılır. 

Gözlərim, hər dəmdə mövc eylə ki, fırqətdir bu gün, 
Tök sədəflər dürri kim, şol gövhəri-kan ayrılır. 

Dust vida’ eylər mənimlən ağlaram mən zar-zar. 
Gözlərimdən hər zaman gör Bəhri-Ümman ayrılır. 

Ey Xətayi, tanrı sorsun bu şikəstə könlümü, 

Zərd olubdur arizin, andan məgər qan ayrılır? 

* * * 

Ta camalın nuri çeşmimdən nihan olmuş durur, 
Gecə-gündüz işim ah ilə fəğan olmuş durur. 

Elüsnün ta görmüşəm, bir bülbüli-zar olmuşam, 

Çün mənə kuyin məqami gülstan olmuş durur. 

Bir məsəldir kim deyərlər: “Gəncin üstə mar olur”, 
Zülf içində hüsnin ol gənci-nihan olmuş durur. 

Gər fələk yüzündə derlər: “Mahi-tabandır şərəf’, 
Təl’ətin yer üstə mahi-asiman olmuş durur. 

Pir olmuşdu cahanda fırqətindən, ey sənəm, 

Ta yüzün gördü Xətayi növcəvan olmuş durur. 

* * * 

Ənbərin zülfınmidir, ya müşki-tatarm durur, 

Köydə kovkəb əqdi həm, lö’löyi-şəhvarm durur. 


300 rTD 



Hər səhərgəlı aləmü afaqı pümur eyləyən, 

Gün dəgil, ey dilbərim, ol hüsni-didarın durur. 

Ruzi-məhşər qoparan cana, qiyamət qamətin, 
Fitnələr zahir qılan ol çeşmi-məkkarm durur. 

Tuba kim, derlər, cahanda qəddi-rəftarındır ol, 
Baği-rizvan kim, deyirlər ruyi-gülzarm durur. 

Dünyəvü üqbadə hərgiz ğəm yemə əğyardən, 

Ey Xətayi, çün sənin lütfı-xuda yarm durur. 

* * * 

Arizində sünbülün ənbərfişan etmiş durur, 
Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur. 

Afərin, ol gül yanağlu dilbəri-rə’nayə kim, 

Hüsn bağında boyu sərvi-rəvan etmiş durur. 

Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin, 

Sün’ ilən bir mumudur, yaxud miyan etmiş durur. 

Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm, 
Yoxsa dövran fıtneyi-axır zaman etmiş durur. 

Ey Xətayi, ahuyi-könlün şikar etməkliyə, 
Dəsti-qüdrət kim, səni əbru kəman etmiş durur. 

* * * 

Eşqin ey dilbər, könül təxtində şah olmuş durur, 
Surətin can mülkinə xurşidü mah olmuş durur. 

Eşqini könlümdə mən dəxi neçün pünhan edim, 
Ruyi-zərdim, əşgi-sürxim çün güvah olmuş durur. 


301 



Müddəilərdən dəxi cana nə fikrim var mənim, 
Bəndəyə çün sən kimi sultan pənah olmuş durur. 

Bağçada hüsnün gülünü bülbüli-şeyda görüb, 
Axdı yaşı danə-danə bənzi kah olmuş durur. 

Hüsnini hər kim ki gördü valehü heyran olub, 

İşi anun dünyada fəryadü ah olmuş durur. 

Çün cəmalın gördü düşmən, qılmadın anə nigah, 
Müddəilərinin məqami bəndü çalı olmuş durur. 

Bu Xətayi yüzüni ta gördü, ey xubi-Xötən, 

01 Xətavü Hind elində padşah olmuş durur. 

* * * 

Ey könül, vəqti-bahar ötdü, xəzan olmuş durur, 
Su kənarində sənəm, sərvi-rəvan olmuş durur. 

Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün, 
01 büti-namehribanım, mehriban olmuş durur. 

Şərh edəndən bərlü şirin ləblərin ovsafmi, 
Mürği-canım tutiyi-şirinzəban olmuş durur. 

Gərçi düşmən tə’nəsindən çox cəfa çəkdim, vəli, 
Şükr kim, işim bekami-dustan olmuş durur. 

Döşədi yüz dürlü xali bəzm içün fərraşi-sün; 
Saqiya, gəl kim, cəhan baği-cinan olmuş durur. 

Sinıü zərdən şaxlər doldurdu dəstü damənin. 
Məclisi-şabaş içün göhərfəşan olmuş durur. 

Uğraşanda ta ki, eşqin zərrə qılur dağları, 

Bu Xətayi xəstə andan natəvan olmuş durur. 


302 



* * * 


01 pəripeykər ki, çeşmimdən nihan olmuş durur, 
Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur. 

Ya rəb, ol gözlər nə bağın nərgizi-şəhlasıdır 
Kim, qəmindən cismü canım natəvan olmuş durur. 

Eylə kim, bülbül yeri gülşəndir, ey gülyüzlü yar, 
Könlümə kuyin məqamı gülsitan olmuş durur. 

Anca çəkdim möhnəti-hicrin ğəmin, ey bivəfa, 
Cövri-eşqindən vücudim natəvan olmuş durur. 

Ta Xətayi gördi ol hüsni-cəmalın, ey günəş, 

Gör necə aləm dilində dasitan olmuş durur. 

* * * 

Könlümü alan mənim ol dilrüba yarım durur, 

Gərçi könlümni alur, amma ki, qəmxarım durur. 

Necə kim, cövri-cəfa qılsan bu mən dilxəstəyə, 
Eyləmən andan şikayət kim, vəfadarım durur. 

Gecələr də uyxu gəlməz gözümə qan ağlaram, 
Göydəki kövkəb deyil, şol çeşmi-bidarım durur. 

Tanrı içün, yola gəlsən, bir qədəm ahəstə bas, 
Ayağın altında topraq cismi-bimarım durur. 

Bu Xətayi afitabə eylədi göydə nəzər, 

Yar aydır, kim: “ana bax, əksi-rüxsarım durur”. 

* * * 

Dilbəra, səncəliyən billah ki, yarım yox durur, 

Bir saat sənsiz mənim səbrü qərarım yox durur. 


303 rYD 



Düşmüşəm eşqin ğəminə, yet mənim fəryadıma, 
Səndən özgə hiç kimsə ğəmküsarım yox durur. 

Ayrılıq, billah! Sorman mən səni ey dilrüba, 

Ta təmami sevmişəm, busü kənarım yox durur. 

Gər məni öldürsələr, sən eylə bilgil, ey nigar, 

Bu məhəbbət ətəgin əldən qoyarım yox durur. 

Aqil aydır: ey Xətayi, ixtiyar əldən qoma, 
Aşiqəm bir dərd əlində ixtiyarım yox durur! 

* * * 

Mənəm bir tən və leykin can anundur 
Ki, hər kim can qıyar canan anundur. 

Təbibimdir mənim, ruhum, rəvanım, 
Zəifəm, xəstəyəm, dərman anundur. 

Eşigində anun mən bir gədayəm, 

Nə kim, lütf eyləsə ehsan anundur. 

Səadət bürcünün dilxahi oldur, 

Y er ilə göyü həm Keyvan anundur. 

Ləbin yanında xəttin Xızrə, bənzər, 
Kənari-çeşməyi-heyvan anundur. 

Səri-zülfi-ləbi-ləTini gördüm, 

Təmami Türk, Hindistan anundur. 

Səni sevmən deyənlər kafər oldu, 

Yüzünü kim sevər iman anundur. 

Məgər məşşatə zülfin şanə qılmış. 

Bu könlün nikhəti -reyhan anundur. 


304 



Xətavü Misr ilən Çinü Xorasan, 

Əraqü Fars həm Kirman anundur. 

Başm top edə gər canan yolunda, 

Çalınsın top çün çövkan anundur. 

Xətayi, can fəda şol yarə qıl ki, 

Cəhani cümlə cismü can anundur. 

* * * 

Ləblərin yadi ilə didələrim qan doludur, 
Ağlamaqdan ətəyim lə’l ilə mərcan doludur. 

Səri-kuyində nə ğəm nalə qılırsa dilü can, 
Yüzü gül, gülşənara bülbüli-xoşxan doludur. 

Kimə şikvə edəyəm, sən qaşı yayın oxudan? 
Hər yana sancıla, sinəmdə bu peykan doludur. 

Buyi-zülfin gətirir yadinə badi-səhəri, 

Canü dil bağçasında müşk ilə reyhan doludur. 

Ey Xətayi, özünü xak edə gör, pak olasan, 
Mənlik etmə ki, cahan əhlinə ürfan doludur. 

* * * 

Mənim ol suvlu yarım gəldi xoşdur, 
Əlimə ol nigarım gəldi xoşdur. 

Əlindən itxiyarm getsə getsin, 

Əlimə ixtiyarım gəldi xoşdur. 

Sən ol səhrada çün quli-biyaban, 
Çəməndə gül’üzanm gəldi xoşdur. 


tfr’v. 305 



Öl imdi qış günü, sərma əlindən, 
Mənim tazə baharım gəldi xoşdur. 

Qəm ilən intizar içində sən öl, 
Həmişə intizarım gəldi xoşdur. 

Xətayi, şükr qıl Allaha daim, 
Gedən səbrü qərarım gəldi xoşdur. 


* * * 

Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur, 
Şol hümayun zülfiniz fəğfuri-Çindən tac alur. 

Nola gər hüsnindən alsa zərreyi-nur afitab, 

Kim bəli, daim ğənilərdən nəva möhtac alur. 

Nə əcəb, mən miskinin könlün əgər yəğma qıla, 
Hinduyi-zülfin ki, mülki-Rumidən tarac alur. 

Ta əyağın tozu tək qapunda məskən dutmuşam. 
Bu səadətdən mənim bəxtim mələkdən bac alur. 

Bu Xətayi Kə’beyi-kuyində tapmışdır şərəf, 
Hacıtək könlüm təvafi-kuyinizdən hac alur. 


* * * 

Ey könül, ol mə’nisiz cahili yar etməkmolur? 
Mə’nisiz cahil sözünə e’tibar etməkmolur? 

Həm anun qövli xətadır, həm qərari bivəfa, 
Öylə bir bədnam ilə qövlü qərar etməkmolur? 


306 



Xakpayi əhli-dil ol, olmagil cəhlə rəfıq, 

Çün əbabil var ikən zaği şikar etməkmolur? 

Cəlilini ürfan edəndə xaki nay olgil ana, 

Əhli söhbət görəcək andan kənar etməkmolur? 

Hər kəs öz eybilə səttarına tutmuşdur yüzün, 

Sən anun eybini açıb, şərmsar etməkmolur? 

Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutub, 
Sən anun gizlicə sirrin aşikar etməkmolur? 

Ey Xətayi, can fəda qıl bir vəfalı yar içün, 

Hər vəfasız bivəfanı ixtiyar etməkmolur? 


* * * 

Bu könlüm şad olur qəmdən, ruxi çün laləgun görgəc, 
Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc. 

Əgər ah eyləsəm topraq olur dərləhzə ahimdən, 

Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc. 

Anunçün əyləməz ahi bu canım rəhgüzarmda, 
Həramilər çaparlar karivani çün tütün görgəc. 

Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan, 
Fələk ovcində xurşidi həyadan səmigun görgəc. 

Xətayi, rəsm beylə eyləyibdir e’tiraz ilə, 

Həzaran naz edər xublar ki, aşiqni zəbun görgəc. 


307 



DƏHNAMƏ 


( parçalar ) 
BAHARİYYƏ 

Qış getdi, yenə bahar gəldi, 

Gül bitdivü laləzar gəldi. 

Quşlar qamusu fəğanə düşdü, 
Eşq odu yenə bu canə düşdü. 
Yer geydi qəbayi-xizrpuşan, 
Cümlə dilə gəldi ləbxamuşan. 
Sərvin yenə tutdu damənin su, 
Sərv üstə oxudu faxtə gu-gu. 
Qönçə dəhəni çəməndə xəndan, 
Gülməkdən ənar açıldı dəndan. 
Bülbül oxudu süfati-hicran, 
Dəryada dür oldu əbri-neysan. 
Duma uçuban həvayə düşdü, 
Laçın oluban ovayə düşdü. 

Alma ağacı dibində sayə, 

Tə’n eylər idi buludda, ayə... 
Yaşın yerə tökdü əbri-neysan. 
Bülbüllər oxudu səd həzaran. 
Mey bəslədi jalə hər vərəqdə, 
Turac kitab oxur təbəqdə. 
Qum-qum der idi ağacda qumri. 
Məst oldu bənəfşə içdi xəmri. 
Şax üstə qabaqlar aslı halı, 

Qu gərdənidən verir misalı. 

Quş beççələri ünü yuvadən 
Məktəb ünü tək gəlir həvadən. 
Boyandı zəmin həzar rəngə, 
Övraqi-şəcər də təngə-təngə. 
Neylufər açıldı suya girdi, 
Pirahənini başına bürdi, 

Çinar əlini çü rəqsə açdı. 

Gül xırda zərin şabaşə saçdı. 
Çaylar bulandı, yıxdı arxın, 


308 rYD 



Bağlar ağacı göyərtdi şaxın. 
Gilas ağacı dibində mahüm. 

Çün mah idi dər miyani-əncüm. 
Yüz dürlü qəba geyib çəmənlər, 
Ağ donunu geydi yasəmənlər. 
Sirabi gülün yüzündə abi, 

Nərgiz oturar gözündə xabi. 

Hər qönçədə vərdi-ərğəvani, 
Qumri gəzidən verir nişani. 

Ta çalmaya dan yeli tapancə, 
Yüzünə niqabin örtdü qönçə. 
Yaşıl çəmən üstə jalə çin-çin, 
Əxzər fələk üstə rəşki-Pərvin. 
Sərv etdi çəməndə sərfərazi, 

Gül cilvələnir başında nazi, 
Çıxmış budaq üstə əndəlibi, 
Minbərdə oxur çəmən xətibi. 
Cular axadır çəməndə hər su, 
Nərgiz gülünün gözündə uyxu; 
Lalə oturur başında tacı, 

Heç sərvərə yoxdur ehtiyacı. 
Sünbül daramış saçın, bəşanə, 
Ənbər qoxusun qılır fəşanə. 
Cular axadır kənari-bağdan. 

Su içməyə ahu gəldi dağdan. 
Lalə gecələr yaxub çırağı, 

Aşiq cigərinə çəkdi dağı. 

Naz ilə bəzəndi bağ sərvi, 

Sancıb başına dümi-təzərvi. 
Güllər vərəqinə doldu şəbnəm, 
Çün birkəyi-hovzi-abi-zəmzəm. 
Al ilə yaşıl geyindi bağlar, 

Ağ ləçəyi sərpə saldı dağlar. 
Susən qılıc aldı, bid xəncər 
Eyş etməyənin gözünə sancər... 
Sayrar ağac üstə yüz sığırçın. 
Ahəng tutar ana gökərçin. 


309 



Əsməkdə nəsimi-ənbərəfşan. 

Y aprağnı qılır budaqda lərzan. 
Ötgün quşu köçdü, qıldı pərvaz 
Düravü üqabü qupqura, qaz 
Murçinü çürəvü nərgə, sona, 

Y aydı qanadın ki, gölə qona. 
Kəklik gülər idi dağda qalı-qah, 
Bayquşlar oxurdu “li məllah”. 
Sərv öz ayağına sayə salmış, 
Zilli-saçını hümayə salmış, 
Novruz gülünün açıq dəhanı, 
Mürğ anda həzar oxur zəbanı. 
Daylar tülədi, buraxdı yalı, 
Kişnər çalağan qulun misalı. 
Quzladı qoyun, töküldü döllər, 

Y aylaq həvəsini qıldı ellər. 
Düşmən qanı tək qızardı hər su, 
Ötgün saruya yeridi ahu. 
Biri-birini qovur keyiklər, 

Bala dölümün qılır peyiklər. 
Durmuş çəmən üzrə sərv ayağa, 
Qılmağa tamaşa solu-sağa. 

Gül düxtərinin ərusi yetmiş, 
Gülgün duvağın başına örtmüş, 
Ahu quzu doyurub uyutdi, 
Oğurlanıb özü ota getdi. 

Səhrayə buraxdı nafə ahu, 
Xaki-siyəh oldu müşki-xoşbu. 
Duma uçub, ün çəküb havadə, 
Gedər ünü qırx ağac ziyadə. 
Bağrıqaranın qarardı bağrı, 
Şahbaz ana varanda doğrı. 

Quşlar yuvadan uçurdu bala. 

Ahu yenə süd verir qəzala. 

Çıxdı günəşə yer əjdahası, 
Buynuzunu saldı dağ buğası. 

Hər bir çiçək üstə qondu zənbur, 


310 



Dövşürməyə çıxdı danəsin mur, 
Hər şey günəşə qurutdu yaşın, 
Qövsi-quzeh açdı tər qumaşın... 
Y aprağı ağaclar üstə lərzan, 
Kimisi çü tir, kimisi peykan. 

Şəh tuti oxur şəkər kəlamın, 
Qənd ilə pür etdi bəndü damın. 
Döndü vətəninə cümlə quşlur, 
Gəldi yuvasına qırlaquşlar. 


AŞİQİN ƏHVALI 

Aləm qamusu bu dəmdə xoşhal. 
Mən həm öz işimdə fariğülbal. 

Gəh yüyrür idim çü ahu dağda, 

Gəh axər idim çü cuy bağda. 

Gəh könlüm ilən çəməndə xürrəm, 
Gəh həmdəm ilən gəzəndə biğəm 
Mə’şuq ilə eşqi tanımazdım. 

Heç kimə könül verim deməzdim. 
Derlərdi bu eşq qissəsini, 

Dil zərrə yeməzdi qüssəsini. 

Öz peşəmə, öz işimə qane, 

Heç kimsə yox idi ola mane. 

Kim desə mənə ki: “aşiq oldum, 
Rüsvayi-dili-xəlayiq oldum”, 

- Əbləh, - deyibən gülərdim ana, 
Hər tə’nə ki, var qılardım ana, 
“Gey əbləhü kəcxəyalü biəql! 

Bu sözmüdurur ki, eylədin nəql? 

Ol oda salamı canı kimsə, 

Qeyrə vərəmi inanı kimsə?” 

Çün düşməmiş idi dil bu qalə, 

Yüz tə’nə qılırdım əhli-halə. 

Y anmayan oda nə bilir odi, 

Başdan çıxarır düşəndə dudi... 


311 



Məcnun ögünə düşəndə Leyli, 
Gözdən axıdırdı qanlı seyli. 

Fərhada deyəndə eşqi-Şirin, 

Eylərdi fəğani-zəhri akin. 

Əlqissə, bu sözü bilməz idim, 
Üşşaqi gözümə almaz idim. 

Bir gün çəmən içrə seyr edərdim, 
Pərvanə misali teyr edərdim, 

Bir sayeyi-sərvi-nazə yetdim, 

Bir ləhzə oradə xabə getdim, 
Ruhaniyə ruh qıldı seyran, 

Gəl gör ki, mənə nə qıldı dövran. 
Göründü gözümə bir pəriru, 
Xoşləhcəvü xoşcəmalü xoşbu. 

Çün seyr ilə gəldi mənə yetdi, 

Canü könül aldı, belə getdi. 
Flüsni-sifətin nə qılım anın, 

Nuri fələyin, gözü cəhanm 
Xoş qaməti rəşgi-sərvi-rə’na 
Flaşa ki, yüzündə dudi-həmra 
Qaşları kəman, kipriyi ox, 

Aləm gözü qatda nərgizi- şux. 

Nə şəkli-pəri, mələk, nə insan, 
Rövşən yanağında nuri-rəhman. 
Oldum bəmisli-divanə bidar. 

Nə məstü nə aqiləm, nə huşyar. 
Bilmən özümü ki, qandayam mən, 
Y a mürdəmi, yoxsa zindəyəm mən. 
Bağrım yaralı, misali-lalə 
Qəmdən ürəyim dolu piyalə. 

Sona kimi göz yaşında qərqab, 
Səyyarə kimi dü çeşm bixab. 

El lalə təki piyalə nuşan, 

Susən kimi mən zi ləbxamuşan. 
Göylərdə sədayi-əbr ünüm tək, 
Aləm gözümə qara günüm tək, 
Bağlarda nəsim ənbərəfşan, 


312 



Sünbül təki mən könül pərişan. 
Gər dağda əgər çəməndə idim, 
Heç bilməz idim ki, qandə idim. 
İşim gecə-gündüz ahü zari, 
Tutmazdı dəli könül qərari, 

Nə fikri-yemək, nə xab dər çeşm, 
Xabm yerin aldı ab dər çeşm, 

Nə ab gözümdə, bəlkə xunbar, 
Qan doldu yaşımla kulıü gülzar, 
Bülbüli fəğanım eylədi lal, 
Boynuma səlasil oldu əğlal. 

Uzun gecələr səhər görünməz, 
Zülmətdə mənə qəmər görünməz 
Bu yola, ilahi, yoxmu payan? 

Bu dərdə, ilahi, yoxmu dərman? 
Biçarəvü zarü natəvanəm, 

Mən taqəti-qəm nə mitəvanəm. 

Y ar zülfü təki günüm qaraldı. 

Yar ağzı kimi yerim daraldı. 
Qanlar uduram yüzündə ayru. 
Bimartənəm gözündən ayru. 
Bilməm necədir kəminə halım, 
Artar dünü gün qəmu məlalım, 
Səbrim səbəbini pişə qıldım 
Ki, mən bu xəyalı nişə qaldım? 
Qıldım könülə həzar nifrin, 

Kim şad ikən etdi bizni ğəmkin. 


ÜRƏKDƏN ŞİKAYƏT 

Ey eşqə özün fəda qılan dil! 
Əz səbr məni cüda qılan dil! 

Üşşaqi cahanda xürrəm ikən 
Pünnöhnətii pürbəla qılan dil! 


313 



Məhbubi-xocəstə, zülfi-çinin 
Bəndinə düşüb, xəta qılan dil! 

Dilşadları könül gözündən, 

Qəm kuyinə aşinə qılan dil! 

Xoşxatir ikən fərağət əhli 
Dərdü qəmə mübtəla qılan dil! 

Yüz dürlü bəlayi-eşqə hər dəm, 
Könlün veribən, riza qılan dil! 

Bir busəsinə gözəl nigarın, 

Can ilə cahan bəha qılan dil! 

Sidqi-dil ilən yolunda yarın, 

Öz ölməyinə dua qılan dil! 

Mə’şuqədən alsa qərz busə, 
Canü sər ilən əda qılan dil! 

Bir zərrə təki günəş yolunda 
Yüz min həvəsü həva qılan dil! 

Y arın diləyib bəğai-ömrün 
Öz varlığını fəna qılan dil! 

Yüz hökmilə şah ikən Xətayi 
Yar eşiginə gəda qılan dil! 


MƏSNƏVİ 

Bu növ ilə iş kim, oldu bədhal, 
Hər ruz mənə keçirdi bir sal. 
Naləm gecələr olurdu yahu, 
İncəldi tənim misali-yek mu. 


314 



Həm yox mənə bir rəfıqi-həmdəm 
Kim, eyliyə bu yarama mərhəm. 
Həm səbrü qərarə taqətim yox, 
Həm daxi kişiylə ülfətim yox. 

Yüz tutdum ilah həzrətinə, 

Ol cümləyə şah həzrətinə. 


HAQQA YALVARIŞ 

Dedim ki, əya kərimi-biçun, 
Qoyma məni sən bu halə məğbun. 
Bu eşqə məni düçar qıldın, 

İşimni fəğanü zar qıldın. 

Bu nıur gəzərdi binəva tək, 

Eşq ağzına saldın, əjdaha tək. 

Lütf eylə məni-fəqirə bari, 
Öldürmə qəm içrə zar-zari. 

Odu buraxan bu canə sənsən, 
Məqsudi verən cəhanə sənsən. 
Məqsudə yetir məni-fəqiri, 

Sənsən qamunun çü dəstgiri. 

Y a hicri mənə vüsal qılgil. 

Ya həsrəti bu könüldən algil! 

Bu növ ilə kim, niyaz qıldım, 

İxlas ilə kəşfı-raz qıldım, 
“Hatifdən eşitdi güşim avaz: 

“Key 1 sidq ilə eşq evində sərbaz, 
On könlün alan gözəl pəridir, 
Gülzari-cinan onun yeridir. 

Oldur oturur filan çəməndə, 

Çün sərvi-çəmən, çü qönçə xəndə. 
Cövlanda durur qamu pərilər, 
Güntəl’ətü mahpeykərilər. 

Dur, imdi onun saru səfər qıl, 

1 “Ki ey” deməkdir. 


315 



Fərxəndə cəmalına nəzər qıl, 
Çün görə gözün ruxi-dilaram, 

01 vəchlə tuta könlüm aram. 

Kim ayrılıq atəşi-səqərdir, 
Əlqürb civari-mö’təbərdir. 

Göz görməsə dil götürməz aram 
Kim, gözə verir məhəbbət ilham. 
Şayəd səni hər görəndə ol yar, 
Könlündə mürüvvət edə izhar. 
Canın məgər onda bula rahət, 
Didarə baxıb edə qənaət”. 

Bu sözə həzar şükr qıldım, 
Varmağa yolumu fikr qıldım. 

Y arəb, mənə sən o yarı vergil, 
Əğyardan ayru yarı vergil. 


AŞİQİN MƏ’ŞUQƏYƏ TƏRƏF GETMƏSİ 

01 gülşəni soruban yeridim, 

Y arəb, nə ola işim, der idim. 
Hərdəm ürəyim qılırdı tıp-tıp, 
Canım zi həvəs edərdi gup-gup. 
Özümnü yetirdim anda nəçar, 

01 bağa ki, bəzm edərdi dildar, 

Bir şəki göründü bir şəmail, 

Huşim bilə əqlim oldu zail. 

Gün kimi cəmalı tab salmış, 

Zülfün yüzünə niqab salmış. 

Yüz hurü pəri, həzar ğılman, 
Qulluqda durur mütii-fərman. 

Sərv anun içün ayağa durmuş 
Xublar qamu solu sağa dunnuş. 

Gül yüzü qızarmış infıaldan, 
Bənövşə yerə baxır məlaldan, 
Nərgizlər önündə cam tutmuş, 
Bülbüllər oxur, nizam tutmuş. 


316 



Əflak yüzündə kaxü eyvan. 
Bərtəxti-səradə bürci-Keyvan. 
Gül yastanuban nigar oturmuş, 
Qanlardan əli nigar oturmuş. 

Əz bərgi-səmən səriri-təxti, 

Gül kimi güşadə ruyi-bəxti. 
Məhlər qamusu ayağa durmuş, 
Kimi sola, kimi sağa durmuş. 
Çakərlər içində şahnisbət. 
Kövkəblər içində mahnisbət. 
Şahlar qamusu yanında növkər, 
Yusif yüzünə qulami-kəmtər. 
İskəndər ana bir ayinədar, 

Darab qatında bəndəkirdar. 
Cəmşid anun piyaləgiri. 

Cəm bəzmi-şərabının əsiri. 

Yüz qeysər ana qulami-Rumi, 
Rüxsari günəşini, yoxsa rumi? 
Ənguştəridar ana Süleyman, 
İnsanü pəri sözünə fərman. 

Bir zəmə yüzü qatında xurşid. 

Bir ləm’ə cəmal yanında Nahid. 
Peyvəstə qılır itabü nazi, 

Dəstində inani-sərfərazi. 

Durdu, yeridi çəməndə rə’na, 
Başından əyağə candır ə’za. 

Gül qönçəsi tək niqab yüzündə, 
Məh kimi həzar tab yüzündə. 

Heç kimsə anun yanma varmaz, 
Heç mərdum anun yüzüni görməz. 
Doğru baxanın alırdı canın. 

Gözü görənin tökərdi qanın. 

Çün gördüm anu bu səltənətdə 
Eyvani-kəmali-mənzələtdə. 
Vəhşət ətəyini tutdu könlüm, 

Öz halətini unutdu könlüm, 

Dedim ki, diriğ neyləyim, ah 


317 



Mən zərrə ilən nə nisbət ol malı? 
Ol göydə yerir, bəndə bər xak, 
Bu xak nəçük yetər bə əflak? 
Mən bir qulam, ol bir ulu sultan? 
Sultan ilə qul məqami qandan? 
Bu gücləri mənə eşq qıldı, 

Bu vərtəyə canı eşq saldı 
Fəryad ilə ah eşq əlindən! 

Ömrü oldu təbalı eşq əlindən! 
Eşqi anuban şikayət etdim, 

Qəm şərhini bi nihayət etdim. 


EŞQ ODU HAQQINDA 

Eşq odu yamandır, ey xirədmənd, 
Bu bənddə dolaşmagil, eşit pənd! 
Eşq uğraşır olsa kuhi-Qafə, 

Ənğa qıla Qafə irtihafə. 

Gər eşqi görərsə nöh fələklər, 
Çərx üzrə fələk yana mələklər. 
Gər eşqin odu düşər zəminə, 

Suzi yetə ərzi-həftominə. 

Bir zərrəcə eşq canə düşsə, 

Ya rəglər içində qanə düşsə. 

Bir dəm tən içində durnaya can. 
Həm rəglər içində xüşk ola qan. 
Gər atəşi-eşq başə düşsə, 

Bir zərrəcə suzi daşə düşsə. 
Qatlanmaya ana, çatlaya daş, 
Meydani-həvadə oynaya baş. 

Gər atəşi-eşq dilə düşsə. 

Bir qətrəcə bəhri-Nilə düşsə, 

Bir ləhzədə oda yana dillər, 
Hirqətdə quruya bəhri-Nillər. 

Gər eşqin odu düşərsə bəhrə, 
Səbr etməyə bəhr, uş bu qəhrə. 


318 



01 oddur odu çıxardı daşdan 
Əqli gəlicək apardı başdan... 
Uğraşdı ol od bə qəlbi-Məcnun. 
Fərhadı qəm ilə qıldı məhzun. 
Vətfmdən anun yetərdi neylər, 
Fəthadə son ucu gör ki, neylər? 
Oldur ki, ana sataşdı Fləllac, 
Mahmud misalı sahibi-tac, 

Bir darə birini mənzər etdi, 

Bir qula birini çakər etdi. 

Oldur ki, ana yaxıldı Yə’qub, 
Fləm çəkdi anun bəlasın Əyyub. 
Ağlatdı birini, kur qıldı. 

Birin bu yola səbur qıldı. 

Bu oda sataşdı Şeyx Sən’an. 
Fləm cani-Züleyxa Misrə sultan. 
01 birini kafər etdi bi din, 

01 biri şalı ikən oldu miskin. 

Bu eşqilə kim, əsir oldum. 

Dər vəqti-cəvani pir oldum. 
Qalmadı dəxi tənimdə taqət, 
Qəsd etdi mənə hücum fırqət. 
Eşq oduna bir rəvayət etdim, 
Adın tutuban şikayət etdim. 


EŞQDƏN ŞİKAYƏT 

Ey canü dili xərab edən, eşq, 
Üşşaqi kəm əz türab edən, eşq! 

Odlara salıb fərağət əhlin, 
Yaxıb cigərin kəbab edən, eşq! 

Mə’şuqə müdam içmək içün, 
Dillər qanmı şərab edən, eşq! 

Divanələrin tutub təriqin, 
Tərki-vər’əü səvab edən, eşq! 


319 



Bir zərrə təki vücuda düşsə, 
Məşhur çü afıtab edən, eşq! 


Dünyada hər əhli-xanimani, 

Bi məskənü xürdü xab edən, eşq! 

Zöhd əhli sual edəndə hər dəm, 
Min höccətə bir cavab edən, eşq! 

Mə’şuqə saruyə baxsa aşiq 
Bəxti-siyəhin niqab edən, eşq! 

Hər dəmdə Xətayi xəstəhalə 
Səd naz ilə min itab edən eşq! 


SƏBANIN YATMAĞA GETMƏSİ 
Dedim ki: 

- Əya qamudan ulu, 

Oldu bu sözə könül təsəllu. 

Əzm etdi həvəs ki, yazə namə, 
Baş qoydu günəş məqami-Şamə. 
Xurşid çü məğribinə batdı, 

Bəs vardı Səba yerində yatdı. 
Qövl etdi mənə ki: 

“Dan atan çağ, 

Bülbül budağa qonub ötən çağ, 
Olmuş ola namə cümlə təhrir, 

Hər ərzə ki, var içində təğrir. 
Gəlim, aparım anı nigarə. 

Başəd ki, ola bu dərdə çarə”. 

Ol getdi vü mən də bağda qaldım. 
Məcnun kimi dəştü dağda qıldım. 
Aldım qələmi ki, namə yazım, 
Əhvali-dilim kəlamə yazım. 


320 



MƏSNƏVİ 


01 şuxə ki, can olurdu Fərhad, 
Şirin dodağından aldı yüz dad. 

01 yarə ki, əql olurdu Məcnun 
Uş Leyli saçma oldu məğrun, 
Pərvanə idi o şəm’ə bu can, 

Bir tabi-rüxündən oldu büryan, 
01 mahə ki, can müştəridi, 

Vüslət gecəsində xoştər idi. 

* * * 

Təhsinim edirdi ol pəriru: 

- Çəkdinmi fəraqi-dərdi qayğu? 
Zar etdi səni bu ruyi-çün gül. 

Gül görməsə səbr edərmi bülbül? 
Bir baddə qurur zi tabi-hicran, 
Gər içməsə səbzə abi-baran. 
Halın nə ləbimdən ayrı, miskin? 
Fərhad ölür zi dərdi-Şirin. 
Pərvərdə olurmu cismi-bi ruh 
Olmasa gəmisi, qərq olur Nuh. 
Gər hicr yüki düşər bəirə. 

Kafər qaçan uğruşur səirə? 

Gər yükləsə hicr odun cibalə, 
Çoğundan olur zühur nalə. 

Gər girqəti salsan asimanə, 
Göylərdə mələk cəmisi yanə. 
Hicran odu gər düşə zəminə 
Yandıra zəmini-həftominə. 

Gər hicran odu düşərsə bəhrə, 
Bəhr ola çü bərr dü şəb bə qətrə. 
Gər olmasa fırqəti bəla, bil 
Olmazdı həzar nitqə qabil. 
Pərvanə əgər fəraqə yanmaz 
Qəltan oluban oda dolanmaz... 


321 



Məndən sorar idi yari-cani, 
Sevməkdə qılırdı imtalıani. 
Derdim: 

- Mən anı nəcük qılam ədd, 
Sevməkdə səni qılamazam hədd. 
Y anımda həzar pür olursa, 

Yüz işvəvü naz əgər qılursa, 

Hər birində səd girişmə bolsa, 
Alışma ilə verişmə bolsa 
Bir dərdü xəyalın olsa dildə, 

Y a mehrü cəmalın olsa dildə 
Qılmayam olara könlü mayil, 
Olmaya yüzün xəyali zayil. 

Hər gözüm olursa yüz göz, 

Bir yüzüm əgər olursa yüz yüz, 
Səndən kəsəmən o gözlərimni, 
Sallam ayağına yüzləri mn i. 

Hər əldə həzar barmaq olsa, 
Birində həzar dımaq olsa, 

Y azar sifətin həzar barmağ, 

Pak edə qələmni nöki-dımaq. 

Hər payim içün gər olsa yüz pam, 
Səd dəst ola gör bu dəsti-yektam, 
Eşqinsiz oları basmasaydım, 
Daməndən əlimni kəsməsəydim, 
Bir ağzıma gər olaydı yüz dil. 

Bir qəlbim əgər olaydı min dil, 
Bular sifətin sözün deyəydi, 

Olar qəmi-eşqiniz yeyəydi. 

Bir başda həzar başım olsa, 

Hər gözdə həzar yaşım olsa, 
Başları yolunda oynadaydım, 

Y aşları sənə nisar edəydim. 

Bir təndə həzar ruhum olsa, 

Hər birinə əmri-Nuhum olsa, 
Ruhumu qılam qaşuna qurban, 
Cismimni qılam türabə yeksan... 


tfr’v. 322 



01 gecə nə oldu yar ilən hal. 

Dilim deyəməz süfati-əf al. 

Zövqü tərəbü hüzurü vəhdət, 
Əfsaneyi-hicrü qövli-həsrət. 
Qorxardı bu könlüm öz səhərgah, 
Pozmaya gəlib hüzuri nagah... 

Y arəb, uzun eylə leyli-vəsli 
Üşşaqə budur muradi-əsli... 

Xurşidi mudam dər hicab et. 

Əşya gözündən götürmə xabi, 

Aşiq qılır andan ictinabi. 

Bu sözdə idim nigar dərbər, 

Oxudu müəzzin “Allah əkbər”, 
Dedim ki, diriğ, gecə keçdi, 

Heç biləmədim ki, necə keçdi. 

Baz oldu fəraq ruzi-vüslət, 

Kam almadı dil bə vəqti-fürsət. 

Ah eylər idim ki, düşməyim dur 
Uyxudan oyandı çeşmi-məxmur, 
Aydır: 

- Nədir, ey vüsalə məhrəm, 

Ahın nədir, ey yanımda həmdəm?.. 
Dedim: 

- Nə sorarsan, ey pəri cəhr, 

Anla gün irişdi, dər şəbi-mehr. 
Gecə irişir həbibə məhbub, 

Talib gecə buldu kami-mətlub... 
Vəh-vəh ki, tükəndi və’deyi-vəsl 
Görsəndi mənə bu ruzi-bi vəsl... 
Matəmdə idim ki, ayrılım, ah, 
Görsətdi yüzün gün əz nəzərgah. 
Xavər şəhi yaxə çak qıldı. 

Göylər təbəqini pak qıldı. 

Pak etdi günəş yüzünü əz xun, 
Qoşdu atmı bu çərxi-gərdun. 

Göy qübbəsindən asıldı qəndil. 
Yüzündən alıb niqabü məndil. 


323 



Göylər qədəmində rəqsə düşdü, 
Səyyarə şüai nəqsə düşdü. 

Çin ləşkərini dağıtdı zülmət, 
İslam çərisini etdi də’vət. 

Hər Müştəri oldu ona Zöhrə, 
Rəqs etdi bu bəzmə çərxi-mehrə. 
Hər gündüzə xəlq müştəriydi, 
Əmma mənə gecə xoştər idi. 

Çün gün doğuşu buraxdı təl’ət 
Mən xəstəyə yenə düşdü firqət, 
Həzi eylədim ol dəm afıtabi 
Kim, nişə götürdü bu niqabi. 


GÜNƏŞ HAQQINDA ŞE’R 

Çıxdı yenə mənə zur edən, gün! 
Məsturləri zühur edən gün! 

Bu sirri cahana söyləməzmi 
Hər zərrəni pür zi nur edən gün! 

Xəffaşi-şikəstə ruzə aşiq 
Çeşmin həsəd ilə kur edən gün! 

Gər düşməz araya şəb niqabi, 
Firqətdə vücuda zur edən gün! 

Olmuşdu Xətayi yarə vasil, 
Yardan yenə onu dur edən gün! 


MƏ’ŞUQƏNİN AŞİQİ YOLA SALMASI 

Düşmən, - dedi dust, - dər kəmindir, 
Vəslim günü bu idi həmindir, 

Bir busə mənə verib pərizad 


324 



Dedi: 

- Bu sənə yetər, yeri şad, 

-Yar etmə, dedim, bizi fəramuş 
Durdum ki, gedəm nizarü bihuş. 

VİDA ŞE'Rİ 

Ey sevgi nigar, sən qal imdi! 

Ey işvəli yar, sən qal imdi! 

Vəslindən irağ ahü vaylı, 
Dilxəstəvü var, sən qal imdi! 

Hicranın odunda gecə-gündüz 
Dil yenə yanar, sən qal imdi! 

Gəm qışı mənə cəfalar eylər, 

Ey tazə bahar, sən qal imdi! 

Umar bu Xətayi yadigarın, 

Ta tuta qərar, sən qal imdi! 


MƏ’ŞUQƏNİN AŞİQƏ YADİGARI 
Der: 

- Var, belədir səninlə qayğu, 
Qan-yaş ilə ruyü rəngi saru. 

Bəd halətə düşmə çünki vardır, 
Biləncə, xəyali-ruyi-niku. 

Tiği-ələm iki bölsə cismin, 
Yarusı mənimlə, səndə yaru. 

Qılma məni cüsticu ki, bəsdir, 
Çeşmində xəyali-yari-dilcu. 


tfr’v. 325 



Bu ahu gözümdən ayrı düşsən 
Var həmnəfəsin qəm ilə yahu. 

Bu incə belim qəmi Xətayi 
Y etməzmi tənin misali-yek mu? 


AŞİQİN HALALLAŞMASI 

Xoş qal - dedim - ey həbibi-canan, 
Bu ınürdə tənim içində çün can. 

Çox tökdün isə həlal bolsun, 

Afət bıçağilə didədən qan. 

Cəm olmadı dil qəmində vəh-vəh, 
Ey zülfü mənim təki pərişan. 

Sən min yaşagil bə kamirani, 

Mən ölür isəm nə qəmdir, ey can? 

Su səpdi yügüş qapında hər dəm, 
Eşqin yoluna bu çeşmi-giryan, 

Bağrımla gözüm yaşı evində, 

Çox oldu gözün, nəmək yedi nan. 

Bu xəstə Xətayi yad qılma, 

Zinhar, unutma əhdü peyman. 


DOST AYRILIĞI 

Çün oldu tamam nəzm, təkmil, 
Vəsl oldu haman fəslə təbdil. 
Səndən necə kim, can ayrü düşdü, 
Tən ya çürüdü, ya sayru düşdü. 


tfr’v. 326 



Ölüncə unutman ol həbibi, 

Gül bəs unudarmı əndəlibi? 
Təqdirə var isə ola tədbir 
Y ox isə nə çarədir bə təqdir? 
Hicrində çü zadü nun keçdi. 
Sindən dəxi bir füzun keçdi 
Çün sərvəri -Çin irişdi şamə, 
Xətmində mükəmməl oldu namə. 
Xətm oldu bu namə ruzi-şənbə 
Eşqilə həmişə suzi-şənbə. 


KİTABIN XATİMƏSİ 

Yarəb, irağ etmə cismü cani. 
Heç bəndəyə verməgil sən ani. 

Sanma bu sözü bəyani-vaqe, 
Sözdür qamusu bə sərzəbani. 

Vəslin dilərəm vəfalı yarın 
Kim, fanidurur məcaz, fani. 

Çox nəstə sifətdə zahir olmaz, 
Görsət yüzünü bizə nahani. 

Bu fəni ömür cahanda qalmaz, 
Bəxş et bizə ömri-cavidani. 

Bu dari-cahan çü bir fənadır, 
Vergil bizə xaneyi-bəqani. 

Üç nəsnə dürür səbəb bu namə 
Kim, buldu zəruri qılmaq ani. 

Əvvəl səbəb oldu nəzmi-tovhid, 
Kim bəndəliyin odur nişani. 


327 



İkinci bu kim, olanda ğənıgin 
Bu könlünün ola mehribani. 

Üçüncü bu kim, qalursa xoşdur 
Bu dünyada hər kimin nişani. 

Ta deyə onu görən mühüblər, 
Rəhmətlik ola anun rəvani. 

Hər kim ki, bizi anarsa bulsun, 

Dər bürci-səadət aşiyani. 

Kim munu oxur yazar və dinlər, 
Həq lütf ilə yarlığasın ani. 

Kiməm ki, Xətayiyəm, deyim mən, 
Əhsənət, təbarük, ey fılani! 


328 rTD 



XƏLİFƏ 


Təbrizli Xəlifə gənc yaşlarında Divarbəkrə gəlmiş, təhsilini orada davam 
etdirmişdir. Sonralar Hələb, Şam şəhərlərini gəzmiş, nəhayət, istanbula get- 
mişdir. Doğulduğu və öldüyü il məlum deyildir *. 

Haqqında ilk məlumatı müasiri Bağdadlı Əhdi vermişdir. 0,1563-cii ildə 
bitirdiyi “Giilşəni-şüara” adlı təzkirəsində Xəlifəni oxuculara dövrünün 
tanınmış şairlərindən biri kimi təqdim edir, alim və hörmətli bir şair olduğun- 
dan söhbət açır, onun üç dildə gözəl şeirlər yazdığını, xüsusən Nizami mövzu- 
larında “Xəmsə ” yaratdığını qeyd edir. 

Məşhur türk biblioqrafı Katib Çələbinin əsərində isə onun ‘Xosrov və 
Şirin ”, “Yusif və Züleyxa ” və “Leyli və Məcnun ” əsərlərinin adı çəkilir. “Leyli 
və Məcnun ”un hələlik tək nüsxəsi məzhur türk alimi Agah Sirri Ləvəndiıı şəxsi 
kitabxanasındadır. 


Var farsda bu fəsand, amma 
Ətrakda olmamış müsəmma. 

Türkidə həman demiş Füzuli, 

Fəzlə dəxi eyləmiş duxuli, 

Der şimdi bu türkuyi Xəlifə 
Sən qoy necə surəti-lətifə. 

Aləmdə Nəvai kimi bu hin, 

Ver türki dilinə bir nov’ ayin. 

Yoq türki dilində bir misalün. 

Məşhur ərəbdədür məqalün. 

Flüsni-əcəm et bu türkiyi sən, 

Əlfazi-ərəbdən eylə əhsən. 

Fürsi-ərəbidə sənsən ustad, 

Türkicə bu nəzmi eylə bünyad. 

* * * 

Söz bəhrin aşin olanlar, 

Ümmani-məaniyə dolanlar. 

Hər biri məarifılə duya, 

Ənvari-lətaif ilə guya. 

1 Əli Əmiri “Təzkireyi-şüərayi-Amid” Xəlifənin 1 572— ci ildə Diyarbəkrdə vəfat 
etdiyini qeyd edir. 


329 



Bu vəclıilə etdilər hekayət 
Əhvali-güzəştədən rəvayət. 

Kim mülki-ərəbdə bir cəvanbəxt, 
Həm maliki-tac idi vü həm təxt. 
Amir elinin büzürkvarı, 

Mə’rnur andan ərəb diyarı. 

Həm sahibi-fəzl idivü həm cud 
Fəzlü kərəmi ərəbdə mövcud... 
Səhrada keçərdi salü mahi, 

Dəşt idi həmişə aygahi. 


QƏZƏL 

Ləb açub söyləsə ol gül çəməndə ğönçə-fəmlərlə 
Əcəbmi ğönçənin həsrətdən ağzı dolsa dəmlərlə. 

Xətin əngüştilə ol məh yüzündə piç-piç eylər, 
Yazar mehr ayətin hüsn kitabına qələmlərlə. 

Gəmin hər tazə olduqca dili-divanə şad olur, 

Məni şad eylə hər dəm, ey pərirüx, tazə ğəmlərlə. 

Şəha, dildən ğübari nəsx edən reyhani-xəttindir, 
Mühəqqəq bəndəniz, qırma bizi ınişkin rəqəmlərlə. 

Xəlifə, ol səhi qamət yenə zülfün ələm etmiş, 

Gəlir dil kişvərin almağa Əbbasi ələmlərlə. 


DİYARBƏKR ŞƏHRİ ÜÇÜN YAZDIĞI 
“ŞƏHRƏNGİZ”DƏN BİR PARÇA 

Biri nəqqarəçidi adı Heydər, 

Olubdur cümlə hüsn əhlinə mehtər. 
Çıqıb bir bürcünə ol mahi-təl’ət, 

- Günəş sən get, mənimdir indi növbət. 
Öz adma çalar dövlət nəfırin, 

Nə qarə gündədir görməz fəqirin. 


330 rYD 



SÜRURİ 


XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamışdır. O, Nəsimi ədəbi mək- 
təbini davam etdirən istedadlı bir sənətkardır. Onun hürufi görüşləri təbliğ 
edən şeirləri çox məşlııır olmuşdur. Xüsusən Şah İsmayıl Xətayi hakimiyyət 
başına gəldikdən sonra ( 1502-1524 ) öz fikirlərini daha sərbəst söyləməyə 
imkan tapmışdır. 

1515-ci ildə Sultan Səlim orduları Təbriz şəhərini tutduqdan sonra bil- 
sıra elnı-sənət adamları ilə birlikdə Siiruri də Türkiyəyə göndərilmişdir. O. 
burada da bir şair kimi böyük şöhrət qazanmışdır. 

Siiruri yaradıcılığı əsasən hürufiliyə həsr olunmuş əsərlərdən ibarət olsa 
da, onun məhəbbət mövzusunda yazılmış qəzəlləri də vardır. Bu qəzəllər 
olduqca səmimi və yüksək bədii zövqlə yazılmış sənət nümunələridir. 


Ta müənbər kakilin xurşidə salmışdır kəmənd, 
Bağlamışdır boynumu zənciri-zülfün bənd-bənd. 

Qəddi-dilcuyin nəhalin gördü çün gülzardə, 

Durdu ayağ üstünə tə’zim edüb sərvi-bülənd. 

Ənbər-əfşan zülfünə irmək dilər cana könül, 

Allah- Allah, nə uzaq sevdayə düşmüş dərdmənd. 

Nasiha! Pənd etməgil mehrindən ol məhparənin, 
Şöylə dolmuşdur könül kim, qalmamışdır cayi-pənd. 

Ey Süruri xətti-sevdasmdan anın baş çəkən, 
Parələnsin tiği-möhnətlə qələm tək bənd-bənd. 

* * * 

Qamətim ğəmdən büküldü sünbüli-pürtab tək, 
Gözlərim qan ilə doldu laleyi-sirab tək. 


331 



Cəng içün hər dəm dili-xaradan ol sərvi-rəvan 
Daş saqlar sineyi-simin içində ab tək. 

Eşq kuyində naməd pütəm ki, nə’lü dağdən 
Cismim üzrə hər tərəf olmuşdurur qullab tək. 

* * * 

Könlümü zülfünə çək zəncirə şeydalanmasın, 
Sinəmi çak et ki, səndən özgə mə’valanmasm. 

Tutmuşam xunabeyi-dil birlə çeşmim rövzənin 
Kim, yüzündən özgəyi hərgiz təmaşalanmasm. 

Ləblərin dövründə mişkin zülfüni dağın ki, ta 
Gönçə xəndan olmasın, sünbül-mütərralanmasm. 

Gəmzəni bidar qıl naz yuqusundan kim dəxi, 
Nərgisi rə’na çəmən səhnində şəhlalanmasın. 

Bixəbərdir çün həbibin dərsi-eşqindən fəqih. 

Ey Süruri, şöylə ikən dəxi mollalanmasm. 

* * * 

Bisituni-ğəmdə bərgi-laleyi-həmrayə bax! 
Pərdəhayi-dideyi-Fərhadi-təmfərsayə bax! 

Daməni-bərfı-bəharidə nəzər qıl laləyə 
Pənbəyi-pürxuni-daği-sineyi səhrayə bax! 

Göstərir kəhli-cəvahir hoqqəsindən lalələr, 
LəTi-tərdən sürmədani-nərgisi-şəhlayə bax! 

Gər çəməndə lalə ovraqin göricək daği-ğəm, 
Filməsəl gögdə şəfəq içrə dutulmuş ayə bax! 


332 



Lalə ovraqi çəməndə daği-eşq eylər nəhan, 
Nafeyi-mişk üzrə çülğanmış qızıl valaya bax! 

Laləgun mey sunsa saqi samdi-siminlə, 
Atəşi-inni ənəllahə, yədi-beyzayə bax! 

Ey Süruri, laləzari-ömrə yoqdur e’tibar, 
Badeyi-gülrəng içüb, bur sirəti-zibayə bax! 


tfr’v. 333 



Ş AHİ 


XV əsrin sonu -XVI əsrin əvvəllərində yaşamış şairlərdəııdir. Şah ismayıl 
Xətayi sarayına yaxın şairlərdən olmuş və ona hörmətən şeirlərində Şahi 
təxəllüsü işlətmişdir. 

1514-cii ildə Sultan Səlim Təbrizi işğal etdiyi zaman bir çox alim, nəqqaş, 
rəssam, memar və şairlərlə birlikdə Şahini də Türkiyəyə köçməyə məcbur 
etmişlər. Əsərləri toplanmamış, anadan olduğu və öldüyü il məlum deyildir. 

Sünbülün yanında hər su çeşmi-cadularımıdır? 

Y a kəmənd ilə tutulmuş vəhşi ahularımdır? 

Y ayılarımdır qurulmuş asılu hər guşədən, 

Y a ğəzəblə çatdığın peyvəstə əbrularmıdır? 

Qaşın altında iki çeşmindi yaşlanmış yatar, 

Y a bir eyvan içrə yatmış iki sayrularmıdır? 

Şətmidir, qülzəmmidir, ya abi-Ceyhun, ya Fərat, 
Həsrətindən hər dü çeşmimdən axan cularmıdır? 

Görgəcin bağlandı çeşmim iki xoşbu sünbülə 
Türreyi-ənbərəfşanm açdı derlər, bularımdır? 

Baş çıqarqan hər tərəf güllərimdir fəsli-bahar, 

Y a fəna dünyada xak olmuş pərirulərmidir? 

Bilmən, ey Şahi, sənin yarındır ancaq tundxu, 

Yoxsa xublar barcası ha belə bədxularmıdır? 

* * * 

Ğönçeyi-gül bülbülün qəsdinə peykan eyləmiş 
Ğönçə açılğan gülü yüzünə qəlğan eyləmiş. 


334 



Gönçənin peykanını tiz etmək içün şaxi-gül 
Cismini başdan ayağə şəkli-suhan eyləmiş. 

Gül ərusun sübhdəm bülbül nigah etmiş məgər 
Kim, yüzün yaşıl duvaq altında pünhan eyləmiş. 

Dəlir ara, hər bir bozuq divar görsən şöylə bil 
Bir Süleyman mülkidir çərx anı viran eyləmiş. 

Mehrinə aldanma Şahi bu fələyin kim, günü 
Göyə yetgirmiş, yenə xakilə yeksan eyləmiş. 


335 



HƏQİRİ 


XVI əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan 
Həqiri Təbrizdə doğulmuş, gənclik illərində mükəmməl təhsil almışdır. Xora- 
sana ziyarətə gedərkən Kaşanda dayanmış, dörd il orada yaşayaraq, şəhərin 
görkəmli adamları, o cümlədən Mövlana Möhtəşəmlə dostluq etmişdir. 

Həqirini Kaşanda görən Təqiəddin Kaşi ‘Xiilasət ül-əxbar” əsərində onıın 
sufi təbiətli bir adam olduğunu qeyd edir. 1573-cü ildə Kaşandan Xorasana 
hərəkət edən Həqiri ziyarətdən sonra Təbrizə qayıtmışdır. Şair 1585-ci ildə 
türklərin Təbrizə basqını zamanı həlak olmuşdur. 

Həqiriııin yaradıcılığı 6 min beytlik “Divan'ından və “Leyli və Məcnun’’ 
poemasından ibarətdir. Onun şeirləri yüksək bədii xüsusiyyətləri, sadə dili və 
səmimiliyi ilə seçilir. 


QƏZƏLLƏR 

Yar qulaq olmaz mənim əfqanıma, 
Mərhəmət qılmaz dili-büryanıma. 

Uş vüsalından irağəm mən anm, 
Hicrü fırqət od salıbdır canıma. 

Yar yolunda əz əzəl pərvanə tək 
Daima yanmaq gəlibdir şanıma. 

Ol sənəmdən ötürü qamu cəhan, 
Neyləyim ki, susadılar qanıma. 

Nedəyim ol könlüm alan bir zaman 
Rəhm qılmaz cani-sərgərdanıma. 

Bəs rəvadır əndəlibvəş naleşim, 
Çün irişmən ol güli -xəndanıma. 


tfr’v. 336 



Bəs olum Yə’qub tək zarü həzin, 
İrmədim çün Yusifi-Kən’anıma. 

Çün deyibdir əkrəmi-seyfı-rəsul, 
Canı verdim sən təki mehmanıma. 

* * * 

Xanimandan olmuşam avarə mən, 
Qeyri vəhşi kimsə gəlməz yanıma. 

Bülbüləm hüsnün gülüstandır mana, 
Həm dodağın abi-heyvandır mana. 

Sənsizin, ey canımın cananəsi 
Cümlə aləm bəndü zindandır mana. 

Dişlərindir dürrü gövhər, ey sənəm, 
Ləblərin lə’li-Bədəxşandır mana. 

Səndən ayru gəzməzəm, ey dilrüba, 
Çün xəyalın canda mehmandır mana. 

Surətin uş Kə’bətüllahdır yəqin 
Asitanm ərşi-rəhmandır mana. 

Ey camalın surəsi səb’ül-məsan 
Küfri-zülfün dinü imandır mana. 

Ta sənin sövdana düşdüm, ey pəri, 
Xaniman dəştü biyabandır mana. 

Ta ki, səndən mən bəid oldum, bəid, 
Həmdəmü həmraz hicrandır mana. 

Bürqə’ altda nedəyim, ey dilrüba, 
Çünki hüsnün şimdi pünhandır mana. 


337 



* * * 


Dilrüba, sən eylə gəl əhdə vəfa, 
Yazuğam çox canıma qılma cəfa. 

Ey saçın şərhi “ələm nəşrəh” sənin 
Məh yüzün vəsfi dəhanm “qul kəfa”. 

Firqətindən olmuşam zarü həzin, 
Vüslətinlə dərdimə qılgil şəfa. 

Acıdır, cana, sənin hicrin günü, 

Həm misalındır mənə sidqü səfa. 

Səndən özgə kimseyi yar istəməm, 
[Bil] behəqqi-nuri-paki-Mustəfa. 

* * * 

Səndən ayru zar qaldım, ey həbib! 
Dərd ilən bimar qaldım, ey həbib! 

Həsrətindən gecələr kövkəb kibi 
Ta səba bidar qaldım, ey həbib. 

Vüslətinlən nola gər qılsan dəva, 

Fikr ilən əfkar qaldım, ey həbib. 

Şimdi ol gülgün cəmalından cüda, 
Bənddanü zar qaldım, ey həbib. 

Eşq ilən aləmlərə pünhan ikən 
Sənsizin izhar qaldım, ey həbib. 

Eyləməzsən dərdimin dərmanını 
Acizü biçar qaldım, ey həbib. 

Firqəti-hicran(m) ilən şimdi mən 
Məhrumü bazar qaldım, ey həbib. 


338 rTD 



* * * 


Göz yaşım qıldın mənim dərya, fəraq. 
Gizlü razım eylədin peyda, fəraq. 

Ləşkərin vardır sənin bihəd bu gün 
Mən səninlən nedəyim tənha, fəraq? 

01 sənəmdən ayrı saldın sən məni, 
Eylədin aləmlərə rüsva, fəraq. 

Eylədin biçarə miskin Vərqanı, 

Əz bərayi-didəni-Gülşa, fəraq. 

Sən edibsən Vamiqi-nalan içün 
Həm ze hicrü surəti-Əzra, fəraq. 

Öldürürsən aşiqi hicran ilən 
Qamudan betərsən, bipərva, fəraq. 

Yaxamı yırtıb əlindən dad edim: 

Va fəraqü va fəraqü va fəraq. 

* * * 

Hicr ilən daim məni zar edən eşq, 
Natəvanü xəstə, bimar edən eşq. 

Əql ilə tədbirin etmək olmadı. 

Ey məni aləmdə biar edən eşq. 

Çeşmi-kövkəb kibidir rast ru 
Gecələr ta sübh bidar edən eşq. 

Xubları sevməkdən ötrü daima, 
Bəndəni dərdə giriftar edən eşq. 


339 



Xanimandan dur qıldın sən məni. 
Gecə-gündüz məni bimar edən eşq. 

Bilməzəm səndən kimə dad edəyim, 
Ey Həqirinin günün zar edən eşq. 

* * * 

Ey gözümün yaşını qan edən eşq, 
Yürəyimi qəmdə büryan edən eşq, 
Canımı məcruhü zar edən əvəl, 

Bu iki çeşmimi giryan edən eşq. 
Xublarm cövrün qəbul edən könül. 
Cismimi səhrada üryan edən eşq. 

Uş məni Yə’qub kibi bimar edən, 
İştiyaqi-şalıi-Kən’an edən eşq. 

İsm, hər ar ilə namusum mənim 
Cümləsin xak ilə yeksan edən eşq. 
Həsrətü hicranə düşmüş könlümüz 
Şəhrini zicr ilə viran edən eşq. 
Şadiman oldum vüsal ilə əzəl, 

Aləmi uş mana zindan edən eşq. 
Bülbüli-biçareyi fəsli-bahar, 
Valehi-ruyi-gülüstan edən eşq. 

Abidi həm sufıvü zahidləri 

Bir zamanda namüsəlman edən eşq. 

* * * 

Ey şəha, mən bəndəni sən şad qıl, 
Vəsl edən bu qayğudan azad qıl. 

Mən zəifü natəvanəm hicr ilən 
Kamımı ver, bilməzəm, bidad qıl. 

Lütf elə, ey aləmin şahı, bu gün 
Buncalaym könlümü abad qıl. 


340 



Gözlərəm yolun sənin leylü nahar 
Vəsl evin könlümdə sən bünyad qıl. 

Uş muradım səndən, ey şaha, budur: 
Həmdəmi-mə’curi hurizad qıl. 

Gecə-gündüz munisi mehrim yarı 
Çeşmi-şüxü qaməti-şümşad qıl. 

Padşaha kamransan dər cəhan, 
Lütfdən ehsanü ədlü dad qıl. 

Əsdi badi-sübh əz kuyi-sənəm 
Ey könül, sən ömrünü bərbad qıl. 

Ey Həqiri ol ləbi-şirin içün 
Kuhkən bul naləvü fəryad qıl. 

* * * 

Hər zaman, aydmdı, ey şeyda könül, 
Aləmə qıldın məni rüsva, könül. 

Bir pəriru dilbərə heyran olub 
Bəndəni saldın yüz qovğaya, könül. 

Şad ikən ah eylədin dərdimi sən, 
Dəştü səhra qıldın ol ınə’va, könül. 

Həq təalinin məqamısan yəqin 
Ərş ilə həm kürsidən ə’la, könül. 

Bulmadım tədbirini əql ilə mən, 

Ah əlindən, dad əlindən, ya könül. 

Misli- Vamiq mən qəribü xəstəni 
Valeh edən bir rüxi-üzra, könül. 

Binəva sən qıldın axır Vərqanı 
Dər həvayi-didəni-Gülşa, könül. 


341 



* * * 


Ey pərivəş, mən səni yar istərəm, 

Yar əgər olmaz isən dar istərəm. 

Tərk qıldım malü mülkü təxtü tac, 
Gecə-gündüz vəsli-didar istərəm. 

Salmışam bazara can beyy eylərəm 
Bu mətaə xoş xiridar istərəm. 

Valehü heyranəm uş bülbül sifət, 

Bir camalı bağü gülzar istərəm. 

Tərk qıldım mən yolunda namü nəng, 

Ey pərisaid, güli-ar(?) istərəm. 

Olmuşam bimar hüsnündən sənin. 
Ləblərindən dərdə timar istərəm. 

Vəslin içün həsrətindən könlümü 
Mən həmişə zarü həmyar istərəm. 

Yar olmaz dideyi-hər bivəfa 
Əhdinə doğru vəfadar istərəm. 

Çeşmimi kövkəb kibi ta sübhdən, 

Mən sənin eşqində bidar istərəm. 

* * * 

Məcnun aydır, ey gözüm, canım mənim 
Küfri-zülfün dinü imanım mənim. 

Yüzüm üzrə lütf edib basgil qədəm, 

Ey qədi sərvi-xuramanım mənim, 
Valehəm bülbül kimi didarına. 

Çün (gülümsən, həm) gülüstanım mənim. 


342 



Dərdmənd oldum çü Yə’qub əz fəraq, 
Halımı sor, şahi-Kən’anım mənim. 
Məqsudum oldur ləbindən kam alım, 
Ləbləri çün abi-heyvanım mənim. 
Vəsli-ruyun dərdimin dərmanıdır, 

Ey ləbi çün lə’lü mərcanını mənim. 
Dutdu afaqı təmamət sərbəsər 
Səndən ayrü zarü giryanım mənim. 
Eşqin olmuşdur əzəldən ta əbəd 
Rəhnümalıq birlə bürhanım mənim. 

* * * 

Ey vüsalın bağü bustanım mənim, 

Ey yüzün virdü gülüstanım mənim. 

Eydi vəslində, əya huri liqa, 

Sənə qurban cism ilə canım mənim. 

Səndən ayru, ey gözümün nuru yar, 
Ərşə irdi ahü əfğanım mənim. 

Ruzi vəslin eyd ilə novruz durur, 

Uş fəraqm zicrü zindanım mənim. 

Misli- Yə’ qubəm qəm ilə natəvan, 
Gəlgil axır şahi-Kən’anım mənim. 

Uş sənin xeyli-xəyalm daima 
Can içində oldu mehmanım mənim. 

Gözlərim kövkəb kimi bulanda gəl, 
Ey camalı mahi-tabanım mənini. 

Bülbüli-şuridəyəm gəl tez iriş, 

Ey ləbi çün qönçə xəndanım mənim. 

Dönməzəm eşqin yolundan, haq bilür, 
Gər tökərlərsə yerə qanım mənim. 


343 



* * * 


Eşqdir zahidləri tərsa qılan, 

Eşqdir mö’minləri rüsva qılan. 

Eşqdir kim əndəlibi dəmbədəm 
Güldən ötrü valehü şeyda qılan. 

Eşqdir abidləri bidin edən, 

Əqlü fəhm ilə yügüş qovğa qılan. 

Eşqdir aşiqləri yüz zicr ilə 
Mübtəlayi-zülfı-ənbərba qılan. 

Eşq dərdin nuş edən ah eyləməz 
Məskənin həm kuh (ilə) səhra qılan. 

Eşqdir kim hər kimə tuş olsa ol, 
Xanimandan cümlə bipərva qılan. 

Eşqdir aləmlərin sərmayəsi, 

Eşqdir bu əql ilə dava qılan. 

* * * 

Ey mənim ruhi-rəvanım, qandasan? 
Ey mənim cani-giranım, qandasan? 

Firqətindən oldu aləm, mana dar, 

Ey mənim darüp-əmanım, qandasan? 

Bir şikəstə bəndeyi-bimarmam, 

Ey mənim şahi-cəhanım, qandasan? 

Bülbüli-şeydayəm eşqində sənin 
Ey camali gülüstanım, qandasan? 

Sən ləbi-şirin içün dünyada mən 
Olmuşam Fərhad, xanım, qandasan? 


344 



Gözüm üzrə lütf qıl basgil ayaq, 

Ey qədi sərvi-rəvanım, qandasan? 

Ey məlaik çakərin, huri qulun 
Ey ləbi şəkkərfəşanım, qandasan? 

Demədin bir gəz mənə, ey dilrüba, 

Ey zəifü natəvanım, qandasan? 

* * * 

Ey mənim könlüm alan şahi-cahan, 
Sənsizin oldum zəifü natəvan. 
Vüslətinlən dərdimin dərmanın et, 
Firqətindən ölmüşəm mən natəvan. 
Qəm deyil olsam fərağından həlak. 
Dövlət ilə ol cahanda cavidan. 
Səndən ayru bir zaman var etməsin 
Bəndəni həqqi-qədimü müstəan. 
Bivəfa demə vəfadaram sənə, 

Kim səbil etdim yolunda başü can. 
Xaki-payinə yetirdim yüzümü, 

Versə idi gər rəqib bir dəm aman. 
Abi-mehrin xakımı qıldı xəmir, 

Biz ki, bir canız, ey huri-cinan. 

Zarii əfğandır işim bülbül kimi 
Səndən ayru, ey camalı gülüstan. 

Ta qiyamət mən səni tərk etməzəm, 
Ey həbibim, etmə gəl zənnü güman. 

* * * 

Ey könül, sənsən məni məğbun edən, 
Natəvanü xəstəvü məhzun edən. 

Yar fərağında məni bimar edən, 

Göz yaşımı qulzumi-Ceyhun edən. 
Eşq ilə həmdəm olub leylü nəhar, 
Talei, bəxtimi misli dun edən. 


345 



Ey könül, sənsən məni zar eyləyib, 
Üstümə qəmdə yügüş şəbxun edən. 
Çarə etmək olmadı heç növ ilən 
Sana, ey mən xəstəni Məcnun edən. 

* * * 

Tərk qıldı bəndini cananədən, 
Doğmadı sənciləyin can anədən. 

Döndərə bilmən yüzümü həq bilür 
Dünyada uş sən təkin cananədən. 

Gəl vüsalın bağına apar məni 
Firqətin tək guşeyi- viranədən. 

Həmdəm etdin özünə biganeyi, 
Qoydun uş mən xəstəni tənha nədən?! 

Səndən ayru könlüm, ey huri liqa, 
Çıxmadı uş bir zaman qəmxanədən. 

Abi-heyvandan ləbin yeyrəkdürür. 
Dişlərin həm gövhərü dürdanədən. 

İstərəm ki bir qədəh nuş edəyim 
Ləblərin tək sağərü peymanədən. 

Həqq ana baği qılursa mehrimi, 

Dışra çıxmam mən bu vəhdətxanədən. 

* * * 

Canımı yandırdı, ey can, firqətin, 
Eylədi bağrımı büryan firqətin. 

İşi cövr ilə cəfa imiş müdam, 

Qılmaz imiş lütfü ehsan firqətin. 


346 



Bəndəni öldürməyə qəsd eylədi, 

Oldu çün bihəddü payan fırqətin. 

Yə’qubu məcruhü məhcur eylədi 
Hicr ilə, ey şahi-Kən’an, fırqətin. 

Eyləyibdir yüz əzabü zicr ilən 
Könlümün şəhrini viran fırqətin. 

* * * 

Dad əlindən hər zaman, ey dəhri-dun, 
Bağrımı qıldın mənim sən dolu xun. 

Xanimanımdan cüda qıldın məni, 
Eylədin könlümdə ənduhu füzun. 

Qılmadın bir gəz mana lütfü əta, 
Liykən artırdın əzabı günbəgün. 

Qoymadın qüvvət tənimdə zərrəcə, 
Cismimi ınurdan betər qıldın zəbun. 

Eylədin zarmcı mən dil xəsteyi, 
Qoymadın könlümdə aramü sükun. 

* * * 

Key nigari-gülüzarım, gəl bu gün, 

Ey dü zülfü süşkbarım, gəl bu gün. 

Gözlərim gördü müsəlsəl zülfünü, 
Getdi səbrü həm qərarım, gəl bu gün. 

Gül camalın həsrətindən haq bilür, 
Ərşə irdi ahü zarım, gəl bu gün. 


347 



Qəmzən oxu canıma kar eylədi. 

Qan ilə doldu kənarım, gəl bu gün. 

Qıl məni lütf eyləyib qəmdən xilas 
Ey əıııirü şəhriyarım, gəl bu gün. 

Mübtəla qıldı fəraqın könlümü, 

Getdi əldən ixtiyarım, gəl bu gün. 

Bivəfalıq rəsmini tərk eylə gəl, 

Ey vəfalı yari-qarım, gəl bu gün. 

Səndən ayrı həq bilür kim zərrə tək 
Təlx olubdur ruzigarım, gəl bu gün. 

Eşq əzabından məni azad qıl, 

Vəsli göyçək novbaharım, gəl bu gün. 


348 



MƏHƏMMƏD FUZULI 


Şərqin ən böyük şairlərindən biri, Türk dünyasının iftixarı, dahi lirik 
Məhəmməd Füzııli 1494-cü ildə Kərbəla şəhərində dünyaya gəlmiş və 1556-cı 
ildə burada da vəfat etmiş, imam Hüseyn türbəsinin bir hücrəsində dəfn edil- 
mişdir. Füzuli Oğuzların Quzey və Güney Azərbaycanda, Anadoluda, İraqda 
ta qədimlərdən bəri məskun olduqları və Dədə Qorqudun da mənsub olduğu 
Bayat boyundandır. Bir çox araşdırıcıların fikrincə, şairin atası Süleyman İraqa 
Azərbaycandan köç etmişdir. M. Füzuli islam Şərqinin üç əsas dilində - türk, 
fars və ərəb dillərində ölməz əsərlər yaratmışdır. Ancaq şah əsərləri - “ Leyli 
və Məcnun' məsnəvisi, türkcə “Divari' ı doğma ana dilindədir, bu dilin bədii 
imkanlarının təsdiqi və inkişaf etməsi yolunda misilsiz xidmət göstərmiş ör- 
nəklərdir. 

Füzulinin nəzm və nəsrlə yazdığı lirik, fəlsəfi, dini, alleqorik, hətta satirik 
əsərləri vardır. “ Bəngii badə”, “Səhhət və mərəz”, “Ənis ül-qəlb”, “ Söhbət ii l- 
əsmar”, “ Yeddi cam”, “Rindii Zahid”, “ Hədiqət üs-siiəda”, “Mətlə ül-e ’tiqad ”, 
“Şikayətnanıə” , həmçinin Ə.Canıidən türkcəyə çevirdiyi “Hədisi-ərbəin” mənzu- 
məsi, Füzulinin ən müxtəlif janrlarda, üç dildə yaratdığı ölməz əsərləri, Azər- 
baycanın, Türkiyənin, İraq türkmənlərinin milli sərvəti, ümumiyyətlə, Türk dün- 
yasının və Şərq xalqlarının dünya mədəniyyəti xəzinəsinə qiymətli töhfəsidir. 

1908-ci ildə Şərqin ilk operasını - “Leyli və Məcnun ” muğam operasını 
yaradan böyük Azəri bəstəkarı Üzeyir Hacıbəyli də məhz Füzulinin bu məşhur 
əsərinə müraciət etmişdir. 


QƏZƏLLƏR 

Ey mələksima ki, səndən özgə heyrandır sana, 
Həq bilir, insan deməz hər kim ki, insandır sana. 

Verməyən canın sənə bulmaz həyati-cavidan, 
Zindeyi-cavid ona derlər ki, qurbandır sana. 

Aləmi pərvaneyi-şəm’i-cəmalın qıldı eşq, 
Cani-aləmsən, fəda hər ləhzə min candır sana. 

Aşiqə şövqünlə can vermək ikən müşkül degil, 
Çün Məsihi-vəqtsən, can vermək asandır sana. 


349 & 



Çıxma yarım gecələr, əğyar tə’nindən saqın, 

Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana. 

Padşahim, zülm edib aşiq sana zalim demiş, 
Xubrulardan yaman gəlməz, bu böhtandır sana. 

Ey Füzuli, xubrulardan təğafüldür yaman, 

Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana. 

* * * 

Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb! 
Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya Rəb! 

Dəmadəm cövrlərdir çəkdigim birəhm bütlərdən. 

Bu kafərlər əsiri bir müsəlman olmasın, ya Rəb! 

Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim 
Ki, bu əndişədən ol məh pəşiman olmasın, ya Rəb! 

Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin 
Çıxan olsun dili-məcruh, peykan olmasın, ya Rəb! 

Cəfavü cövr ilə mö’tadəm, onlarsız nolur halım, 
Cəfasinə hədü cövrinə payan olmasın, ya Rəb! 

Demən kim, ədli yox, ya zülmü çox, hər hal ilə olsa, 
Könül təxtinə ondan qeyri sultan olmasın, ya Rəb! 

Füzuli buldu gənci-afıyət meyxanə küncündə, 
Mübarək mülkdür, ol mülk viran olmasın, ya Rəb! 

* * * 

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut! 
Baliğ oldun, gəl rəhimdən içdigin qani unut! 


tfr’v. 350 



Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd, 
Çöhreyi-gülgun ilə zülfı-pərişani unut! 

Çək nədamətdən gögə dudi-dilin, tək qanlı yaş, 
Sərvi-nazin tərk tut gülbərgi-xəndani unut! 

Gör qənimət fəqr mülkündə gədalıq şivəsin, 
E’tibari-mənsəbü dərgahi-sultani unut! 

Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan. 
Səltənət təxtinə irdin, bəndü zindani unut! 

Lövlıi-xatir surəti-cananə qıl ayinədar, 

Onu yad et, hər nə kim yadındadır, ani unut! 

Mə’siyət dərsin yetər təkrar qıl, döndər vərəq, 
Özgə hərfin məşqin et, ol dərs-ünvani unut. 

Ey Füzuli, çək məlamət rəhgüzarmdan qədəm 
Ləhzə-ləhzə çəkdigin bihudə əfğani unut! 

* * * 

Könlüm açılır zülfi-pərişanını görgəc, 

Nitqim tutulur qönçeyi-xəndanını görgəc. 

Baxdıqca sənə qan saçılır didələrimdən. 
Bağrım dəlinir navəki-müjganmı görgəc. 

Rə’nalıq ilə qaməti-şümşadı qılan yad, 
Olmazmı xəcil sərvi-xuramanını görgəc? 

Çox eşqə həvəs edəni gördüm ki, həvasın 
Tərk etdi, sənin aşiqi-nalanmı görgəc. 

Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm, 
İmanə gələr atəşi-hicranını görgəc. 


351 



Naziklik ilə qönçeyi-xəndanı edən yad. 

Etməzmi həya lə’li-dürəfşanmı görgəc? 

Sən hali-dilin söyləməsən, nola, Füzuli, 

El fəhm qılır çaki-giribanmı görgəc. 

* * * 

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, 

Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. 

Qıl mədəd, ey bəxt, vəmə, kami-dil mümkün degil, 
Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd. 

Dağlərdir odlu könlümdə qarası qopmamış, 

Ya səbati-eşq üçün od üzrə bir neçə sipənd. 

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb, 

Açar ol gülrüx təbəssüm birlə lə’li-nuşxənd. 

Xaki-rahindən məni qaldıra bilməz sayə tək, 

Qılsa gərdun afıtabın hər şüam bir kəmənd. 

Cam tut, der, saqiyi-gülçöhrə, zahid, tərki-cam, 

Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd. 

Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur, 

Hiç dərvişi sənin tək görmədim sultanpəsənd. 

* * * 

Pərişan xəlqi-aləm ahü əfqan etdigimdəndir. 
Pərişan olduğum, xəlqi pərişan etdigimdəndir. 

Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq 
Yetən bidərd tədbirilə dərman etdigimdəndir. 


tfr’v. 352 



Gözüm kim, bağrımın qanın tökər pərkalə-pərkalə, 
Dəmadəm aruziyi-lə’li-canan etdigimdəndir. 

Degil bihudə, gər yağsa fələkdən başinıə daşlar, 
Binasın tişeyi-ahimlə viran etdigimdəndir. 

Qaçan rusva olurdum, qan udub səbr edə bilseydim, 
Məlamət çəkdigim bihudə əfğan etdigimdəndir. 

Xəta səndən degil, cismim oxundan binəsib olsa, 
Hübabi-əşki-gülgun içrə pünhan etdigimdəndir. 

Füzuli, ixtilati-mərdümi-aləmdən i kralı i m, 
Pərivəşlər xəyalın munisi-can etdigimdəndir. 

* * * 

Canı kim cananı üçün sevsə, cananın sevər, 

Canı üçün kim ki, cananın sevər, canın sevər. 

Hər kimin aləmdə miqdarmcadır təb’ ində meyl, 
Mən ləbi-cananimi, Xizr abi-heyvanm sevər. 

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd, 
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər. 

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi, 
Qansı şuxun, bilməzəm, zülfı-pərişanm sevər. 

Su ki, sərgərdan gəzər, başında vardır bir həva, 
Qaliba, bir gülrüxün sərvi-xuramınm sevər. 

Aqibət rusva olub mey tək, düşər xəlq ağzına, 

Kim ki, bir sərməst sali lə’li-xəndanm sevər. 

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib, 
Qayəti derlər, ola bir bəndə sultanın sevər. 


353 



* * * 


Ah eylədigim sərvi-xuramanın üçündür, 

Qan ağladığım qönçeyi-xəndanm üçündür. 

Sərgəştəligim kakili-mişkinin ucundan, 
Aşüftəligim zülfi-pərişanın üçündür. 

Bimar tənim nərgisi-məstin ələmindən, 

Xunin cigərim lə’li-dürəfşaınn üçündür. 

Yaqdım tənimi vəsl günü şəm, tək, əmma, 

Bil kim, bu tədarük şəbi-hicranın üçündür. 

Qurtarmağa yəğmayi-qəmindən dilü canı, 

Sə’yim nəzəri-nərgisi-fəttanm üçündür. 

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar, 
Can içrə səni bəslədigim anın üçündür. 

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli, 

Ol vəsf sənin külbeyi-əhzanm üçündür. 

* * * 

Tökdükcə qanımı oxun, ol asitan içər, 

Bir yerdəyəm əsir ki, toprağı qan içər. 

Əhli-zəmanə qanma çox təşnədir zəmin, 

Qanın kimin tökərsə fələk, ol zəman içər. 

Mey içmədən açılmaz imiş babi-məğfırət, 
Sövgəndlər bu babdə piri-müğan içər. 

Üqbadə Kövsər istəməsin rindi-meykədə, 
Dünyadə bəs degilmi meyi-ərğəvan içər? 


354 



Qəmzən görünməyib gözə, qanlar içər müdam, 
Zahid kimi ki, badəni eldən nihan içər. 

Meydən əgərçi tövbə verir el Füzuliyə, 

Ey sərv, sən qədəh sunar olsan, rəvan içər. 

* * * 

Məndə Məcnundan füzun aşiqlik iste’dadı var, 
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. 

Nola qan tökməkdə mahir olsa çeşmim mərdümi, 
Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var. 

Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin, 
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var. 

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə, 
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var. 

Öylə bədhaləm kim, əhvalım görəndə şad olur, 
Flər kimin kim, dövr cövründən dili-naşadı var. 

Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə 
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. 

Ey Füzuli, eşq mən’in qılma nasehdən qəbul, 

Əql tədbiridir ol, sanma ki, bir bünyadı var. 

* * * 

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor, 
Zülali-zövq şövqün təşneyi-didar olandan sor. 

Ləbin siri' in gəlib göftarə, məndən özgədən sorma, 
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor. 


tfr’v. 355 



Gözü yaşlıların halın nə bilsin mərdümi-qafıl, 
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. 

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən, 
Xəbərsiz məstlər bidadmı hüşyar olandan sor. 

Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım, 
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor. 

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım, 
Xərabat əhlinin halini bir xummar olandan sor. 

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil, 

Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor. 

* * * 

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar, 

Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar. 

Xəvasi-xaki-payin şərhini təhqiq edib mərdüm, 
Qübarilə bəyazi-dideyi-xunbarə yazmışlar. 

Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül. 
Xəti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. 

İki sətr eyləyib ol iki ıneygun lə’llər vəsfin, 

Görənlər hər birin bir çeşmi-gövhərbarə yazmışlar. 

Girib bütxanəyə qılsan təkəllüm, can bulur, şəksiz, 
Müsəvvirlər nə surət kim, dərü divarə yazmışlar. 

Mühərrirlər yazanda hər kəsə aləmdə bir ruzi, 

Mənə hər gün dili-sədparədən bir parə yazmışlar. 

Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd 
Füzuli adını, gördüm, səri-tumarə yazmışlar. 


tfr’v. 356 



* * * 


Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz, 
Bu həm bir qəm ki, el tə’nindən əfğan eyləmək olmaz. 

Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı, 

Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz. 

Fəna mülkünə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim, 
Bu tədbir ilə dəfi-dərdi-hicran eyləmək olmaz. 

Saqın, könlüm yıxarsan, pənddən dəm urma, ey naseh, 
Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz! 

Dəhanın üzrə lə’lin istəmiş dil, dəfi müşküldür, 
Görünməz hiç cünnü, yox yerə qan eyləmək olmaz. 

Dualar eylərəm, məndən yana bir dəm güzar etməz, 

Nə çarə, sehrilə sərvi xuraman eyləmək olmaz. 

Füzuli, aləmi-qeyd içrəsən, dəm unna eşqindən, 
Kəmali-cəhl ilə də’vayi-irfan eyləmək olmaz. 

* * * 

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, 

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. 

Artıran söz qədrini sidqilə qədrin artırar, 

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl. 

Edə hər saət səni ol uyqudan bidar söz. 

Bir nigari-ənbərinxətdir könüllər almağa, 

Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz. 


357 



Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər 
Rişteyi-izharə min-min gövhəri-əsrar söz. 

Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil 
Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz. 

Gər çox istərsən. Füzuli, izzətin, az et sözü 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. 

* * * 

Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey, 
Mülki-dil qəm mənzili olunca, viran olsa yey. 

Y arı əğyar ilə görmək aşiqə düşvar irür, 

Böylə görməkdən əsiri-dərdi-hicran olsa yey. 

Sinəmə peykanını göndər könül də’fınə kim, 
Sinədə suzan könül olunca peykan olsa yey. 

Sirrimi rüsvalığım faş etmədən aləmlərə, 

Zar cismim əşk girdabında pünhan olsa yey. 

Dağıdırsa, nola, iqdi-zülfünü badi-səba, 

Fitnə əhli olanın cəm’i pərişan olsa yey. 

Dün Füzuli səhv edib, keçmiş ıneyü məhbubdən 
Tövbə edib, bu yaman işdən peşiman olsa yey. 

* * * 

Dəhənin dərdimə dərman dedilər cananın, 
Bildilər dərdimi, yoxdur dedilər dərmanın. 

Olsa məhbublərin eşqi cəhənnəm səbəbi, 

Flurü qılmanı qalır kəndisinə Rizvanın. 


tfr’v. 358 



Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub, 
Nə mələksən ki, xərab etdin evin şeytanın? 

Vurmazam silıhət üçün mərhəm oxun yarəsinə, 
İstərəm çıxmaya zövqi-ələmi-peykanm. 

Nə bilir oxumayan müslıəfi-hüsnün şərhin, 

Yerə gögdən nə üçün endigini Qur’anm. 

Yerdən, ey dil, gögə qovmuşdu sirişkin mələki, 
Onda həm qoymayacaqdır oları əfğanın. 

Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun, 

Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın. 

* * * 

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim! 
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim! 

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, 
Qoy məni dərdimlə, dərman eyləmə, var ey həkim! 

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi, 

Al əmanət, qılma hər bidərdə izhar, ey həkim! 

Gəl mənim tədbiri-bihudəmdə sən bir sə’y qıl 
Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim! 

Gör təni-üryan ilə əhvalımı hicran günü, 

Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim! 

Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin 
Kim, olur dərmani-dərdi-eşq düşvar, ey həkim! 

Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür 
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim! 


359 



* * * 


Pənbeyi-daği-cünun içrə nihandır bədənim, 
Diri olduqca libasım budur, ölsəm kəfənim. 

Canı canan diləmiş, verməmək olmaz, ey dil! 
Nə niza’ eyləyəlim, ol nə sənindir, nə mənini. 

Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən, 
Nola zənbur evinə bənzəsə beytül-həzənim. 

Tövqi-zənciri-cünun daireyi-dövlətdir. 

Nə rəva kim, məni ondan çıxara zə’fi-tənim. 

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim, 

Bir hübabəm ki, həvadən doludur pirəhənim. 

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən, 
Dəhənü qəddü rüxün qönçəvü sərvü səmənim. 

Edəmən tərk, Füzuli, səri-kuyin yarm, 
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. 

* * * 

Tutuşdu qəm oduna şad gördügün könlüm, 
Müqəyyəd oldu ol azad gördügün könlüm. 

Diyari-hicrdə seyli-sitəmdən oldu xərab, 
Fəzayi-eşqdə abad gördügün könlüm. 

Nə gördü badədə bilmən ki, oldu badəpərəst, 
Mürid məşrəbü zöhhad gördügün könlüm. 

Fəraqın odunu gördükcə mum tək əridi, 

Səbatü səbrdə fulad gördügün könlüm. 

Gətirdi əcz, görüb eşq müşkül olduğunu, 

Qamu hünərlərə ustad gördügün könlüm. 


tfr’v. 360 



Degildi böylə, dəmində bir əhli-işrət idi, 

Bu qanlar içməgə mö’tad gördügün könlüm. 

Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum, 
Əsiri-möhnəti-Bəğdad gördügün könlüm. 


* * * 

Dust bipərva, fələk birəhm, dövran bisükun. 

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale’ zəbun. 

Sayeyi-ümmid zail, afitabi-şövq gərin, 
Rütbeyi-idbar ali, payeyi-tədbir dun. 

Əql dunhimmət, sədayi-tə’nə yer-yerdən bülənd. 
Bəxt kəmşəfqət, bəlayi-eşq gün-gündən füzun. 

Mən qəribi-mülkü rahi-vəsl pürtəşvişü məkr, 

Mən hərifi-sadəlövhü dəhr püməqşü füsun. 

Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla, 

Hər hilaləbru qaşı bir sərxəti-məşqi-cünun. 

Yeldə bərgi-lalə tək, təmkini-daniş bisəbat, 

Suda əksi-sərv tək, tə’ siri-dövlət vajigun. 

Sərhədi-mətlubə pür möhnət təriqi-imtəhan, 
Mənzili-məqsudə pürasib rahi-azimun. 

Şahidi-məqsəd nəvayi-çəng tək pərdənişin, 
Sağəri-işrət hübabi-safi-səhba tək nigun. 

Təfriqə hasil, təriqi-mülki-cəm’iyyət məxuf, 

Ah, bilmən neyləyim, yox bir müvafiq rəhniimun. 

Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al, 

Gör ona nə rənglər çəkmiş sipehri-nilgun. 


361 



* * * 


Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən 
Ki, mə’lum ola dərd əhlinə qəbrim ol əlamətdən. 

Məzarim üzrə qoyrnun mil, əgər kuyində can versəm, 
Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən. 

Görən saətdə ol qamət qiyamın, qıymadım canə, 
Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən. 

Qiyamətdə hesabi olmayanlardandır ol qafil 
Ki, fərq eylər fəraqm şamini sübhi-qiyamətdən. 

Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən. 

Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən. 

Təbiət inhirafın gör həvayi-eşqdən təndə, 

Əlac et düşmədən, saqi, mizacım istiqamətdən. 

Füzuli, keç səlamət küçəsindən, səbr kuyindən, 
Fərağət olmayan yerdə səfər yeydir iqamətdən. 

* * * 

Yenə ol mah mənim aldı qərarım bu gecə, 
Çıxacaqdır fələkə naleyi-zarım bu gecə. 

Şəm’vəş məhrəmi -həzm eylədi ol mah məni, 
Yanacaqdır yenə eşq oduna varım bu gecə. 

Fləm vüsali vurur od canıma, həm hicrani, 

Bir əcəb şəm’ ilə düşdü sərü karım bu gecə. 

Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər 
Flicr dağini urur laləüzarım bu gecə? 

Sübhə saldı bu gecə şəm’ kimi qətlimi hicr, 

Ola kim, sübh gəlincə gələ yarım bu gecə. 


tfr’v. 362 



Parə-parə cigərim itlərinə nəzr olsun, 

01 səri-kuyə əgər düşsə güzarım bu gecə. 

Var idi sübh vüsalinə, Füzuli, ümmid, 

Çıxmasa həsrət ilə cani-figarım bu gecə. 

* * * 

Məni candan usandırdı, cəfadən yar usanmazmı? 
Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı? 

Qarnu bimarinə canan dəvayi-dərd edər ehsan, 

Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? 

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, 
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? 

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, 
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? 

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, 
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? 

Degildim mən sənə mail, sən etdin əqlimi zail. 

Mənə tə’n eyləyən qafil səni görgəc utanmazını? 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, 

Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı? 

* * * 

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni, 
Surəti -halım görən, surət xəyal eylər məni. 

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim, 
Sayə tək sevdayi-zülfün payimal eylər məni. 

Zə’fı-tale’, manei-tovfiq olur, hər necə kim. 

İltifatın arizuməndi-vüsal eylər məni. 


tfr’v. 363 



Mən gəda, sən şalıə yar olmaq yox, əınma neyləyim, 
Arizu sorgəştcyi- fikri -məhəl eylər məni. 


Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər, 
İqdi-zülfün açma kim, aşüftəhal eylər məni. 

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə, 

Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni. 

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, 

Bu fəzilət daxili-əhli-kəmal eylər məni. 


MÜRƏBBE 

Pərişan halin oldum, sormadın hali-pərişanım. 
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım, 
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım! 
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! 

Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən, 

Səni hər qanda görsəm, əhli-dərdə aşina görmən, 
Vəfavü aşinalıq rəsmini səndən rəva görmən, 

Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! 

Dəgər hər dəm vəfasız çərx yayından mənə bir ox, 
Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox, 
Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox, 
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! 

Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə! 
Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə! 
İkən həm zalım olma, mən kimi məzlumi incitmə! 
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! 

Qatı könlün nədən bu zülmilə bidadə raqibdir, 
Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir? 

Sənin tək nazəninə, nazənin işlər münasibdir. 

Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! 


364 



Nəzər qılmazsan əhli-dərd gözdən axıdan seylə, 
Yamanlıqdır işin üşşaq ilə yaxşımıdır böylə? 

Gəl, Allahı sevirsən, aşiqə cövr etmə, lütf eylə, 

Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanını! 

Füzuli şiveyi-ehsanm istər, bir gədayindir, 

Dirildikcə sənin kuyin yolunda xaki-payindir. 

Gərək öldür, gərək qoy, hökm - hökmün, rə’y - rə’yindir, 
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! 


QİTƏLƏR 

Əhli-kəmalə cahil əgər qədr qılmasa, 
Mə’zurdur, məlamətin etmək rəva degil. 
Cahil təbiətində məzaqi-kəmal yox, 

Flər nəfsə iqtidai-təbiət xəta degil. 

Ülfət həmişə fər’ i olur aşinalığm, 

Cahil fəzilət əhli ilə aşina degil. 

* * * 

Elm kəsbilə rütbəyi-rif ət 
Arizuyi-məhal imiş ancaq. 

Eşq imiş hər nə var aləmdə, 

Elm bir qiylü qal imiş ancaq. 

* * * 

Zülm ilə ağçalar alıb, zalim 
Eylər ən’am xəlqə minnət ilə. 

Bilməz onu kim, etdigi zülmə 
Görəcəkdir cəza məzəllət ilə. 
Müddəası bu kim, rizayi-ilah 
Ona hasil ola bu adət ilə. 

Cənnəti almaq olmaz ağça ilə, 
Girmək olmaz behiştə rüşvət ilə. 


tfr’v. 365 



* * * 


Hər kimin var isə zatında şərarət küfrü, 
İstilahati-ülum ilə müsəlman olmaz. 

Gər qara daşı qızıl qan ilə rəngin edəsən, 

Təb’ə təğyir verib, lə’li-Bədəxşan olmaz. 
Eyləsən tutiyə tə’lim ədayi-kəlimat, 

Nitqi insan olur, əmma özü insan olmaz. 

Hər uzun boylu, şücaət edə bilməz də’va, 

Hər ağac kim boy ata, sərvi-xuraman olmaz. 

* * * 

Ey xəta ləfzilə Qur’anm şükuhin sındıran, 
Mö’cüzi-ayati-Qur’andan həzər qılmazmısan? 
Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə, 
Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan? 
Bir həkimi-kamilin darüş-şəfayi-hikmətin 
Etmək istərsən xərab, ondan həzər qılmazmısan? 

* * * 

Padişahi-mülk, dinarü dirəm rüşvət verib, 
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. 

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır, 

01 dəxi asari-əmnü istiqamətdən bəri. 

Göstərən saətdə dövrani-fələk bir inqilab, 

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. 

Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən 
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. 

Hər sözüm bir pəhlivandır kim, bulub tə’yidi-həq. 
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. 

Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz, 
Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri. 


tfr’v. 366 



Payimal etməz onu asibi-dövri-ruzigar, 
Eyləməz tə’sir ona dövrani-çərxi-çənbəri. 

Qılmasın dünyadə ultanlar mənə təklifı-cud, 
Bəs dürür başımda tövfıqi-qənaət əfsəri. 

Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola 
Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri. 

* * * 

01 səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, 
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib, 
Əksərən əlfazi namərbutü nahəmvar olur. 
Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm. 
Novbahar olğac tikəndən bərgi-gül izhar olur. 


“LEYLİ VƏ MƏCNUN” 

QƏZƏLLƏR 

QƏZƏLİ-LEYLİ 

Fələk ayırdı məni cövr ilə cananımdan. 

Həzər etməzmi əcəb, naləvü əfğanımdan? 

Oda yandırmasa gər şö’lə ilə nöh fələki, 

Nə bitər atəşi-ahi-dili-suzanımdan? 

Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim, 
Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan. 

Ah idi həmnəfəsim, ah ki, ol həm axır 
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan. 


367 



Mən, nə hacət ki, qılam daği-nihanım şərhin? 
Aqibət zahir olur çaki-giribanımdan. 

Həq bilir, yar degil canü dilimdən qaib, 

Nola gər qaib isə dideyi-giryanımdan. 

Can əgər çıxsa tənimdən əsəri-mehri ilə, 
Əsəri-mehrini sanman ki, çıxar canınıdan. 

Lütf edib sən məgər, ey bad, bu gündən böylə 
Verəsən bir xəbər ol sərvi-xuramanımdan. 

Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal, 

Kimsə agah degil hali-pərişanımdan. 


QƏZƏLİ-MƏCNUN 

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə, 
Ne’məti-vəslin görüb, nazm çəkərdim can ilə. 

Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə, 
Olmamışdı tirə əyyamım şəbi-hicran ilə. 

Məhvəşimdən, dustlar, dövran cüda istər məni. 
Düşmənimdir, hiç bilmən netmişəm dövran ilə? 

Y etsə gər aşiqlərin əflakə əfğanı, nə sud, 
Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə. 

Y aşırıb saxlardım eldən daği-hicranm, əgər 
Etmək olsaydı müdara dideyi-giryan ilə. 

Zövqdən dibaçə bağlandı kitabi-ömrümə, 
Qoymadı dövran keçə ovqatım ol ünvan ilə. 

Ey, Füzuli, əxtəribəxtim ınüsaid olmadı 
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə. 


tfr’v. 368 



QƏZƏLİ-USTAD 


Can vermə qəmi-eşqə ki, eşq afəti-candır. 
Eşq afəti-can olduğu məşhuri-cahandır! 

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz 
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır! 

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz, 
Hər zülfı-siyəh qəsdinə bir əfi ilandır! 

Y axşı görünür surəti məhvəşlərin, əmma 
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır! 

Eşq içrə əzab olduğun ondan bilirəm kim, 
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır! 

Y ad etmə qara gözlülərin mərdümi-çeşmin, 
Mərdüm deyib aldanma kim, içdikləri qandır! 

Gər dersə Füzuli ki: “Gözəllərdə vəfa var”, 
Aldanma ki, şair sözü, əlbəttə, yalandır. 


QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR 

Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni! 

Bir dəm bəlayi-eşqdən etmə cüda məni! 

Az eyləmə inayətini əhli-dərddən, 

Yə’ni ki, çox bəlalərə qıl mübtəla məni! 

Olduqca mən, götürmə bəladən iradətim, 
Mən istərəm bəlanı, çü istər bəla məni! 

Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, 
Ta dust tə’n edib deməyə bivəfa məni! 


369 



Getdikcə hüsnün eylə ziyadə nigarımın, 
Gəldikcə dərdinə betər et mübtəla məni! 

Mən qandanü mülaziməti-e’tibarü cah, 

Qıl qabili-səadəti-fəqrü fəna məni! 

Öylə zəif qıl tənimi fırqətində kim, 

Vəslinə mümkün ola yetirmək səba məni! 

Nəxvət qılıb nəsib Füzuli kimi müənə, 

Ya Rəb, müqəyyəd eyləmə mütləq mana məni! 


BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR 

Eşq daminə giriftar olalı zar olubam, 

Nə bəladır ki, ona böylə giriftar olubam? 

Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim, 
Künci-qəmxanəyə bir surəti-divar olubam. 

Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil, 
Öylə kim, arizeyi-hicrilə bimar olubam. 

Həzərim tə’nədən ol qayətə yetmişdir kim, 

Yarə əğyar olub, əğyarım ilə yar olubam. 

Deməzəm dəxi: “Sənə aşiqəm”, ey gül! Zira 
Sənə aşiqligim izhar edəli xar olubam. 

Əqlü səbrü dilü din getdi, bihəmdillah kim, 
Səfəri-sahili-dəryayə səbükbar olubam. 

Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim, 
Yalehi-nəqşi-xəyali-rüxi-dildar olubam. 


370 



BU QƏZƏL MƏCNUNI-ZARINDIR 


Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm, 
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm. 

Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman. 
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. 

Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfn, 
Səfadan dəm uran həmdəmləri əhli-riya gördüm. 

Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən, 

Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm. 

Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi, 

Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm. 

Mənə göstərdi gərdun tirə bəxtim kövkəbin yüz gəz, 
Məni-bədbəxt ona hər gah kim baxdım, qara gördüm. 

Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən. 

Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm. 


BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR 

Yar rəhm etdi məgər naləvü əfğanimizə 
Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə? 

Əşk baram məgər qıldı əsər kim, nagah 
Bitdi bir şaxi-güli-tazə gülüstanimizə? 

Bizə ah atəşinin yandığı ondan bilinir 
Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə. 

Bu vüsalə yuxu əhvalı demək mümkün idi, 
Əgər olsaydı yuxu dideyi-giryanimizə. 


371 



Bir xəyal olsa məgər gördügümüz, yoxsa nigar, 
Mütləqa xatirə gəlməz ki, gələ yanimizə. 


Yar mehmanımız oldu, gəlin, ey canü könül, 
Qılalım sərf nəmiz var isə mehmanimizə! 

Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim, 
Can verib dilbərə, minnət qoyalım canimizə. 


BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR 

Küffi-zülfün salalı rəxnələr imanimizə, 

Kafər ağlar bizim əhvali-pərişanimizə. 

Səni görmək mütəəzzir görünür böylə ki, əşk 
Sənə baxdıqda dolar dideyi-giryanimizə. 

Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə, 

Az edib, cövrü cəfalər qılıban canimizə. 

Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm alıb. 
Hər gələn qəmli gedər, şad gəlib yanimizə. 

Var hər həlqeyi-zəncirimizin bir ağzı, 

Müttəsil verməgə ifşa qəmi-pünhnimizə. 

Qəmi-əyyam, Füzuli, bizə bidad etdi, 

Gəlmişiz əcz ilə dad etməgə sultanimizə. 


MÜRƏBBE’ 

Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdigin? 
Bəzin edib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin? 
Əhd bünyadm mürüvvətdirmi viran etdigin? 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 


372 



Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin, 
Qanə-qanə qeyr cami-şövqünü nuş eylədin, 
Varə-varə əlıdü peymanı fəramuş eylədin. 

Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 

Qeyrə salıb mehrini bizdən sovutdun aqibət, 
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət, 
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət, 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq? 
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq? 
Sizdə adət bumudur? Böylə olurmu yarlıq? 
Qanı, ey zalım, bizimlə əhdü-peyman etdigin!? 

Çərxtək bədmehrlik rəsmini bünyad eylədin, 
Yaxşı adm var ikən, döndün yaman ad eylədin. 
Dönə-dönə bizi qəmnak, özgəni şad eylədin. 
Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!? 

Könlümüz minbə’d zülfünçün pərişan olmasın, 
Bağrımız lə’lin həvasilə dəxi qan olmasın, 
Bivəfasan! Çeşmimiz yadınla giryan olmasın, 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 

Və’deyi-vəsl ilə aldın səbrimiz, aramımız, 
Olmadı bir gün vüsalından müyəssər kamımız, 
Keçdi lıicr ilə, Füzulidən betər əyyamımız, 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 


BU MÜRƏBBE’ LEYLİ DİLİNDƏNDİR 

Giriban oldu rüsvalıq əlilə çak, damən həm, 

Mənə rüsvalığımda dustlar tə’n etdi, düşmən həm. 
Rəhi-eşq içrə can qıldım giriftari-bəla, tən həm. 

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 


373 



Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox, 

Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmgüsarım yox, 
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox, 

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 

Olubdur əşki-xunab ilə gülgün çöhreyi-zərdim, 

Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim, 
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim, 

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 

Gəlıi şövqi-vüsalü gəh bəlayi-hicr ilə zarəm, 

Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm? 
Qəmi-eşq içrə bir dərmanı yox dərdə giriftarəm. 

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 

Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu, 

Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru. 

Bəlavü dərdə düşdüm, ruzigarım böylə, halım bu, 

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 

Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhanı, 
Məni-bimarə mütləq olmadı bir səhhət imkanı, 

Əzəldən var min dərdim ki, yoxdur hiç dərmanı, 

Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 

Füzuli, hər zaman bir tə’n ilə bağrım qılırsan qan. 

Əcəb, bilməzmisən kim, eşqdən keçmək degil asan? 
Bilirsən, düşmüşəm bir dərdə kim, yoxdur ona dərman, 
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 


QƏZƏL 

Aşiq oldur kim, qılır canın fəda cananinə, 
Meyli-canan etməsin hər kim ki, qıymaz caninə. 

Canını cananə verməkdir kəmalı aşiqin, 
Verməyən can, e’tiraf etmək gərək nöqsaninə. 


374 



Vəsl əyyamı verib cananə can, rahət bulan, 
Yeydir ondan kim, salır canın qəmi-hicraninə. 

Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən 
Kim, göyər gördükdə şəm’in atəşi-suzaninə. 

Fani ol eşq içrə kim, bənzər fənası aşiqin 
Feyzi-cavid ilə Xızrm çeşmeyi-heyvaninə! 

Eşq dərdinin dəvası qabili-dərman degil. 
Tərki-can derlər bu dərdin mö’təbər dərmaninə. 

Hiç kim canan üçün can verməgə laf etməsin 
Kim, gəlibdir bu sifət ancaq Füzuli şaninə. 


BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR 

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, 
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir. 

Gərçi canandan dili-şeyda üçün kam istərəm. 
Sorsa canan, bilməzəm kami-dili-şeyda nədir. 

Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal, 

Aşiqə mə’şuqdən hərdəm bu istiğna nədir? 

Hikməti-dünyavü mafıha bilən arif degil, 

Arif oldur, bilməyə dünyavü mafıha nədir. 

Ahü fəryadın, Füzuli, incidibdir aləmi. 

Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir? 


BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR 

Ey qılan şeyda məni, məndən bu istiğna nədir? 
Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir? 


375 



Gər mənə xəlq içrə pərva qılmadın, mə’zursan, 
Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir? 

Şəhidir gər bilməyib halım, tərəhhüm qılmamaq. 
Halımı bilmək, tərəhhüm qılmamaq əmda nədir? 

Gül təmənnasında derlər bülbülün qovğaların, 
Çün gülü gördükdə qılmaz meyl, bu qövğa nədir? 

Ol pəri mütləq məni-rüsvayə qılmaz iltifat, 

Ey Füzuli, bilməzəm cürmi-məni-rüsva nədir? 


BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR 

Biz cahan mə’murəsin mə’nidə viran bilmişiz, 
Afıyət gəncin bu viran içrə pünhan bilmişiz. 

Gər özün dana bilir təqlid ilə surətpərəst, 
Aləmi-təhqiqdə biz onu nadan bilmişiz. 

Bixəbərlər şərbəti-rahət bilirlər badəyi, 

Biz həkimi-vəqtiz, onu tökmüşüz, qan bilmişiz. 

Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa, 
Ol zamandan kim, onu mülki- Süleyman bilmişiz. 

Ayrı bilmişsən, Füzuli, məscidi meyxanədən, 
Səhv imiş ol kim, səni biz əhli-irfan bilmişiz. 


QƏZƏL 

Y andı canını hicr ilə, vəsli-rüxi-yar istərəm, 
Dərdməndi-fırqətəm, dərmani-didar istərəm. 

Bülbüli-zarəm, degil bihudə əfğan etdigim, 
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm. 


376 



Dəhr bazarında kasiddir mətai-himmətim, 

Bu mətai satmağa bir özgə bazar istərəm. 

Fani olmaq istərəm, yə’ni bəlayi-dəlırdən 
Rahəti-cismi-zəifü cani-əfgar istərəm. 

Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl, 
Neyləyim, çoxdur qəmim, dəfinə qəmxar istərəm. 

Çün bəqa bəzmindədir dildar, mən həm durmazam 
Bu fəna deyrində, bəzmi-vəsli-dildar istərəm. 

Ey Füzuli, istəməz kimsə rizasilə fəna, 

Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm. 


377 



FƏZLİ 


Fəzli böyük Azərbaycan şairi Məhəmməd Füzulinin oğludur. Kərbəla 
şəhərində doğulmuş və İraq mədrəsələrində mükəmməl təhsil almış, Bağdad, 
Nəcəf və Hilm şəhərlərində də yaşamışdır. Üç dildə - ərəb, fars və Azərbaycan 
dillərində gözəl şeirlər yazmışdır. Divanı bizə qədər gəlib çatmamışdır. 
Müasirləri onun o zaman çox dəbdə olan müəmma janrında və mənzum tarix 
söyləməkdə mahir olduğunu göstərirlər. 

Şübhəsiz ki, şair atasının ölümü münasibətilə də tarix demişdir, bəlkə də 
şairin ölüm tarixi üçün “ Köçdü Füzuli” cümləsini o demişdir. 

Füzuli “ Nəsihət ” adlı əsərini ona yazmışdır. Fəzlinin ölüm ili məlum 
deyildir. 


QƏZƏLLƏR 

Mərdümləri gözün ki, bulaşdırdı qanlara, 
Cəllad imiş ki, yazığı gəlməz cavanlara. 

Dərdü qəınü ələm çü yüz verdi, ey könül, 
Xoşhal olub təvazöh eylə, get həm anlara. 

Ah, ol pəridən ayrılalı oncə ağladım, 

Gözüm yaşıyla sellər axar bağbanlara. 

Zahid, əgər xəta isə ol zülfü sevdiyim. 
Qəbrim içində yalvarayım qoy ilanlara. 

Ey Fəzli, söylə dərdin bir xəzəf itirməzəm. 
Qanlı yaşımla yazım anı bir-bir divanlara. 

* * * 

Səbrim dükəndi, möhnətə qatlana bilməzəm. 
Su başdan aşdı, eşq oduna yana bilməzəm. 


378 ^TZ) 



Sən sərv boylu dilbəri tərk etməzəm əgər, 
Ömrüm budağı cövr ilə utana bilməzəm. 


Y arm başına ay ilə gün peykə çevrilir, 

Ol şəm’ə məndən özgəni pərvana bilməzəm. 

Aləm bilir ki, şol sənəmi sevmişəm, rəqib, 
Başım gedərsə mən bu işi dana bilməzəm. 

Vergil bu Fəzli kamına, fərdayə qoymagil, 
Yoxdur vəfası ömrümün, inana bilməzəm. 

* * * 

Buldum saçında leylətül-əsra xəbərlərin, 
Sordum ləbində möcüzi-lsa xəbərlərin. 

Badi-səbayə zülf pəyamm gətir dedim, 
Gəldi, gətirdi başıma sövda xəbərlərin. 

Məcnun oturdu, illər ilə baxdı yollara, 

Bir kimsə doğru vermədi Leyla xəbərlərin. 

Didarə taqət edə bilimıisən, ey könül, 
Eşitmədinmi nuri-təcəlla xəbərlərin? 

Kipriklərin ki, ləşkərini yığdı bir yerə, 

Ol saldı Fəzli canına qovğa xəbərlərin. 

* * * 

Dünyada gözəllər də’visin qılan, 

Degil, anə necə yar olmaq gərək. 
Xülqi-xoyi mələk, surəti insan, 

Şəkər sözlü, şirin gar olmaq gərək. 

Sürahi gərdənli, ləbləri qönçə, 

Sədr vaseh ola, ol beli incə. 

Miyanə boy ola, dalsı kənəkcə, 

Ol püstə dəlıanı dar olmaq gərək. 


379 



Qırmızısı qırmızı, ağa tay ola, 

Ol qarası qara, qaşı yay ola. 

Gül yanağı bədirlənmiş ay ola, 
Sinəsində qoşa nar olmaq gərək. 

Gözləri nərgis tək şö’ləvar ola, 
Müjganları çöhrəsində xar ola, 
Alıcı tərlan tək səbükbar ola, 
Mə’rifətdən xəbərdar olmaq gərək. 

On beş yaşlı ola, miyanə boylu, 
Çox lağər olmaya, qucağa dolu, 
Qolu uzun, ağ əlləri hənalı, 

Sinəsi həm tazə qar olmaq gərək. 

Şəkk olmaya anın əsil-soyuna. 
Aqil-dana ola xülqü xoyuna, 

Can asılı ola zülfü ınuyuna 


Xoş ana kim, ola bir belə yarı, 

Hər kimin yox, mən tək olubdur zarı 
Fəzliya, sən çağır ulu cabbarı, 

Mənə məhşər günü yar olmaq gərək. 


MÜSTƏZAD 

Ey sərvi-səhi, sən gələli seyr ilə bağə 
Sər çəkmədi ər-ər. 

Çox alinəsəblər özünü saldi əyağə, 

Qul oldu sənubər. 

Sünbül özünü zülfünə bənzətdi nigarın 
Gördü ki, xətadır. 

Dağlarda bitər yüzi qara, başı aşağə, 
Qayqulu, mükəddər. 

Şol xalın içün zülfünə çoxlar dolaşıbdır, 
Ancaq məni bilmən. 


380 



Bir danə pərvanə içün gör neçə quş düşdü duzağə, 
Ram oldu müsəxxər. 

Ey ruzi-qiyamət gününə ınünkir olanlar, 

Dilbər gedər oldu, 

Eşitməmisən suri-rəvani çalındı qulağə, 

Qopdu mənə məşhər. 

Ey nuri-təcəlla günəşi pərdə yüzündən. 

Bir gecə götürsən, 

Pərvanə kimi özü yana şə’mü çirağə, 

Göylərdəki əxtər. 

Sən tək pərinin mənzili viranə gərəkdir, 

Ya çeşmələr üsti, 

Könlüm təki viranə, gözüm təki bulağə, 

Gəl hey pəripeykər. 

Bir badə şərab istədim ol safı ləbindən, 
Sərxoşmudu bilmən, 

Çeşmin məni öldürməyə yapışdı biçağə, 

Çəkdi mənə xəncər. 

Zülfün sarıdan könlümə sevda yeli əsdi, 
Reyhanmıdı bilmən, 

Xansı çiçəgin qoxusudur doldu dimağə, 

Can oldu müəttər. 

Dünyadan əgər Fəzli gözü sayğulu getsə, 

Yüzün həvəsindən, 

Rəhmət yağışı torpağının üstünə yağə, 

Qəbri ola ənvər. 


381 



RƏHMƏTİ 


Azərbaycan və fars dillərində gözəl şeirlər yazmış bu şair haqqında ilk 
məlumatı öz dövrünün təzkirəçisi Təqi Əvhədi ( 1565-1620 ) “Ərəfat iil-aşiqin 
və ərəsat ül-arifin ” adlı təzkirəsində ( 1613-1615-ci illərdə yazılıb) vermişdir. 
Bu məlumata əsasən şair nəsx və siils xətlərini gözəl yazmışdır. Təzkirəçi öz 
Hindistan səfərindən əvvəl ( 1605-ci ildən əvvəl) onun 7-8 min beytlik biı- 
divaııını Şirazda gördüyünü qeyd edir. Şair XVI əsrin ortalarında Təbrizdə 
anadan olmuş, dövrünün qarışıq siyasi hadisələrinin, İran-Türkiyə müha- 
ribələrinin şahidi olmuşdur. Təzkirə yazılan illərdə Hindistana səfər etmiş şair 
bir neçə ildən sonra 1616-cı ildə orada, Aqra şəhərində vəfat etmişdir. 

Şairin elm aləminə məlum olan "Divaııı ”пт yeganə əlyazma nüsxəsi 
Azərbaycan SSR EA Respublika Əlyazmalar fondunda saxlanılır. Əsasən fars 
dilində yazılmış qəzəl, qəsidə, rübai və qitələrdən ibarət olan bu nəfis əlyaz- 
masında şairin Azərbaycan dilində yazdığı şeirlərindən iyirini beş qəzəl və bir 
rübaisi verilmişdir. 


QƏZƏLLƏR 

Bəzmi-vəslin məhrəmi gər verdi çoq həsrət mana, 
Leyk hər bir həsrət oldu hicrdə rahət mana. 

Göz yaşı gər durmasa naseh, məni mən’ eyləmə, 
Netmək olur böylə tə’lim eyləmiş adət mana. 

Mən biləm yar ilə ey dil ol mənimdir mən anın, 

Gəl sən iındi çıq aradan, vermə çoq zəhmət mana. 

Öldürüb hicran məni qurtardı qəmdən ey əcəl, 

Sən nə etdin kim, qoyarsan bu qədər minnət mana. 

Rəhməti, Fərhad ilən Məcnun aradan çıqdılar, 

İmdi meydanda mənəm, döndərdi yüz söhbət mana. 


382 



* * * 


Eşq ıııə’ni aləmində bir əcəb me’mar imiş, 

Hər yıxılmış xatirin tə’mirinə sərkar imiş. 

Göstərir hər ləhzə yarın surətin yüz rənglə, 

Eşq bir tərralıi-çabuk-dəsti-şirinkar imiş. 

Ey könül, təqdiri təğyir eyləmək mümkün degil 
Sana qismət eşq odu, İbrahimə gülzar imiş. 

Xosrovu Şirin necə məhv etdi gör kim heç deməz, 
Bisitun dağında bir Fərhad adlı var imiş. 

Rişteyi-zülfüni zahid tari-təsbih eylədi, 
Tari-təsbihi-ibadət rişteyi-zünnar imiş. 

Dudi-ahim nə yerə sığar, nə gögə, Rəhməti, 

Yer ilə gög aşiqin başinə gircək dar imiş. 

* * * 

Gəzərəm bir muğ içün guşeyi-meyxanələri, 
Görməyəcək uraraın daşlara peymanələri. 

Söylə məndən, dəxi Məcnun ilə Fərhadı unut, 

Nə ögərsən bu qədər bir neçə divanələri. 

Zəhd əhlinə qədəh dut, başin içün, saqi, 

Aşina eyləyə gör lütf ilə biganələri. 

Əhli-təqva göricək, daneyi-xalın əlüdən 
Buraxırlar yerə tez səbheyi-səddanələri. 

Gər tarəğ diş ilə, ey Rəhməti, ol zülfü aça, 

Düşə od canına yeldən yana dəndanələri 


383 rYD 



* * * 


Tə’n eyləmək nə lazım Fərhadi-namuradə, 

Fleç kimsə bu cahanda yetişməmiş murədə. 

Zahid əgər bənimlə oturmasa rəvadır, 

Bir yerdə başə varmaz səccadə ilə badə. 

İllər rizasıyçün zülfin dağıtma, ey yel 
Dur, özgələr söziylən ömrüni vermə badə. 

Kirpiklərin xədəngi sanma ki, zaye’ oldu, 
Naziknihal olubdur hər biri bir yaradə. 

Məcnunü şuri-Leyli, Fərhadü eşqi-Şirin, 

Biçarə Rəhməti tək hər kimsə bir bəladə. 

* * * 

Ayəti-rəhmət kibi könlümə etdi rahlər, 

Müshəf hüsnündə ol peyvəstə bismillahlər. 

Yüzə gəldi gözlərim mərdümləri ta ağladum, 
Qarə etdilər yüzümi yardən bədxahlər. 

Gər kül olmuş təndə canü dil bulunsa niy əcəb, 
Flind mülkündə çoq olur böylə atəşgahlər. 

Tuba ilə sərvi qəddinə müşabih etməzəm. 

Sana xanda yetişür hər qaməti-kutahlər. 

Gül götürgəc vəsl xanını aradən, Rəhməti, 
Bülbüli-şuridə sufilər kibi Allahlər. 

* * * 

Bizə bağrı qan olmuş bir neçə biçarələr derlər, 
Sizə qanlar içici bağrı daş xunxarələr derlər. 


384 



Nə lazımdır ki, bədnam olasız bizdən kənar edün 
Sizə pakizə-damanlar bizə xəmmarələr derlər. 

Münəccimlər gözüm yaşın görəndə iztirab edib, 
Neyçün qana dönüpdir yenə bu səyyarələr derlər. 

Ağarmış başa rüsvalıq gətürdilər bu vəclıilə, 

Qara geymiş xəttü xalma yüzi qarələr derlər. 

Əcəb gündür gəl imdi, Rəhməti, beyt-ül-həzəndən çıq, 
Bu gün seyranə çıqmış bir-iki məlıparələr derlər. 

* * * 

İtlər ilən sübhədək hər gecə fəryad eylərəm, 
Xatiri-naşadimi bu növ ilə şad eyləyəm. 

İtləri yadımğa ta düşcək qaranqu gecələr, 

Y ağa yırtıb, baş açıb ölüncə fəryad eylərəm. 

Dəsti-qeyrət zəxmi-mühlik urdi canə, ey könül, 
Ölürəm qəmdən səni, qəm çəkmə, azad eylərəm. 

Eşq yar olsa əgər aləm yıxılsa qəm yemən. 

Yüz pozuxnu eşq ilə bir dəmdə abad eylərəm. 

Kuhi-qəm görgəc gəlürsin xatirimğə, Rəhməti, 

Bisitun görkən kibi Fərhadını yad eylərəm. 

* * * 

Necə aşiqdir çəkər bir dağ içün Fərhad ah, 

Aşiqi-sadiq mənəm birdir yanımda kuhü-kah. 

İki gözdür yüzünqi seyr etməyə açmış fələk, 

Birinə qoymuş münəccim mehr ad, birinə mah. 


tfr’v. 385 



Eşq məsti ol dilavərdür ki, gər yüz cürm edər, 
Dəftəri əmalinə səbt eyləməzlər bir günah. 

Kuyinə getgəc gözümdən tökülür qanlı sirişk, 
Qorxuram kim, lə’li-əşkim ola axir səngi-rah. 

Qəbrim üzrə lalə neylər, mən fəna dəryasıyam, 

Ol hübabımdır mənim, ey Rəhməti, biiştibah. 

* * * 

Bisitun dağını çapdım der urar Fərhad laf 
Bilməmiş kim, aşiqin gözünə gəlməz kuhi-Qaf 

Çoq bənimlə münhərif oturma-durma, ey hərif, 
Dutmaya nagəh, məzacın daq, təriqi-inhiraf. 

Daxili-hikmət degil nəfyi-mey etmək, əbsəm ol, 
Aqil olan eylər öz cəlilinə hərgiz e’tiraf? 

Nə yüz ilə daş urarsan mey xuminə, mühtəsib, 

Sənin içün qarə yüzün kibi onun könlü saf. 

Zahid abi-Kövsər istər, mən-şərabi-laləgün. 

Var bizim ma-beynimizdə, Rəhməti, çoq ixtilaf. 

* * * 

Dəlir əsbabinə, ey dil, çoq dəxi etmə həvəs, 

Çün məhəbbətdən dəııı urdun, qeyrdən peyvənd kəs! 

Eşq məsti, ey könül, mə’zurdur, asudə ol. 

Kim sanqa nə şəhnə eylər lıöknı, niy miri-əsəs. 

Eşq gəlgəc canü-dil təndən fərar etdi, bəli, 

Dözə bilməz yanar odun şö’ləsinə xarü xəs. 


tfr’v. 386 



Məhmili ardınca, bilmən, könlüm əfsanı nədür, 
Kusi-rihlətmi ola bu, yoxsa fəryadi-cərəs? 

Dil pəri bu cismi-bi candan nə istər, Rəhməti, 
Quş ki, pərvaz eylədi, bilmən nəyə yarar qəfəs? 

* * * 

Ey pəriru, ta sənə yüz çeşmi-giryanım dutar, 
Aqə-aqə yer yüzünü əşki-qəltanim dutar. 

Qanlı yaş göz rövzənin dutdi varırkən kuyinə, 
Qanda varsam qanı dolmuş kişi tək qanım dutar. 

Canqa yetdim, bu könlünün əlkidən fəryad kim, 
Tilbə yanlıq nə sözüm dinlər, nə fərmanım dutar. 

İstərəm əğyar rəşkidən çıxam bu bəzmdən, 
Dəsti-qeyrət duricək çaki-giribanım dutar. 

Əzmi-tofvi-kuyin etsəm Rəhməti tək, gah-gah, 
Getməmişkən bir qədər yüz xar damanım dutar. 

* * * 

Qana döndi yürəgim sibi-zənəxdanm içün, 
Vermənəm istəgümi elimə öz canın içün. 

Bas qədəm qəbrimə, naz ilə əzabım rə’f et, 
Yüzün üzrə yazılan ayəti-Rəhmanm içün. 

Arizin bağidə bir quş oxur idi dün gün, 

01 bənim könlüm idi saxla gülüstanın içün. 

Gələ gər yanimə, ey tilbə könül, qəm çəkmə, 
Rəgi-can riştə edim çaki-giribanm içün. 

Çün xəyalı qonaq oldu sənə ehmal etmə 
Cani qurban edə gör Rəhməti mehmanın içün. 


387 



* * * 


Dudi-ahm, ey könül, göydə hüveydalanmasun, 

Söylə öz həddini bilsin, çoq da babalanmasun. 

Gördün ol sərvi-səhi qəddi, dur indi, ey səba, 

Bağ ara sərvə xəbər ver çoq da yektalanmasun. 

Zülfüni görgəc könül zünnar eylər arizu, 

Qorxuram kim, şeyx Sə’ an kibi tərsalanmasun. 

Ey könül, sən xanda, Məcnun xanda, bari əbsəm ol, 
Hər kim öz yerini bilsin, pəşşə-ənqalanmasun. 

* * * 

Bənim yerim fəna bəhrivü Məcnun yeri sahildür, 
Bana bənzətmə anı ol bənim yanımda aqildür. 

Yüzün görgəc ləbindən busə umsam incimə məndən, 
Təsərrüfsüz tamaşa eyləmək eşq içrə müşküldür. 

Giysun bağrımnı gər yüz parə etsə tan imas zira, 
Fərağın şərbəti qayimməqam zəhri-qatildir. 

Qara zülfini yad eylər dəma-dəm səbrsiz könlüm, 
Cünuni ğalib olğan tilbədək zəncirə mayildir. 

Könüllər naləsin, ey Rəhməti eşitgəc ol ğafıl, 

Edür məxsuslərlə kim, bu nə avazi-hayildür. 

* * * 

Arizin tək xansı bağın laleyi-sirabı var, 

Lalə çoq, amma anun bir özgə abü tabı var. 

Hicrdən çoq da məlul olma, könül, səbr eylə kim ta 
Bu qaranqu gecənin əlbəttə bir məhtabı var. 


388 rYD 



Bilməzəm yarəb, nə müshəfdir cəmalın səfhəsi 
Kim, müənbər xəttü mişkin xalilə e’rabı var. 

Gözlərimdən tökülür qan yaş yerə baran kibi, 
Ehtiraz et bəylə yağışnm yaman seylabı var. 

Anınçün başı yüksəkdir gögün, ey Rəhməti 
Kim, anun daq sən kibi xurşidi-aləmtabı var. 

* * * 

Aşiqəm, aşiq nədür pəs bu sirişki-çöhrəgah, 

Nəfyi isbat eyləmə, də’viyə mə’nidür günah. 

Eşqə münkir düşmə, ey şeyxi riyayi, əbsəm ol, 
Eylə şə’ni-əmalını bu e’tiqat etdi təbah. 

Seyi çeşmim rəhgüzarində deyüz bir qətrə su, 
Sər-səri-ahım yanında Bisitun bir bərgi-kah. 

Tə’n edərlər göz götürsəm bir zaman səndən, bəli, 
Yüz səvab etsən degil mənzur illa bir günah. 

Rəhməti, ol türreyi- tərrar başdan tirədür, 

Y a sənin dudlikindən öylə olmuşdur siyah. 

* * * 

Çakəri-piri-muğanuz büti-tərsa sevərüz, 

Biz məhəbbət quluyuz hər kim olursa sevərüz. 

Daği-xunin yaxaruz sineyi-çak üzrə müdam, 
Bisitun dağı kibi laleyi-həmra sevərüz. 

Kamımız verməz isən ərzi-tələbdən bari, 

Bizi mən’ etmə ki, izhari-təmənna sevərüz. 


389 



Gəlicək kuyində didar dəriğ etmə ki, biz, 
Rindi fırqətzədəyüz, Turü Təcəlla sevərüz. 

Dəlqü təsbihü müsəlla nə deməkdür, zahid, 
Mıınca yildür bütü zünnarü kəlisa sevərüz. 

Ey könül, eşq ətəgin can əli birlə duta gör, 
Qoy nə derlərsə desinlər ruxi-ziba sevərüz. 

Rəhməti xum ətəgin dürdsifət dut, nə olur, 
Qatı daq eyb degil sağəri-səhba sevərüz. 


RÜBAİ 

Məclis içində Rəhməti mahi-siyam, 
Meyxanəyə sübh baş çəkər, məscidə şam 
Ta zahidü rahib ola andan xoşnud 
Bir əlində təsbih, birisində cam. 


390 



MÜNDƏRİCAT 

Müqəddimə 4 

İZZƏDDİN HƏSƏNOĞLU 

Ayırdı könlümü bir xoş qəmər yüz, canfəza dilbər 25 

Necəsən, gəl ey yüzü ağım bənim 26 

QAZİ BÜRHANƏDDİN 

Qəzəllər 

Necə bir şol cadu gözün qəsdi-canü dil qıla 27 

Ləbün meyiylə bir dəm dimağ əgər tər ola 28 

Bülbül yenə çağırdı ki, fəryad yad ola 29 

Gecə-gundüz bənüm işüm zar ola 29 

Can-cana irmədiyisə, tən-tənə irdi, şükr ana 30 

Bizümlə hiylə qılur, nedəlüm cəhani-fəna 31 

Eşqi odı dilbərün bu başa çıxarsa 31 

Sun bizə saqi ayaq, dəgdi bulunmaz yayaq 32 

Qopdu yenə könlümdə zəmzəmeyi-eşq 32 

Könüldə qopalı, sənəma, bir səfayi-eşq 33 

Suxtə könüllərə qıldı yenə car eşq 34 

Gəlün içəlüm bir-iki camı dolu badə 34 

Bir miiddət əgər bulmaz isən yar eşigində 35 

Ğəmzən sənəma, urdı yenə yarə yürəkdə 36 

Al çəngüni çəngi əlünə, başla nəvayə 36 

Gəl halumu gör, daxı yetər, səni əsirgə 37 

Dilbəra, insafə gəlgil, neçə-neçə dilbəri 37 

Fitnə gözün könülümün afətidür, afəti 38 

Qaplan olmuş könül, şikarı qanı? 39 

Əcəba, dərdümün dəvası qanı? 39 

Könül nigara qonuq oldu, mərhəbası qanı? 40 

Xoş görəlüm sənün ilə fəsli-xəzanı 40 

Uşdu şəkər ləblərinə miskü Xötən qarıncası 41 

Xub cahanda çox, vəli nazikü dilruba gərək 41 


391 



Bu könlüm dənizi daşa gərək 42 

Bana yenə totağundan şərabi-nab gərək 42 

Canumı eşqünə satdum, daxı bəha nə gərək 43 

Bülbül ünün eşitdi ğövğayə çəkər bu dil 43 

Dəlüsiyəm zülfünün, silsilə dəprətməgil 44 

Saçuna uğrayu gələn nəsimə uçdu könül 45 

Qədəm basalı yoluna, qədəm-qədəm yanaram 45 

Mürği-səhər başladı zümzümeyi-zirü bəm 45 

Tökər gözüm yaşın seylab hər dəm 46 

Dərdməndəm, dərdə timar isdərəm 47 

Yar kənarə gəlicək, bən çü miyanə gəlmişəm 48 

Bülbül yenə giryandurü, gülşən yenə xürrəm 49 

Dedi: könlündə nə vardur, dedüm: həm 49 

Gözlərüniin oxuna bən şaha, nişanə gəlmişəm 50 

Şaha, sənün cəmalunu görəyim, andan öləyim 50 

Cahanda xubları gördük, vəfası yox, neydəlim 51 

Bir dilbəri-biqərarə düşdüm 51 

Dünyadə yenə bən qoca bir gəncə irişdüm 52 

Rübailər 53 

T u y u ğ 1 a r 54 

ƏSSAR TƏBRİZİ 

Mehr və Müştəri (farscadan çevirəni M. Soltan) 60 

Mehr və Müştərinin birgə dərs oxuması 68 

Hacib öz oğlu Bəhramı şaha təqdim edir ki, Mehrə gözətçi olsun ... .70 

Bədrin Müştəriyə tapşırılması 72 

Bəhramın hiylə qurması 72 

Müəllimin şahı xəbərdar etməsi 75 

DASTANİ-ƏHMƏD HƏRAMİ 

Dastani-Əhməd Hərami {parçalar ) 77 

Məclis- 1 79 

Məclis-2 86 

Məclis-3 95 


392 



yusif məddah 


“Vərqa və Gülşah” poeması (parçalar) 


Dastani-Vərqa və Gülşah 100 

Şe’ri-Gülşah 107 

Şe’ri-Vərqə be Gülşah 116 

Şe’ri-Gülşah 117 

Şe’r 129 


MARAĞALI ƏVHƏDİ 


C a m i - C ə m ( parçalar ) 

Məğrurluğun, yüngüllüyün və lovğalığın pislənməsi 140 

Evin və ev əşyalarının nizama salınması 141 

Ev tikməyin şərtləri 143 

Dostluq və vəfanın şərtləri 144 

Hekayət 145 

Comərdlik, kişilik və insanlıq haqqında 146 

Elm öyrənmək və alimlərin şərəfi haqqında 147 

Elm öyrənmək haqqında 148 

Düzlük haqqında 148 

Hikmət haqqında 150 

Bir neçə vacib haqqı-saym yerinə yetirilməsi haqqında 151 


İMADƏDDİN NƏSİMİ 


Qəzəllər 

Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! 153 

Başını top eyləgil, gir vəhdətin meydanına 153 

Dünya duracaq yer deyil, ey can, səfər eylə! 154 

Düşdü yenə dəli könül gözlərinin xəyalinə 155 

Düşdü könül ala gözün ağınavü qərasinə 156 

Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz 157 

Mana sənsiz cahanü can gərəkməz 157 

Kə’bə üzündür, ey sənəm, üzünədir sücudumuz 158 

Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni 159 

Ayrılıqdan yar mənim bağrımı büryan eylədi 160 


393 



Apardı könlümü məndən bu gün ol cəımətin huri 160 

Sənəma, üzün gülündən gülə-gülə gül utandı 161 

Üzünü məndən nihan etmək dilərsən, etməgil! 161 

Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam 162 

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm? 163 

Sən mana, dilbər, yetərsən, özgələr yar olmasın 163 

Dünya çün mürdardır, igrən könül, mürdardan! 164 

Surətin nəqşində könlüm, ey sənəm, heyran olur 165 

Məndən üzün yaşımıa kim, səcdəgahım oldur 165 

Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır 166 

Dodağın qəndinə şəkər dedilər 166 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam 167 

Dinləgil bu sözü ki, candır söz 168 

Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz 170 

Ey əzəli can ilə cananımız! 171 

Var bu cahandan özgə bizim bir cahanımız 172 

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm 172 

Mən xərabati-əzəldən məstii heyran gəlmişəm 173 

Mən mülki-cahan, cahan mənəm mən! 174 

Surətin nəqşində hər kim görmədi nəqqaşmı 175 

Mərhəba, insani-kamil, canınım cananəsi 176 

Sən sana gər yar isən var, ey könül, yar istəmə! 177 

Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam 178 

Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam 179 

Dəryayi-mühit cuşə gəldi 180 

QASİM ƏNVAR 
Qəzəllər ( çevirəni M. Soltan) 

Zülfünlə, cəmalmla sənin sərxoşluq hər an 184 

Çəkir hər gün o nazlı fərzanə 185 

Yarıma yeyin a dostlar, nədir indi onda fərman 186 

Məst idik, nəğmələrinə belə hüşyar olduq 186 

Gözüm qanla dolu, halım pərişan 187 

Dənizlər dərk edər könlüm görəndə bircə dürdanə 187 

Könlüm, əgər sevdalisən aşiqlərə həmxanə ol! 188 


394 



Dust məhmldə yə’ni canda can 188 

Gəl gözəl, badə içək, bəsdi kədər 189 

Məscid ilə meyxanə, ya Kə’bə və bütxanə 190 

Rübailər 190 

MİRZƏ CAHANŞAH HƏQİQİ 

Qəzəllər 

Yarın gərək ki, mehri-ruxu dilpəzir ola 192 

Hər aşiqin ki, naləvü dərdi ze can ola 193 

Ey məni dami-saçın çəkdi səri-darma 193 

Yarəb, nə nur imiş ki, məni yaxdı narına 193 

Qıldı münir aləmi şahidi-mən cəmal ilə 194 

Talibi-yarəm əzəldən, yara müştaqam yenə 194 

Düşmə zəmanə fikrinin dərdi-sərü xəyalinə 195 

Yolunda canını tərk etməyən vəfa bilməz 196 

Gəlgil ki, səndən ayrı dəxi yar bilmənəm 196 

Çəməndə sərvi-qədin tək çinar görməmişəm 197 

Ol ruxun şəm’inə çun canımı pərvanə dedim 197 

Ta əzəldən düşdü ol yar ilə bazarım mənim 198 

Zülfündən ayrı dami-bəlayə bəla demən 198 

Gəlgil ki, sevmişəm səni cananələrdə mən 198 

Ol hüsn ilə xətü xalə təhsin 199 

Gəlgil ki, nuri-didə cəmalmdadır sənin 199 

Ey saçın zülmət, ruxun mehr ilə mahı könlümün 200 

Yarm cəfayi-qəmzəsi canımda yarədir 200 

Eşqi-canan hər kimin canında ki, tə’sir edər 201 

Həşrin hesabını nə bilir cəhli-bixəbər 201 

Ləblərindir abi-həyvan, gözlərin meyxanələr 202 

Əhli-eşqin ahını gəl aşiqi-canana sor 202 

Bu nə hüsni-canfəzadır kim, ana nəzir yoxdur 203 

Əzəldə şövqə gətirdi məni hidayəti-eşq 203 

Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş 204 

Rübailər 204 


395 



XƏLİLİ 

Qəzəllər 

Ey bilən həqqin süfatin sirri-əsması nədir? 209 

Mehr əlamı bu, məhmi əcəb ya ruxi-ziba 209 

Mən ki dəvrişəm, gədayəm, padişahi-aləməm 210 

HAMİDİ 

Qəzəllər 

Neçün ey məh, cənnəti-kuyində bar olmaz bana 211 

Necə dil səbr edə hicran içində 211 

Rahət olmadı dil, ey rahəti-can, sən gedəli 212 

Gər bu rəsmə unuda yar vəfadarlığı 212 

Ay yüzün ayineyi-surəti-candır bilirəm 213 

Varalım ol sənəmi-gülüzarə yalvaralım 213 

Dustun qəddi xəyalı gecələr canda qonar 214 

HİDAYƏT 

Qəzəllər 

Dün görsədüb biləklərin ol şuxi-dilriiba 215 

Ey canü könül mehrin ilə valehii şeyda 216 

Həqin sitatını görübən sən nigarda 216 

Buy çəkdi zülfi-arizi ta verdi tab ana 216 

Xətti-səbzən kim, deyərlər əhli-dil reyhan ana 217 

Cövrü qəhrindən şəha, neçün məlamətdir mana 218 

Səndən nə qəm kim, ey büti-dilcu yetər mana 218 

Bu suçdan özgə kim, verübəm canü tən sana 218 

Ey türk, getdi canü dilü əqlü din sana 219 

Seyli-sirişkim ilə yağış qıldı macəra 219 

Xəti-səbzin hər xaçan ol lə’li-xəndandan çıxa 220 

Zülf arasında yaşur yüzüni tökkəc didə ab 220 

Getmə ey gülçöhrə, tərki-əhdü peyman eyləmə 221 

Dəlülüb şövqi-ruxundan günəş, ey yüzi çirağ 221 

Ah kim yar degil, eylə ki, ana məni 222 

Ta ki, geydin, ey xəti reyhan qəbayi-süsəni 222 


396 



Gəl ey içmiş bu gün ğəflət şərabı 223 

Ta gördüm, ey sənəm ruxi-fərxəndə falını 223 

Cana, ğəmdə axdı gözüm yaşı Nil tək 224 

Ey dil, cahanda nəsnə bulunmaz nigar tək 224 

Səba, ol kuyə lütf edüb kədər qıl 225 

Kimdə vardır bu qamət ilə qiyam 225 

Bir sərvi-simintək k’anın canu dil ilən yarıyam 226 

Ey can nədimi, sorma məni kim, nə dəmdəyəm 226 

Vəsl içün can istər olsan, sanma tə’sir eyləyim 226 

Cana, sana şikayəti-hicran nə söyləyim 227 

Mən nə yalğuz eşq içində abi-rəvan əl yudum 227 

İrişdi yazü çiçək, dutdu bağü zağ ətəgin 228 

Nədən bağlu ol şux dilbənd ağzın 228 

Mübarək olsun, ey sultani-aləm fəsli-novruzun 229 

Dedim: olmağa ayağında könül həsrəti var 229 

Səndən həmişə canıma dərdü bəla yetər 230 

Dedim: ey gün, yiizini görsət gözümdən nəm gedər 230 

Ey ki, gündüzdür yanağın zülfi-mişkin gecələr 231 

Gəldi novruz, yenə gülşənü səhra dəmirdir 231 


ŞEYX İBRAHİM GÜLŞƏNİ 


Qəzəllər 

Eşqə könül verməyən canını qıymaz bana 232 

İstəyüp dərdinə eşqin bulmazam andan dəva 233 

Əcəb yüzin görən necə qılar tab 233 

Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib 234 

Bəni hər dəmdə nedim öldürür eşq 234 

Bilməzəm kim, nə bəladur başıma sevdayi-eşq 235 

Nə bəladur, bilməzəm kim, eşq olupdur ana ad 236 

Nədür keyfiyyətin eşqün bilmək olmaz 236 

Bana canü cəhan sənsiz gərəkməz 237 

Bana dərdün gərək, dərman gərəkməz 238 

Gülüstan xar olupdur bana sənsiz 238 

Gəl, ey Misri-dilim sultanı dilbər 239 

Eşqün bana, ey şux, bəla gör nələr eylər 239 

Dəmbədəm sevdası eşqün əqlimi başdan qapar 240 

Dəmbədəm çün gözlərimdən qanlu yaş qəltan düşər 241 


397 



Eşqə könül verməyən can ilə aşiqinidir? 242 

Ey könül, eşqün bəni divanə qıldı aqibət 242 

Qiyamət gər dilbərsən, ey sərvqamət 243 

Nədür eşqündən özgə canım, ey dust 244 

Necə kim ğəmdən dilərəm könlümi qılmax fərəh 244 

Eşq elinə getməgə dur könül eylə bir ax 245 


KİŞ VƏRİ 


Qəzəllər 

Səndən ayrı yüz ğəmii dərdü məlamətdür mana 246 

Ey pəriləb, demə həq bir parə can vermiş sana 247 

Alma cana canımı kim, can ilən yarəm sana 247 

Köksümi qalxan qılıb mən oxlamn qarşusuna 248 

Qəriblik ixtiyar etməz kimin ki, yarı yar olsa 248 

Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib 248 

Düşmişəm bir halə sənsiz natavanü zar olub 249 

Xəstə canım çəkdi ah, ol nərgisi fəttan görüb 249 

Ah kim, köksimni sənsiz çak-çak etdi fəraq 250 

Ey könül, dünya evində istəmə abadlıq 250 

Necə ey xodkam, hicründə mana bədnamlıq 251 

Can əgər getdisə sən sağ ol, mana candan nə ğəm 251 

Ol ki verür canü canan yüzini görməz mənəm 252 

Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm 252 

Yarə köp can verdim, əınma bivəfadur bilmədim 253 

Bu kim ölməkdürür, adı fəraqi-yarimiş, bildim 253 

Səadət həmrəhim boldi, müsaid bəxti-fıruzim 254 

Payibəndəm bir gözi heyranə, bilmən neyləyim 254 

Kami-dil, tərkin qılıb, nakamlıqdur istəgim 255 

Yari görgəc der idim əvvəlki yarımdur mənim 255 

Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim 256 

Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım 257 

Ol mənəm kim, ölmüşəm hicrindən, ey simin bədən 258 

Eylə kim mən yanaram şəm’i-ruxi-cananədən 258 

Könlüm nəsibi çün ki, bəla qıldı yarədən 259 

Gözüm ağlar cəmalın həsrətindən 260 

Çün yazılmışdı bu sərgərdanlığım təndirdən 260 

Sənsən, ey Leyli məni-Məcnuni rüsva eyləyən 260 


398 



Düşdü könlüm dami-zülfm bəndinə təqdir ilən 261 

Məni kim öynə-öynə öldürürsən 261 

Necə kim, xəlqi dirildür şivəvü rə’nalığm 262 

Ruzin həmişə xürrəm, fərxəndə ruzigarın 262 

Zülf açıb qıl cilvə kim, tavus rə’nalanmasun 263 

Ey məni aşüftə qılğan ənbərəfşan kakilün 263 

Öldürmə cövr ilən məni kim, yarunam sənün 264 

Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlür 264 

Xublar yanında ol şahi-cavanm bəllüdür 265 

Məni mən etmə, etmə, ey zahid, fəğandan ruy-yar olğac 265 

Rübailər 266 

BƏŞİRİ 

Qəzəllər 

Şol nazənin ki, dili-zarım aşinadır ana 268 

Pürdir ol saf güli-tərdən dəhani-əndəlib 269 

İki surət xubdur həqdən bana olsa nəsib 269 

Arifə dövlətdən istiğna kimi dövlətini var 270 

Sənin dərdindən, ey şuxi-cəfakar 270 

HƏBİBİ 

Qəsidələr 

Müavin mana ol Sübhan olursa 271 

Əla, ey dilbərim, yarım, xərabat 273 

Qəzəllər 

Dərdi-eşqə hər ki, ol dəmsaz ola 274 

Sünbül saçın gül yüzünə çiinkim niqab olur, şəha 275 

Hər kimə həmrah Fəzlullah ola 276 

Türreyi-tərrarmı sən edəlidən piçü tab 276 

Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə 277 

Dur uru, ey saqiyi-məhru bizə 278 

Şol mübarək zatına işim sənadır, ya nəbi 278 

Billah, səhərdir saqiya, doldur bərü cam, şən degül 279 


399 



Dıır uru, saqi, billah, xoşxiram 279 

Gərəldən zülfı-ənbərbarm, ey dust 280 

Dil saçından oldu sevdayi mizac 281 

Müsəddəs 282 

Qit‘ə 283 


ŞAH İSMAYIL XƏTAYİ 


Qəzəllər 

Roşən yüzin ki, zülfin olubdur niqab ana 284 

Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana 284 

Cana, könüldə həmdəm olan qəm durur mana 285 

Dilbəra, eşqin tənimdə sevgili candır mana 285 

Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana 286 

Xaki-payin dilbəra, bir tac dövlətdir mana 287 

Ah kim sən getdin, ey ay yüzlü, can qaldı mana 287 

Dust yolunda həlal olsun dila, qeyrət sana 287 

Ey könül, sidqilə hər kim şah ilə yoldaş ola 288 

Ey bəndə, gər cahanda pənahın ilah ola 288 

Minbə’d əgər mənimlə həbib olsa aşina 289 

Vəchində peydadır sənin ənvari-zati-kibriya 289 

Zərreyi-mehrində daim, ey cəmali-afitab 290 

Munca cövr etdin mənə, namehribanlıqdan nə sud 290 

Fələknin gördişindən dadü fəryad 291 

Qamətindən münfəildir sayeyi-sərvi bülənd 291 

Dilbəra, mehrin əzəldən sidqilə canımda var 292 

Görəli ol mah yüzün, başıma yüz sövda düşər 292 

Aşiq oldur kim, sözü canü dililə yar bir 293 

Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir 294 

Ol gedən yarımımdır, ya ixtiyarımdır gedir 294 

Ta kim, zülfin niqabi mahtab üstündədir 295 

Bütpərəst oldu könül, bütxanələr güncündədir 295 

Dilbəra, eşqi-ruxun daim bu can üstündədir 296 

Bizim ol dilrüba cananəmizdir 296 

Könül bir yarı sevdi kim, pəridir 297 

Dilbəra, canımda dərdin bir dəva nisbətlidir 298 

Novcavan ol pir ikən, dövran ki canan dövridir 298 

Yanağın ey pəri, can mənzilidir 299 


400 rYD 



Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır 299 

Ta camalının nuri çeşmimdən nihan olmuş durur 300 

Ənbərin zülfmmidir, ya mişki-tatarın durur 300 

Arizində sünbülün ənbərfişan etmiş durur 301 

Eşqin ey dilbər, könül təxtində şah olmuş durur 301 

Ey könül, vəqti-bahar ötdü, xəzan olmuş durur 302 

01 pəripeykər ki, çeşmimdən nihan olmuş durur 303 

Könlümü alan mənim ol dilrüba yarım durur 303 

Dilbəra, səncəliyən billah ki, yarım yox durur 303 

Mənəm bir tən və leykin can anundur 304 

Ləblərin yadi ilə didələrim qan doludur 305 

Mənim ol suvlu yarım gəldi xoşdur 305 

Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur 306 

Ey könül, ol mə’nisiz cahili yar etməkmolur 306 

Bu könlüm şad olur qəmdən, ruxi çün laləgun görgəc 307 

“D əhnam ə” ( parçalar ) 

Bahariyyə 308 

Aşiqin əhvalı 311 

Ürəkdən şikayət 313 

Məsnəvi 314 

Elaqqa yalvarış 315 

Aşiqin Mə’şuqəyə tərəf getməsi 316 

Eşq odu haqqında 318 

Eşqdən şikayət 319 

Səbanın yatmağa getməsi 320 

Məsnəvi 321 

Günəş haqqında şeir 324 

Mə’şuqənin aşiqi yola salması 324 

Vida şeri 325 

Mə’şuqənin aşiqə yadigarı 325 

Aşiqin halallaşması 326 

Dost ayrılığı 326 

Kitabın xatiməsi 327 

XƏLİFƏ 

Var farsda bu fəsanə amma 329 

Söz bəhrin aşin olanlar 329 

401 



Qəzəl 

Ləb açub söyləsə ol gül çəməndə ğönçəfəmlərlə 330 

Diyarbəkr şəhəri üçün “Şəhrəngiz”dən bir parça 330 

SÜRURİ 

Ta müənbər kakilin xurşidə salmışdır kəmənd 331 

Qamətim ğəmdən büküldü sünbüli-pürtab tək 331 

Könlümü zülfünə çək zəncirə şeydalanmasm 332 

Bisituni-ğəmdə bərgi-laleyi-həmrayə bax! 332 

ŞAHİ 

Sünbülün yanında hər su çeşmi-cadulamııdır? 334 

Ğönçeyi-gül bülbülün qəsdinə peykan eyləmiş 334 

HƏQİRİ 

Qəzəllər 

Yar qulaq olmaz mənim əfqanıma 336 

Xanimandan olmuşam avarə mən 337 

Dilrüba, sən eylə gəl əhdə vəfa 338 

Səndən ayru zar qaldım, ey həbib! 338 

Göz yaşım qıldın mənim dərya, fəraq 339 

Hicr ilən daim məni zar edən eşq 339 

Ey gözümün yaşını qan edən eşq 340 

Ey şəha, mən bəndəni sən şad qıl 340 

Hər zaman aydındı, ey şeyda könül 341 

Ey pərivəş, mən səni yar istərəm 342 

Məcnun aydır, ey gözüm, canım mənim 342 

Ey vüsalın bağü bustanım mənim 343 

Eşqdir zahidləri tərsa qılan 344 

Ey mənim ruhi-rəvanım, qandasan? 344 

Ey mənim könlüm alan şahi-cahan 345 

Ey könül, sənsən məni məğbun edən 345 

Tərk qıldı bəndini cananədən 346 


402 rYD 



Canımı yandırdı, ey can, fırqətin 346 

Dad əlindən hər zaman, ey dəhri-dun 347 

Key nigari-gülüzarım, gəl bu gün 347 


MƏHƏMMƏD FÜZULİ 


Qəzəllər 

Ey mələksima ki, səndən özgə heyrandır sana 349 

Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb! 350 

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut! 350 

Könlüm açılır zülfi-pərişanını görgəc 351 

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd 352 

Pərişan xəlqi-aləm ahü əfqan etdigimdəndir 352 

Canı kim cananı üçün sevsə, cananın sevər 353 

Ah eylədigim sərvi-xuramanm üçündür 354 

Tökdükcə qanımı oxun, ol asitan içər 354 

Məndə Məcnundan füzun aşiqlik iste’dadı var 355 

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor 355 

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar 356 

Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz 357 

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz 357 

Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey 358 

Dəhənin dərdimə dərman dedilər cananın 358 

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim! 359 

Pənbeyi-daği-cünun içrə nihandır bədənim 360 

Tutuşdu qəm oduna şad gördügün könlüm 360 

Dust bipərva, fələk birəhm, dövran bisiikun 361 

Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən 362 

Yenə ol mah mənim aldı qərarım bu gecə 362 

Məni candan usandırdı, cəfadən yar usanmazmı? 363 

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni 363 

Mürəbbe 364 

Qitələr 

Əhli-kəmalə cahil əgər qədr qılmasa 365 

Elm kəsbilə rütbeyi-rif ət 365 

Zülm ilə ağçalar alıb, zalim 365 


403 



Hər kimin var isə zatında şərarət küfrü 366 

Ey xəta ləfzilə Qur’anm şükuhin sındıran 366 

Padişahi-miilk, dinarü dirəm rüşvət verib 366 

01 səbəbdən farsi ləfzilə çoxdur nəzm kim 367 

“Leyli və Məcnun” 

Qəzəllər 

Fələk ayırdı məni cövr ilə cananımdan 367 

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə 368 

Can vennə qəmi-eşqə ki, eşq afəti-candır 369 

Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni! 369 

Eşq daminə giriftar olalı zar olubam 370 

Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm 371 

Yar rəhm etdi məgər naləvü əfğanimizə 371 

Küfri-zülfün salalı rəxnələr imanimizə 372 

Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdigin? 372 

Giriban oldu rüsvalıq əlilə çak, damən həm 373 

Aşiq oldur kim, qılır canın fəda cananinə 374 

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir 375 

Ey qılan şeyda məni, məndən bu istiğna nədir? 375 

Biz cahan mə’murəsin mə’nidə viran bilmişiz 376 

Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm 376 

FƏZLİ 

Qəzəllər 

Mərdümləri gözün ki, bulaşdırdı qanlara 378 

Səbrim dükəndi, möhnətə qatlana bilməzəm 378 

Buldum saçında leylətül-əsra xəbərlərin 379 

Dünyada gözəllər də’visin qılan 379 

Müstəzad 380 

RƏHMƏTİ 

Qəzəllər 

Bəzmi-vəslin möhrəmi gör verdi çoq həsrət mana 382 

Eşq məni aləmində bir əcəb memar imiş 383 


404 rYD 



Gəzərəm bir muğ içün guşeyi-meyxanələri 383 

Tən eyləmək nə lazım Fərhadi-namuradə 384 

Ayəti-rəhmət kibi könlümə etdi rahlər 384 

Bizə bağrı qan olmuş bir neçə biçarələr derlər 384 

İtlər ilən sübhədək hər gecə fəryad eylərəm 385 

Necə aşiqdir çəkər bir dağ içün Fərhad ah 385 

Bisitun dağını çapdım der urar Fərhad laf 386 

Dəhr əsbabinə, ey dil, çoq dəxi etmə həvəs 386 

Ey pəriru, ta sənə yüz çeşmi-giryanım dutar 387 

Qana döndi yürəgim sibi-zənəxdanm içün 387 

Dudi-ahm, ey könül, göydə hüveydalanmasun 388 

Bənim yerim fəna bəhrivü Məcnun yeri sahildür 388 

Arizin tək xansı bağın laleyi-sirabı var 388 

Aşiqəm, aşiq nədür pəs bu sirişki-çöhrəgah 389 

Çakəri-piri-muğanuz büti-tərsa sevərüz 389 

Rübai 390 


tfr’v. 405 



AZƏRBAYCAN KLASSİK ƏDƏBİYYATINDAN 
SEÇMƏLƏR 

ÜÇ CİLDDƏ 

II CİLD 

XIII-XVI ƏSRLƏR AZƏRBAYCAN ŞERİ 

“ŞƏRQ-QƏRB” 


BAKI-2005 



Buraxılışa məsul: 

Texniki redaktor: 
Tərtibatçı-rəssam: 
Kompyuter səhifələyicisi: 


Əziz Gühliyev 
Rövşən Ağayev 
Nərgiz Əliyeva 
Rəşad Həmidov 


Korrektor: 


Ceyran Abbasova 



Yığılmağa verilmişdir 16.10.2004. Çapa imzalanmışdır 18.04.2005. 
Formatı 60x90 V 16 . Fiziki çap vərəqi 25,5. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 82. 


Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.